Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə87/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   83   84   85   86   87   88   89   90   91

12-
 
ci MÖVZU 
ERMƏNİSTANIN TERROR-SEPARATİZM SİYASƏTİ 
MÜNAQİŞƏDƏ ƏSAS MƏQSƏDDİR 
Suallar: 
1.
 
Terror separatizmin mahiyyəti. 
2.
 
Erməni terror-separatizminin xüsusiyyətləri. 
Terrorizm  istənilən  formada,  istənilən  ölkədə  beynəlxalq 
xarakter  daşıyır.  Fərdi,  yaxud  kütləvi  terrorizm  başlanğıcdır:  o, 
sonralar  separatizm  yoluna  qədəm  qoyur,  onunla  çulğalaşır  və  birgə 
hərəkət edir. 
Terrorizm və separatizm ağır nəticələrə gətirib çıxarır və artıq 
dünya  birliyi  bu  nəticələrlə  üz-üzədir.  Müasir  terror-separatizminin 
kökləri orta əsrlərə gedib çıxır. Bu təzahür indiki anlamda XIX əsrin 
ikinci  yarısında  rus  və  Osmanlı  imperiyalarında  xüsusilə  inkişaf 
etmişdir.  Bu,  birinci  halda  rus  xalqçıları,  ikinci  halda  isə  erməni 
terror-separatçılarıdır.  Birincinin  ikincidən  fərqi  ondadır  ki,  rus 
imperiyasında  terrorçuların  fəalliyəti  separatizm  xarakteri  daşımırdı, 
çar rejiminin ayrı-ayrı şəxsiyyətlərinə qarşı yönəlmişdi. Rus xalqçıları, 
sonralar  isə  sol  eserlər  hesab  edirdilər  ki,  hakim  rejimin  ayrı-ayrı 
xadimlərini  məhv  etməklə  sadə  xalqın  həyat  şəraitini  yaxşılaşdıra 
bilərlər. Amma bu, utopiya idi. 
İkinci  istiqamətə  -  erməni  terrorizminə  gəlincə,  o,  tamamilə 
başqa  xarakter  daşıyır:  bu  bir  tərəfdən  mütəşəkkil,  qatı  millətçilik, 
digər tərəfdən isə açıq separatizm, siyasi qurdurluqdur. 
Terror-separatizm XX əsrin ikinci yarısında daha da genişləndi. 
Müasir  şəraitdə  terrorizm  və  separatizm  universal,  dövlət 
terror-separatizminə çevrilmişdir. Bu klassik formada öz təcəssümünü 
1987-1988-ci  illərdə  keçmiş  SSRİ-də  tapmış  və  başlanğıcını 
Azərbaycan  ərazisindən.  Dağlıq  Qarabağ  Muxtar  Vilayətindən 
götürmüşdür. Məhz  burada SSRİ prezidenti  M.Qorbaçovun şəxsində 
ölkə  rəhbərliyinin  razılığı  və  birbaşa  iştirakı  ilə  terrorizm 
terror-separatizmə  çevrilmişdir  ki,  bu  da  öz  əksini  Azərbaycan 
Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin zorla qo- 
266 



panlıb, Ermənistana birləşdirməsi haqqında Ermənistan Ali Sovetinin 
1 dekabr 1989-cu il tarixli qərarında tapmışdır. Bu, müasir terrorizmin 
dövlət  terrorizmi  səviyyəsində  separatizmə  çevrilməsinə  klassik 
nümunədir. Məsələ burasındadır ki, hələ o vaxt sovet dövləti mövcud 
idi, onun bütün vətəndaşları öz hərəkətlərində SSRİ konsultasiyasını 
rəhbər tutmalı idilər. Bu siyasi avantürada ölkənin ali rəhbərliyinin, ilk 
növbədə,  M.Qorba-  çovun  razılığı  və  iştirakı  olmasaydı,  erməni 
millətçi-şovinistləri heç vaxt SSRİ-nin siyasi xəritəsini dəyişdirməyə 
cürət  etməzdilər.  Çünki  SSRİ  Konstitusiyasının  78-ci  maddəsində 
deyilirdi  ki,  «müttəfiq  respublikanın  (indiki  halda  Azərbaycanın  - 
A.A.) ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz». Ona görə də, 
tam qətiyyətlə təsdiq etmək olar ki, Ermənistan Ali Soveti sözügedən 
qərarı,  məhz,  M.Qorbaçovun  xeyir-duası  ilə  qəbul  etmişdi.  Çünki 
M.Qorbaçovun  himayədarlığı  olmasaydı,  bu  cür  «düzəliş»!  n 
müəllifləri  məhkəmə  məsuliyyətinə  cəlb  edilərdilər.  Nəticə  etibarilə 
erməni  terror-separatçıları  ilə  bərabər  M.Qorbaçov  və  onun  erməni 
ətrafı müttəhim kürsüsündə oturardılar. SSRİ Konstitusiyasının həmin 
78  maddəsində  göstərilirdi  ki,  hər  bir  müttəfiq  respublika  öz 
inzibati-ərazi quruluşunu sərbəst surətdə müəyyənləşdirib və ona görə 
də  «DQMV-nin  Azərbaycan  tərkibindən  çıxması»  respublikanın 
suverenliyini  və  ərazi  bütövlüyünü  kobud  şəkildə  pozmaqdır.  Bu, 
bütövlükdə beynəlxalq hüquqa, BMT və ATƏT-in prinsiplərinə ziddir. 
BMT-nin  üzvü  olan  hər  bir  dövlətin  ərazi  bütövlüyü  toxunulmazdır. 
Təşkilatın  nizamnaməsində  deyilir  ki,  «BMT-in  bütün  üzvləri 
beynəlxalq münasibətlərdə istər hər hansı dövlətin ərazi bütövlüyünə, 
yaxud  siyasi  müstəqilliyinə  qarşı,  istərsə  də  Birləşmiş  Millətlərin 
məqsədləri ilə bir araya sığmayan hansısa başqa şəkildə qüvvə tətbiq 
etməklə hadələməkdən, yaxud onu tətbiq etməkdən çəkinməlidirlər». 
Sonralar  BMT  nizamnaməsinin  bu  müddəası  ATƏM-in  Helsinki 
sammitinin (1975) yekun aktında öz əksini tapdı. Sənəddə deyilir ki, 
«İştirakçı  dövlətlər  həm  bir-birinin,  həm  də  Avropadakı  bütün 
dövlətlərin  sərhədlərini  toxunulmaz  sərhəd  kimi  nəzərdən  keçirir  və 
buna görə də onlar indi də, gələcəkdə bu sərhədlərə hər hansı qəsddən 
çəkinəcəklər».  Bu  sənədlərin  altında  ATƏT-in  bütün  üzvlərinin,  o 
cümlədən,  Ermənistan  Respublikasının  imzası  dayanır.  ATƏT-in 
bütün üzvlərinin, o cüm- 
267 


lədən, Azərbaycan Respublikasının ərazi bütövlüyü müzakirə, yaxud 
şübhə  predmeti  olmamalıdır.  Bu  müddəa  BMT  Təhlükəsizlik 
Şurasının  853,  874,  884  nömrəli  qətnamələrində  bir  daha  qeyd 
edilmişdir.  Dağlıq  Qarabağın  mənsubiyyətinə  şübhə  edənlər 
Təhlükəsizlik  Şurasının  1993-cü  il  tarixli  853  nömrəli  qətnaməsinə 
baxa bilərlər: «Azərbaycanın Dağlıq Qarabağ regionu». Bu, həmçinin 
Təhlükəsizlik  Şurasının  874  və  884  nömrəli  qətnamələrində  də  öz 
təsdiqini tapmışdır. 
Erməni terror-separatçıları 1975-ci il Helsinki Yekun Aktının 
dövlət  suverenliyi  haqqında  müddəalarını,  Avropa  dövlətləri 
sərhədlərinin  qəti  və  toxunulmaz  olması  prinsiplərini  öz  qanlı 
fəaliyyətləri  ilə  pozduqları,  Azərbaycan  Respublikasının  Dağlıq 
Qarabağ regionunu zorla Ermənistana ilhaq etdikləri zaman Avropa 
ölkələri, ABŞ və Rusiya bitərəf müşahidəçi mövqeyi tutmuşdular. 
Erməni  terrorçu-separatçıları  bir  qayda  olaraq  V.Vilsonun 
xalqların öz müqəddaratını təyin etmə hüququna dair dedikləini əsas 
götürdülər.  Doğrudur,  ABŞ  prezidenti  Birinci  dünya  müharibəsi 
dövründə  Antantanın  vuruşduğu  Dördlər  İttifaqını  daxildən 
parçalamaq üçün öz müqəddaratını təyin etmə hüququnu irəli sürmüş 
və öz məqsədilə də nail olmuşdu. 
Bu baxımdan V.Vilsonun ideyası ilə erməni terror-separatizmi 
arasında ümumi heç nə yoxdur. Erməni lobbisinin təzyiqi altında həm 
Avropada,  həm  də  ABŞ-da  belə  hesab  edirdilər  ki,  Qafqaz  birbaşa 
Rusiyanın təsir zonasındadır. Rusiya ilə «parçala və hökm qur» qədim 
Roma postulatına əsasən hərəkət edir və regionun özündən asılı olma 
vəziyyətinə  düşməsinə  çalışır.  Digər  tərəfdən,  Rusiya  Ermənistana 
ABŞ-ın  keçən  əsrin  60-  70-ci  illərində  İzrailə  bəslədiyi  analoji 
münasibəti  bəsləmədədir.  Təsadüfi  deyildir  ki,  erməni  diasporu 
Ermənistanı bütün dünyaya «Qafqaz İzraili» kimi təqdim edirdilər. 
Erməni  separatizmində  bəşəriyyəti  hədələyən  təhlükə  nədən 
ibarətdir?... Əgər Qarabağ ermənilərinin öz müqəddaratını təyin etmə 
hüququ  dünya  birliyi  tərəfindən  qəbul  edilərsə,  onda  XXI  əsrdə 
dünyanın siyasi xaritəsinə minimum 200-300 yeni dövlət çıxacaq, bu 
isə,  ilk  növbədə,  çoxsaylı  xalqların  yaşadığı  böyük  dövlətlərin 
parçalanması hesabına olacaqdır. Belə ki, ABŞ - anqlo-saks, afrikalı, 
meksikalı, erməni və s., Rusiya - tatar, baş- 
268 



Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə