Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə86/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   83   84   85   86   87   88   89   90   91

edəcəyik.  Məsələ  burasındadır  ki,  ermənilərin  özbaşınalığı  və 
avantürizmi bəşəriyyətə baha başa gələ bilər. Bu, dünyanın, xüsusən, 
Asiya və Afrikanın bir çox dövlətini şirnikləndirə bilər. Belə olduqda
yaxın  gələcəkdə  müasir  dünyanın  nə  vəziyyətə  düşəcəyini  təsəvvür 
etmək çətin deyildir. Dünya zor gücünə xəritələrin yenidən çəkilməsi 
kimi dəhşətli bir vəziyyətlə gərək qarşılaşmasın. Yoxsa bəşəriyyət çox 
ağır və gözlənilməz nəticələrlə üzləşər, yüzlərlə beynəlxalq münaqişə 
girdabına  cəlb  edilə bilər. Ermənilərin Pirr qələbəsi  bəşəriyyət  üçün 
dünya yanğınına, dünya miqyasında sarsıntılara səbəb ola bilər. Buna 
görə də dünya birliyi XXI əsrin əvvəlində erməni «cəngavərlərini» 
öz  yerində  -  tarixin  onlar  üçün  ayırdığı  yerdə  oturtmasa,  sabah 
gec olacaqdır. 
Bir 
problemə 
də 
toxunmaq 
lazımdır. 
Erməni 
millətçi-şovinistləri bu məsələdə xüsusi inadkarlıq göstərirlər. Söhbət 
«Ümumi  dövlət»dən  gedir.  Bu  ideyanı  erməni  müşavirlərinin 
köməyilə Rusiya Federasiyasının keçmiş baş naziri Y.Primakov irəli 
sürmüşdür.  Zənnimcə,  belə  bir  qurumun  mahiyyətini  o  özü  də  başa 
düşməyibdir.  Məsələ  isə  bundadır  ki,  dünyada  bu  cür  qurum  nə 
keçmişdə olub, nə də indi var. Bu, nəsə federativ dövlətə bənzər bir 
simbiozdur.  Bu  halda  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ 
regionu beynəlxalq hüququn subyekti statusunu alar və istədiyi vaxt 
sazişi poza bilər. Bu isə o deməkdir ki, bir müddətdən sonra Dağlıq 
Qarabağ  müstəqil  dövlət  olaraq  qanuni  yolla  və  ümumxalq 
referendumu  yolu  ilə  Ermənistanla  birləşəcəkdir.  Bədnam  «Ümumi 
dövlət»in  bütün  mahiyyəti  bundan  ibarətdir.  Belə  olduqda  cənab 
Y.Primakova  və  «Ümumi  dövlət»  ideyası  üzrə  onun  silahdaşlarına 
sual  vermək  lazımdır:  Niyə  Rusiya  Federasiyası  Çeçenistan 
Respublikası ilə  «Ümumi  dövlət»  yaratmasın? Ya da 6 milyon tatar 
əhalisi  olan  Tatarıstanla  və  5  milyonluq  Başkortostanla  «Ümumi 
dövlət»  yaradılmasın?  Rusiya  böyük  dövlətdir  və  «Ümumi  dövlət» 
yaratmaqda başqalarına nümunə ola bilərdi. 
Konfederasiya  quruluşu  anlayışı  da  vardır.  Bu  halda 
konfederasiyam  yaradan  ölkələr  beynəlxalq  hüququn  subyektləri, 
beynəlxalq  təşkilatların  üzvləridir,  müstəqil  xarici  siyasət  yeridir, 
özlərinin  qanunvericilik  və  icra  orqanları  vardır.  XX  əsrin  ikinci 
yarısında Afrikada bir cür qurumlar var idi - Seneqambiya (Seneqal və 
Qambiya), Birləşmiş Ərəb Respublikası (Misir və Su 
263 


riya),  Birləşmiş  Respublika  (Liviya  səmahiriyyəsi  və  Tunis).  Bir 
müddətdən sonra bu respublikalar parçalanaraq özlərindən sonra heç 
bir iz qoymadılar. 
Müasir dünyada federativ dövlət anlayışı mövcuddur. Federativ 
dövlət  beynəlxalq  hüququn  üzvü  olmayan  ayrı-ayrı  döv-  lətdaxili 
subyektdən  ibarətdir.  Əraziləri  ayrı-ayrı  ştatlardan  ibarət  olan  ABŞ, 
Braziliya, Meksika, Avtsraliya, Hindistan belə dövlətlərdir. Argentina 
və  Kanada  əyalətlərdən,  İsveçrə  kanton-  lardan,  AFR  və  Avstriya 
Respublikası vilayətlərdən (torpaqlardan) ibarətdir və sairə. 
Federal  dövlətdə  subyektlərin  silahlı  qüvvələri  yoxdur,  xarici 
siyasət sahəsində əlaqə saxlamırlar, vahid valyutaları və vahid ümumi 
federal büdcələri vardır. 
ABŞ,  AFR,  Argentina,  Kanada,  İsveçrə  və  s.  federativ 
dövlətlərin konstitusiyalarında federasiya üzvlərinə onun tərkibindən 
çıxmaq hüququ verilməyib. 
Nəhayət, Azərbaycan Respublikası tərkibində Dağlıq Qarabağa 
yüksək status verilməsi məsələsi barədə Azərbaycan Respublikasının 
Prezidenti  Heydər  Əliyev  bütün  görüşlərdə  və  ATƏT-in 
sammitlərində,  habelə  ABŞ-ın  Dövlət  katibi  K.Pauelin  himayəsi 
altında Azərbaycan və Ermənistan prezidentlərinin, ATƏT-in  Minsk 
qrupunun həmsədrləri olan ABŞ-ın, Fransanın və Rusiyanın iştirakı ilə 
keçirilmiş son görüşdə və s. məclislərdə dəfələrlə demişdir ki, Dağlıq 
Qarabağın  statusunu  ən  yüksək  özünüidarəetmə  statusu  səviyyəsinə 
qaldırmaq  mümkündür.  Söz  yox  ki,  bu  zaman  Azərbaycan 
Respublikasının  Konstitusiyasında  müvafiq  dəyişiklik  etmək  lazım 
gələcək.  Mənə  elə  gəlir  ki,  bu  halda  onun  qanunvericilik  orqanının 
sədri avtomatik olaraq Azərbaycan Respublikası Milli Məclisi sədrinin 
müavinləri  ola  bilər  ki,  baş  naziri  isə  Azərbaycan  Respublikası 
Nazirlər  Kabinetinin  Rəyasət  Heyətinə  daxil  edilər.  Öz  daxili 
problemlərini müstəqil həll elmək hüququ almış olar. Dağlıq Qarabağ 
azərbaycanlıları kimi, buradakı ermənilər də özlərinin mədəniyyətini, 
dilini  azad  şəkildə  inkişaf  etdirə  bilər,  dinindən  istifadə  edə  bilər, 
dünyanın müxtəlif ölkələrində yaşayan soydaşları ilə ünsiyyət yarada 
bilərlər.  Bütün  bunlar  aparıcı  beynəlxalq  təşkilatların  əsas 
sənədlərində  qeyd  olunmuş  beynəlxalq  standartlara  və  insan 
hüquqlarına uyğundur. BMT, ATƏT və s. təşkilatlar bunlara əməl 
264 


edilməsinin təminatçıları olardı. 
Söylənilən  fikir  və  mülahizələr  mütləq  nəticələr  və  tövsiyələr 
deyildir.  Məsələnin  mahiyyəti  bundan  ibarətdir  ki.  Dağlıq  Qarabağ 
regionu  Azərbaycan  Respublikasının  ayrılmaz  tərkib  hissəsidir  və 
yaranmış  vəziyyətdən  çıxış  yolunu  yalnız  və  yalnız  biz  özümüz 
tapmalıyıq. 
Ədəbiyyat: 
1.
 
Устав Организации Объединенных Наций. Нью-Йорк., 
1998. 
2.
 
Заключительный  Акт  Совещания  по  безопасности  и 
сотрудничеству в Европе. М., 1987, 
3.
 
Резолюцию  СБ  ООН  №853(1993)  29  июля  1993, 
Резолюцию СБ ООН №874(1993) 14 октября 1993 , Резолюцию СБ 
ООН №884(1993) 12 ноября 1993. 
265 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə