Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə16/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   12   13   14   15   16   17   18   19   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
30                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Kiçik  Hərami-Mişovdağ-Qalmas-Xıdırlı-Bəndo-
van antiklinal zonasının gömülmə sahəsində əmə-
ləgəlmiş  düzənliklə  ayrılan  Bozdağ-Xıdırlı  tirəsi 
tektonik  cəhətdən  Xıdırlı  antiklinalı  əsasında  for-
malaşmışdır.  Orta  və  Üst  Pliosenin  gil,  qum  və 
qumdaşılarından  təşkil  olunmuş  həmin  antiklinal 
şərqdə Xəzər dənizinin Bəndovan palçıq vulkanı-
nın əmələ  gətirdiyi  eyniadlı  burnunadək  uzanma-
sına baxmayaraq, o, tirə ilə vulkan arasında denu-
dasiyaya uğramış və yerində abrazion-akkumulya-
tiv  düzənlik  əmələ  gəlmişdir.  Bununla  yanaşı, 
strukturun gömülmüş tağı boyu bir neçə kiçik brek-
çiya sahələri əmələgətirən palçıq vulkanlarının fə-
aliyyəti izlənilir. 
Tədqiq  olunan  ərazinin  qeyd  olunan  morfo-
strukturlar  sistemindən  cənub-qərbdə  onunla  Gü-
rovdağ-Babazənan morfostrukturlar sistemi arasın-
da məxsusi Cənub-Şərqi Şirvan düzü yerləşir. Ge-
niş ərazini əhatə edən bu düzənlik struktur baxım-
dan  M.H.  Ağabəyov  və  Ə.V.  Məmmədova  görə 
[2], Aşağı Kür çökəkliyinin əsas tektonik vahidlə-
rindən olan Hərami-Salyan antiklinoriumunun Qa-
lamadın-Bəndovan şimal-şərq antiklinal zonası ilə 
onun cənub-qərb Gürovdağ-Neftçala antiklinal zo-
nasl arasında yerləşən Kürsəngi və ya Qarqalı (Şiri-
nova görə, 13) sinklinalı üzrə formalaşması ilə əla-
qədar olaraq mürəkkəb sinklinal quruluşlu morfo-
struktur kimi səciyyələndirilir. Dördüncü dövr çö-
küntülərindən təşkil olunmuş sinklinal şimal-qərb-
də  Mişovdağ  və  Gürovdağ  morfostrukturları  ara-
sında, demək olar ki, qapanır və cənub-şərqə doğru 
kəskin genişlənərək Cənubi Xəzər çökəkliyinə açı-
lır.  Morfostruktur  mərkəzi  hissədə  səthdə  palçıq 
vulkanları (Kürsəngi və s.) ilə əksolunmuş basdı-
rılmış  antiklinallarla  mürəkkəbləşmişdir.  Morfo-
strukturun litoloj-struktur özülünün və inkişaf tari-
xinin mürəkkəbliyi ilə əlaqədar olaraq onun dibini 
təşkil edən düzənliklər də mənşə müxtəliflikliyinə 
görə fərqlənir. Burada antiklinal silsilə-tirə və yük-
səkliklərin ətəkləri boyu terraslaşmış abrazion-ak-
kumulyativ dəniz, onları əhatə edən ensiz prolüvi-
al-delüvial, mərkəzə doğru delüvial-şoran, şoranlı 
təpəli-çalalı, laqunlu-şoranlı, dənizsahili zonada tə-
pəli-qumlu  və  s.  akkumulyativ  allüvial,  allüvial-
prolüvial  və  akkumulyativ-dəniz  kimi  müxtəlif 
mənşəli düzənliklər kompleksi inkişaf etmişdir. 
Kürsəngi  və  ya  Qaraçala  mürəkkəb  qraben-
sinklinal  düzənliyi  morfostrukturunu  cənub-qərb-
dən  əhatə  edən  morfotstrukturlar  sistemin  əsas 
oroqrafik  vahidlərindən  olan  Gürovdağ  tirəsi 
struktur  baxımdan  eyniadlı  braxiantiklinal  qırışıq 
üzrə  formalaşmışdır.  Əsasən,  Pleystosenin  Abşe-
ron və Bakı əsrlərinin qumlu-gilli çöküntülərindən 
təşkil olunmuş tirə şimal-şərq yamacı  nisbətən ma-
ili,  cənub-qərb  yamacı  isə  meyilli  olmaqla  asim-
metrik quruluşludur. Bununla əlaqədar olaraq onun  
maili  yamacı  qobularla  zəif,  meyilli  yamacı  isə 
yarğanlar şəbəkəsi ilə intensiv parçalanmışdır. Ti-
rəni  əmələgətirən  antiklinalın  meyilli  qanadını 
mürəkkəbləşdirən tektonik çat boyu yüksək dərə-
cədə minerallaşmış su çıxışları və palçıq vulkanları 
müşahidə edilir.  
Gürovdağ tirəsinin cənub-şərq davamında yer-
ləşən və ondan Gürovdağ-Neftçala antiklinal zona-
sının Xələc və Qarabağlar antiklinal qırışıqlarının 
gömülməsi  nəticəsində  əmələgəlmiş  düzənliklə 
ayrılan Babazənan uvalı (tirəsi) Dördüncü dövrün 
qumlu-gilli  çöküntülərindən  təşkil  olunmuş  eyni-
adlı asimmetrik quruluşlu antiklinal üzrə formalaş-
mışdır. Uvalın meyilli cənub-qərb qanadı boyu ke-
çən tektonik çat boyu minerallaşmış su və eləcə də 
neft  və  qaz  çıxışları  müşahidə edilir,  maili şimal-
şərq  yamacı  isə  geniş  terras  pillələrinin  mövcud-
luğu ilə səciyyələnir. Babazənan uvalı cənub-şərq-
də onun davamını təşkil edən, relyefdə palçıq vul-
kanları  brekçiyaları  və  düzənliyin  səthində  yastı 
qabarma ilə aşkar olunan Dürovdağ və Neftçala an-
tiklinallarının gömülmə sahəsinə keçir.  
Tədqiq olunan ərazinin şimal-qərb, qərb və cə-
nub  hissələrini  Aşağı  Kür  meqasinklinoriumunun 
ayrı-ayrı strukturları üzrə inkişaf etmiş düzənliklər 
əhatə edir. Onun şimal-qərbində yerləşən Qalama-
dın-Hərami silsiləsi ilə Kür çayının dərəsi arasında 
inkişaf  edən  Şirvan  akkumulyativ  allüvial-prolü-
vial  düzənliyinin  cənub-şərq  kənarının  prolüvial-
delüvial  və  dəniz  akkumulyativ  düzənliyinin  mü-
asir relyefi onu mürəkkəbləşdirən yataq akkumul-
yasiyası, yataqyanı yalların və gətirmə konusları-
nın inkişafı ilə əlaqədar olaraq formalaşır. Burada 
dərinlik  eroziyası  başlıca  olaraq  gətirmə  konusla-
rının zirvəyə yaxın və orta akkumulyasiya isə on-
ların kənar hissələrində baş verir. Konuslararası sa-
hələr yastı, az şoranlaşmış və ya demək olar ki, şo-
ranlaşmamış düzənliklər əmələ gətirir.  
Ərazinin qərb ətrafını təşkil edən və Kür çayı ilə 
Araz çayı arasında yerləşən Muğan düzünün şimal-
şərq hissəsi allüvial-delta, yastı və zəif parçalanmış 
relyeflə səciyyələnir. Əsasən Kür və Araz çayları-
nın akkumulyativ fəaliyyəti nəticəsində formalaş-
mış düzənlikdə meandrlı qədim dərələr, axmazlar, 
yataqyanı yallar, yallararası yastı çökəklər və s. ge-
niş inkişaf etmişdir. Düzənliyin cənub-şərq kənarı-
nı çalalarla mürəkkəbləşmiş yastı, parçalanmış ak-
kumulyativ dəniz düzənliyi əhatə edir.  
Cənub-Şərqi Şirvan morfostrukturlar sisteminin 
qərb və cənubunda yerləşən akkumulyativ allüvial-
dəniz mənşəli Salyan ovalığı səthinin xeyli yastılı-
ğı və dənizə doğru  zəif meyilliyi (1-2° və az) ilə 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə