Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə13/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   9   10   11   12   13   14   15   16   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
26                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Azərbaycan  Respublikası  ərazisində,  ilk  dəfə 
olaraq,  sel  təhlükəliliyinin  coğrafi  qiymətləndiril-
məsi  ayrı-ayrı  inzibati  rayonlar  daxilində  hövzə 
təhlili  prinsipindən  istifadə  olunmaqla  aparılmış-
dır. 
Azərbaycan  Respublikası  (2004-2008-ci  illər) 
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqra-
mının  (sellərə  dair  müvafiq  bəndlərinin)  əsasında 
tərəfimizdən  seçilmiş  tədqiqat  ərazisində  mövcud 
selli çaylarda sel riskinin azaldırması məqsədi ilə 
bir çox sahilbərkitmə işləri aparılmış (2006-2008-
ci  illər  ərzində),  Asiya  İnkişaf  Bankının  “Sellərə 
qarşı tədbirlər” layihəsi üzrə işlər tamamlanmışdır 
[2].  2009-2013-cü  illəri  əhatə  edən  dövrdə  Azər-
baycanda qəbul olunmuş birinci Dövlət Proqramın-
dan (2004-2008-ci illər) fərqli olaraq, yeni Dövlət 
Proqramında  (2009-2013-ci  illər)  sellərə  qarşı 
görüləcək müdafiə tədbirləri selli çaylar üzrə yox 
əsasən inzibati rayonlar üzrə nəzərdə tutulmuşdur 
[3]. İkinci Dövlət Proqramında sellərə məruz qalan 
şəhər  və  inzibati  rayonların  sayı  birinci  Dövlət 
Proqramından beş inzibati rayon çox olduğu qeyd 
edilməklə, birinci Dövlət Proqramından fərqli ola-
raq yeni Dövlət Proqramında sellərə məruz qalan 
inzibati rayonlara da rast gəlinir. 
Nəticə.  Aparılmış bütün təhlil və hesablamaları 
nəzərə alaraq, aşağıdakı nəticələri qeyd etmək olar: 
• 
FHN-nin  illik  hesabatlarına  və  statistik 
materialların təhlilinə əsasən Böyük Qafqazın cə-
nub yamacının selli çay hövzələrində (Şinçay, Kiş-
çay, Daşağılçay, Dəmiraparançay) mümkün sel ris-
ki  qiymətləndirilmişdir.  Tədqiqatın  nəticəsində 
məlum olur ki, 2009-cu il ərzində Şəki inzibati ra-
yonu  ərazisində  Şinçay  və  Kişçay  hövzələrində 
məskunlaşmış  51,6  min  nəfər,  Oğuz  inzibati 
rayonunda yerləşən Daşağılçay hövzəsində 4,8 min 
nəfər kənd əhalisi, Qəbələ inzibati rayonu ərazisin-
dəki  Dəmiraparançayın  hövzəsində isə  42,8  nəfər 
insan daimi və ya fasilələrlə sellərə məruz qalır. 
• 
Şinçayda  baş  verən  sellər  hövzədə  məs-
kunlaşmış 20730 nəfər insana, Kişçayda müşahidə 
olunan sellər isə orada məskunlaşmış 30903 nəfər 
insana  mütəmadi  olaraq  zərər  vurmaqla  bərabər, 
ərazidə  təsərrüfat  sahələrinin  inkişafına  və  ərazi 
təşkilinə mənfi təsir göstərir. Daşağılçay hövzəsin-
də  sel  riskli  ərazilərdə  məskunlaşan  əhalinin  sayı 
1999-cu ildə 4237 nəfər idisə, 2009-cu ildə artaraq 
4768 nəfər olmuşdur. Dəmiraparançayın hövzəsin-
də yerləşən kənd yaşayış məntəqələrində 1999-cu 
il ilə müqayisədə 2009-cu il sel təhlükəli ərazilərdə 
olan əhalinin sayı 3407 nəfər artmışdır. 
• 
Sel  təhlükəliliyinin  iqtisadi-coğrafi  qiy-
mətləndirilməsi ayrı-ayrı inzibati rayonlar daxilin-
də hövzə təhlili prinsipinə əsasən aparılmışdır. İlk 
dəfə olaraq, kosmik şəkillərin deşifrlənməsi, statis-
tik rəqəmlərin müqayisəli təhlili, xəritələşdirmə və 
digər metodlar ilə respublikanın selli çay hövzələ-
rində sellərin təsərrüfata təsiri öyrənilmiş, çöl təd-
qiqatları  əsasında  məskunlaşma  areallarında  sel 
təhlükəsi müəyyənləşdirilmişdir. 
ƏDƏBİYYAT 
1. Abduyev M.A. Antropogen yüklənməyə görə çay 
hövzələrinin  ekoloji  vəziyyətinin  qiymətləndirilməsi 
(Azərbaycan Respublikası daxilində) // AMEA-nın Xə-
bərləri. Yer elmləri seriyası, 2007, № 3, s. 93-98. 
2.  Azərbaycan  Respublikası  regionlarının  sosial-
iqtisadi  inkişafı  Dövlət  Proqramı  (2004-2008-ci  illər), 
DSK, Bakı: 2009, yanvar, 678 s.      
3.  Azərbaycan  Respublikası  regionlarının  2009-
2013-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı. 
“Respublika” qəz., Bakı: 2009, 16 aprel, s. 3-16.  
4.  Azərbaycanın  statistik  göstəriciləri,  DSK,  Bakı: 
1992-2008, 217 s. 
5.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Na-
zirliyinin illik hesabatları (2007-2011-ci illər). 
6.  Azərbaycanın  demoqrafik  göstəriciləri,  2009, 
DSK, Bakı: 2010, 435 s. 
7. Azərbaycanın regionları 2009, DSK, Bakı: 2010, 
654 s. 
8. Azərbaycanın əhalisi. Bakı: 2016. 132 s. 
9.  Ализаде  Э.К.,  Кулиева  С.Ю.,  Тарихазер  С.А. 
Оценка  степени  пораженности  геокомплексов  юж-
ного склона Большого Кавказа оползневыми проче-
сами / Şəki-Zaqatala bölgəsinin təbii dağıdıcı hadisələri 
və  regionun  inkişafının  ekocoğrafi  problemlərinə  həsr 
olunmuş  elmi-praktik  konfransın  materialları.  Шеки: 
2005, с. 63-65  
10. Будагов Б.А., Алиев А.С. Природно-разруши-
тельные явления южного склона Большого Кавказа 
и меры борьбы с ними // Известия АН Азерб. ССР, 
серия наук о Земле, 1984, № 2, с. 66-74 
11.  Будагов  Б.А.,  Ализаде  Э.К.,  Тарихазер  С.А. 
Современные  тенденции  развития  стихийно-разру-
шительных  процессов и оценка  экогеоморфо-логи-
ческой  опасности  (на  примере  южного  склона 
Большого  Кавказа)  /  Şəki-Zaqatala  bölgəsinin  təbii 
dağıdıcı  hadisələri  və  regionun  inkişafının  ekocoğrafi 
problemlərinə  həsr  olunmuş  elmi-praktik  konfransın 
materialları. Шеки: 2005, с. 25-29 
12.  Будагов  Б.А.,  Бабаханов  Н.А.  Природные 
разрушительные  явления  и  их  экономические  пос-
ледстивие (на примере Республики Азербайджан) // 
Стихийные  природные  процессы:  географические, 
экологические и социально-экономические аспекты. 
М.: 2002. с. 168-178  
13.  Будагов  Б.А.,  Мамедов  Р.М.,  Ализаде  Э.К. 
Природные  и  антропогенные  катастрофы  на  тер-
ритории  Азербайджана  //  Известия  НАН  Азербай-
джана, серия наук о Земле, № 1, 2008, с. 121-133 
14. Будагов Б.А., Микаилов А.А., Ализаде Э.К., 
Алиев  А.С.  Морфоструктурный  анализ  рельефа 
Азербайджанский  части  Большого  Кавказа  //  Гео-
морфология. М.: 1984, № 4, с. 47-53. 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə