Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə8/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   4   5   6   7   8   9   10   11   ...   91

rulmasına  qədər  mərkəzləşdirmə  meyli  güclənir.  Belə  struktur 
yarandıqdan  sonra  özünü  qorumağa  can  atır  və  bu  məqsədlə  yeni 
xarici münaqişələrin yaranması üçün yeni rəqib axtarmağa meyllənir. 
Zimmelin münaqişə nəzəriyyəsinə töhfəsi üçüncü tərəfi daxil etməsi 
ilə bağlıdır. Diada çərçivəsində münasibətlər yalnız düzxətli münaqişə 
imkanını  nəzərdə  tutur.  «Üçüncü  tərəf»in  meydana  çıxması  ilə 
çoxplanlı 
münasibətlər, 
fərqlərin 
dərki, 
koalisiyaların 
formalaşdırılması, qrup həmrəyliyinin təşəkkülü üçün imkanlar açılır, 
yəni  mürəkkəb  sosial  qarşılıqlı  fəaliyyət  imkanı  yaranır.  Məhz 
Zimmelin  əsərlərindən  sonra  elmi  dövriyyəyə  «münaqişənin 
sosiologiyası» termini daxil olmuşdur. 
Beləliklə,  XIX  əsrin  ikinci  yarısından  XX  əsrin  əvvəl- 
lərinəqədərki dövrdə funksional konsepsiyaya görə, münaqişə ictimai 
varlığın normal təzahürü, sosial münasibətlərin ayrılmaz xassəsi hesab 
olunurdu. Münaqişələrə ictimai prosesdə mühüm pozitiv rol ayrılırdı. 
Nəzərdən  keçirilən  konsepsiyaların  ümumi  cəhəti  münaqişənin 
makrosəviyyədə (sinif, xalq, dövlət) nəzərdən keçirilməsi ilə bağlı idi. 
T.Parsonsun struktur funksionalizmi. XX əsrin birinci yarısında 
sosiologiyada  münaqişə  problemi  sistemli-funksional  məktəb 
çərçivəsində  inkişaf  edirdi.  Bu  dövrdə  mikrosəviyyədə  -  kiçik 
qruplarda və  ayrı-ayrı  adamlar arasında münaqişələrin  yaranması və 
cərəyan  etməsi  şərtlərinin  müəyyənləşdirilməsi  üzrə  tətbiqi  sosioloji 
araşdırmalar  inkişaf  etdi.  Təşkilatlarda,  istehsalatda  münaqişəli 
vəziyyətlərin  həllinin  səmərəli  metodikalarını  tapmaq  vəzifəsi 
qoyulurdu.  Bu  münaqişələr  cəmiyyətin  inkişafını  ləngidən  mənfi 
proseslər kimi qiymətləndirilirdi. Sosioloqların diqqətini tətillər, etiraz 
nümayişləri, qiyamlar, hərbi münaqişələr və sosial  gerçəkliyin  digər 
«anomaliyalar»ı cəlb edirdi. 
Sosial  münaqişənin  öyrənilməsinə  yanaşmada  belə  dəyişiklik 
Amerika  sosioloqu  Tolkott  Parsons  (1902-1979)  tərəfindən  «Sosial 
fəaliyyətin  strukturu»  əsərində  əsaslandırılmışdı.  T.Par-  sons 
münaqişəni  ictimai  həyatın  sabitliyinin  və  mütəşəkkilliyinin 
pozulmasının  səbəbi  kimi  nəzərdən  keçirirdi.  O,  münaqişəni  sosial 
anomaliya kimi müəyyən edərək, başlıca vəzifəni cəmiyyətin müxtəlif 
elementləri  arasında  münaqişəsiz  münasibətlərin  qorunmasında 
görürdü  ki,  bu  da  sosial  tarazlığı,  anlaşmanı  və  əməkdaşlığı  təmin 
etmiş olardı. Sosial sistem çərçivəsində birləş 
24 


dirici funksiyanı hüquq institutları, din vo adətlər yerinə yetirir. İnkişaf 
etdikcə cəmiyyət «ümumiləşdirilmiş adaptiv qabiliyyə- ti»ni yüksəldir 
və  daha  az  münaqişəli  olur.  Onun  fikrincə,  norma  məhz 
münaqişəsizlik,  sosial  sistemin  ahəngdarlığı,  sosial  gərginliyin 
olmamasıdır.  T.Parsonsun  konsepsiyası  «həyat  qabiliyyətsizliyinə» 
görə əsaslı tənqidə məruz qalmış və 50-ci illərdə Qərb sosiologiyasında 
cəmiyyətin münaqişə modelinə qayıdış baş vermişdir. 
L.Kozerin «pozitiv-funksional münaqişə» nəzəriyyəsi. 1956-cı 
ildə  Amerika  sosioloqu  Lyüis  Kozerin  «Sosial  münaqişənin 
funksiyaları»  əsərinin  işıq  üzü  görməsi  müasir  Qərb  münaqişə 
sosiologiyasının  təməlini  qoymuşdur.  L.Kozer  «pozitiv-funksional 
münaqişə»  konsepsiyasında  sosial  sistemlərin  dayanıqlığının  təmin 
edilməsində münaqişələrin müsbət rolunu əsaslandırmışdı. 
Kozer  Veber  və  Zimmelin  münaqişənin  ümumiliyi  və 
universallığı  haqqında  ideyalarını  inkişaf  etdirərək,  göstərirdi  ki, 
münaqişəli münasibətləri olmayan sosial qruplar mövcud deyildir və 
mövcud ola bilməz. Bu nəzəriyyədə münaqişə dəyərlər və sosial status, 
hakimiyyət  və  kifayət  etməyən  maddi  və  mənəvi  nemətlər  uğrunda 
mübarizə  kimi  nəzərdən  keçirilir.  Bu  mübarizədə  tərəflərin 
məqsədlərini rəqibin zərərsizləşdirilməsi, ona ziyan vurulması, yaxud 
onun  məhvi  təşkil  edir.  Kozerin  fikrincə,  sosial  qruplar  və  ayrı-ayrı 
fərqlər  arasında  maddi  sərvətlərin  yenidən  bölüşdürülməsi  və 
hakimiyyət  uğrunda  mübarizə  pozitiv  funksiyaları  yerinə  yetirir. 
Birincisi,  başa  çatmış  münaqişə  iştirakçılar  arasında  gərgin 
münasibətləri  sakitləşdirməklə  və  mənfi  emosiyaları  üzə  çıxarmaqla 
münaqişə  tərəfləri  arasında  qarşılıqlı  münasibətləri  saxlamağa,  yəni 
onları  ilkin  vəziyyətə  qaytarmağa  imkan  verir.  İkincisi,  münaqişəli 
qarşılıqlı  fəaliyyətin  gedişində  insanlar  bir-birlərini  daha  yaxşı 
tanıyırlar, çünki münaqişə sınaq funksiyasını yerinə yetirir. Qarşılıqlı 
dərketmə düşmənçilik münasibətlərinin əməkdaşlıq münasibətlərinə - 
transformasiyasına  təkan  verir.  L.Kozer  qrupun  birləşməsində  xarici 
münaqişənin birmənalı rol oynamadığını qeyd edir. Qrup kifayət qədər 
mütəşəkkil olduqda və xarici təhlükə qrupun bir hissəsini deyil, bütün 
qrupu  təhdid  etdikdə  və  qrupun  bütün  üzvləri  tərəfindən  ümumi 
təhlükə kimi qavranıldıqda daxili birlik artır. Kifayət qədər mütəşəkkil 
olmayan qruplar üçün narazı üzvlərə münasibətdə 
25 


sərtlik,  daxili  münaqişə  təzahürlərini  yatırmaq  meyli  səciyyəvidir. 
Kozer  sosial  münaqişənin  sosial  dəyişiklikləri,  yeni  ictimai  qayda, 
norma  və  münasibətlərin  meydana  çıxmasının  slimullaşdır-  masını 
onun pozitiv funksiyası hesab edirdi. 
R.Darendorfun  «cəmiyyətin  münaqişə  modeli».  50-ci  illərin 
sonlarında  alman  sosioloqu  Ralf  Darendorf  (d..l929)  sosial 
münaqişənin  «cəmiyyətin  münaqişə  modeli»  adını  almış  yeni 
nəzəriyyəsini əsaslandırmışdır. «Sənaye cəmiyyətində siniflər və sinfi 
münaqişə»  (1957)  və  «Müasir  sosial  münaqişə»  (1988)  əsərlərində 
K.Marksm  sinfi  qütbləşmə,  mübarizə  və  sinfi  münaqişənin  inqilabi 
yolla həlli haqqında ideyalarının təsiri hiss olunur. 
Darendorfun  fikrincə,  marksist  sinfi  mübarizə  nəzəriyyəsi 
müasir kapitalizmin münaqişələrini izah edə bilmir. K.Marksdan fərqli 
olaraq,  R.Darendorf  belə  hesab  edirdi  ki,  münaqişənin  başlıca 
mənbəyini  sosial  qruplar  arasında  iqtisadi  ziddiyyətlər  deyil,  bir 
qrupun  hakimiyyəti  öz  əlində  cəmləşdirməsi  və  digər  qrupun 
hakimiyyətə malik  olmaması ilə bağlı olan siyasi  ziddiyyətlər təşkil 
edir. 
R.Darendorf göstərir ki, cəmiyyət hər an dəyişikliklərə məruz 
qala bilər, bu dəyişikliklər hər yerə nüfuz edir. Buna görə də istənilən 
cəmiyyət müxtəlif səviyyələrdə baş verən sosial münaqişələrlə üzləşir. 
İstənilən  cəmiyyət  onun  üzvlərinin  bir  hissəsinin  digərini  məcbur 
etməsinə  əsaslanır.  Buna  görə  də  sinfi  münaqişə  hakimiyyətin 
xarakteri  ilə  müəyyən  olunur.  R.Darendorf  sosial  antaqonizmlərin 
dərin  səbəblərinin  ləğvi  cəhdlərini  səmərəsiz  hesab  edir  və 
münaqişənin spesifik gedişatmm dəyişməsinə təsir imkanım mümkün 
sayır.  Bu,  müasir  cəmiyyət  qarşısında  inqilabi  çevrilişlər  deyil, 
təkamüli dəyişikliklər perspektivini açır. 
K.Bouldinqin 
ümumi 
münaqişəli 
qarşılıqlı 
fəaliyyət 
nəzəriyyəsi. 60-cı illərin əvvəllərində Amerika sosioloqu Kennet Bo- 
uldinq  münaqişə  haqqında  universal  təlim  -  «ümumi  münaqişəli 
qarşılıqlı  fəaliyyət  nəzəriyyəsi»  yaratmağa  cəhd  göstərmişdir 
(«Münaqişə və müdafiə: ümumi nəzəriyyə, 1963). Həmin nəzəriyyəyə 
müvafiq  surətdə  münaqişə  canlı  və  cansız  aləmə  xas  olan,  sosial, 
fiziki, kimyəvi və bioloji mühit proseslərinin təhlili üçün təməl anlayış 
təşkil  edən  ümumi  kateqoriyadır.  Bütün  münaqişələr  ümumi 
funksiyalara,  xassələrə  və  yaranma,  cərəyan  və  həll  meyllərinə 
malikdir. Bouldinqin fikrincə, insan təbiətində özünə 
26 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə