Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə17/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   13   14   15   16   17   18   19   20   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 31 
 
səciyyələnir. Onun ən alçaq sahil zolağında mürək-
kəb akkumulyasiya ilə səciyyələnən səthi delta və 
dayaz dəniz çöküntülərindən növbələşdiyi son Ye-
ni Kaspi əsrinin qumlu-gilli-balıqqulaqlı çöküntü-
lərindən  təşkil  olunmuşdur.  Ovalığın  ümumi  dü-
zənlik halı Bala Kür (Akkuşa) axarının yataqyanı 
valı (səddi) və Kürün deltaları ilə pozulur. 
Beləliklə, qeyd etmək lazımdır ki, tədqiq olunan 
ərazinin geoloji-geomorfoloji quruluşunun müxtə-
lifliyi  onun  relyefini  mürəkkəbləşdirən  morfo-
strukturların  ekogeomorfoloji funksiyasının  fərqli 
səciyyə daşımasına dəlalət edir. Bu baxımdan əra-
zinin relyefinin inkişafı və simasının əsas əlamət-
lərini şərtləndirən litoloji-struktur, morfoloji, mor-
fometrik kimi statik və müasir tektonik hərəkətlər, 
palçıq  vulkanizmi  və  arid  denudasion,  talassogen 
və  s.  kimi  dinamik    proses  və  hadisələrin    ətraflı 
tədqiqi  onun  ekogeomorfoloji  şəraitinin  öyrənil-
məsində mühüm əhəmiyyətə malikdir.  
 
ƏDƏBIYYAT 
1. 
Əlizadə  E.K.,  Tanrıverdiyev  X.K.,  Xəlilov 
H.A.  və  b.  Geomorfoloji  rayonlaşdırma.  Azərbaycan 
Respublikasının coğrafiyası. I cild. Fiziki coğrafiya. Ba-
kı, 2014, s. 127-132. 
2. 
Агабеков  М.Г.,  Мамедов  А.В.  Куринская 
межгорная впадина. В кн.: Геология СССР. Том 47. 
Азербайджанская ССР. Геологическое описание. М. 
1972, с. 316-330. 
3. 
Волобуев  В.Р.  Устройство  поверхности 
Юго-Восточной Ширвани. ДАН. Азерб. ССР, 1947, 
Т. III, № 8, с. 360-365.  
4. 
Волобуев  В.Р.  О  геоморфологии  Кура-
Араксинской   низменности. Тр. Конф. по геоморфо-
логии Закавказья. Баку, 1953, с. 76-81. 
5. 
Волобуев В.Р., Ширинов Н.Ш. Краткая гео-
морфологическая  характеристика  Кура-Араксин-
ской низменности. В кн.: Природные условия и ес-
тественные ресурсы Кура-Араксинской низменнос-
ти. Баку; 1965, с. 29-51. 
6. 
Кенгерли  Т.Н.  Тектоническое  районирова-
ние. В кн.: Геология Азербайджана, том IV, Текто-
ника, Баку, 2005, с. 32-34. 
7. 
Мамедов А.В., Гасанов И.С., А.Д. Исмаил-
заде.  Нижне-Куринская  мегазона.  В  кн.  Геология 
Азербайджана, том IV, Тектоника, Баку, 2005, с.231-
233. 
8. 
Мамедов  А.В.,  Мусеибов  М.А.,  Ширинов 
Н.Ш. Новейшие тектонические движения и их роль 
в формировании современного структурного плана 
и рельефа Куринской впадины. В сб.: Вопросы гео-
морфологии и ландшафтоведения. Баку. 1966, с. 96-
139. 
9. 
Сафаров  А.С.  Морские  террасы  Юго-Вос-
точной Ширвани и прилегающих низкогорий, Мат. 
научн.  конфер.  аспирантов  АН  Азерб.  ССР.  Баку, 
1980, с. 211-216. 
10.   Сафаров  А.С.  Основные  черты  рельефа 
Юго-Восточной Ширвани и прилегающих низкого-
рий.  Изв. АН. Азерб. ССР, Сер. Наук о Земле, 1983, 
№6, с. 58-64. 
11.   Сафаров А.С. Палеогеоморфология и мор-
фоструктурный анализ Юго-Восточной Ширвани и 
смежной  территории.  Автореф.  на  соиск.  уч.  степ. 
канд. геогр. наук. Баку, 1986, 23 с. 
12.  Танрывердиев  Х.К.,  Сафаров  А.С  Некото-
рые  вопросы  изучения  палеорельефа    депрессион-
ных зон (на примере Куринской впадины). Изв. АН. 
Азерб. ССР, Сер. Наук о Земле, 1985, №3, с. 84-90. 
13.   Ширинов Н.Ш. Геоморфологическое стро-
ение Кура-Араксинской депрессии. Баку, 1973, 216 
с. 
14.  Ширинов Н.Ш. Новейшая тектоника и раз-
витие  рельефа  Кура-Араксинской  депрессии.  Баку, 
1975, 191 с. 
15.  Ширинов Н.Ш., Танрывердиев Х.К., Сафа-
ров  А.С.  Юго-восточная  Ширвань.  В  кн.:  Рельеф 
Азербайджана. Баку, 1993, с. 186-188. 
 
OCНОВНЫЕ ОСОБЕННОСТИ 
МОРФОСТРУКТУР  ЮГО-ВОСТОЧНОЙ 
ШИРВАНСКОЙ РАВНИНЫ И 
ПРИЛЕГАЮЩИХ ТЕРРИТОРИЙ 
А.С.Сафаров, Т.А.Мамедова 
Средообразующая  функция  и  основополагаю-
щая  роль  рельефа в пространственном распределе-
нии  природных  компонентов  предопределяют  зна-
чимость его в формировании экогеоморфологичес-
ких условий территорий. Исходя из сущности дан-
ного положения в статье рассматриваются основные 
особенности строения рельефа и осложняющих его 
морфоструктур Юго-Восточной Ширвани и приле-
гающих  территорий:  Ширванской,  Муганской  и 
Сальянской  равнин  Нижне-Куринской  низменнос-
ти. 
 
MAIN FEATURES OF MORPHOSTRUCTURES 
OF THE SOUTH-EASTERN SHIRVAN PLAIN 
AND ADJOİNİNG TERRİTORİES 
A.S.Safarov, T.A.Mammadova 
The environment forming functions and basic role of 
the relief in spacial distribution of  natural components 
predetermine its importance in formation of ecogeomor-
phological  conditions  of  territories.  Proceedings  from 
the main point of given position in the article is conside-
red main features the construction of relief and compli-
cated its morphostructures of the South-Eastern Shirvan 
and adjoining territories as Shirvan, Mughan and Salyan 
plains of the Lower Kur lowland.
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
32                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
© R.Ə.Fətəliyev, Y.N.Tağıyeva, A.İ.Əliyev
 
GEOLOJİ  VƏ ARXEOLOJİ XRONOLOGİYALARIN MÜQAYİSƏLİ TƏHLİLİ 
HAQQINDA 
R.Ə.Fətəliyev, Y.N.Tağıyeva, A.İ.Əliyev 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı, H.Cavid pr., 115 
r.fataliyev@mail.ru, tagelena@rambler.ru, aliyevalyar@rambler.ru 
Məqalədə  geoloji  və  arxeoloji  xronologiyaların  müqayisəli  təhlili  və    korrelyasiyasından,  bu 
xronologiyaların tərtibi üçün əsas olan nisbi və mütləq yaşın təyin edilməsi üsullarından bəhs edilir 
və arxeoloji mədəniyyətlərin yaşının müvafiq geoloji dövrlərlə bilavasitə tutuşdurulmasına imkan 
verən  müqayisəli  geoloji  və  arxeoloji  xronologiya  cədvəli  təqdim  edilir.  Eyni  zamanda,  geoloji, 
geomorfoloji, paleocoğrafi və arxeoloji tədqiqatlar apararkən süxur və mədəni təbəqələrin geoloji 
və arxeoloji yaşlarının sinxronlaşdırılmasında bu müqayisəli cədvəlin əhəmiyyəti vurğulanır. 
Xronologiya – tarixi hadisələrin, sənədlərin ya-
şının  və  zaman  daxilində  ardıcıllığının  müəyyən 
edilməsidir.  Bu  baxımdan  arxeologiyada  çeşidli 
mədəniyyətlər,  tarixi  hadisə,  maddi-mədəniyyət 
nümunələri tarixi sənəd rolunu oynayırsa, geologi-
yada bu funksiyanı, müvafiq olaraq, Yer kürəsində 
baş vermis müxtəlif geoloji proseslər və onu təşkil 
edən süxurlar, çöküntülər yerinə yetirir.   
Geoloji,  paleocoğrafi  və  s.  tədqiqatlar  zamanı 
yerin formalaşmasında iştirak edən həmin süxurla-
rın və çöküntü laylarının müxtəlif üsullarla nisbi və 
mütləq yaşı təyin edilir. Stratiqrafiya, paleontolo-
giya,  litologiya  və  tarixi  geologiya  kimi  geoloji 
fənlərin  metod  və  üsulları  nisbi  yaşın  müəyyən 
edilməsində  mühüm  rol  oynayır  və  bu  zaman  sü-
xurların laylanma ardıcıllığı prinsipi (N.Steno qa-
nunu) əsas götürülür, yəni yatımı pozulmamış hər 
bir üstdəki lay altdakından cavandır. Əmələgəlmə 
vaxtlarının eyniliyi isə həmin süxurlarda oxşar fa-
una  və  flora  qalıqlarının  olması  ilə  müəyyən  olu-
nur.  Mütləq  yaşın  təyini  üçün  isə  bir  çox  fiziki-
kimyəvi üsullar, o cümlədən kalium-arqon (K-Ar), 
termo-lüminissent,  radio-karbon,  uran-ion,  paleo-
maqnit, trek və s. üsullar tətbiq edilir. 
 Yuxarıda adları çəkilən üsulların köməyilə sü-
xurlar və onların əmələ gətirdiyi layların nisbi və 
mütləq yaşları müəyyən edilərək, ayrı-ayrı region-
lar və daha kiçik mərhələlər üzrə müəyyən fərqlər 
olsa  da,  dünya  geoloqları  tərəfindən  qəbul  edilən 
vahid  bir  xronoloji  cədvəl  tərtib  edilmişdir.  Geo-
xronoloji şkala adlandırılan ümumiləşdirilmiş hə-
min cədvəl müxtəlif regional və regionlararası şka-
laların sintezi olub, eraların, dövrlərin və s. davam-
lılığını və onların sərhədlərini əks etdirir. 
Arxeologiya təkcə qədim tarixi prosesləri, mad-
di və ictimai həyatda baş vermiş konkret hadisələri 
qeyd etməklə kifayətlənmir, onun vəzifəsi həm də 
həmin tarixi hadisələrin vaxtını və xronologiyasını 
müəyyən etməkdir (Мартынов, 2005). Arxeoloq-
lar da, geoloqlar kimi, tədqiq etdikləri təbəqənin və 
aşkar edilən maddi-mədəniyyət abidəsinin nisbi və 
mütləq yaşını təyin edir, onun hansı mədəniyyətə 
mənsub  olduğunu  müəyyənləşdirir  və  bu  zaman 
bəzi regional fərqlər olsa da, vahid arxeoloji xrono-
logiyaya əsaslanırlar. Fərq ondan ibarətdir ki, geo-
loqlar əmələgəlmə vaxtına görə süxur təbəqələrini, 
arxeoloqlar isə təbəqələrdəki qədim insan fəaliyyə-
ti ilə bağlı mədəniyyətləri ayırırlar.  
Arxeologiyada  istifadə  olunan  dövrləşmə  sis-
teminin əsasını hər bir tarixi mərhələni xarakterizə 
edən əmək aləti və onun hazırlanması üsulları təş-
kil edir (Мартынов, 2005). Bu sistemə görə, bütün 
insanlıq tarixi üç böyük mərhələyə - Daş, Tunc və 
Dəmir dövrlərinə, onlar da öz növbəsində daha ki-
çik  dövrlərə  və  mədəniyyətlərə  bölünmüşdür.  Bu 
sistemdə dövrlərin sürəkliliyi müxtəlifdir: belə ki, 
Daş dövrü tarixi inkişafın ən uzun sürən dövrü olub 
və onun, demək olar ki, 99 faizini əhatə edir. Arxe-
oloqlar  üçün  həmin  dövrə aid  əşyaların  yaşını  və 
ibtidai insanların yaşadığı paleocoğrafi şəraiti ay-
dınlaşdırmaq həmişə çətinlik törədir və bu zaman 
geoloji, fiziki-kimyəvi, paleocoğrafi və paleobota-
niki metodlar, xüsusilə süxurlarda mikroskopik bit-
ki  qalıqlarının  (spor,  tozcuqlar)  öyrənilməsinə 
əsaslanan palinoloji analiz üsulu köməyə gəlir. Pa-
leolit dövrü üçün dünya üzrə ümumi bir fikir for-
malaşsa da, Mezolit dövründən başlayaraq, sonrakı 
dövrlərdəki bu və digər mədəniyyətlərin yaranma-
sı, sürəkliliyi  və  məhv  olması  zamanları  arasında 
əhəmiyyətli  regional  fərqlər  mövcuddur  (Альма-
рик, 1959).  
Göründüyü kimi, hər iki elm sahəsinin öyrənmə 
obyekti yerlə, xüsusilə yer qabığı ilə əlaqədar olsa 
da, arxeologiya onun lap üst hissəsini - insan yaşa-
yışı ilə əlaqədar olan hissəsini, daha doğrusu, orada 
mövcud  olan  maddi-mədəniyyət  nümunələrini  və 
onlarla bağlı tarixi və ictimai-siyasi prosesləri öy-
rənir. Geologiyada, paleocoğrafiyada yer qabığının 
bu  təbəqəsini  təşkil  edən    çöküntülər  "Dördüncü 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə