Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti


insident  -  münaqişədə  tərəflərin  bilavasitə  toqquşmasının  başlanması üçün formal vəsilə (bəhanə).  İnstitutlaşmış



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə91/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   83   84   85   86   87   88   89   90   91

insident  -  münaqişədə  tərəflərin  bilavasitə  toqquşmasının 
başlanması üçün formal vəsilə (bəhanə). 
İnstitutlaşmış 
münaqişə 

mübarizənin 
aparılması 
normalarının  və  qaydalarının  şərtləşdirildiyi  və  onun  başa 
çatdırılmasının dəqiq mexanizmlərinin mövcud olduğu münaqişə. 
Qarşıdurma - bir-birinə qarşı yönəlmiş hərəkət. 
Qeyri-formal təşkilat - insanların şəxsi seçim əsasında kortəbii 
surətdə yaranan birliyi. 
Qeyri-sosiallaşdırma  -  fərdin,  yaxud  sosial  qrupun  öz 
mədəniyyətindən sıxışdırılıb çıxarılması. 
Qrup  normaları  -  qrup  üzvlərinin  davranışının  tənziminin 
birgə  qrup  fəaliyyəti  və  ünsiyyəti  nəticəsində  işlənib  hazırlanmış 
qaydaları. 
Katarsis  -  müxtəlif  yayındıncı  obyektlərə  (düşmən  kuklaları, 
idman  mübarizəsində  iştirak  və  s.)  yönəltməklə  təcavüzkar 
impulslardan azad olma. 
Kompromiss  -  sosial  münaqişələrin  nizama  salınmasının 
tərəflərin qarşılıqlı güzəştlərinə əsaslanan metodu. 
Konqruentlik  -  şəxsiyyətin  münaqişəli  vəziyyəti  adekvat 
emosional reaksiyası. 
Koasensus  -  sosial  münaqişələrin  nizama  salınmasımn 
problemin birgə həllinə yönəlmiş metodu. 
Lider - qrupun şəxsi nüfuzu (qeyri-formal lider), yaxud tutduğu 
vəzifə  (formal  lider)  ilə  əlaqədar  qalan  iştirakçıların  şüur  və 
davranışına mühüm təsir göstərən üzvü. 
Liderlik  -  şəxsi  nüfuza,  liderin  şəxsiyyətinin  tanınmasına 
əsaslanan qrupa təsir üsulu. 
Marginallar - sosial şəraitə uyğunlaşmamış şəxslər. 
Mənafe  (lat.  interest  -  əhəmiyyətli,  mühüm  olan)  -  sosial 
hərəkətlərin real səbəbi. 
Motivləşmə  -  bəzi  müəyyən  məqsədlə  fəaliyyətə  sövq  edən 
meyl, yaxud tələbat. 
Mübahisə  -  birgə  problemlərin  həllinin  ən  yaxşı  variantının 
tapılması ilə bağlı fikir ayrılıqları. 
Münaqişə  obyekti  -  münaqişənin  konkret  səbəbi,  motivləri, 
hərəkətverici qüvvələri. 
Münaqişəli  davranış  -  mübahisəli  obyektin  tutulub 
saxlanması, yaxud rəqibin öz məqsədlərindən imtina etməyə və ya on- 
278 


lari dəyişdirməyə vadar edilməsi məqsədilə qarşı tərəfə yönəlmiş 
hərəkətlər. 
Münaqişədə  ətraf  mühit  -  fiziki  mühitdən  (coğrafi,  iqlim, 
ekoloji  və  digər  amillər)  və  sosial  mühitdən  (münaqişənin  inkişaf 
etdiyi müəyyən sosial şərait) ibarətdir. 
Münaqişədə qələbə və məğlubiyyət simvolları - münaqişədə 
bir  tərəfin  qələbəsinin  və  digər  tərəfin  məğlubiyyətinin  hamı 
tərəfindən  tanınan  amilə  çevrilməsi  ilə  nəticələnən  müəyyən 
məqsədlərin  əldə  olunması  (məsələn,  düşmənin  paytaxtının 
tutulması). 
Münaqişəqabağı  vəziyyət  -  potensial  münaqişə  subyektləri 
arasındakı  münasibətlərdə  müəyyən  ziddiyyətlərlə  şərtlənən  sosial 
gərginliyin artması. 
Münaqişə  yönəiişi  -  ehtimal  olunan  münaqişədə  müəyyən 
şəkildə  hərəkət  etməyə  hazırlıq.  O,  tərəflərin  məqsədlərini,  göz- 
ləntilərini və emosional yönəlişini ehtiva edir. 
Münaqişənin  diaqnostikası  -  əsas  xarakteristikalarının 
müəyyən edilməsi məqsədilə münaqişənin tədqiqi. 
Münaqişənin genezisi - münaqişənin yaranış, təşəkkül anı və 
sonrakı inkişaf prosesi. 
Münaqişənin  həlli  -  münaqişə  doğurmuş  ziddiyyətlərini 
aradan  qaldırılması  və  qarşıduran  tərəflər  arasında  normal 
münasibətlərin qurulması. 
Münaqişənin  nizama  salınması  -  münaqişənin  səbəblərini 
aradan  qaldırmadan  tərəflərin  qarşıdurmasının  kəskinliyinin 
götürülməsi. 
Münaqişənin  strukturu  -  münaqişənin  sabit  elementlərinin 
bütöv sistem təşkil edən məcmusu. 
Münaqişənin təkamülü - münaqişənin sadə formalardan daha 
mürəkkəb formalara tədrici, fasiləsiz inkişafı prosesi. 
Mütləq münaqişələr - mübarizənin bir, yaxud hər iki rəqibin 
tam məhvinə qədər aparıldığı münaqişələr. 
Nifrət  - insanın onun tələbatlarına, mənafelərinə, dəyərlərinə 
zidd təzahürə qarşı yönəlmiş sabit mənfi hissi (duyğusu). 
Nüfuz  -  insanın,  qrupun,  institutun,  yaxud  təşkilatın  malik 
olduğu,  hamı  tərəfindən  qəbul  edilən  əhəmiyyət,  təsir;  zorakılıq 
işlətmədən itaəti təmin etmək qabiliyyəti. 
Potensial  münaqişə  -  münaqişənin  yaranması  üçün  real 
əsasların mövcud olması, lakin hələlik bir, yaxud hər iki tərəfin 
279 


bu və ya digər səbəblərə (məsələn, informasiya çatışmazlığına) görə 
hələ vəziyyətin münaqişəli olduğunu dərk etməməsi. 
Proyeksiya ~ subyektin öz fikir və niyyətlərini şüurlü, yaxud 
şüursüz şəkildə başqalarının üzərinə keçirməsi. 
Ranq - rütbə, çin, dərəcə, kateqoriya. Sosial konflikto- logiyada 
«ali-ibtidai»  prinsipi  üzrə  müəyyən  olunur  və  münaqişə 
subyektlərindən birinin qarşıduran tərəfə münasibətdə tutduğu az və 
ya çox əlverişli ilkin mövqeyi nəzərdə tutur. 
Reqressiya (insan psixikasında) - neqativ müdafiə mexanizmi 
(vəziyyətdən qaçma). Reqressiya problemi həll etmir, vəziyyət qalır 
və münaqişənin xaricə çıxmamış bütün enerjisi şəxsiyyətin özünün 
dağılmasına yönəlir. 
Rejim  siyasi  münaqişəsi  (radikal  siyasi  münaqişə)  -  siyasi 
sistemin dəyişdirilməsi (saxlanması) uğrunda mübarizə. 
Resosiaiizasiya  -  fərdin,  yaxud  sosial  qrupun  başqa 
mədəniyyətə məcburi (zorakı) inteqrasiyası. 
Rəqabət  -  sosial  münaqişənin  mənfəət,  aztapılan  nemətlər, 
başqa  fayda  əldə  etmə  məqsədi  güdən  növlərindən  biri  (xüsusi 
mübarizə növü). 
Rəqiblik  -  şəxsi  nailiyyətlərin  cəmiyyət,  kollektiv,  qrup 
tərəfindən tanınması. 
Rəsmiyyətdəııkənar  təşkilat  ~  rəsmi  təşkilatın  vəzifələrinin 
təsbit olunmuş üsullardan fərqli üsullarla həllinə yönəlmiş, kortəbii 
surətdə yaranan əlaqələr, münasibətlər, fəaliyyət sistemi. 
Rigidlik (psixologiyada: lat. sərt, möhkəm) - dəyişən şəraitdə 
qavrayış və təsəvvürlərin yenidən qurulmasının çətinliyi. 
Risk  -  fəaliyyətin  nəticəsinin  qeyri-müəyyənliyindən  və 
uğursuzluq  təqdirində  mümkün  mənfi  nəticələrdən  ibarət  olan 
situativ xarakteristikası. 
Rollararası  münaqişə  -  şəxsiyyətin  icra  etdiyi  müxtəlif  sosial 
rolların tələbləri arasında ziddiyyətli vəziyyət. 
Siyasi  mədəniyyət  -  siyasi  sistemin  fəaliyyət  qanunları  və 
qaydaları,  siyasi  həyat  üsulları  haqqında  biliklərin,  təsəvvürlərin, 
yönümlərin dəyər-normativ sistemi. 
Siyasi mədəniyyətlərin münaqişəsi - müxtəlif siyasi dəyərlərin, 
normaların, adətlərin, ənənələrin, siyasi davranış üsullarının və siyasi 
inkişaf məqsədlərinin (siyasi həyat tərzlərinin) toqquşması. 
280 


Siyasi  münaqişə  -  siyasi  subyektlərin  hakimiyyət  və 
hakimiyyət münasibətləri ilə bağlı toqquşması. 
Sosial  münaqişə  ~  bir-birini  istisna  edən  tələblərin, 
mənafelərin, dəyərlərin toqquşması. 
Sosial  münaqişədə  güc  -  münaqişə  tərəflərinin  düşmənin 
müqavimətinə  rəğmən  öz  məqsədlərini  reallaşdırmaq  imkanı  və 
qabiliyyəti. 
Sosial tərəfdaşlıq - işçilər (həmkarlar ittifaqları) və sahibkarlar 
arasında  qarşılıqlı  güzəştlər  vasitəsilə  qarşılıqlı  surətdə  məqbul 
razılaşmaların  əldə  edilməsi  yolu  ilə  əmək  münasibətlərinin  və 
münaqişələrinin tənzimlənməsi. 
Sosial  yönəliş  -  müəyyən  vəziyyətlərdə  müəyyən  tərzdə 
hərəkət etməyə hazırlıq. 
Sosiallaşma  -  fərdin  (qrupun)  cəmiyyətdə  uğurlu  həyat 
fəaliyyəti  üçün  zəruri  olan  davranış,  sosial  norma  və  dəyər 
nümunələrini mənimsəməsi prosesi. 
Sosial-əmək  münaqişəsi  -  əmək  münasibətləri  mühitində 
fəaliyyət  göstərən  subyektlərin  mənafelərin  əksliyi  ilə  şərtlənən 
toqquşması. 
Sosial-siyasi 
böhran 

sosial-siyasi 
ziddiyyətlərin 
kəskinləşərək cəmiyyətdə sabitliyin və normal inkişafın pozulması. 
Sosial-siyasi  münaqişə  -  əksər  sosial  qruplar  arasında  siyasi 
münasibətlərə toxunan və həlli üçün siyasi nizamlama metodlarının 
zəruri olduğu münaqişə. 
Sosial tərəfdaşlıq - işçilər (həmkarlar ittifaqları) və sahibkarlar 
(sahibkar birlikləri) arasmda qarşılıqlı güzəştlər vasitəsilə qarşılıqlı 
surətdə  məqbul  sazişlərin  əldə  edilməsi  yolu  ilə  əmək 
münasibətlərinin  və  münaqişələrinin  tənzimlənməsi  metodlarından 
biri. 
Sosial  gərginlik  -  insanların  mövcud  vəziyyətlə,  yaxud 
hadisələrin  inkişafının  gedişi  ilə  təmin  olunmaması  nəticəsində 
yaranan  psixoloji  halı.  Sosial  gərginliyin  ən  xarakterik  təzahür 
formaları qrup emosiyalarıdır. 
Staqnasiya - inkişaf qabiliyyətinin itirilməsi. 
Status-rol  siyasəti  -  cəmiyyətin  siyasi  strukturunda  şəxsi  və 
qrup  statusunun  (rolunun)  yüksəldilməsi  (siyasi  hakimiyyət 
iyerarxiyasında yer) uğrunda mübarizə. 
Stereotip  - sosial  obyektin (insanın,  qrupun, təzahürün və s.) 
nisbətən sabit və sadə obrazı. 
281 


Stereotipləşdirmə - hansısa sosial qrupun xarakteristikalarının 
şamil 
olunması 
yolu 
ilə 
başqasının 
qavranılması 
və 
qiymətləndirilməsi. 
Stress  -  mürəkkəb  (ekstremal)  vəziyyətlərdə  insanda  yaranan 
psixi (emosional) gərginlik halı. Stress həm müsbət, səfor- bəredici, 
həm  də  mənfi  təsir  göstərə  bilər.  İkinci  halda  çox  vaxt  «distress» 
anlayışı işlədilir. 
Struktur  zorakılıq  -  insanların  tələbat  və  mənafelərini  pozan 
müəyyən  şəraitin  (strukturun)  yaradılması  (məsələn,  cəmiyyətdə 
insanın insan tərəfindən istismarı). 
Şaquli  siyasi  münaqişələr  -  cəbhələşmənin  «hakimiyyət- 
cəmiyyət» xətti üzrə keçməsi. Şaquli siyasi münaqişələrin iki növü 
mövcuddur: a) əsasında siyasi strukturda şəxsi və qrup statusunun və 
rolunun  yüksəldilməsi  uğrıında  mübarizə  duran  status-rol 
münaqişələri;  b)  mövcud  siyasi  quruluşu  devirmək,  yaxud  radikal 
surətdə dəyişdirmək məqsədi güdən rejim münaqişələri. 
Şəxsiyyət ~ mövcud ictimai münasibətlər sistemi, mədəniyyət 
və fərdin bioloji xüsusiyyətləri ilə şərtlənən sabit sosial əhəmiyyətli 
əlamətlər sisteminə malik insan. 
Şəxsiyyətlərarası  qavrama  -  insanın  insan  tərəfindən  qav- 
ranılması,  başa  düşülməsi  və  qiymətləndirilməsi  aşağıdakı 
mexanizmləri ehtiva edir: 1) eyniləşdirmə; 2) sosial-psixoloji reflek- 
siya; 3) empatiya; 4) stereotipləşmə. 
Şəxsiyyətlərarası münaqişələr - qarşılıqlı münasibət prosesində 
bir-birini  istisna  edən  tələblər.  Mənafelər,  dəyərlər,  məqsədlər, 
yaxud şəxsi nifrət səbəbindən şəxsiyyətlərin toqquşması. 
Şəxsiyyətlərarası  uyğunsuzluq  -  ünsiyyət  və  birgə  fəaliyyət 
tərəfdaşlarının  fərdlərin  dəyər  yönümlərinin,  temperamenlləri-  nin, 
psixofiziki  reaksiyalarının,  fərdi-psixoloji  xarakteristikalarının 
üst-üstə  düşməsinə  (qarşı-qarşıya  gəlməsinə)  əsaslanan  qarşılıqlı 
nifrəti. 
Təcavüz - fiziki, yaxud psixoloji ziyan, zərər vurmağa, yaxud 
başqa  insanı,  insanlar  qrupunu  və  böyük  sosial  birlikləri  məhv 
etməyə yönəlmiş fərdi, yaxud kollektiv davranış. 
Tələbatlar - insanın, cəmiyyətin qrupunun həyat fəaliyyətinin 
və  inkişafının  təmin  edilməsi  üçün  obyektiv  surətdə  zəruri  olan 
nəyəsə ehtiyac, fəallığın daxili sövqedicisi. 
Təmin olunmama - bu və ya digər amillərin, hadisələrin
282 


halların,  inkişaf  meyllərinin  və  s.  mənfi  qavranılması 
(qiymətləndirilməsi). 
Təsadüfi  münaqişə  -  anlaşılmazlıq  üzündən,  yaxud 
hadisələrin təsadüfi inkişafı nəticəsində yaranmış münaqişə. 
Təsəvvür - əşyanın, yaxud təzahürün əvvəl qavranılmış, yaxud 
məhsuldar təxəyyüllün yaratdığı obrazı. 
Tətil  -  işçilərin  özlərinin  iqtisadi,  sosial-siyasi  və  digər 
mənafelərinin  müdafiəsi  məqsədilə  təşkil  etdikləri  işin  kollektiv 
surətdə  dayandırılması,  yaxud  tənzimlənən  əmək  fəaliyyətində 
iştirakdan imtina. 
Kortəbii  tətil  -  sosial-psixoloji  gərginliyin  boşaldılması 
məqsədini güdür. Kortəbii tətilə bu və ya digər münaqişəli insident 
vəsilə ola bilər. 
Tolerantlıq  -  özgəsinin  həyat  tərzinə,  rəyinə,  davranışına, 
dəyərlərinə və s. dözümlülük. 
Tolerantlığın  fərdi  həddi  -  psixoloji  gərginliyin  artmasımn 
fərdin  münaqişəyə  girdiyi,  yaxud  frustrasiyaya  düşdüyü  müəyyən 
son həddi. 
Üfüqi  siyasi  münaqişələr  -  mövcud  rejim  çərçivəsində, 
məsələn, icraedici və qanunverici hakimiyyət arasında hakimiyyət və 
hakimiyyət səlahiyyətləri uğrunda mübarizə. 
Vasitəçilik  -  şəxsiyyətlərarası,  qruplarası  və  dövlətlərarası 
danışıqlara təkan verən proses. 
Yalançı münaqişə - cəbhələşmə üçün real səbəblər olmasa da
subyektin 
(subyektlərin) 
vəzİ
3
^ətinin 
münaqişə 
kimi 
qiymətləndirməsi. 
Yanlış qavramlan münaqişə - əsl «müqəssir» olan münaqişə 
subyektinin  «səhnə  arxasında»  qaldığı,  qarşıdurmada  isə  ona 
bilavasitə aidiyyatı olmayan iştirakçıların iştirak etdiyi münaqişə. 
Yeri  dəyişdirilmiş  münaqişə  -  həqiqi  səbəb  gizlədilərək 
yalançı əsasla yaranmış münaqişə. 
Yönəliş  -  subyektin  müəyyən  vəziyyətə  hazırlığı;  subyektin 
psixika  və  davranış  təzahürlərinin  müəyyən  yönümü;  gələcək 
hadisələrin qavranılmasına hazırlıq. 
Zorakılıq  -  dar  mənada  zorakılıq  insana  cismani  və  mənəvi 
zədə  yetirilməsi  kimi  qarşılanır;  geniş  mənada  zorakılıq  dedikdə 
başqa  şəxslərin  və  sosial  qrupların  barəsində  məcburetmənin 
istənilən forması başa düşülür. 
283 


TÖVSİYƏ OLUNAN ƏDƏBİYYAT 
2

3
.
 
I.
 
A.N.Abbasbəyli. Beynəlxalq münaqişələr: nəzəri və 
kon- 
septual yanaşmalar. Bakı, 2006. 
A.N.Abbasbəyli. Hərbi-siyasi münaqişələrin nizamlan- 
ması texnologiyaları. «Beynəlxalq hüquq və inteqrasiya 
problemləri». Bakı, 2005, №4. 
A.N.Abbasbəyli. Beynəlxalq münasibətlərdə hərbi güc 
faktoru. Yenə orada. Bakı, 2006, №1(05). 
4.
 
A.N.Abbasbəyli. Müasir şəraitdə beynəlxalq təhlükəsizlik 
və Azərbaycan Respublikası. «Tarix və onun problem- 
ləri». Bakı, 2006, №1. 
5.
 
А.Н.Аббасбейли. Взаимоотношение или соперничество 
Российской Федерации и Соединенных ПЛтатов А.мери- 
ки на современном этапе. «Diplomatiya aləti». Bakı. 
2006, 14. 
6.
 
Конфликтология // под. ред. В.П.Ратникова. М., 2005. 
7.
 
Конфликтология // под. ред. А.С.Кармина. Санкт-Петер- 
бург, 1999. 
8.
 
Козырев Г.И. Введение в конфликтологию. М., 1999. 
9.
 
Дмитриев А.В. Конфликтология. М., 2000. 
10.
 
Анцупов Л.Я., Шипилов А.И. Конфликтология. М., 
2002
.
 
II.
 
Здравомыслов А.Г. Социология конфликта. М., 1995. 
12.
 
Овчинников 
В.С. 
Политические 
конфликты 
в 
международных отношениях и пути их разрешения. М., 
1990. 
13.
 
Социально-политические 
конфликты 
в 
сфере 
межнациональных отношений и п>ти их разрешения. М., 
1990. 
14.
 
Мацнев  А.А.  Этнополитические  конфликты:  природа, 
типология 
и 
пути 
урегулирования 
// 
Социально-политический журнал, 1996, №4. 
15.
 
Михайлов  К.А.  Принцип  «воронки»  или  ме.хаиизм 
развертывания 
межэтнического 
конфликта 
// 
Социологические исследования, 1993, №5. 
284 


16.
 
Бэрон Р., Ричардсон Д. Агрессия. СПб., 1997. 
17.
 
Диксон Ч. Конфликт. СПб., 1997. 
18.
 
Каррас Ч. Искусство ведения переговоров. М., 1997. 
19.
 
Лоренц К. Агрессия. М.; Прогресс, 1994. 
20.
 
Основы конфликтологии // под ред. В.Ы.Кудрявцева. М., 
1997. 
21.
 
Скотт  Дж.Г.  Конфликты,  пути  их  преодоления.  Киев, 
1991. 
22.
 
Фишер Р., Эртель Д. Подготовка к переговорам. М,, 1996. 
23.
 
Шевцов В.М. Межнациональные конфликты: механизмы 
их разрешения. М.: ГАВС, 1994. 
24.
 
Əliyev G., Hacızadə Н. Konfliktologiyaya giriş. Bakı, Təbib, 
1998. 
25.
 
Üzeyir  Şəfi.  Konfliktologiya.  Siyasi-sosioloji  təhlil.  Bakı, 
2002
.
 
26.
 
Блищенко 
В.И.,Солнцева 
М.М. 
Региональные 
конфликты и международное право (вторая половина XX 
- начало XXI века). Учебное пособие. М., 2005. 
27.
 
Коваленко 
Б.В., 
Пирогов 
А.И., 
Рыжов 
О.А. 
Политическая  конфликтология.  Учебное  пособие.  М., 
2002. 
28.
 
Лебедева 
М.М. 
Политическое 
урегулирование 
конфликтов. Подходы, решения, технологии. М., 1999. 
29.
 
Аклаев А.Р. Этнополитическая конфликтология. Анализ 
и менеджмент. Учебное пособие. М., 2005. 
30.
 
Фельдман Д.М. Политология конфликта. М., 1998. 
31.
 
Фишер Р., Юри У. Путь к согласию или переговоры без 
поражения. М., 1992. 
32.
 
Введение  в  теорию  .международного  конфликта.  М., 
1996. 
33.
 
Карнеги Д. Путь к согласию. М., 1991. 
34.
 
Вебер М. Избранные произведения. М., 1990. 
35.
 
Ле Бон Г. Психология народов и масс. СПб., 1995. 
36.
 
Pruitt D., Rubin J. Social conflict: escalation, stalement, set 
285 


 
tlement. N.Y., 1984. 
37.
 
Simmel G. Conflict. N.Y., 1955. 
38.
 
Darcndorf R. Class and Class Conflict in Industrial Society. N.Y., 
1959. 
39.
 
Schelling T.C. The Strategy of Conflict. Camridge, 1960. 
40.
 
Shikman S. Theory of political conflict. N.Y., 1989. 
41.
 
Thomas K.W., KiLLmann R.H. Thomas-KiLLmann conflict mode 
instrument. XICOM, inc., 1990. 
286 

Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə