Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə90/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   83   84   85   86   87   88   89   90   91

müxtəlif səviyyələrdə kompomislərdən danışılır. Dünya ictimaiyyəti 
məsələnin  mahiyyəti  ilə  tanış  olmalı,  bilməlidir  ki,  Ermənistan 
Respublikası  təcavüzkar  (bu  İKT-nin  və  Avropa  Şurası-  mn 
sənədlərində öz əksini tapmışdır) və işğalçıdır. Deməli, təcavüzkarın, 
yəni  Ermənistanın  mövqeyindən  yanaşılsa,  onda  Azərbaycan  öz 
ərazisinin  bir hissəsini Ermənistana verməlidir, bu isə kompromiss 
yox, beynəlxalq hüquq normaları adı altında qərət- çilikdir. Şübhəsiz, 
Azərbaycan belə bir kompromisə getməyəcəkdir. 
Azərbaycanın  belə  bir  kompromisə  getməsi  ümumplanet 
miqyasında  təcavüzkara  dəstək  verilməsi  demək  olacaqdır.  Məntiq 
sadədir, niyə bir yerdə təcavüzkar dəstəklənir, ona haqq qazandırılır, 
qonşu dövlətdən işğal etdiyi ərazilər «kompromiss» adı altında ona 
verilir, digərində isə yox!... Digər tərəfdən, təcavüzkarın mövqeyini 
əks  etdirən  belə  kompromiss  dünyanın  bir  sıra  ərazilərində 
hərbi-siyasi  münaqişələri  şərtləndirmiş  olar.  Belə  ki,  İtaliya  və 
Almaniya İsveçrəni, Çin və Hindistan Tibeti bölüşdürmək uğrunda 
mübarizəyə başlaya bilər, bu zəncirvari proses Fransa ilə Almaniya 
arasında,  Afrika  qitəsində,  Latın  Amerikası  və  Yaxın  Şərq 
regionlarında çoxsaylı münaqişələrə gətirib çıxarmış olar. 
Dərindən təhlil etsək, görərik ki, məsələ heç də Azərbaycanın 
güzəştsiz, qəti mövqeyində deyil, məsələ ondadır ki, XXI yüzilliyin 
astanasında Azərbaycanın ərazi kompromisi son nəticədə dünyanın 
naməlum  gələcəyə  malik  raket-nüvə  müharibəsinin  fəlakətlərinə 
düçar edə bilər. 
Təcavüzkarın  xeyrinə  böyük  dövlətlər  tərəfindən  edilən 
güzəştlər  XX  yüzilliyin  ortalarında  dünyanı  faşist  Almaniyasının 
təcavüzünə hədəf etdi. 1938-ci ilin sentyabrında Münhendə üç böyük 
Avropa  dövləti  -  İngiltərə,  Fransa  və  İtaliya  ilə  Almaniya  arasında 
imzalanmış saziş, habelə, ABŞ və SSRİ-nin bunu sükutla qarşılaması 
nəticəsində  Çexoslovakiyanın  Sudet  vilayəti  Almaniyanın  əlinə 
keçdi, ölkə ərazisinin 20%-i işğal olundu və müharibə təhlükəsi bir 
qədər də reallaşdı. Belə kompromisə az sonra Çexoslovakiyanın işğal 
olunmasını,  Avstriyanın  Almaniyaya  anşlüsünü,  Polşanın  dövlət 
müstəqilliyinə son qoyulmasını və s. nümunə göstərmək olar. Belə 
nümunələrin  XXI  yüzillikdə  təkrarlanmasına  yol  vermək  olmaz. 
Dünya diplomatiyasının qa- 
275 


nunauyğunluğu belədir. 
Dünya  təcrübəsi  öyrədir  ki,  harada  baş  verməsindən  asılı 
olmayaraq, bütün münaqişələr danışıqlar stolu arxasında əldə edilmiş 
sülhlə başa çatır. Azərbaycan Respublikası artıq 15  ildən yuxarıdır 
ki,  kompromislərə  gedir,  güc  tətbiq  edilməsi  faktoruna  qayıtmır. 
Ermənistanın timsalında təcavüzkarla sülh danışıqlarında iştirak edir. 
Amma dünya təcrübəsi başqa şeyi də öyrədir, əgər təcavüzkar sülh 
danışıqlarının  dilini  başa  düşmürsə,  onu  güc  yolu  ilə  buna  vadar 
edirlər  (Bu  BMT  Nizamnaməsində  nəzərdə  tutulmuş,  İraq  işğal 
etdiyi Küveytdən bu yolla çıxarılmışdır). 
Münaqişədə iştirak edən ölkə rəhbərliyinin fəal, məqsədyönlü
düşünülmüş  siyasi  iradəsi  nəzərə  alınmadan  heç  bir  bey- 
nəlxalq-siyasi  münaqişə  yarana,  dərinləşə,  habelə  dondurula  və 
nizamlana  bilməz.  Məhz,  buna  görə  erməni  tərəfinə  fikirləşmək, 
«ağlım  başına  yığmaq»  üçün  şans  verilib,  qədimlərdə  deyilirdi  ki, 
ləngimək  ölümə  bərabərdir.  Bu  şansın  itirilməsi  sonu  görünməyən 
katoklizmin başlanğıcı ola bilər. 
Beynəlxalq-siyasi  münaqişələrin  təhlili  göstərir  ki,  dünya 
birliyinin  inkişafı  obyektiv,  təbii-tarixi  xarakter  daşıyır,  əslində  bu 
obyektiv  mənafelərin  və  subyektiv  maraqların  sintezidir.  Obyektiv 
görünən odur ki, işğal olunmuş torpaqlar - Azərbaycan torpaqlarıdır. 
Problemin  subyektiv  tərəfi  odur  ki,  təcavüzkar  mövqeyində  olan 
Ermənistan,  nəhayət,  başa  düşməlidir  ki,  dünya  diplomatiyasının, 
müasir beynəlxalq hüququn qayda və normalarını ayaqlamaq onların 
əleyhinə getmək mümkünsüzdür. Bu gec-tez Ermənistanın dünyadan 
təcrid  olunmasına  gətirib  çıxaracaqdır.  Bu  gün  Ermənistan  Cənubi 
Qafqazla bağlı heç bir iqtisadi layihədə iştirak etmir və Azərbaycan 
torpaqlarını  qeyd-şərtsiz  tərk  etməyincə  Azərbaycanın  və 
Gürcüstanın  iştirak  etdiyi  heç  bir  qlobal  layihədə  iştirak  edə 
bilməyəcəkdir. 
Beləliklə, qloballaşan dünyamızda məhəlli zəminində yaranan 
etno-siyasi münaqişələr daxili və xarici faktorların təsiri ilə tezliklə 
«beynəlmiləlləşir»  və  onların  aradan  qaldırılması  yolları  və 
vasitələrinin  axtarışı  və  tapılması  bəşəri  düşüncəni  kifayət  qədər 
dərindən narahat etməkdədir. 
276 


SÖZLÜK 
Aktor - fəal subyekt. 
Biheviorizm - davranış psixologiyası. 
Birbaşa zorakılıq - subyektin ziyan vurma və ya hərəkətlərin 
məhdudlaşdırılması məqsədilə obyektə bilavasitə təsiri. 
Cəbhələşmə  -  sosial  subyektlər  (fərdlər,  qruplar,  partiyalar, 
ideya  cərəyanları, institutlar, etnoslar, ölkələr) arasında qarşıdurma 
(hərbi, siyasi, sosial-psixoloji və s.). 
Desentrasiya - əsasında subyektin başqa insamn rolunu qəbul 
etmək  qabiliyyəti  duran  şəxsiyyətin  eqosentrizminin  aradan 
qaldırılması mexanizmi. 
Dərk  olunmayan  şəxsiyyətdaxili  münaqişə  -  əsasında 
keçmişdə  tam  həll  olunmamış,  artıq  unutduğumuz,  lakin  şüuraltı 
səviyyəsində mövcud olan və keçmişdəkinə analoji şəraitdə özbaşına 
təkrarlanan  münaqişəli  vəziyyətlərin  durduğu  şəxsiyyətdaxili 
münaqişə. 
Diskussiya - mübahisəli məsələnin müzakirəsi. 
Dominantlıq - sosial münasibətlərin üstün (prioritet) mövqelər 
uğrunda mübarizəsini nəzərdə tutan iyerarxiyası. 
Düşmənçib'k  -  təsbit  olunmuş  psixoloji  yönəliş,  münaqişəli 
davranışa hazırlıq. 
Ekstremal  -  həyatında  bütün  baş  verənlərə  xarici  səbəblər 
(qismət, təsadüf, ətraf mühit) tapmağa meylli insan. 
Empatiya  -  emosional  vəziyyəti  dərk  etmə,  başqa  insanın 
həyəcanlarına şərik olma (birgə həyəcanlanma). 
Eyniləşdirmə  (identifikasiya)  -  şəxsiyyətin  başqa  insanla, 
qrupla, nümunə ilə emosional və digər özünüeyniləşdirmə prosesi. 
Əmək  kollektivi  -  müəyyən  məqsədlərin  (məhsul  istehsalı, 
binaların təmiri və s.) əldə edilməsi üçün birgə əmək fəaliyyəti ilə 
birləşən insanların formal birliyi. 
Frustrasiya - insamn məqsədin əldə edilməsi yolunda yaranmış 
dəfolunmaz çətinliklərlə şərtlənən psixi vəziyyəti. 
Hakimiyyət  -  hansısa  vasitələrin  (nüfuz,  güc,  yaxud  güc 
işlətməklə  hədələmə)  köməyi  ilə  insanlara  müəyyənedici  təsir 
göstərmək qabiliyyəti və imkanı. 
İğtişaş - mövcud vəziyyətdən aydın ifadə olunmamış narazılıq. 
277 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə