Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə15/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   11   12   13   14   15   16   17   18   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 29 
 
Ləngəbiz antiklinal zonasının şərq davamının bra-
xiantiklinal qırışıqlar silsiləsi üzrə formalaşmışdır. 
O, qərbdə Girdiman çayının sol sahilində Daşmər-
dan palçıq vulkanından başlayaraq, Durandağ zir-
vəsinədək enlik istiqamətində, Mirzəli palçıq vul-
kanınadək meridional istiqamətində, buradan Qo-
turdağ zirvəsinədək isə yenidən enlik  istiqamətin-
də  uzanır  və  qabarıq  tərəfi  şimal-şərqə  yönəlmiş 
qövs əmələ gətirir. Qoturdağ zirvəsindən etibarən 
törəmə  sinklinal  vasitəsilə  bifurkasiyaya  uğrayan 
silsilənin  şimal  və  cənub  qolları  Xəzər  dənizinin, 
müvafiq  olaraq,  Pirsaat  və  Ələt  burunlarınadək 
uzanır. Silsilə, onu mürəkkəbləşdirən ümumqafqaz 
istiqamətli tektonik pozulma ilə əlaqədar olaraq, şi-
mal-şərq yamacı maili, cənub-qərb isə dik olmaqla, 
asimmetrik  quruluşa  malikdir.  Antiklinal  silsilə 
kimi araşdırılan Ələt morfostrukturunun səciyyəvi 
xüsusiyyətlərindən də biri burada çoxlu sayda pal-
çıq  vulkanlarının  (Daşmərdan,  Durandağ,  Oyux, 
Mirzəli,  Qoturdağ,  Ayrantökən  və  s.)  inkişaf  et-
məsidir. 
Ələt silsiləsindən cənubda, onunla Qalamadın-
Hərami silsiləsi və Mişovdağ tirəsi arasında yerlə-
şən  Səbadüzü  (şimal-qərbdə)  və  Nəvahi  (cənub-
şərqdə) çökəklikləri eyniadlı sinklinallar üzrə for-
malaşaraq relyefdə düzünə (konform) morfostruk-
turlar  əmələ  gətirir.  Pirsaat  çayının  dərəsi  boyu 
uzanan Səbadüzü çökəkliyi onu təşkil edən sinkli-
nal  qırışığın  asimmetrikliyi  ilə  əlaqədar  olaraq 
adekvat (müvafiq, uyğun) quruluşa malikdir: çayın 
sağ sahilboyu hissəsi meyilli, sol sahilboyu isə ma-
illidir. Dördüncü dövrün allüvial-prolüvial və pro-
lüvialdelüvial çöküntülərindən təşkil olunmuş çö-
kəkliyin dibi terraslaşmış və yarğanlarla parçalan-
mışdır.  
Səbadüzü çökəkliyindən Böyük Hərami və Ələt 
silsilələrinin bir-birinə yaxınlaşması ilə ayrılan Nə-
vahi çökəkliyi Üst Pliosen və Dördüncü dövr çö-
küntülərindən təşkil olunmuş eyniadlı geniş törəmə 
sinklinal üzrə formalaşmışdır. Pirsaat çayı boyu in-
kişaf etmiş çökəklik allüvial çöküntülər ilə doldu-
rulmuşdur.  Çökəkliyin  dibi  Pirsaat  çayı  və  onun 
qolları ilə parçalanmış, yataqyanı yallar və onların 
arasındakı  alçalmalarla  mürəkkəbləşmiş  və  şərqə 
doğru terraslaşmış abrazion-akkumulyativ düzənli-
yə keçir. 
Səbadüzü  çökəkliyini  cənub-qərbdən  əhatə 
edən  Ləngəbiz-Ələt  (Hərami)  geomorfoloji  rayo-
nunun Ləngəbiz silsiləsindən Girda platosunu əmə-
ləgətirən törəmə sinklinal mulda ilə ayrılan Qala-
madın-Hərami silsiləsi tektonik baxımdan eyniadlı 
antiklinal  zonaya  uyğun  gəldiyinindən  düzünə 
(konform)  morfostruktur  kimi  səciyyələndirilir. 
Asimmetrik quruluşlu silsilənin qərb (Qalamadın) 
hissəsində uçqun və sürüşmələrlə mürəkkəbləşmiş 
şimal-şərq yamac dik olmaqla pillələrlə Pirsaat ça-
yının  dərəsinə (Səbadüzü çökəkliyinə) düşür. Sil-
silənin  cənub  yamacı  nisbətən  az  meyillidir.  Bu-
nunla yanaşı, onun tektonik aktivliyi, təşkil olun-
duğu  çöküntülərin  struktur-litoloji  xüsusiyyətləri 
və eləcə də iqlim şəraiti onun həm şimal, həm də 
cənub  yamaclarının  bedlend,  gil  karstı  kimi  arid-
denudasion  morfostrukturlarla  güclü  parçalanma-
sına səbəb  olmuşdur.  Silsilənin  morfoloji  qurulu-
şunda palçıq vulkanları (Kolanı, Udulu, Paşalı, Ax-
tarma-Paşalı) mühüm rol oynayır. 
Axtarma-Paşalı  palçıq  vulkanının  yaxınlığında 
silsiləni təşkil edən antiklinal zonanın bifurkasiya-
ya uğraması nəticəsində o, Nəvahi sinklinal çökək-
liyi  ilə  oroqrafik  və  struktur  baxımdan  Böyük  və 
Kiçik Hərami qollarına ayrılır. Cənubdan Səbadü-
zü çökəkliyini əhatəedən simmetrik quruluşlu Bö-
yük Hərami silsiləsi şərqdə Ələt silsiləsindən Pir-
saat  çayının  dərəsi  ilə  ayrılır.  Uzununa  tektonik 
çatla  mürəkkəbləşən  suayırıcısı  boyu  palçıq  vul-
kanları inkişaf etmiş silsilənin yamacları yarğan və 
qobularla  parçalanmışdır.  Kiçik  Hərami  silsiləsi, 
əksinə, asimmetrik quruluşlu olub, cənub-qərb sıl-
dırımlı yamacı tektonik çatlarla mürəkkəbləşmiş və 
gilli  psevdokarst  formaları  ilə  müşayiət  olunan 
yarğan-qobu şəbəkəsi ilə parçalanmışdır.  
Kiçik  Hərami  silsiləsindən  cənub-şərqdə  yer-
ləşən və Üst Dördüncü dövrün kontinental çökün-
tüləri ilə örtülmüş geniş sinklinal quruluşlu yəhər-
varı  çökəkliklə  ondan  ayrılan,  əvvəlcə  Hacıqabul 
gölünədək meridionala yaxın, sonra isə enliyə ya-
xın istiqamətdə uzanan Mişovdağ silsiləsi yerləşir. 
Nəvahi çökəkliyini cənub-qərbdən haşiyələndirən, 
tektonik  cəhətdən  zəncirvarı  yerləşən  üç  braxian-
tiklinal qırışıqdan təşkil olunmuş həmin silsilənin 
cənub yamacı ensiz və dik, şimal yamacı isə maili 
olmaqla  asimmetrik  quruluşa  malikdir.  Silsilənin  
cənub yamacının uyğun gəldiyi strukturların cənub 
qanadları palçıq vulkanlarının (Qızdağ, Kiçik Mi-
şovdağ, Böyük Mişovdağ, Qalmas) inkişafına sə-
bəb olmuş tektonik çat boyu onların şimal qanada 
nisbətən  xeyli  gömülmüşdür.  Tektonik  baxımdan 
həmin  yamacın  neotektonik  mərhələdə  şimal  ya-
maca nisbətən xeyli aktivliyi ilə əlaqədar olaraq o 
daha çox parçalanmış və dəniz terrasları ilə mürək-
kəbləşmişdir. 
Mişovdağ braxiantiklinal tirəsinin şərq davamı-
nı təmsil edən və ondan yəhərvarı çökəkliklə ayrı-
lan  və  Orta  Pliosen-Dördüncü  dövr  çoküntülərin-
dən təşkil olunmuş Qalmas braxiantiklinal qalxma-
sı  yerləşir.  Onun səciyyəvi  xüsusiyyətlərindən də 
biri  uzununa  və  çəpinə  tektonik  çatlarla  bloklara 
ayrılması və eyniadlı palçıq vulkanı ilə mürəkkəb-
ləşməsidir.  Mişovdağ  tirəsindən  şərqdə  və  ondan 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə