Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə85/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   81   82   83   84   85   86   87   88   ...   91

şaya bilər. Ermənilərin məntiqinə görə, «öz müqəddəratını təyinetmə 
prinsipini» rəhbər tutmaqla ermənilərin yığcam yaşadıqları yerlərdə ən 
azı  on  yeni  erməni  dövləti  yaratmaq  olar.  Bu  halda  Gürcüstanda, 
Fransada,  ABŞ-da,  İtaliyada,  Livanda,  Suriyada,  Mərkəzi  Asiyada, 
Rusiya  Federasiyasında  (Moskva  şəhərində,  Rostov  vilayətində, 
Krasnodar  və  Stavropol  diyarlarında  və  s.)  erməni  repsublikaları 
yarana  bilər.  Bu  təcrübədən  istifadə  edərək  azərbaycanlılar  da  öz 
müqəddəratlarını  təyin  edər  və  Gürcüstanda,  Qazaxıstanda, 
Özbəkistanda,  Türkiyədə,  Almaniyada,  Skandinav  ölkələrində, 
ABŞ-da, Kanadada və s, Azərbaycan respublikaları yarada bilərlər. Bu 
sxemə  görə  Avtsrali-  yada.  Yeni  Zellandiyada,  Cənubi  Afrikada, 
Kanadada  və  digər  yerlərdə  yaşayan  ingilislər  öz  müqəddəratlarını 
təyin  edə  bilərlər.  Göstərilən  ölkələrin  xalqlarının  damarlarından 
ingilis qanı axır. 
Öz  müqəddəratını  təyinetməyin  erməni  yozumu  əsassız  və 
fitnəkar  xarakter  daşıyır.  Həyata  keçirilməsi  mümkün  olmayan 
arzularını  ifadə  edən  müəlliflər  nəyə  getdiklərini  özləri  də 
bilmirlər.  Onlar  kənardan  köməyə  və  erməni  sponsorlarına  bel 
bağlayırlar. Həmin sponsorlar «Qarabağ əhlikefləri»ni dəstəkləməklə 
məşğuldurlar.  «Azadlıq»  radiosu  2001-ci  il  fevralın  26-da  belə  bir 
xəbər  yayıb;  «Bütün  dünyadakı  erməni  diasporu Qarabağ üçün külli 
miqdarda  pul  toplayır».  Rusiya  jurnalisti  Oleq  Panfi-  lov  yazır  ki, 
söhbət  etdiyi  (Qarabağda)  adamlar  gələcəyini  görmürlər.  Vaxtilə 
Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  Azərbaycanın  çiçəklənən 
regionlarından  biri  idi.  İndi  isə  vulkan  lavası  kimi  donmuş  bir 
vilayətdir. Burada bircə müəssisə belə işləmir. Bəs Ermənistanla 
«iqtisadi  inteqrasiya»  necə  oldu?  Niyə  vilayət  tərəqqi  etmir? 
İqtisadi  inteqrasiya  və  tərəqqi  heç  vaxt  olmayıb  və  olmayacaq, 
çünki  Dağlıq  Qarabağ  Azərbaycanm  üzvü  tərkib  hissəsidir. 
Erməm'standa  bunu  nə  qədər  tez  başa  düşsələr,  həm  Qarabağ 
erməniləri, həm də Ermənistan erməniləri üçün bir o qədər yaxşı 
ölar.  Dağlıq  Qarabağ  regionunun  Azərbaycana  məxsus  olmasından 
şübhələnənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə 
dair  BMT  Təhlükəsizlik  Şurasının  1993-cü  il  29  iyul  tarixli  853 
nömrəli  qətnaməsinin  9-cu  bəndində  deyilir:  «Azərbaycanm  Dağlıq 
Qarabağ regionunun (A.A.) erməniləri tərəfindən riayət olunmasının 
təmin edilməsi...». Bu forma BMT Təhlükəsizlik Şurasının 1993-cü il 
14 oktyabr tarixli 874 nömrəli 
260 


qətnaməsində  də  təkrar  edilmişdir.  Burada  deyilir:  «Azərbaycan 
Respublikasının  Daghq  Oarabaä  regionunda  (A.A.)  münaqişənin 
davam etməsindən ciddi narahat olduğunu ifadə edərək...», 1993-cü il 
12  noyabr  tarixli  884  nömrəli  qətnamədə  də  deyilir:  «Təhlükəsizlik 
Şurası  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunda 
münaqişənin  davam  etməsindən  özünün  ciddi  narahatlığını  ifadə 
edərək...»  (A.A.)  Avropada  Təhlükəsizliyə  və  Əməkdaşlığa  dair 
Helsinki müşavirəsinin prinsipləri Bəyannaməsində yazılmış bu sözlər 
-  «zor  işlətmək  və  ya  zor  işlətməklə  hədələmək»  sözləri  suveren 
Azərbaycan  dövlətinin  milli  ərazisinə  göz  dikmiş  ermənilərə  tutarlı 
cavabdır.  Bəyannamədə  deyilir:  «İştirakçı  dövlətlər,  ümumiyyətlə, 
bütün  beynəlxalq  münasibətlərdə  olduğu  kimi,  bir-birləri  ilə  olan 
qarşılıqlı münasibətlərdə də Birləşmiş Millətlərin məqsədləri ilə və bu 
bəyannamə  ilə  bir  araya  sığmayan  hər  hansı  bir  dövlətin  ərazi 
bütövlüyünə və  ya siyasi  müstəqilliyinə qarşı zor işlətməkdən və  ya 
zor  işlətməklə  hədələməkdən  imtina  edəcəklər.  Bu  prinsipi  pozaraq 
zor işlətməklə hədələmək və ya zor işlətməyi əsaslandırmaq üçün hec 
bir 
mülahizədən 
(A.A.) 
istifadə 
etmək 
olmaz». 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  dair 
BMT  Təhlükəsizlik  Şurasının  4  qətnaməsinin  hamısında 
«Azərbaycanın  suverenliyi  və  ərazi  bütövlüyü  bir  daha  təsdiq 
edilir». 
Sual  oluna  bilər:  bütün  bunlardan  sonra  Dağlıq  Qarabağın 
mənsubiyyəti  məsələsini  şübhə  altına  almaq  olarım?!  Əlbəttə  yox. 
Dünyanın  ən  nüfuzlu  təşkilatı  Dağlıq  Qarabağ  regionunu 
Azərbaycan  Respublikasının  ayrılmaz  hissəsi  kimi  tanıyır. 
Beynəlxalq hüquq normalarına əsasən, bu məsələ müzakirə oluna 
bilməz.  «Erməni  silahlı  birləşmələri  deyil»,  Ermənistan 
Respublikası  milli  Azərbaycan  ərazilərini  tərk  etməlidir. 
Ermənistanın himayədarları da, hərbi müttəfiqləri də bunu başa 
düşməlidirlər. 
Eyni zamanda, ermənilərin iddialarından danışarkən beynəlxalq 
təşkilatların bəzi əsas sənədlərinə də müraciət etmək lazımdır. Erməni 
nəzəriyyəçiləri  və  millətçi-şovinistləri  bu  sənədlərə  tez-tez  istinad 
edirlər. Belə ki, milli, etnik, dini və dilə görə azlıq təşkil edən şəxslərin 
hüquqları  haqqında  1992-ci  il  dekabrın  18-də  BMT  Baş  Məclisinin 
sessiyasında  qəbul  olunmuş  bəyannamədə  və  BMT  Baş  Məclisinin 
47/135  saylı  qətnaməsində  deyilir  ki,  milli  azlıqların  (bu  halda 
Azərbaycan Respublikasının 
261 


Dağlıq Qarabağ regionunda azlıq təşkil edən ermənilərin - A. A.) öz 
dinlərini 
inkişaf 
etdirmək, 
öz 
dillərində 
danışmaq, 
öz 
mədəniyyətlərindən istifadə etmək, öz qruplarının nümayəndələri ilə 
(dünyanın digər ölkələrində yaşayan ermənilər nəzərdə tutulur - A.A.) 
əlaqələr yaratmaq və həyata keçirmək hüququ vardır. Bu, 1993-cü ildə 
Avstriyanın paytaxtı Vyanada keçirilmiş insan hüquqları Ümumdünya 
Konfransının  sənədlərində  də  təsdiq  edilib.  BMT,  ATƏT  və  İslam 
Konfransı Təşkilatının və s. sənədlərinin heç birində göstərilməyibdir 
ki,  milli  azlıq  bu  və  ya  digər  dövlətin  tərkibindən  çıxa  bilər  və 
zorakılıq yolu ilə, ya da könüllü surətdə başqa bir dövlətlə birləşə bilər. 
Bütün  universal  beynəlxalq  təşkilatların  sənədlərində  dövlətlərin 
sərhədlərinin  pozulmazlığı  və  ərazi  bütövlüyü  prinsipləri  təsbit 
edilmişdir. 
Sual olunur: əgər dünya birliyi və ya Ermənistan-Azərbaycan, 
Dağlıq  Qarabağ  münaqişəsinə  dair  ATƏT-in  Minsk  qrupunun  3 
həmsədri  azərbaycanlılarla  birlikdə  ermənilərin  də  yaşadıqları 
Azərbaycan ərazisinin Ermənistan Respublikasına verilməsi haqqında 
erməni avantüristlərinin və işğalçılarının dediklərinə əməl etsələr, nə 
baş verə bilər? Bu halda müasir Avropanın, Amerikanın, Asiyanın və 
Afrikanın xəritələri yenidən çəkilməli olar. Dərhal belə bir sual ortaya 
çıxır:  nə  üçün  əhalisinin  90%-i,  yəni  2  milyona  qədəri  alban  olan 
Kosovo  Yuqoslaviyadan  alınıb  Albaniya  dövlətinə  verilməsin 
(ermənilərin  öz  müqəd-  daratını  təyinetmə  prinsipi  üzrə)?  Nə  üçün 
Makedoniyanın, əhalisinin 99%-dən çoxu alban olan sərhəd rayonu və 
ya  Makedoniya  əhalisinin  40%-ə  qədərini  təşkil  edən  albanlar 
Albaniya  ilə  birləşdirilməsin?  Axı,  «Dağlıq  Qarabağ»  presedenti 
mövcuddur.  Nə  üçün  ABŞ-m  ən  böyük  ştatı  olan  və  əsasən 
meksikahların yaşadığı Texas ştatı Meksikaya verilməsin? Halbuki, bu 
ərazi Meksikanın milli ərazisinin bir vaxtlar tərkib hissəsi olmuşdur. 
Nə  üçün  İsveçrə  Almaniya,  İtaliya  və  Fransa  arasında 
bölüşdürülməsin? Kvebek Kanadadan alınıb Fransaya verilməsin və s. 
Bu siyahını dünyadakı 200-dən çox dövlətin sayına görə uzatmaq olar. 
Nə üçün ermənilərin tələbi həyata keçməlidir, başqa xalqla- rmkı yox? 
Bu sərsəm ideyanın azacıq da olsa əsası yoxdur. Bu, açıq-aşkar digər 
dövlətin  ərazisini  ilhaq  etmək  məqsədilə  quldurluq  və  işğal  etmək 
deməkdir. Söhbət təkcə respublikamızın ərazi bütövlüyündən getmir. 
Əvvəl-axır milli suverenliyimizi bərpa 
262 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə