Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə89/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   83   84   85   86   87   88   89   90   91

nəlik  olmamalıdır.  Bəlkə  indi  ABŞ-dakı  bəzi  siyasətçilər  və 
konqresmenlər  başa  düşərlər  ki,  Dağlıq  Qarabağdakı  terrorçu- 
separatçı hərəkat region və bütün dünya üçün nə deməkdir. 
Terror-separatizm  elə  bir  bəladır  ki,  ona  qarşı  bütün  dünya 
səylərini birləşdirməsə, bu bəla hər bir ölkəyə, hər bir evə qədəm basa 
bilər. 
Ədəbiyyat: 
1.
 
Устав Организации Объединенных Наций. Нью-Йорк, 
1998. 
2.
 
Заключительный  Акт  Совещания  по  безопасности  и 
сотрудничеству в Европе. М., 1987. 
3.
 
Резолюцию  СБ  ООН  №853(1993)  29  июля  1993, 
Резолюцию СБ ООН №874(1993) 14 октября 1993, Резолюцию СБ 
ООН №884(1993) 12 ноября 1993. 
4.
 
Gow J/ Shared Soverenty. Enhanced Security, Lesson from 
the  Yogoslav  War  (S.Hasmi  Ced).  State  Soberignty.  Change  and 
Persistence  in  International  Relations  Pennsylvanie  University  Park, 
1997. 
272 


XÜLASƏ 
Beynəlxalq  münasibətlərin  inkişaf  tarixinə  fikir  versək, 
münaqişələrin  bütün  zamanlara  xas  olduğunu  aydın  görərik. 
Diplomatiya  tarixi,  xüsusilə,  XX  yüzilliyin  sonlarına  doğru  belə 
faktorlarla zəngindir. 
Xarakterinə,  qaynaqlarına,  köklərinə  və  psixologiyasına  görə 
beynəlxalq  münaqişələr,  əsasən,  eyni  tipli  və  oxşardırlar.  Belə 
münaqişələrə  postsovet  məkanında,  Ermənistan-Azərbaycan,  Dağlıq 
Qarabağ,  Moldova  Respublikasında  Dnestryanı,  Gürcüstan 
Respublikasında, Abxaz və Cənubi Osetiya, Ukrayna Respublikasında 
«Sevastopol  sindromu»  və  s.-yb  göstərmək  olar.  Bu  münaqişələrin 
hamısı  avantürist  milli  ayrı-seçkilik  və  təzyiqlər,  milli  azlıqların 
hüqüqlarmm  tapdalanması,  dini  motivlərlə  əlaqədar  sıxışdırılma 
şüalan  və  s.  adlar  altında  yaradılmışdır.  Yuxarıda  qeyd  edilən 
münaqişələrin hamısı yarandığı dövrdən siyasi xarakter daşımış, bütün 
hallarda «təşəbbüs» Moskvadan irəli sürülmüş, məhz orada «gələcək 
münaqişələrin» 
ssenarisi 
yazılmış, 
persionajlarm 
rolları 
müəyyənləşdirilmiş,  bir  sözlə?  qanlı  faciənin  bütün  atributları 
Moskvada hazırlanmışdı. 
Dərslikdə  müasir  beynəlxalq  münasibətlərin  son  dərəcə 
problemli  problemlərindən  olan  münaqişələrin  qaynaqlarının 
açılmasına,  onların  inkişaf  dinamikası  və  psixologiyasının 
öyrənilməsinə,  elmi-nəzəri  ümumiləşdirmələrin  aparılmasına  xüsusi 
diqqət  yetirilmiş  və  sonrakı  inkişafında  güc  amilinin  mahiyyəti  və 
məzmunu açılıb göstərilmişdir. 
Çoxsaylı qaynaq və nəşrlərin təhlili gedişində belə bir nəticəyə 
gəlmişik  ki,  bir  qayda  olaraq  dövlətlərarası,  siyasi  münaqişələr  o 
zaman  yaranır  ki,  bunların  üçüncü  tərəfdən  dövlət  dəstəyi  olsun. 
Amerikan politoloqu Pol Qobs məhz belə mənada Cənubi Qafqazdakı 
münaqişələrin  «üçlü  təbiətə»  malik  olmasını  hələ  keçən  yüzilliyin 
90-cı  illərinin  əvvəllərində  dünya  ictimaiyyətinin  diqqətinə 
çatdırrmşdı. 
Postsovet  məkanındakı  siyasi  konfliktlərin  istisnasız  olaraq 
hamısının «sifarişçisi», sponsoru və hərəkətverici Rusiya Federasiyası 
olmuş və olaraq qalmaqdadır. Öz imperiya ambisiyalarını saxlamaqda 
olan  Rusiya  Azərbaycanda,  Gürüstanda,  Moldovada  və  Ukraynada 
münaqişələrin yaradılmasının və qızışdırılma- 
273 


sınının başlıca səbəbkarıdır. Çar Rusiyası və totalitar Sovet İttifaqının 
dövlət simvollarının müasir Rusiyanın simvolları kimi bərpa edilməsi, 
məhz bu məqsədlərə xidmət edir. Çar imperiyasının «ikibaşlı qartalı» 
və  Andreyevski  bayrağı,  «vəfat  etmiş»  SSRİ-nin  qırmızı  bayrağı  və 
Dövlət  himni  müasir Rusiyanın  dövlət simvolları  sırasındadır.  Qeyd 
edilənləri Rusiyanın dövlət quruculuğu siyasətinə də aid etmək olar. 
Belə  ki,  Rusiya  Federasiyasının  ali  qanunverici  orqam  olan  Dövlət 
Duması  çar  Rusiyası  dövründən  qalmadır,  ölkənin  ərazisi  imperiya 
dövründə  olduğu  kimi  quberniyalarla  bölünmüşdür,  lakin  bolşevik 
imperiyası  dövrünün  yadigarları  sayılan  Leninqrad  və  Sverdlovsk 
vilayətlərinin  adları  indi  də  saxlanmaqdadır  və  s.  Amma  yaddan 
çıxarmaq  olmaz  ki,  imperiya  və  müstəmləkələr  uğurunda  mübarizə 
dövrü keçmişdə qalmışdır. Rusiya nə qədər tez öz imperiya keçmişini 
və superdövlət olduğu zamanları unutsa, bir o qədər də tezliklə müasir 
sivilizasiyaya  adaptasiya  olmaq  imkanı  qazanacaq  və  müasir 
beynəlxalq  hüquq normalarının aliliyinin qorunub saxlandığı,  böyük 
və  kiçik  dövlətlərin  hüquq  bərabərliyinə  əsaslanan  dünya  birliyində 
özünə layiqli yer tutacaqdır. 
Hamıya məlumdur ki,  öz məhdud ehtiyatlarına və imkanlarına 
əsaslanmaqla  Ermənistan  Respublikası  heç  zaman  Rusiyanın  siyasi, 
iqtisadi və hərbi köməyi olmadan qonşu respublikaya qarşı təcavüzə 
başlaya,  Azərbaycan  torpaqlarının  20  faizini  işğal  edə  və  bu  qədər 
müddətə  öz  tapdağı  altında  saxlaya  bilməzdi.  Məhz,  bu  dəstəyə 
əsaslanan  Ermənistan  Dağlıq  Qaradağ  və  onun  ətrafındakı  yeddi 
rayonu  yandırılmış  torpaqlardan  ibarət  oazisə  çevirməyə  müvəffəq 
olmuşdur. 
Heç kəs tərəfindən tanınmayan, öz-özünə elan olunmuş «Dağlıq 
Qarabağ  Respublikası»  çox  tezliklə  narkobiznesin  qaynaqlandığı  və 
çiçəkləndiyi cinayət  yuvasına çevrildi. Qafqaz, habelə qonşu ölkələr 
üçün sülhə, təhlükəsizhyə təhlükə meydanı yaradıldı. 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi,  yalnız 
Azərbaycanın  ərazi  bütövlüyü  və  suverenliyi  tanınmaqla,  müasir 
beynəlxalq  hüquq  normalarına  əsasən  nizamlana  bilər.  Bunun  üçün 
BMT  Təhlükəsizlik  Şurasının  qətnamə  və  bəyanatlarına,  habelə 
ATƏT-in sənədlərinə əməl olunmalıdır. 
Son zamanlar münaqişədə olan tərəflərin hər ikisi ilə bağlı 
274 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə