Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə12/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   8   9   10   11   12   13   14   15   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
24                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
ufantıların  olması  ilə  səciyyələnir.  Dəmiraparan-
çayda ufantı konusları sel aktivliyinə şərait yaradır 
ki, buna səbəb ufantıların çayın yatağında toplan-
ması, bu hövzədə dik yamacların, dərin və dar də-
rələrin, tez aşına bilən süxurların mövcud olmasıdır 
(şək.  3).  Dəmiraparançayın  gətirmə  konusunda 
yerləşən  Tövlə,  Çuxur  Qəbələ,  Nic,  Mirzəbəyli, 
Soltannuxa, Böyük Əmili, Kiçik Pirəli, Böyük Pi-
rəli, Zarağan və s. kimi kəndlər, demək olar ki, tez-
tez sellərin təsirinə məruz qalır [9; 11]. 
 
 
Dəmiraparançay  Qəbələ  inzibati  rayonu  ərazi-
sindən olan ən selli çaylardan biri olmaqla, çayda 
baş verən sellərin qaşısının alınması və ya minimu-
ma  endirilməsi  məqsədilə  (2004-2006-cı  illərdə) 
çay sahilində 600 metr məsafədə 1005 paqon metr 
beton bənd tikilmişdir [2]. Burada Qəbələ inzibati 
rayonunda  1999-cu  ildə  sel  təhlükəli  ərazilərdə 
məskunlaşan 27003 nəfər kənd, 11262 nəfər şəhər 
əhalisi  olduğu  halda,  2009-cu  ildə  həmin  ərazi-
lərdəki əhalinin sayı artaraq 30410 nəfər kəndlərdə, 
12415 nəfər isə şəhərdə məskunlaşmışdır [4; 6; 7]. 
Sel  təhlükəli  hövzələrdə  məskunlaşmış  əhalinin 
sayının artması bilavasitə həmin ərazidə təsərrüfa-
tın inkişafına təkan verir ki, bu da birbaşa sellərin 
zərər  vurduğu  arealın  sahəsinin  genişlənməsinə, 
sellərin daha böyük zərərlərlə nəticələnməsinə sə-
bəb olur. 
Dəmiraparançayın  hövzəsində  yerləşən  kənd 
yaşayış məntəqələrində 1999-cu il ilə müqayisədə 
2009-cu ildə sel təhlükəli ərazilərdə olan əhalinin 
sayı  3407  nəfər  artmışdır.  Dəmiraparançayda  baş 
verən sellər çay hövzəsində yerləşən kəndlərə bö-
yük iqtisadi ziyanlar vurur. Dəmiraparançayda gə-
tirmə  konusuna  kimi  hövzənin  sahəsi  152,4  km
2

aktiv aşınmaya məruz qalan sahə 44,9 km
2
-dir. Ça-
yın gətirmə konusunun müasir dövr sel çöküntüləri 
ilə örtülmüş sahəsi 29,29 km
2
-dir.  
Dəmiraparançayın  hövzəsində  baş  verən sellər 
ərazidə təsərrüfat obyektlərinə, fərdi yaşayış evlə-
rinə, əkin sahələrinə, yollara, kommunikasiya sis-
temlərinə, su təchizatına ziyan vurur, xüsusilə Qə-
bələ şəhəri, Laza, Xırxatala, Küsnət, Zarağan, Sol-
tannuxa, Kiçik Pirəli, Böyük Pirəli, Aydınqışlaq və 
s. kəndlərə dəyən ziyan daha dağıdıcı xarakter da-
şıyır. Məsələn, Fövqəladə Hallar Nazirliyinin mə-
lumatlarına əsasən, 2007-ci ildə Dəmiraparançay-
da baş vermiş sel nəticəsində Qəbələ-Laza kəndini 
birləşdirən yerli əhəmiyyətli yolun və Qəbələ-Vən-
dam rayon əhəmiyyətli avtomobil yolunun bir his-
səsi sel suları ilə yuyularaq istifadəyə yararsız və-
ziyyətə düşmüşdür. 
Dəmiraparançayda 2007-ci ildə baş vermiş sel-
lər  nəticəsində  Qəbələ-Küsnət-Laza  yolunun  4,2 
km  hissəsi  dağılmış,  həmin  hissədə  2004-2008-ci 
illər  ərzində  Dövlət  Proqramına  əsasən  yenidən-
qurma işləri aparılmaqla, yolun 2,8 km uzunluğun-
da hissəsi təmir edilmiş, bu zaman 283,1 min ma-
nat vəsait sərf olunmuşdur [16]. 
1896-2010-cu illər ərzində [17; 20] üç selli çay 
hövzəsində  (Kişçayda  38,  Şinçayda  17,  Daşağıl-
çayda 12, Dəmiraparançayın hövzəsində 18 sel ha-
disəsi olmaqla) cəmi 67 dağıdıcı sel hadisəsi mü-
şahidə olunmuşdur.  
Hövzə prinsipinə əsasən sellərin təsərrüfata tə-
sirinin  iqtisadi-coğrafi  qiymətləndirilməsi  zamanı 
bizim tərəfimizdən sellərə məruzqalma dərəcəsinə 
görə yaşayış məntəqələri aşağıdakı kimi qruplaşdı-
rılmışdır (şək. 4): 
1) sellərə az məruz qalan yaşayış məntəqələri – 
sellər  əsasən  5-10  ildən  bir  təkrarlanır,  nəticədə 
əraziyə 5 milyon manata qədər zərər dəyir
2)  sellərə  orta  dərəcədə  məruz  qalan  yaşayış 
məntəqələri  –  sellər  hər  3-5  ildən  bir  müşahidə 
olunmaqla,  iqtisadiyyata  5-10  milyon  manata 
qədər zərər vurur; 
3) sellərə çox məruz qalan yaşayış məntəqələri 
– hər 2-3 ildən bir güclü və dağıdıcı sellər təkrar-
lanmaqla,  10-15  milyon  manata  qədər  zərərlərlə 
nəticələnir. 
Müasir  dövrdə  Azərbaycan  Respublikasında 
həlli  vacib  olan  məsələlərdən  biri  də  selli  region-
larda baş verən sel hadisələrinin vurduğu zərərləri 
kəskin surətdə azaltmaq məqsədi ilə ölkə iqtisadiy-
yatının tarazlı inkişafına nail olmaqla, əhalinin hə-
yat fəaliyyətinin yüksəldilməsini təmin etmək üçün 
Azərbaycanda baş verən sel hadisələrinin vurduğu 
zərərlərin və dağıntıların aradan qaldırmasında so-
sial sığortanın rolunun artırılması, sığorta işinin da-
ha səmərəli təşkili tələb olunur [16].  
2015-ci ildə Azərbaycan Respublikasının şəhər 
və  rayonları  üzrə  əhalinin  ortaillik  sayı  hesablan-
mış, statistik materiallarda öz əksini tapmışdır. Be-
lə ki, burada Azərbaycanın əhalisi bütün regionlar, 
o cümlədən tərəfimizdən seçilmiş tədqiqat ərazisi 
üzrə hesablanmışdır. Şəki rayonu üzrə cəmi 181,8 
min nəfər olmaqla, bunun 67,1 min nəfəri şəhər və 
114,7 min nəfəri isə kənd əhalisidir. Oğuz rayonu 
üzrə cəmi 42,8 min nəfər olmaqla, bunun 7,2 min 
Şəkil 3. Dəmiraparançayın hövzəsində çay 
terraslarında toplanan sel materialı
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 25 
 
nəfəri şəhər və 35,6 min nəfəri isə kənd əhalisidir. 
Qəbələ rayonu üzrə cəmi 102,3 min nəfər olmaqla, 
bunun 34,8 min nəfəri şəhər və 67,5 min nəfəri isə 
kənd əhalisidir [8]. 
2016-cı ilin əvvəlinə şəhər və rayonlar, eləcə də 
şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgü-
sündə sayı hesablanmış, statistik materiallarda öz 
əksini tapmışdır. Şəki rayonu üzrə cəmi 182,7 min 
nəfər  olmaqla,  bunun  67,3  min  nəfəri  şəhər  və 
115,4 min nəfəri isə kənd əhalisinin payına düşür. 
Oğuz  rayonu  üzrə  cəmi  43,1  min  nəfər  olmaqla, 
bunun 7,2 min nəfəri şəhər və 35,9 min nəfəri isə 
kənd əhalisinin payına düşür. Qəbələ rayonu üzrə 
cəmi 103,0 min nəfər olmaqla, bunun 35,1 min nə-
fəri şəhər və 67,9 min nəfəri isə kənd əhalisinin pa-
yına düşür [8].  
Tərəfimizdən  aparılan  hesablamalara  əsasən 
məlum  olur  ki, selli  çay  hövzələrində  məskunlaş-
mış əhalinin sayı ilbəil artmışdır. Bu da ərazidə tək-
rarlanan sel hadisələrinin daha da intensivləşməsi-
nə, eləcə də sel riskinin artmasına səbəb olmuşdur. 
Sellərin yaranmasına təsir edən təbii (relyef, iq-
lim, geoloji, geomorfoloji, tektonik) və antopogen 
amillər iqtisadiyyatın inkişafını ləngitməklə, təsər-
rüfat sahələrinə ziyan vurmaqla, insan ölümünə sə-
bəb  olmaqla  bərabər,  cəmiyyət  arasında  psixoloji 
pozğunluğun yaranmasına, ekoloji gərginliyin art-
masına da səbəb olur. Bu baxımdan Dövlət Proq-
ramlarında  qəbul  olunmuş  qərarların  vaxtında  və 
lazımi səviyyədə həyata keçirilməsi vacibdir. Sel-
lərlə mübarizədə konstruktiv tədbirlərin həyata ke-
çirilməsi çox əhəmiyyətli olmaqla yanaşı, onların 
kompleks şəkildə yerinə yetirilməsi vacib şərtlər-
dən biridir. 
Dövlət poqramlarında (2004-2008-ci və 2009-
2013-ci illər) qəbul olunmuş qərarlar sel problemi-
nin  həllində  xüsusi  əhəmiyyət  daşıyır.  Birinci  və 
ikinci Dövlət proqramlarında Azərbaycanın bir çox 
selli çay hövzələrində, xüsusilə də Böyük Qafqazın 
cənub  ətəklərində  bu  məsələnin  həllinə  diqqət 
yetirilsə  də  (əsasən  ikinci  Dövlət  Proqramında 
qeyd  olunmuş  konkret  çaylarda),  qəbul  olunmuş 
qərarlar tam mənasında həyata keçirilməmişdir.  
Yüksək  və  ortadağlıq  ərazilərdə  sellərə  qarşı 
mübarizə tədbirləri aparmaq üçün meşəsalma, hid-
rotexniki tədbirlərin aparılması məqsədəuyğundur. 
Sellərə qarşı mübarizənin elmi əsasını stasionar və 
yarımstasionar  xarakterli  tədqiqatların  nəticələri-
nin  istifadə  olunması  təşkil  edir.  Buna  görə  Baş 
Qafqazın cənub yamacında selli çay hövzələrində 
və sel ocaqlarında qırıntı materiallarının toplanma-
sı və onların hərəkətinin öyrənilməsi üçün stasio-
nar müşahidələrin təşkil olunması vacib məsələlər-
dən biridir. 
 
  
Şəkil 4. Tədqiqat ərazisində əhali məskunlaşmasına sel təhlükəsinin 
təsirinin qiymətləndirilməsi
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə