Bmt təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə Qətnamələri bmt-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü IL



Yüklə 37,05 Kb.
Pdf görüntüsü
tarix14.02.2018
ölçüsü37,05 Kb.
#26910


BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə 

Qətnamələri  

 

BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il  

822 saylı Qətnaməsi 

 

Təhlükəsizlik  Şurası, Təhlükəsizlik  Şurasının sədrinin 29 yanvar 1993-cü və 6 aprel 1993-cü il tarixli 



Dağlıq Qarabağ haqqında olan bəyanatlarına istinad edərək; Baş Katibin 15 aprel 1993-cü il tarixli məruzəsini 

nəzərə alaraq; Azərbaycan Respublikası  və Ermənistan Respublikası  əlaqələrinin pozulmasına görə  öz ciddi 

narahatlığını bildirərək; hərbi silahlı  əməliyyatların qızışdırmasını  və  o cümlədən yerli erməni qüvvələrinin 

Kəlbəcər rayonuna soxulması ilə  əlaqədar narahatlığını qeyd edərək; bu vəziyyətin sülh və sabitliyə  təhlükə 

yaranması, mülki əhalinin kütləvi yerdəyişməsi, regionda, o cümlədən Kəlbəcər rayonunda  fövqəladə 

humanitar vəziyyətilə  əlaqədar öz ciddi narahatlığını bildirərək; bu regionda olan bütün dövlətlərin  ərazi 

bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün silahlı qüvvələrin istifadə etməyin 

yolverilməzliyini bir daha təsdiq edərək; ATƏT çərçivəsində  keçirilən sülh danışıqlarını  dəstəklədiyini bəyan 

edərək və  hərbi  əməliyyatların  qızışdırılması, bunun ağır nəticələrə  gətirib çıxaracağı ilə  bağlı narahatlığını 

bildirərək: 

1) Dayanaqlı atəşkəsin  əldə  olunması üçün bütün hərbi  əməliyyatların və digər düşmənçilik aktlarının 

hökmən  dayandırılmasını, işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın zəbt olunmuş rayonlarından 

çıxarılmasını tələb edir; 

2) Maraqlı  tərəfləri  münaqişəni ATƏT-in Minsk qrupu prosesinin çərçivəsində    sülh yolu ilə  həll etmək 

üçün danışıqları  bərpa etməyə  və  problemin sülh yolu ilə  həll olunmasına qarşı  hər hansı bir hərəkətə yol 

verməkdən çəkinməyə çağırır; 

3) Bu regionda həmçinin münaqişənin  toxunulduğu rayonlarda mülki  əhalinin  əzab-əziyyətlərinin 

azaldılması üçün aparılan humanitar yardımın göstərilməsinə  əlaqədar olan beynəlxalq fəaliyyətin maneəsiz 

keçməsini təmin edilməsinə çağırır və tərəflərin Beynəlxalq Humanitar Hüququn prinsiplərinə və normalarına 

əməl olunmasının məcburiliyini təsdiq edir; 

4) Baş Katibdən hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda və 

həmçinin Azərbaycanın Kəlbəcər rayonundakı  vəziyyətin qiymətləndirilməsini və  sonradan  Şuraya məruzə 

edilməsini xahiş edir; 

5) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır. 

 

Sərəncam 3205 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur.   




BMT-nin Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il 

853 saylı Qətnaməsi 

 

Təhlükəsizlik  Şurası özünün 30 aprel 1993-cü il tarixli 822 saylı  Qətnaməsini təsdiq edərək; ATƏT-in 



Minsk qrupunun 27 iyul 1993-cü il tarixli məruzəsini dinləyərək; Ermənistan və Azərbaycan Respublikası 

arasında olan münasibətlərin pislənməsi və  onların arasında olan gərginlikdən ciddi narahatlığını bildirərək; 

tərəflərin 822 saylı  Qətnamənin həyata keçirilməsinə dair təxirəsalınmaz planın qəbul etmələrini alqışlayaraq; 

hərbi qüvvələrin  əməliyyatlarının qızışdırılması, o cümlədən Azərbaycanın Ağdam rayonun işğalını həyəcanla 

qeyd edir; bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranmasına dair narahatlığını bildirir;  

1) Ağdam rayonu və Azərbaycanın işğal olunmuş digər torpaqlarının zəbtini pisləyir

2) Regionda düşmənçilik hərəkətlərini, həmçinin mülkü əhaliyə  hücumlar və  yaşayış rayonlarının 

bombardman edilməsini və artilleriya atəşinə tutulmasını pisləyir;   

3) Bütün hərbi əməliyyatların təxirəsalınmazdan dayandırılmasını, təcili, tam və danışıqsız olaraq Ağdam və 

Azərbaycanın işğal olunmuş digər rayonlarından münaqişədə  iştirak etmiş silahlı qüvvələrinin çıxardılmasını 

tələb edir; 

4) Tərəfləri razılaşmaya gəlməyə və bu razılaşmaya əməl etməyə çağırır; 

5) Regionda yuxarıda göstərilən 3-cü və 4-cü bəndlərin kontekstini, özünün əvvəlki iqtisadi, nəqliyyat və 

energetika əlaqələrinin bərpasına çağırışlarını bir daha təsdiq edir; 

6) ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə  həll olunmasına, həmçinin 822 (1993) saylı 

qətnaməsinin həyata keçirilməsinə yönəldilmiş səylərini bəyənir və buna qarşı çıxa biləcək hərbi əməliyyatların 

qızışdırılması ilə bağlı ciddi narahatlığını bildirir;  

7) ATƏT-in nəzarətçi missiyasının və  fəaliyyət qrafikinin yaradılmasına dair tədbirlərin, həmçinin  Şura    

çərçivəsində və yerlərdə şuranın iştirak etməsi haqqında təklifi alqışlayır; 

8) Tərəflər münaqişənin sülh yolu ilə  həll olunmasına qarşı  hər hansı bir hərəkətdən çəkinməyə, Minsk 

qrupu  çərçivəsində  danışıqların aparılmasına, həmçinin münaqişənin son həllinə  yönəlmiş birbaşa  əlaqələri 

davam etməyə çağırır; 

9) Ermənistan Respublikasının Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinin 822-ci (1993) və 

indiki qətnamələrin  əməl etməsini təmin etməyə  və bu tərəfin Minsk qrupunun təkliflərini qəbul eləməsinə 

çağırır. 

Dövlətləri təklikdə  münaqişənin eskalasiyasına, yaxud ərazilərin işğalının davam etdirilməsinə  gətirib 

çıxarda bilən hər hansı silahın və hərbi əmlaklara təchiz etməkdən çəkinməyə çağırır.  

10) Dövlətləri münaqişənin  şişirdilməsinə  və ya ərazinin işğalına davam etməsinə  yönəlmiş  hər hansı bir 

silahlı və hərbi yardımdan çəkinməyə təkidlə çağırır; 

11) Mülkü əhalinin dözülməz vəziyyətinin  yüngülləşdirilməsinə  yönəldilmiş regionda, həmçinin 

münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardımla  maneəsiz təmin olunmasına etməyinə bir daha 

çağırır; 

12) Baş Katibdən və  müvafiq beynəlxalq təşkilatlardan zərər çəkmiş mülki əhaliyə  təcili humanitar 

yardımın verilməsini və yerini dəyişmiş şəxslərin evlərinə qaytarılmasına xahiş edir; 

13) Baş Katibdən, hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda 

vəziyyətə dair məruzələrin təqdimatının davam etdirilməsini xahiş edir; 

14) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır. 

 

3259 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur. 



 


BMT-nin Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il tarixli 

874 saylı Qətnaməsi 

 

Təhlükəsizlik  Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853 saylı 



qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə  Təhlükəsizlik  Şurasının Sədri tərəfindən oxunan 

Bəyanata istinad edərək, Qarabağ üzrə  ATƏT-in Minsk qrupunun BMT-nin sədrinə  ünvanlanmış 1 oktyabr 

1993-cü il tarixli məktubuna baxaraq, Azərbaycan Respublikasında və onun ətrafında Dağlığ Qarabağ 

konfliktinin və    Azərbaycan Respublikası  və Ermənistan Respublikası arasında olan gərginliyin sülh və 

sabitliyə  təhlükə  yaratması ilə  bağlı   öz narahatlığını bildirərək, 8 oktyabr 1993-cü ildə  Moskva  şəhərində 

keçirilən yüksək səviyyəli görüşü qeyd edərək və bu görüşün vəziyyətin yaxşılaşmasına və konfliktin sülh yolu 

ilə  həll olmasına kömək edəcəyinə  ümid bəsləyərək, Azərbaycan Respublikasının və regionda olan digər 

dövlətlərin suverenliyini və  ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını  və  qüvvə  tətbiq edərək 

torpaqların alınmasının mümkünsüzlüyünü bir daha təsdiq edərək, konflikt ilə bağlı insanların əzab-əziyyətləri 

və  regionda baş verən humanitar vəziyyətlə  əlaqədar, o cümlədən Azərbaycan Respublikasının çoxsaylı 

vətəndaşlarının yerdəyişməsi ilə əlaqədar öz ciddi narahatlığını bildirərək: 

1) Tərəfləri atəşkəsin effektlisini və daimiliyini, Minsk qrupuna dəstək olaraq Rusiya Federasiyasının 

yardımı ilə birbaşa əlaqələrin yaradılmasını təmin etməyə çağırır; 

2) Özünün ATƏT və Minsk qrupunun yorulmaz əməyi çərçivəsində  əldə  olunan sülh prosesini 

dəstəklədiyini bir daha bəyan edir; 

3) 28 sentyabr 1993-cü ildə Minsk qrupunun yığıncağında qəbul edilmiş və Sədr tərəfindən maraqlı tərəflərə 

təqdim edilmiş «822 (1993) və 853 (1993) Qətnamələrinin həyata keçirilməsi ilə  əlaqədar təxirə  salınmaz 

tədbirlərin yeniləşmiş qrafikini» bəyənir, tərəflərə onu qəbul etməsini məsləhət görür və buna çağırır; 

4) Münaqişədən irəli gələn və «Yeniləşmiş qrafik»də həll olunmamış problemlərin Minsk qrupu tərəfindən 

aparılan sülh danışıqları çərçivəsində həll ediləcəyinə əmin olduğunu bildirir; 

5) Tərəfləri Minsk qrupunun «Yeniləşmiş qrafik»də nəzərə tutulmuş qarşılıqlı və təxirəsalınmaz tədbirlərin 

həyata keçirilməsinə, zəbt olunmuş  ərazidən hərbi qüvvələrin çıxarılmasına, kommunikasiya və  nəqliyyatla 

bağlı bütün maneələrin aradan qaldırılmasına çağırır; 

6) ATƏT-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına əsasən və «Yeniləşmiş qrafik»də nəzərə 

alınmış  və   münaqişənin həllinə  yönəldilmiş sülh danışıqlarının aparılması  üçün tezliklə Minsk qrupunun 

konfransının keçirilməsini lazım bilir; 

7) Baş katibdən Minsk konfransında iştirak etmək üçün nümayəndə  göndərilməsi təklifini müsbət 

cavablandırılmasını  və  konfransın açılışından sonra sülh danışıqlarının   aparılmasına bütün mümkün olan 

köməyi göstərməsini xahiş edir; 

8) ATƏT tərəfindən yaradılmış Nəzarət komissiyasını dəstəkləyir; 

9) Tərəfləri Beynəlxalq Humanitar Hüququnun pozulmasına yol veriliməməsinə  və 822 (1993) və 853 

(1993) saylı  Qətnamələrində  olan, münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardım məqsədi ilə 

beynəlxalq fəaliyyətin maneəsiz keçirilməsinə təminat verilməsinin vacibliyini  bir daha bəyan edir; 

10) Bu regionda olan bütün dövlətləri münaqişənin böyüməsinə, sülh və sabitliyin pozulmasına yönəldilmiş 

hər hansı bir təcavüzdən və müdaxilədən çəkinməyə təkidlə çağırır; 

11) Baş Katibdən və müvafiq Beynəlxalq Humanitar Təşkilatlardan zərər çəkmiş mülki əhaliyə fövqəladə 

yardım göstərilməsini, qaçqın və  məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təhlükəsizlik  şəraitində 

yaşamaq üçün köməklik göstərilməsini xahiş edir; 

12) Baş Katibdən, ATƏT-in   fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişatından və yerlərdə olan 

vəziyyətin bütün aspektləri üzrə, həmçinin bununla əlaqədar ATƏT və BMT-in indiki və  gələcəkdəki 

əməkdaşlığı barəsində Şuraya təqdim etmələrini xahiş edirik; 

13) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır. 

 

Qətnamə 3292 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur. 




BMT-nin Təhlükəsizlik Şurasının 11 noyabr 1993-cü il  

884 saylı Qətnaməsi 

 

Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 25 iyul 1993-cü il tarixli 874, 14 oktyabr 1993-



cü il tarixli 874 saylı  Qətnamələrini təsdiq edərək; ATƏT və Minsk qrupunun yorulmaz səyi çərçivəsində 

aparılan sülh danışıqlarını tam dəstəkləyərək; ATƏT-in fəaliyyətdə olan Sədrinin məktubunu və əlavələri nəzərə 

alaraq, Azərbaycan Respublikasında və onun ətrafında konfliktin və Azərbaycan  Respublikası  və Ermənistan 

Respublikası arasında olan gərginliyin sülh və sabitliyə  təhlükə  yaratması; atəşkəsin pozulması, o cümlədən 

Zəngilan rayonu və  Horadiz  şəhərinin zəbt olunması ilə  əlaqədar hərbi  əməliyyatların gərginləşməsi ilə  bağlı 

narahatlığını bildirərək; Azərbaycanın və regionda olan digər dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, 

beynəlxalq sərhədlərin toxunulmazlığının və  ərzinin zəbt edilməsi üçün qüvvədən istifadə edilməsinin 

yolverilməzliyini təsdiq edərək; Azərbaycanın cənub sərhədlərində yerləşən Zəngilan rayonu və Horadiz 

şəhərində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar öz ciddi narahatlığını bildirərək: 

1) Hərbi  əməliyyatın başlanmasına səbəb olan tərəflərin atəşkəsin son pozulmasını, o cümlədən Zəngilan 

rayonu və  Horadiz  şəhərinin zəbtini, mülki əhaliyə  hücumu və Azərbaycan Respublikası  ərazisinin atəşə 

tutulmasını pisləyir; 

2) Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinə öz təsirindən istifadə edərək 

822 (1993) və, 853 (1993) və  874 (1993) saylı  Qətnamələrə riayət etməsinə  və  hərbi kampaniyaların davam 

etməməsi üçün vəsaitlərin verilməməsini təmin etməyə çağırır;  

3) ATƏT-in Minsk qrupunun  9 nəfərinin bəyanatını məmnuniyyətlə qeyd edir və orada göstərilən atəşkəs 

haqqında birtərəfli bəyanatı yüksək qiymətləndirir; 

4) Maraqlı tərəflərdən hərbi əməliyyat və düşmənçilik aktlarının həmən dayandırılmasını, birtərəfli olaraq 

Təhlükəsizlik Şurasının «822 (1993) və 853 (1993) Qətnamələrinin həyata keçirilməsilə əlaqədar təxirəsalınmaz 

tədbirlərin yeniləşmiş qrafikini» və  Minsk qrupunun Vyana şəhərində  keçirilən 2-8 noyabr 1993-cü ildə 

keçirilən iclasında qəbul olunmuş  dəyişiklikləri nəzərə alaraq hərbi qüvvələrin Zəngilan rayonu və Horadiz 

şəhərindən və digər işğal olunmuş rayonlardan çıxarılmasını tələb edir; 

5) Maraqlı  tərəfləri Rusiya Federasiyasının Minsk qrupuna dəstək məqsədi ilə  yardımı birbaşa kontakt 

nəticəsində  əldə  olunmuş atəşkəsə riayət etməyə  və onun daimiliyini və effektliyini təmin etməyə; və 

münaqişənin həlli yolunda Minsk prosesinin və «Yeniləşmiş qrafik» və ona Minsk qrupunun 2-8 noyabr 1993-

cü il tarixli iclasında qəbul etdiyi dəyişikliklər çərçivəsində  münaqişənin nizamlanmasına dair danışıqlar və 

digər mümkün olan bütün yolların axtarışını davam etdirilməsinə təkidlə çağırır;  

6) Bu regionda olan bütün dövlətləri münaqişənin böyüməsi, sülh və sabitliyin pozulmasına yönəldilmiş 

hər  hansı bir təcavüzdən və müdaxilədən çəkinməyə təkidlə çağırır;  

7) Baş Katibdən və müvafiq beynəlxalq humanitar təşkilatlardan zərər çəkmiş mülki əhaliyə, o cümlədən 

Azərbaycanın cənubunda yerləşən Zəngilan rayonu və Horadiz  şəhərinin  əhalisi daxil edilməsi ilə, fövqəladə 

yardım göstərilməsini,  qaçqın  və  məcburi köçkünlərin öz yurdlarına qayıtması  və  təhlükəsizlik  şəraitində 

yaşamaq üçün köməklik göstərilməsi xahiş olunur; 

8) Baş Katibdən, ATƏT-in  fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişi və yerlərdə olan vəziyyətin 

bütün aspektləri üzrə, həmçinin bununla əlaqədar ATƏT və BMT-in indiki və  gələcəkdəki  əməkdaşlığı 

barəsində Şuraya hesabat verməsi xahiş edilir; 

9) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır. 

 

3313 saylı Qətnamə yığıncağında yekdilliklə qəbul olunmuşdur.  



Yüklə 37,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə