Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə84/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   80   81   82   83   84   85   86   87   ...   91

ra  saysız-hesabsız  fəlakətlər  gətirir.  Həm  do,  dinc,  qonşuluq 
münasibətlərinin  uzun  təcrübəsi  üzərindən  xətt  çəkilməklə  bərabər, 
döyüş  əməliyyatları  rayonlarında  qalmış  xalqların  müxtəlif 
ümumbəşəri dəyərləri də ciddi təhlükə altında qalır. Bu, xüsusən təkcə 
döyüşən  tərəflər  üçün  deyil,  həm  də  bütün  dünya  ictimaiyyəti  üçün 
qiymətli  olan  mədəni-tarixi  irsə,  memarlıq  abidələrinə  aiddir.  Belə 
münaqişələr nəticəsində qarşı duran tərəflərin iqtisadi maraqlarına və 
milli inkişafına da ciddi zərər vurulur. 
İstər  kiçik,  istərsə  də  böyük  dövlətin  suverenliyi  müasir 
beynəlxalq  münasibətlərin  sarsılmaz  prinsipidir.  Bu  prinsip  öz 
başlancığını 1815-ci il Vyana Konqresindən götürmüş, lakin yalnız II 
Dünya müharibəsinin axırında həmişəlik təsbit olunmuşdur ki, bu da 
öz  əksini  BMT  Nizamnaməsində  tapmışdır.  Birləşmiş  Millətlər 
Təşkilatının Nizamnaməsinin I fəslinin 2-ci maddəsinin 4-cü bəndində 
deyilir:  «Birləşmiş  Millətlər  Təşkilatının  bütün  üzvləri  özlərinin 
beynəlxalq  münasibətlərində  hər  hansı  bir  dövlətin  ərazi 
toxunulmazlığına və ya siyasi müstəqilliyinə qarşı istər zor işlətməklə 
hədələməkdən və ya zor işlətməkdən, istərsə də Birləşmiş Millətlərin 
məqsədləri ilə bir araya sığmayan hər hansı bir digər vasitədən imtina 
etdilər». 
Sonralar  bu  prinsip  1975-ci  il  Helsinki  Bəyannaməsində 
özünün dəqiq ifadəsini tapmışdır. Bəyannamədə deyilir:  «  - İştirakçı 
dövlətlər  bir-birinin  və  eləcə  də  Avropanın  bütün  dövlətlərinin 
sərhədlərini  pozulmaz  hesab  edir  və  buna  görə  də  onlar  indi  və 
gələcəkdə  bu  sərhədlərə  hər  hansı  bir  şəkildə  qəsd  etməkdən  imtina 
edəcəklər». Daha sonra «onlar müvafiq olaraq, hər hansı bir iştirakçı 
dövlətin ərazisinin bir hissəsinin və ya hamısının tutulmasına və zəbt 
edilməsinə yönəldilən hər hansı bir tələbdən və ya hərəkətdən imtina 
edəcəklər».  Bu  sənədi  Ermənistan  Respublikası, BMT  Təhlükəsizlik 
Şurasının beş üzvündən dördü və ATƏT-in Ermənistan-Azərbaycan, 
Dağlıq  Qarabağ  münaqişəsinin  nizama  salınmasına  dair  Minsk 
qrupunun həmsədri olan üç dövlətin hamısı imzalamışdır. 
Bununla  yanaşı,  son  vaxtlar  başabəla  erməni  nəzəriyyəçiləri 
sərhədlərin  pozulmazlıq  prinsipini  özlərinin  bildikləri  kimi  şərh 
etməyə  cəhd  göstərirlər  və  millətlərin  öz  müqəddaratmı  təyinetmə 
hüququ  barədə  onların  öz  anlayışı  vardır.  Qeyd  etmək  lazımdır  ki, 
Avropada və xüsusən Fransada maarifçilik və inqilabi 
257 


sarsıntılar dövründə bu anlayış müəyyən bir formada tətbiq edilmişdir. 
Lakin  şərhdə  xalqların  təbii  olaraq  öz  müqəddaratını  təyin  etmək  - 
çoxmillətli dövlətdə yaşamaq və ya monodövlət - bir millətin'dövlətini 
yaratmaq hüququnun mövcud olmasından danışılırdı. Sonralar, Paris 
Sülh  konfransında  ABŞ  prezidenti  Vudro  Vilson  bildirmişdir  ki, 
müasir  şəraitdə  «millətlərin  öz  müqəddəratım  təyinetmə  hüququ» 
haqqında danışmaq olar. 
Lakin  bundan  sonra  da  dünyada  heç  bir  hadisə  baş  vermədi, 
praktikada xalqlar elə yaşadıqları yerlərdə qaldılar. Əməli işdə isə XX 
əsrin əvvəllərində. Birinci Dünya müharibəsi ərəfəsində və müharibə 
dövründə bolşeviklər, xüsusən də, V.İ.Lenin özünün «Milli məsələyə 
dair tənqidi qeydlər», «Millətlərin öz müqəddaratını təyinetmə hüququ 
haqqında»,  «Öz  müqaddara-  tını  təyinetmə  haqqında  diskussiyanın 
yekunları» və s. əsərlərində bu ideyanı inkişaf etdirdi. Leninin ideyası 
birləşmək naminə ayrılmaqdan ibarət idi və Sovet  İttifaqı bu prinsip 
əsasında  yarandı.  Sonralar  bu  müddəa  SSRİ  Konstitusiyasında  öz 
əksini tapdı. Onun 26-cı maddəsində deyilirdi ki, hər hansı bir müttəfiq 
respublika SSRİ tərkibindən çıxa bilər. Lakin bu «hüquqdan» heç vaxt 
və heç yerdə istifadə edilmədi. 
Leninin (cənab erməni nəzəriyyəçiləri, V.İ.Lenin heç də kənar 
pxs  yox,  sizin  sevimlinizdir)  1916-ci  ilin  ortalarında  yazdığı  «Öz 
müqəddaratını təyinetmə haqqında diskussiyanın yekunları» əsərində 
deyilir:  «Nə  edirsinizsə  edin,  siz  belə  bir  nəticədən  yan  keçə 
bilməyəcəksiniz:  ilhaq  millətin  öz  müqəddaratını  təyinetmə 
hüququnun  pozulması,  əhalinin  iradəsinin  ziddinə  olaraq  dövlətin 
sərhədlərinin müəyyən edilməsi deməkdir» . Bizim halda Azərbaycan 
dövləti, Azərbaycan əhalisinin hüququnun pozulmasından söhbət gedə 
bilər. 
Dünyada  hər  hansı  bir  dövlətin  ərazisi  yalnız  həmin  dövlətin 
razılığı  iə  dəyişə  bilər.  Beynəlxalq  hüququn  subyekti  olan  hər  bir 
dövlətin  dünyada  bu  həqiqəti  başqa  cür  yozmağa  ixtiyarı  yoxdur. 
Azərbaycan  ərazilərinin  zəbt  edilməsi  quldurluq,  qonsu  dövlətin 
ərazisini  iseaL  ilhaq  etməkdir.  10  ilə  yaxındır  Azərbaycanın  milli 
ərazisinin  böyük  bir  hissəsi  Ermənistan  Respublikasının  hərbi 
qüvvələri tərəfindən işğal edilmişdir. Söhbət ilhaq- dan gedir. 
Helsinki Müşavirəsi Prinsipləri Bəyannaməsinin - «Fikir, 
258 


vicdan, din və əqidə azadlığı da daxil olmaqla, insan hüquqlarına və 
əsas azadlıqlara hörmət»ə dair 7-ci bəndində deyilir: «Ərazisində milli 
azlıqlar olan iştirakçı dövlətlər bu cür azlıqlara mənsub olan şəxslərin 
qanun  qarşısında  bərabərlik  hüququna  hörmət  edəcək,  onlara  insan 
hüquqlarından və əsas azadlıqlardan faktiki olaraq istifadə etməyə tam 
imkan verəcəklər». 
Bəyannamənin  8-ci  bəndində  deyilir  ki,  xalqlar  eyni  hüquqa 
malikdilər və öz talelərini özlərinin həll etmək hüququ vardır. Erməni 
politoloqları bu bəndə tez-tez istinad edirlər. Lakin burada azlıq təşkil 
edən  millətlərin  bu  və  ya  digər  dövlətin  tərkibindən  çıxmaq  hüququ 
haqqında  heç  nə  deyilmir.  Bu,  sırf  erməni  yozumudur.  Onlar  «azlıq 
təşkil  edən  millətin  hüququnu»  vahid  dövlətin  xalqının  hüququ  kimi 
qələmə verirlər. Bəyannamədə bildirilir ki, xalqlar kənardan müdaxilə 
olmadan  özlərinin  siyasi,  iqtisadi,  sosial  və  mədəni  inkişafını 
istədikləri  kimi  həyata  keçirmək  hüququna  malikdirlər.  Başabəla 
erməni 
nəzəriyyəçiləri 
Leninin 
əsərindən 
«millətlərin 
öz 
müqəddəratlarım  təyin  etmələri  haqqında»  ifadəsini  qopararaq  bu 
anlayışı şərh etməkdə çətinlik çəkməyiblər. Çünki bu anlayış erməni 
uydurmalarının və cəhdlərinin əleyhinədir. 
XX əsrdə «öz müqəddəratını təyinetmə» halları olub. Lakin bu, 
zorla  başqalarına  birləşdirilmiş  dövlətlərin  ayrılmasından  ibarət  idi. 
Məsələn,  Norveç  İsveçdən  ayrılıb.  Bunlar  müxtəlif  xalqlar,  müxtəlif 
millətlərdir. Finlandiyanın Rusiya imperiyasından ayrılması da belədir. 
Bununla  yanaşı,  bu  və  ya  digər  millət  və  xalq  öz  dövlətini, 
özünün  milli  vətənini  yaratmaq  hüququna  malikdir.  Lakin  keçmişdə 
olduğu  kimi,  indi  də  dünya  praktikasından  aydındır  ki,  hər  bir 
millət  doğulduğu  yerdən  asılı  olmayaraq  öz  müqəddəratını  bir 
dəfə təyin edə bilər, coğrafi vəziyyətinə görə öz müqəddəratını bir 
neçə  dəfə  təyin  edə  bilməz.  Erməni  milləti  artıq  bir  dəfə  öz 
müqəddəratını  təyin  etmişdir,  həm  də  özünün  şimaldakı  hamilərinin 
köməyi ilə əzəli Azərbaycan torpaqlarında erməni dövləti yaratmışdır 
və  bu  dövlət  beynəlxalq  hüququn  subyektidir.  Hazırda  Ermənistan 
Respublikasında  deyildiyi  kimi,  hər  bir  erməni  dünyanın  hansı 
nöqtəsində  yaşayırsa-yaşasın,  avtomatik  olaraq  bu  respublikanın 
vətəndaşıdır,  deməli,  bu  və  ya  digər  səbəbdən  sıxışdırılan  hər  bir 
erməni «azad» Ermənistana gəlib burada ya 
259 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə