Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə11/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   7   8   9   10   11   12   13   14   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
22                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Cədvəl 1 
2000-2016-cı illər ərzində Azərbaycan Respublikasında sellərin yaşayış məntəqələrinə vurduğu 
ziyanlar 
Tarix 
Baş verdiyi 
ərazi 
Çayın 
adı 
Yaranma 
 səbəbi 
Vurduğu ziyanlar 





27.08.2002 
Şəki 
Kişçay 
Leysan 
yağış 
Ərazidə su təchizatı pozulmuş, təsərrü-
fat obyektlərinə ziyan dəymiş, 4 yaşayış 
evi yararsız hala düşmüşdür. 
10.07.2004 
Şəki 
Kişçay 
Leysan 
yağışlar 
Şəhərə ziyan dəymiş, su təchizatı pozul-
muş, 5 yaşayış evi yararsız hala düşmüş-
dür. 
2005 
Şəki 
Şinçay 
Yağış 
2 körpü uçmuş, 3 fərdi yaşayış evi yarar-
sız hala düşmüşdür. 
06.06.2005 
Şəki 
Şinçay 
Leysan 
yağışlar 
Şəhər  iqtisadiyyatına  ziyan  dəymiş,  5 
yaşayış məntəqəsi sel suları altında qal-
mışdır. 
2005 
Şəki 
Şinçay 
Leysan 
yağışlar 
2 körpü uçmuş, 3 fərdi yaşayış evi yarar-
sız hala düşmüşdür 
2007 
Qəbələ 
Dəmiraparançay 
Leysan 
yağışlar 
Qəbələ-Laza kəndini birləşdirən 4200 m 
uzunluğundakı yolun çox hissəsi yuyu-
laraq  istifadəyə  yararsız  hala  düşmüş-
dür. 
21.07.2008 
Şəki 
Kişçay 
Yağış 
15 baş mal-qara məhv olmuş, 34 yaşayış 
evi yararsız hala düşmüşdür. 
21.08.2009 
Şəki 
Kişçay 
Leysan 
yağış 
Yaşayış məntəqələrinə ziyan dəymiş, 1 
körpünün uçması ilə nəticələnmişdir. 
18.05.2010 
Şəki 
Qarasuçay, 
Böyükqobu 
Leysan 
yağışlar 
Baş Zəyzid, Vərəzət kəndləri tamamilə 
sel  sularının  altında  qalmış,  40  metr 
uzunluğunda körpünü sel aparmışdır. 
23.07.2015 
Qəbələ 
Bumçay və 
Tikanlıçay 
Leysan 
yağışlar 
Qəmərvan  kəndində  bəzi  evlər  və  ma-
şınlar sel suları altında qalmışdır. Dağ-
lardan gələn sel suları Tikanlı və Abrıx 
kəndinə gedən yolu sıradan çıxarmışdır. 
Hadisə  nəticəsində  bəzi  yaşayış  evləri-
nə,  avtomobillərə,  fərdi  təsərrüfatlara 
ciddi ziyan dəymişdir. 
03.07.2016 
Şəki 
Kişçay 
Leysan 
yağış 
Kiş kəndini rayon  mərkəzi  ilə  birləşdi-
riən beton körpü dağılmış, istirahət mər-
kəzlərinə xeyli ziyan dəymişdir. Sel ha-
disəsi  ilə  əlaqədar  olaraq  35 nəfər  eva-
kuasiya olmuşdur.  
 
01.09.2016 
 
Qəbələ 
Dəmiraparançay 
Leysan 
yağış 
Laza  kəndinə  yağan  yağış  nəticəsində 
Dəmiraparan çayının suyu çoxalaraq sel 
əmələ  gətirmişdir.  Nəticədə  bəndlərdə 
sızma əmələ gəlmişdir. Sel suları şəhə-
rin  mərkəzi  küçələrini  keçilməz  etmiş-
dir.  Selin  gətiridiyi  gil  və  çınqıl  yolları 
tanınmaz hala salmışdır, hasarlar dağıl-
mışdır. Sel nəticəsində otellərdən birinin 
həyatyanı  sahəsinə  də  ciddi  ziyan  dəy-
miş və 5 kotec yararsız hala düşmüşdür. 
Bir ədəd avtomobili  sel  suları aparmış-
dır. 
Cədvəl Azərbaycan Respublikası Dövlət Milli Hidrometeorologiya Departamentinin, Fövqəladə Hallar Nazirliyinin 
və müəlliflərin şəxsi çöl məlumatları əsasında hazırlanmışdır.
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 23 
 
Fiziki-coğrafi istiqamətdə Azərbaycanın dağlıq 
ərazilərinin  morfodinamiki  proseslərinin  tədqiqi 
selli  çay  hövzələrinin  öyrənilməsində  kosmik  şə-
killərin  deşifrlənməsi  metodundan  E.K.Əlizadə 
(1984, 2004, 2005, 2008), E.K.Əlizadə, S.Ə.Tari-
xazər (2010), Z.Ə.Həmidova (2011)  və b. istifadə 
etmişlər. 
Selli çay hövzələrində baş verən sel prosesləri-
nin daimi müşahidələrini, kompleks tədqiqini apar-
maq  məqsədi  ilə  sellərin  təsərrüfat  sahələrinə 
təsirinin iqtisadi-coğrafi tədqiqi, həmin hövzələrdə 
yerləşən yaşayış məntəqələrinin sayının son illərdə 
artması, sellərə məruz qalan yolların müəyyənləş-
dirilməsi  üçün  bizim  tərəfimizdən  ilk  dəfə  olaraq 
tədqiqat ərazisində informasiya texnologiyalarının 
əsasında aerokosmik monitorinq işlənilmişdir. Bu 
metodun  əsasını  müxtəlif  vaxtlarda  çəkilmiş  kos-
mik şəkillər, müxtəlif vaxtları əhatə edən statistik 
və  elmi  mənbələr,  həmçinin  rəqəmsal  topoqrafik 
xəritələr, FHN-nin illik hesabatları, müxtəlif illərdə 
nəşr olunmuş sel kataloqları və şəxsi çöl tədqiqat-
ları təşkil edir. 
2000-2016-cı  illər  ərzində  tədqiqat  ərazisində 
baş vermiş sellər yaşayış məntəqələrinə, insanların 
fərdi  təsərrüfat  sahələrinə  müxtəlif  dərəcəli  ziyan 
vurmuşdur. Əgər keçmiş dövrlə müasir dövrü mü-
qayisə etsək, görərik ki, sellər hal-hazırda fəallaş-
mış və intensivləşmişdir (cədvəl  1). 
Kiş və Şin çaylarının gətirmə konusları dinamik 
inkişaf etdikcə qrunt sularının səthə çıxması, bataq-
lıqların əmələgəlməsi ilə diqqəti cəlb edən konus-
lararası  çökəklikdə  yerləşən  Baltalı,  Qoxmuq, 
Oxud  və  s.  kimi  kəndlərdə  təsərrüfat  sahələrinə, 
meyvə bağlarına, əkin sahələrinə, həyətyanı sahə-
lərə,  avtomobil  yollarına  sellərdən  dəyən  iqtisadi 
ziyanlar ilbəil artır.  
Şinçayın  gətirmə  konusunun  sahəsi  176  km
2

Kişçayın  gətirmə  konusunun  sahəsi  119  km
2
  ol-
maqla, bunların müəyyən hissəsi müasir dövrdə sel 
çöküntülərindın təşkil olunur. Belə ki, Şinçayın ko-
nusunun müasir sel çöküntüləri ilə örtülmüş hissə-
sinin  sahəsi  67,6  km
2
,  Kişçayda  isə  31,4  km
2
-dir  
[18].  
Kiş və Şin çaylarının hövzələrində məskunlaşan 
əhali mütəmadi olaraq sellərin təsirindən bu və ya 
digər şəkildə ziyan çəkir. Şinçayda baş verən sellər 
hövzədə  məskunlaşmış  20730  nəfər  insana,  Kiş-
çayda müşahidə olunan sellər isə orada məskunlaş-
mış 30903 nəfər insana mütəmadi olaraq zərər vur-
maqla bərabər, ərazidə təsərrüfat sahələrinin inki-
şafına və ərazi təşkilinə mənfi təsir göstərir [4; 6; 
7]. 
Xüsusilə Şinçay və onun qollarında (Qara, Ça-
xıl, Qozludərə) baş verən sellər Baş Göynük, Şin, 
Baş Layıski, Aşağı Şabalıd və digər kəndlərə; Kiş-
çay və onun qollarında (Damarçın, Donuzca, Qay-
nar, Sarıgüney, Çuxadurmaz və b.) baş verən sellər 
Şəki şəhərinə, Şəki, Kiş, Oxud, Baltalı, Qoxmuq, 
İncə və digər kəndlərə ziyan vurur [9; 11].  
2009-cu  ildə  (1999-cu  ilə  nəzərən)  Kiş  və  Şin 
çaylarının hövzələrində məskunlaşan kənd əhalisi-
nin sayı cəmi 5059 nəfər artmışdır (şək. 2). Əhali-
nin sayı artdıqca təbiətin formalaşmasında antropo-
gen amilin rolu çoxalır [1], nəticədə sellər intensiv-
ləşir, onların ətraf mühitə təsiri böyüyür, sellərdən 
dəyən iqtisadi ziyanın miqdarı artır. 
 
Böyük  Qafqazın  cənub  yamacının  selli  çayla-
rından  biri  olan  Daşağılçay  hövzəsindəki  əhali 
1999-2009-cu illər ərzində 835 nəfər artmışdır [4; 
6; 7]. Bu hövzəyə daxil olan Aşağı Daşağıl və Aşa-
ğı Küngüt kimi kəndlər Şəki inzibati rayonu ərazi-
sində yerləşməklə yanaşı, Daşağılçayda baş verən 
sellərin  təsirinə  məruz  qalır.  Hövzənin  geniş  əra-
zini əhatə etməsi, böyük meyilliyə malik olması sel 
riskini artırır. Daşağılçayın müasir sel çöküntüləri 
ilə örtülmüş gətirmə konusunun sahəsi 52,9 km
2
-ə 
bərabərdir [16]. 
Daşağılçay və onun Əyriçay qolunda baş verən 
sellər  Oğuz  inzibati  rayonu  ərazisinə  daxil  olan 
Muxas, Baş Daşağıl, Bucaq, Calut və s. kimi kənd-
lərə böyük iqtisadi ziyanlar vurur. 
Daşağılçay hövzəsində sel riskli ərazilərdə məs-
kunlaşan əhalinin sayı 1999-cu ildə 4237 nəfər idi-
sə, 2009-cu ildə artaraq 4768 nəfər olmuşdur [4; 6; 
7]. Məsələn, 2009-cu ildə bu çayda baş verən sellər 
nəticəsində rayon ərazisində kommunikasiya şəbə-
kəsinə,  avtomobil  yollarına  ziyan  dəymişdir  [16]. 
Belə  ərazilərdə əvvəl  əkinəyararlı  olan  torpaq  sa-
hələri  hal-hazırda  sel  materialları  altında  qalaraq 
yararsız  hala  düşür.  Dünya  təcrübəsinə  istinadən 
belə əraziləri asılı materiallardan təmizləyərək on-
ları yenidən əkinə yararlı vəziyyətə gətirə bilərik. 
Böyük  Qafqazın  cənub  yamacının  selli  çayla-
rından olan Dəmiraparançayın hövzəsində baş ve-
rən sellərin daşlı-palçıqlı olması əsasən ərazidə iri 
Şəkil 2. Tədqiq olunan ərazinin selli çay 
hövzələrində əhali sayının inkişaf dinamikası 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə