Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə10/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   6   7   8   9   10   11   12   13   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
20                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
27.БАБАХАНОВ Н.А. 1990. Стихийные природ-
ные  явления:  сущность  и  классификация.  Ленин-
град: Наука,  вып. 2, с. 170-176 
28.ДАЛЬ В.И. 1963-1866. Толковый словарь жи-
вого великорусского языка. 4 т.  
29.ОЖЕГОВ С.И. 1983. Словарь русского языка. 
Москва: Русский язык, 815 с.   
30.НАЛИВКИН Д.А. 1969. Ураганы, бури, смер-
чи. Ленинград, 487 с. 
31.АНАНЬЕВ Г.С. 1992. Динамическая геомор-
фология. Москва: МГУ, 448 с. 
32.ЗВОНКОВА  Т.В.  1970.  Прикладная  геомор-
фология. Москва, 273с. 
33.ПЕТРОВ  В.Ф.  1976.  Стихийно-разрушитель-
ные процессы в горах (лавины и сели). Москва: Зна-
ние, 48 с. 
34.КОТЛЯКОВ В.М. 1977. Главные задачи гео-
графического изучения стихийных природных про-
цессов. Известия. АН СССР, серия географ., № 5, с. 
11-17 
35.ПОРФИРЬЕВ  Б.Н.  1988.  Концепция  риска, 
новые подходы к экологической политике // США – 
экономика, политика, идеология. № 11, с. 42-54 
36.ЕМЕЛЬЯНОВ  В.М.,  КОХАНОВ  В.Н.,  НЕК-
РАСОВ П.А. 2003. Защита населения и территорий 
в чрезвычайных ситуациях. Москва: Академический 
проспект: Константа, 480 с. 
37.СЕРГЕЕВ В.С. 2007. Защита населения и тер-
риторий в чрезвычайных ситуациях. Москва: Акаде-
мический проспект: Константа, 464 с. 
38.ОСИПОВ  В.И.  2007.  Оценка  и  управление 
природными  рисками  (состояние  проблемы).  Гео-
экология, №3,  с. 201-211 
39.Ember  K.R.  1990.  ERA  urges  to  taskle  solve 
highest  risk  pollution  problems    //  Chem.  And  Eng. 
News. – Vol. 66, № 42 
40.ГРИГОРЬЕВ А.А., КОНДРАТЬЕВ К.Я. 1998. 
Природные  и  антропогенные  экологические  катас-
трофы: проблемы риска. Известия Русского Геогра-
фического Общества. Вып. 4, с. 1-9 
 
SOME  QUESTIONS  TO  THE  DEFINITION 
AND 
CLASSIFICATION 
OF 
ECO 

GEOMORPHOLOGICAL RISK 
S.A. Tarikhazer, Ya.T. Jabrayilova 
Increase  of  threats  in  the  natural  and  technogenic 
sphere is characteristic of the current state of Azerbaijan 
and other industrialized countries of the world. Anthro-
pogenous and natural disasters become permanent fac-
tors not only economies, but also politicians. The largest 
accidents  and  natural  disasters  taking  place  in  the  last 
decades in Azerbaijan and abroad claimed thousands of 
the human lives, caused big and often irreplaceable da-
mage to a surrounding medium. As a result, in the last 
years of active development of environmental geomor-
phology    many  new  terms  have  appeared  in  particular 
"environmental risk", "natural disasters", "environmen-
tal hazard." Therefore, as far as they are correctly inter-
preted and understood, will depend on the actual picture 
in their learning and achievement. 
 
EKOGEOMORFOLOJİ RİSKLƏRİN 
MÜƏYYƏN EDİLMƏSİ VƏ 
KLASSİFİKASİYASININ BƏZİ MƏSƏLƏLƏRİ 
S.Ə.Tarixazər, Y.T.Cəbrayılova 
Azərbaycanın və digər sənaye cəhətdən inkiçşaf et-
miş dünya ölkələrinin müasir vəziyyətində təbii-texno-
gen sferalarda təhlükələrin artması səciyyəvidir. Antro-
pogen və təbii fəlakətlər nəinki iqtisadiyyatda, həm də 
siyasətdə  daimi  fəalliyyət  göstərən  amillərə  çevrilmiş-
dir.  Azərbaycanda  və  xarici  ölkələrdə  son  onilliklərdə 
baş verən böyük qəzalar və təbii fəlakətlər minlərlə in-
san  həyatına  son  qoymuş,  ətraf  mühitə  çox  və  bərpası 
mümkün  olmayan  ziyanlar  vurmuşdur.  Nəticədə,  son 
illər ekoloji geomorfoloqiyanın fəal inkişafı ilə əlaqədar 
olaraq  çoxlu  yeni  terminlər  yaranmışdır.  Bunlardan 
“ekoloji  risk”,  “təbii  fəlakət”,  “ekoloji  təhlükə”  və  s. 
göstərmək olar. Onların nə qədər düzgün izah olunduğu 
və  başa  düşüldüyü  qarşiya  qoyulan  məqsədin  öyrənil-
məsi və nailiyyətkərinin real vəziyyətindən asılı olacaq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 21 
 
© S.O.Ələkbərova, S.Q.Məmmədov, Z.Ə.Həmidova, L.A.İsmayılova 
 
SELLİ ÇAY HÖVZƏLƏRİNDƏ ƏHALİ MƏSKUNLAŞMASINA SEL TƏHLÜKƏSİ 
TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ (Kişçay-Dəmiraparançay hövzələrinin timsalında) 
 
S.O.Ələkbərova
1
, S.Q.Məmmədov
2
, Z.Ə.Həmidova
1
, L.A.İsmayılova
3
 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
1
,  ARDNŞ
2
, ARDNSU
3
 
Məqalədə Kişçay və Dəmiraparançay hövzələri arası ərazidə baş verən sel hadisələri ətraflı təd-
qiq edilmiş, statistik rəqəmlərin müqayisəli təhlili, xəritələşdirmə və digər metodlar ilə qeyd edilən 
ərazidə sellərin təsərrüfata təsiri öyrənilmiş, çöl tədqiqatları əsasında məskunlaşma areallarında sel 
təhlükəsi müəyyənləşdirilmişdir. Məsafədən zondlama və CİS texnologiyaları sellərin vurduğu zə-
rərlərin öyrənilməsinə tətbiq edilmiş, onun təsərrüfat sahələrinə təsiri, iqtisadi gərginlik dərəcəsi və 
s. meyarlar da nəzərə alınmaqla hövzə təhlili prinsipinə əsasən qiymətləndirilmə aparılmışdır.
Giriş.  Sellərin  təsərrüfat  sahələrinə  və  əhali 
məskunlaşmasına təsirinin tədqiq edilməsi müasir 
dövrdə həlli çox vacib olan iqtisadi problemlərdən 
biridir. Hövzədə sel hadisələrinin təsərrüfat sahələ-
rinə  təsirinə  dair  tədqiqat  işlərinin  aparılmasına 
baxmayaraq, bu sahədə müasir texnologiyalar tət-
biq edilməklə iqtisadi-coğrafi elmi tədqiqatlara hə-
lə də böyük ehtiyac duyulur. 
Tədqiqat  ərazisi.  Kişçay  və  Dəmiraparançay 
hövzələri arası ərazi Böyük Qafqazın cənub yama-
cının mərkəzi və şərq hissəsini və ona bitişik ərazi-
ləri  əhatə  edir  (şək.  1).  İnzibati  baxımdan  Şəki, 
Oğuz və Qəbələ rayonlarının dağlıq və qismən də 
düzənlik hissələrini əhatə edir. Tədqiqat ərazisinin 
sahəsi 3220 km
2
-dir. Bu ərazi nəinki Azərbaycan-
da, demək olar ki, bütün Qafqazda güclü sel təhlü-
kəli ərazilərdəndir. İl ərzində 2-3 dəfə güclü sellə-
rin keçməsi ehtimalı olduqca böyükdür. Buna mi-
sal olaraq 2016-cı ilin iyul ayı ərzində Kişçay höv-
zəsindən 2 dəfə dağıdıcı sel keçmişdir. Sellərin tə-
sərrüfat  sahələrinə  təsirinin  öyrənilməsi,  onlara 
qarşı  kompleks  istiqamətli  müdafiə  qurğularının 
hazırlanması elmi-praktiki mahiyyətə malikdir. 
Tədqiqatın məqsəd və vəzifələri. Sellərin son 
illərdə fəallaşması мэ tez-tez təkrarlanmasına təsir 
göstərən  amillərin  öyrənilməsi,  onların  təsərrüfat 
sahələrinə və əhali məskunlaşmasına təsirinin iqti-
sadi-coğrafi tədqiqi və s. kimi problemlərin araşdı-
rılması tədqiqatın əsas məqsədini təşkil edir.  
Əsas hissə. Sellərin ziyan vurduğu sahələrdən 
biri  də  əhalinin sıx  məskunlaşdığı  ərazilərdə  olan 
yaşayış evləri, təsərrüfat obyektləri və əkin sahələ-
ridir. Bu baxımdan tədqiqat ərazisində sellərə mə-
ruz  qalan  yaşayış  məntəqələri,  təsərrüfat  odyekt-
ləri, avtomobil və dəmir yolları haqqında geniş mə-
lumatlar toplamış və dəqiq təhlil aparmışıq. Aparı-
lan  təhlillərdə  ilk  növbədə  diqqəti  cəlb  edən  mə-
qam Dövlət proqramlarında (2004-2008 və 2009-
2013-cü illər) qəbul olunan qərarlar nəzərə alınma-
yaraq əhalinin yenə də selli çay hövzələrində məs-
kunlaşması prosesinin davam etməsidir. Buna mi-
sal olaraq, 2012-ci ildə sel təhlükəli Kişçay hövzə-
sində gətirmə konusunun üzərində qaçqınlar üçün 
tikilmiş şəhərciyi qeyd etmək olar. Selli çay hövzə-
sindəki  yaşayış  məntəqələri  arasında  istehsal,  iq-
tisadi  və  nəqliyyat  əlaqələrinin  inkişaf  etməsi  ilə 
yanaşı, həmin ərazilərdə sellərə qarşı müdafiə təd-
birlərinin həyata keçirilməsi, antropogen faktorla-
rının  ilbəil  artması  sellər  arasında  olan  intervalın 
azalmasına [13], sellərdən dəyən ziyanın miqdarı-
nın artmasına səbəb olur. 
 
 
Şəkil 1. Tədqiqat ərazisinin yerləşmə sxemi 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə