Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə83/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   79   80   81   82   83   84   85   86   ...   91

rindən  biri  himayəçi-dövlətlərin  xidmətlərindən  istifadə  edə  bilər. 
Fikrimizcə,  bu  ölkələrdən  hər  hansı  birinin  himayəsi  altında, 
YUNESKO-nun  fəal  yardımı  ilə,  bitərəf  ərazidə  mədəni  dəyərlərin 
mühafizəsi məsələsində məsuliyyət daşıyan Ermənistan, Azərbaycan, o 
cümlədən də Dağlıq Qarabağ nümayəndələrinin iclasını keçirmək olar. 
Bəlkə  də  bu,  münaqişənin  nizamlanması  yolunda  ilk  addım  olar  və 
müharibənin  dayandırdığı  humanitar  əlaqələrin  bərpası  üçün  şərait 
yarada bilərdi. 
Sonda istərdik ki, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini 
tamamilə  məhv  olmaq  təhlükəsi  ilə  üzləşmiş  Azərbaycanın  tarixi  və 
mədəni dəyərlərinin taleyinə biganə olmamağa çağıraq. Azərbaycan öz 
tərəfindən abidələrin mühafizə dərəcəsinin üzə çıxarılması üçün bütün 
vasitələrdən istifadə etməyə çalışır. Lakin, göründüyü kimi, bu kifayət 
deyil. Biz hələ ki, işğal olunmuş ərazilərdəki vəziyyətə nəzarət etmək 
iqtidarında  olmadığımız  üçün  Azərbaycan  bu  problemin  həllində 
YUNESKO-nun  fəal  iştirakına  möhtacdır.  Erməni  təcavüzü 
nəticəsində bizim dövlətimizə dəyən iqtisadi, maddi ziyanların miqyası 
həddindən böyükdür. Dəqiq məlumdur ki, Azərbaycanın işğal olunmuş 
rayonları  qarət  olunmuş  və  dağıdılmış,  respublikamıza  qarşı  təcavüz 
başlanan  vaxtdan  877  yaşayış  məntəqəsi  işğal,  qarət  edilmiş  və 
yandırılmışdır.  Erməni  təcavüzkarları  tərəfindən  işğal  edilmiş  bütün 
ərazilərdə  «yandırılmış  torpaqlar  və  etnik  təmizləmə»  siyasətinin 
aparılması nəticəsində ümumi sahəsi 9,1 mln.kv.m olan 150 min ev və 
mənzillər  məhv  edilmiş,  dinc  əhali  öz  evlərindən  qovularaq  qaçqına 
çevrilmiş, işğal olunmuş ərazidə yerli əhalinin nümayəndələrindən heç 
kəs qalmarmşdır. 
İşğal olunmuş zonalarda 6000-ə yaxın sənaye, kənd təsərrüfatı 
və  digər  müəssisələr  qarət  olunmuş  və  sıradan  çıxarılnuş-  dır.  Bir 
milyon hektardan artıq kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 
127,7  min  hektar  suvarılan  torpaqlar  və  34,6  min  hektar  üzüm  və 
meyvə  bağlan  tamamilə  yararsız  hala  salınmışdır.  1203  km 
uzunluğunda olan şaxələnmiş infrastrukturu məhv edilmişdir ki, onun 
tərkibinə  674  mln.kub  metr  ümumi  tutumu  olan  5  su  anbarı,  7296 
hidrotexniki qurğular, 36 nasos stansiyası və 26 suvarma sistemi daxil 
idi.  Süni  suvarma  sistemləri  avadanlıqlarının  bir  hissəsi  Ermənistana 
aparılmış, qalan hissəsi isə məhv edilmişdir. Azərbaycanın vahid süni 
suvarma in 
254 


frastrukturunun  bir  hissəsi  olan  Dağlıq  Qarabağ  süni  suvarma 
sisteminin məhv edilməsi nəticəsində işğal olunmuş ərazidən kənarda 
olan 5 rayonda 120 min hektar yararlı torpaq suvarıla bilmədiyi üçün 
təsərrüfat dövriyyəsindən çıxarılmışdır. 
Təcavüz  nəticəsində  Azərbaycanın  kənd  təsərrüfatına  yararlı 
torpaqlarına  dəyən  ziyan  təqribən  472  mln.  ABŞ  dollarına  bərabər 
qiymətləndirilir. 
İşğal olunmuş rayonlarda 244 min baş xırda buynuzlu və 69 min 
baş iribuynuzlu heyvan qarət edilmiş və Azərbaycan Respublikasından 
çıxarılmışdır.  Azərbaycanın  yay  otlaqlarının  70%-i  işğal  olunmuş 
zonada qalmışdır. 
Ermənistanın  təcavüzü  nəticəsində  işğal  edilmiş  rayonlarda 
4366 sosial və tibbi xidmət obyektləri, o cümlədən, 690 orta məktəb, 
855  məktəbəqədər  müəssisə,  4  sanatoriya-kurort  kompleksi  və  digər 
sağlamlıq  obyektləri  yararsız  hala  salınmışdır.  7  işğal  olunmuş 
rayonda infrastruktur tamamilə məhv edilmişdir. 35 min abonent üçün 
olan avtomatik telefon stansiyaları, 2500 vahid transformator və 14,5 
min  km  elektrik  xətləri  sökülərək  Ermənistana  daşınmışdır.  Ümumi 
uzunluğu 3834 m olan 160 körpü partladılmış və sıradan çıxarılmışdır. 
800  km  avtomobil  yolu  yararsız  hala  salınmışdır.  2,3  min  km  su 
kəməri  xətləri,  2  min  km  qaz  kəməri  xətləri  və  35  qaz  bölüşdürücü 
məntəqələr,  həmçinin  240  km  kanalizasiya  xətləri  tamamilə  məhv 
edilmişdir. 
Döyüş  əməliyyatlarının  gedişində  və  sonrakı  işğal  dövründə 
Azərbaycanın  təbiətinə  düzəldilməsi  mümkün  olmayan  ziyan 
dəymişdir. Erməni təcavüzü nəticəsində 280 min hektar meşə (və ya 
respublikanın  meşə  sahəsinin  25%-i)  2  dövlət  qoruğu  və  4  dövlət 
müvəqqəti-qoruğu,  həmçinin  200-dən  artıq  palaeontoloji  fauna  və 
coğrafi  təbii  abidələr  işğal  altında  qalmışdır.  Erməni  təcavüzkarları 
tərəfindən  Azərbaycan  təbiətinə  münasibətdə  planlı  ekoloji  qırım 
siyasəti  aparılır.  Azərbaycanın  işğal  olunmuş  ərazilərindəki  dağ 
meşələrinin kəsilməsi və məhv edilməsi hesabına Ermənistana 206,6 
min kub m qiymətli ağac növləri aparılmışdır. Çox qiymətli və digər 
növ  ağacların  kütləvi  surətdə  kəsilməsi  nəticəsində  erroziya  prosesi 
başlamış və torpaqlar boşalmışdır. 
İşğal  olunmuş  bölgənin  faunasına  əvəzedilməz  ziyan 
vurulmuşdur. Bu bölgənin bioloji rəngarəngliyi təhlükə altında qal 
255 


mışdır,  belə  ki,  əksəriyyəti  «Qırmızı  kitaba»  salınmış  faunanın 
nəzarətsiz  məhv  edilməsi  prosesi  gedir.  Ümumiyyətlə,  Azərbaycanın 
təkcə meşə və ovçuluq təsərrüfatına 1 milyard ABŞ dollarından yuxarı 
məbləğdə ziyan dəymişdir. 
Azərbaycanın  erməni  təcavüzü  altındakı  ərazilərində  bölgənin 
mineral  resursları  vəhşicəsinə  qarət  və  istismar  edilir.  İşğal  olunmuş 
rayonların  2  qızıl,  4  civə,  2  qranit,  2  qurğuşun-sink,  1  mis  və  1 
antimonit yataqlarının faydalı qazıntıları Ermənistanın zənginləşdirmə 
müəssisələrinə  aparılmışdır  ki,  bu  Ermənistanın  qiymətli,  nadir  və 
rəngli  metalların  dünya  eksportçularmm  liderlərindən  birinə 
çevrilməsinə  həyasız  iddiasına  səbəb  olmuşdur.  Azərbaycanın  işğal 
olunmuş Kəlbəcər rayonunda yerləşən Söyüdlü qızıl yataqlarının birgə 
işlənməsi  və  istismarı  haqda  Ermənistanın  «Ferst  Daynesti  Mayns» 
Kanada  şirkəti  ilə  bağladığı  müqaviləyə  əsasən,  Ermənistan  bu 
yataqdan 2,52 ton qızıl götürmək, gələcəkdə isə onun hasilatını ildə 13 
tona  çatdırmaq  niyyətindədir.  Qiymətli  nadir  tapılan  və  rəngli 
metallarla  bərabər  işğal  olunmuş  ərazilərdən  Ermənistana  böyük 
miqdarda yarım- qiymətli, dekarativ və yüksəkkeyfıyyətli üzlük daşlar 
-  perlitin,  obsidian,  mərmər,  travertin,  həmçinin  tikinti  materialları 
(daş,  qum,  çınqıl  və  s.)  aparılır.  Tikinti  daşlarının  və  üzlük  daşların 
nəzarətsiz şəkildə çıxarılması son illər Ermənistanda tikintinin olduqca 
genişlənməsinə,  həmçinin,  üzlük  daşların  xaricə  satışı  hesabına 
Ermənistanın əhəmiyyətli ixracatçı imici qazanmasına səbəb olmuşdur. 
Məs.: 1999-cu ildə Ermənistan  «Dişalite»  ABŞ  şirkətinin  vasitəçiliyi 
ilə 200 min perlitinin ixracını planlaşdırmışdır. 
Hər il Azərbaycanın işğal olunmuş ərazilərindən, İstisu və digər 
mənbələrdən hasil edilən, «Korlovı Varı» növlü təbii mineral su ixracı 
Ermənistamn  büdcəsinə  axan  valyutanın  əhəmiyyətli  hissəsini  təşkil 
edir. 
Əvvəlcədən müəyyən edilmiş və axıra kimi dəqiqləşdirilməmiş 
göstəricilərə  əsasən  Ermənistan  Respublikasının  Azərbaycan 
Respublikasına  qarşı  təcavüzü  nəticəsində  ümumi  ziyanın  həcmi  22 
milyard ABŞ dollarından yuxarıdır. 
Lakin, beynəlxalq münasibətlərin tarixindən götürülən çoxsaylı 
faktların  təsdiq  etdiyi  kimi,  silahlı  münaqişələr,  harada  baş 
verməsindən asılı olmayaraq, bu münaqişəyə sürüklənmiş xalqla- 
256 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə