Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə2/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   2   3   4   5   6   7   8   9   ...   91

11-
 
ci Mövzu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsinin geosiyasi nəticələri ................... 243 
§1. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsinin əsas inkişaf mərhələləri ................ 243 
§2. Ermənistan-Azərbaycan, Dağlıq 
Qarabağ münaqişəsinin dinc yolla 
nizamlanmasmm 
perspektivləri .......................................................... 250 
§3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsinin beynəlxalq nəticələri ..................... 258 
12-
 
ci Mövzu. Ermənistanın terror-separatizmi siyasəti 
münaqişədə əsas məqsəddir ............................. 266 
§1. Terror-separatizmin mahiyyəti ............................ 266 
§2. Erməni terror-separatizminin xüsusiyyətləri ...... 269 
Xülasə ......................................................................................... 273 
Sözlük  ........................................................................................ 277 
Tövsiyə olunan ədəbiyyat siyahısı  .......................................... 284 


GİRİŞ 
Təqdim  olunan  «Konfliktologiya»  dərsliyi,  ümumiyyətlə, 
müasir beynəlxalq münaqişələrin, o cümlədən postsovet məkanındakı 
münaqişələrin elmi-nəzəri və elmi-metodiki təhlilindən ibarətdir. 
Dərsliyin  xüsusiyyəti  onda  təzahür  edir  ki,  müəlliflər  tələbə 
gənclərə  beynəlxalq  münaqişələrin  mahiyyətini,  qaynaqlarını, 
köklərini və nəticələrini anlamaq, qiymətləndirmək və müstəqil təhlil 
etmək  bacarığını  aşılamağa  çalışırlar.  Biz  beynəlxalq  siyasi 
münaqişələri təhlil edərkən, onların yaranma və inkişaf tarixini, nəzəri 
bazasını  təhlil  edərkən  gəldiyimiz  nəticələrdə  Cənubi  Qafqazdakı 
dövlətlərarası, siyasi münaqişələrin xarakterik xüsusiyyətlərinə istinad 
etmişik. Məlumdur ki,  bütün  postsovet məkanında ilk belə münaqişə 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  olmuş,  onun 
ardınca  Gürcüstanda,  Moldovada  və  s.  belə  münaqişələr  meydana 
çıxmışdır.  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsini 
konseptual  mövqedən  nəzərdən  keçirsək,  onun  nəzəri  əsası  bir  çox 
Avropa  ölkələrindəki, 
0
  cümlədən  keçmiş  Yuqoslaviyadakı  siyasi 
münaqişələr (məsələn, Kosovo münaqişəsi) üçün təməl olmuşdur. 
Cənubi  Qafqazda  Rusiya  yeritdiyi  hegemonçu  geostrateji 
siyasət  nəticəsində  məhz  bu  məqsədlər  üçün  yaradılmış  Ermənistan 
xüsusi rol oynayır. Ermənistan XIX əsrin əvvəlində Sankt- Peterburqda 
verilmiş  imperator  fərmanı  əsasında  Azərbaycanın  ləğv  olunmuş 
İrəvan  xanhğmm  yerində  yaradılmış,  ilk  əvvəl  «Erməni  vilayəti» 
adlandırılmışdır. O indi də Rusiyanın erməni vilayəti olaraq, 200 ildən 
bəri  çar,  sovet  və  müasir  Rusiyanın  Cənubi  Qafqazda  başlıca  və 
uzunmüddətli strateji  müttəfiqi və dayağı  qismində çıxış  etməkdədir. 
Bu, Rusiya Federasiyası və Ermənistan Respublikası arasında XXI əsrə 
istiqamətlənmiş  müttəfiqlik  münasibətləri  haqqında  2002-ci  il 
sentyabrın  26-da  Moskvada  imzalanan  Birgə  Bəyannamədə  öz 
ifadəsini  tapmışdır.  Bəyannamədə  deyilir:  «Rusiya  Federasiyası  və 
Ermənistan  Respublikası  XXI  əsrin  astanasında  öz  münasibətlərini 
genişmiqyaslı strateji əməkdaşlıq əsasında quracaqlar». 
Müasir münaqişələrin təbiəti elədir ki, onlar bir yerdə  yaranır, 
başqa yerdə davam edirlər. Bu, xüsusilə həmin münaqişə 


lərin böyük dövlətlər, yaxud region dövlətləri tərəfindən dəstəkləndiyi 
hallara aiddir. Postsovet məkanında - Cənubi Qafqazda, Moldovada və 
s. dövlətlərarası siyasi münaqişələrin təcrübəsi təsdiqləyif ki, onların 
hamısı  bir-bin  ilə  sıx.  qarşılıqlı  əlaqəyə  malikdir,  eyni  mənbədən 
qidalanır,  vahid  xarakterə  və  eyni  niyyətlərə  malikdir.  Konseptual 
baxımdan  siyasi  münaqişələr  silahlı  münaqişələrdən  əmələ  gəlir  və 
onların  davamı  kimi  çıxış  edir.  Daxili,  yaxud  xarici  münaqişənin 
təşəbbüskarı  olan  dövlət  silahlı  yolla  birinci  mərhələdə  müəyyən 
nəticələr  əldə  etdikdən  sonra  müəyyən  siyasi  şərtlər  irəli  sürməyə 
başlayır.  Bütün  bunlar  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsinin,  habelə  Gürcüstandakı  Abxaziya  və  Cənubi  Osetiya, 
Moldovadakı  Dne-  stryanı,  Serbiyadakı  Kosovo  münaqişələrinin 
nümunəsində aydın surətdə görünür. 
Təqdim  olunan  dərslikdə  dövlətlərarası  siyasi  münaqişələrin 
nəzəri  əsasları,  onların  inkişaf  dinamikası,  xarakterik  xüsusiyyətləri, 
həmin  münaqişələrin  iştirakçılarının  ideoloji,  siyasi  və  hərbi  bazası, 
onların  psixologiyası  və kəskinləşmə mənbələri  nəzərdən keçirilmiş, 
eyni  zamanda  nizamlanması,  aradan  qaldırılması,  həlli  yolları  və 
vasitələri ətraflı araşdırılmışdır. 
Müasir beynəlxalq münasibətlər insan nəslinin kütləvi şəkildə 
məhv  edildiyi  iki  dünya  müharibəsi  ilə  yanaşı  münaqişələrin  də 
dünyanın  ictimai-siyasi  həyatında  oynadığı  mənfur  rola  dair  acı 
təcrübə ilə zəngindir. BMT statistikasına görə, təkcə XX yüzillikdə baş 
vermiş iki dünya müharibəsində və çoxsaylı lokal münaqişələrdə 196 
mln.  nəfər  insan  həyatı  məhv  edilmişdir  ki,  bunun  təqribən  70  mln. 
nəfəri  iki  dünya  müharibəsinin,  qalan  126  mln.  nəfəri  isə 
münaqişələrin və lokal müharibələrin qurbanı olmuşdur. Bu statistika 
münaqişələrin  «Demokl  qılıncı»  kimi  bəşəriyyətin  başı  üzərindən 
asıldığını söyləməyə imkan verir. 
Siyasi, milli-etnik və sərhəd zəminində yaranmış münaqişələrin 
müasir  dünya  qaydası  üçün  necə  böyük  təhlükə  törətdiyini 
Yuqoslaviya  Federasiyasının  yaşadığı  tale  əyani  şəkildə  sübut  edir. 
Burada 1989-cu ilin fevralından başlayan və milli zəmində genişlənən 
siyasi  proseslər  qısa  zaman  kəsiyində  Federasiyanın  altı  dövlətə 
parçalanması ilə nəticələndi. 
Milli-etnik münaqişələrin dünya qaydasına necə böyük təhlükə 
təşkil etdiyini müasir diplomatik düşüncə artıq çoxdan dərk 



Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə