Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə22/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   18   19   20   21   22   23   24   25   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
40                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
nin maksimum miqdarının 2-ci və 9-cu kəsimlərdə  
(KK
As
=5,8) olması muşahidə edilmişdir. Bitkilərdə 
As-nin  10-100  mq/kq  səviyyəsində  xroniki  təsiri 
onun qida zəncirinə daxil olmasına gətirir ki, bu da 
ağciyər  və  dəri  xərçənginə,  mədə  funksiyalarının 
pozulmasına səbəb olur. Bor tədqiqat ərazisinin aq-
rolandşaftları  üçün izafi mikroelement olması ilə 
digərlərindən seçilir. Borun miqdarı əsasən 0,3-1,0 
mq/l olduqda, o, bitkilər üçün toksiki hesab edilir 
[7]. Fe,Y, İ, Zr, Rb tədqiqat ərazisində çatışmayan 
mikroelementlərdir.  Şirvan  düzü  arolandşaftların-
da  Fe-in  KK-sı  0,04-lə  0,1arasında  dəyişir.  Fe-in 
çatışmazlığı  qan  azlığına,  halsızlığa,  əsəbiliyə  və 
bir sıra başqa xəstəliklərə səbəb olur. Ərazidə yo-
dun  və  bromun  çatışmazlığı  isə  qalxanvarı  vəzin 
xərçənginə  və  “endemik  zob  “xəstəliyinin  yaran-
masına gətirib çıxarır.  
Ağır metalların torpaqdakı canlı orqanizmələrə 
müştərək  baş  verən  toksiki  təsiri  daha  güclüdür. 
Məsələn, sinkin və kadmiumun torpaq mikroorqa-
nizmlərinə qarşı birgə mənfi təsiri onlara ayrı-ayrı-
lıqda  göstərilən təsirdən  dəfələrlə  güclüdür.  Hey-
van və insan orqanizminə daxil olan ağır metallar 
uzunmüddətli mənfi təsir göstərir və bir sıra xəstə-
liklərin  əmələgəlməsinə  səbəb  olur.  Orqanizmin 
çirklənmələrə  reaksiyası  onun  fərdi  xüsusiyyətlə-
rindən - yaşından, cinsdən, səhhətindən asılıdır. Bir 
qayda olaraq, uşaq, yaşlı, çox qoca və xəstə insan-
lar  daha  həssas  olur.  Toksik  maddələr  orqanizmə 
daimi ya vaxtaşırı az miqdarda daxil olduqda xro-
niki zəhərlənmə baş verir. Xroniki zəhərlənmə baş 
verəndə eyni maddələr müxtəlif insanlarda böyrək, 
qanəmələgətirən  orqan,  qaraciyər  və  sinir  sistem-
lərində  müxtəlif  pozulmalara  səbəb  ola  bilərlər. 
Ağır metalların təhlükəli olması ondan ibarətdir ki, 
onlar orqanizmdə toplana bilirlər (qurğuşun, sink – 
orqanizmin bərk, nikel, mis və kobalt isə - yumşaq 
toxumalarda), kimyəvi formasını dəyişərək öz ara-
larında və bioloji baxımdan əhəmiyyətli olan qeyri-
metallarla  çoxsaylı  reaksiyalar  yaradırlar.  Əksər 
hallarda  insan  orqanizminə  daxil  olan  ağır  metal 
birləşmələri  xərçəng  xəstəliklərinə  səbəb  olur. 
Bundan əlavə, onlar bir sıra ürək-damar və mərkəzi 
əsəb sistemində (əsasən uşaqlarda), böyrəkdə, qa-
raciyər və həzm sistemində funksional və üzvi po-
zulmalara  səbəb  olurlar.  Uşaqların  qanında  qur-
ğuşunun  miqdarı artıq  olduqda  onlarda  ağlın  zəif 
inkişafı müşahidə olunur. Torpağa fosforu yüksək  
miqdarda verməklə  Pb,Cu,Zn və Cd-un toksiki tə-
sirini azaltmaq mümkündür [8]. 
Son dövrlərin ən aktual məsələlərindən olan nit-
rat problemi XX əsrdə meydana gəlmişdir. Şübhə-
siz, bu, kənd təsərrüfatının bütün sahələrinin kim-
yalaşması ilə, o cümlədən mineral gübrələrin geniş 
miqyasda istifadə olması ilə sıx əlaqədardır. Kənd 
təsərrüfatı məhsullarında nitratların miqdarı az ol-
duqda praktiki olaraq uşaqlar və yaşlı insanlar üçün 
təhlükə yaranmır. BST-nin normalarına görə nitrat-
ların  yol  verilən  miqdarı  çəkisi  60  kq  olan  insan 
üçün 220 mq NO
3
 təşkil edir. Kənd təsərrüfatı məh-
sullarından nitratların əsas mənbəyi tərəvəzdir. İs-
tixanalarda alınan məhsullarda açıq qruntda alınan 
məhsula  nisbətən  nitratların  miqdarı  on  dəfələrlə 
çox olub 1 kq məhsulda maksimal miqdara 10 qr-a 
qədər çata bilər. Bu da istixanalarda zərərli maddə-
lərin sərbəst olaraq buxarlanması və hava axını ilə 
aparılmaması  ilə  əlaqədardır.  İstixanalarda  örtülü 
şəraitdə buxarlanan nitratlar yenə də bitkilərin üzə-
rinə çökür [7].  
Gübrələmə texnologiyası gözlənilməyəndə azo-
tun nitrat formalarının ərzaq məhsullarında, yemdə 
və suda toplanması baş verir, o da insan orqanizmi-
nə  keçərək  bəzi  xəstəliklərin  yaranmasına  səbəb 
olur (Ə.Güləhmədov, M.P.Babayev, F.Z.Axundov, 
1988;  Z.R.Mövsümov,  1994).  Nitratlar  nitritlərlə 
birgə konserogen təsir yaradaraq, insan orqanizmi 
və  ətraf  mühit  üçün  daha  ağır  fəsadlar  törədə  bi-
lərlər. Meyvə-tərəvəz və su ilə qəbul edilmiş nitrat-
ların 80%-nin insan orqanizmindən xaric edilməsi-
nə  baxmayaraq,  onun  mədə-bağırsaq  sistemində 
qalan hissəsi bəzi mikroorqanizmlərin və ferment-
lərin təsiri ilə daha yüksək toksiki maddəyə - nitritə 
çevrilir. Nitritin insana toksiki təsiri nitratdan 10-
20 dəfə artıqdır. Ona görə də nitratın insana zərərli 
təsiri, eyni zamanda, nitritin təsiri ilə daha da güc-
lənir.  Normal  halda  qanın  tərkibində  olan  hemo-
qlobin nəfəs alan zaman havanın oksigenini özünə 
birləşdirərək  oksihemoqlobinə  çevrilir.  Oksihe-
moqlobin qanla birlikdə toxumalara yayılaraq özü-
nə  birləşdirdiyi  oksigeni  bədənin  hər  yerinə  çat-
dırır. Beləliklə, normal vəziyyətdə hemoqlobin bə-
dəndə  oksigendaşıyıcısı  vəzifəsini  yerinə  yetirir. 
Orqanizmə  nitrat  və  nitrit daxil  olduqda isə  onlar 
hemoqlobinlə  birləşərək  methemoqlobin  adlanan 
davamlı birləşmə əmələ gətirir. Nəticədə qanda he-
moqlobinin  miqdarı  azalır.  Oqranizmin  oksigenlə 
normal təchizi pozulur.  
 Adətən, normal orqanizmdə methemoqlobinin 
miqdarı  hemoqlobinin  ümumi  miqdarının  2%-ni 
təşkil  edir.  Kiçikyaşlı  uşaqlarda,  xüsusilə  vaxtın-
dan  tez  doğulmuş  körpələrdə  methemoqlobinin 
miqdarı 4%-ə çatır. Yaşlıların orqanizmində xüsusi 
ferment  sistemi  mövcuddur.  Bu  sistem  əmələgəl-
miş methemoqlobini parçalayaraq onun miqdarını 
bərpa edir. Uşaqlarda isə bu ferment sistemi fəaliy-
yət göstərmədiyi üçün nitrat və nitritlə zəhərlənmə 
ölümlə nəticələnə bilər. Torpaq biotasının, qismən 
mikrobiotanın torpağın münbitliyi və "sağlamlığı", 
həmçinin  ətraf  təbii  mühitin  vəziyyətinin  keyfiy-
yətini saxlamaq üçün üzvi gübrələrdən müntəzəm 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə