Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti


§1. Münaqişəyə dair elmi baxışların təkamülü



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə4/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   2   3   4   5   6   7   8   9   ...   91

§1. Münaqişəyə dair elmi baxışların təkamülü 
Konfliktoloji  ideyaların  toplanması  ənənələri  çoxəsrlik  tarixə 
malikdir.  Münaqişənin  ilk  bütöv  konsepsiyaları  XIX-XX  əsrlərin 
ayrıcında  yaransa  da,  əvvəlki  yüzilliklərdə  də  bəşəriyyətin  ən  yaxşı 
zəkaları bu fenomenin təbiətinə, münaqişələrin qarşısının alınması və 
həlli yollarına dair baxışlarını açıqlamışlar. 
İlk  insan  toplumları  ilə  birlikdə  meydana  çıxan  münaqişələr 
bəşəriyyətin  «yol  yoldaşı»  olmuş  və  uzun  müddət  elmi  tədqiqat 
obyektinə  çevrilməmişdir,  hərçənd  onların  barəsində  ayrı-ayrı 
dahiyanə fikirlərə, bizə gəlib çatmış ən qədim mənbələrdə rast gəlmək 
olar.  Zaman  keçdikcə  həyat  şəraiti  dəyişmiş,  bununla  birlikdə 
münaqişələrin  şəkli  də  dəyişmiş,  fiziki,  iqtisadi  və  sosial  nəticələri 
fərqlənmişdir.  İctimai  fikrin  onlara  münasibəti  də  dəyişməz 
qalmamışdır. Antik dövrdən müharibələrin müfəssəl təsviri və bu kimi 
münaqişələrin  ilk  qiymətləndirilmələri  qalmışdır.  Orta  əsrlərdə  və 
Yeni  dövrdə  bu  təzahürün  mahiyyətini  mənalandırmağa  cəhd 
göstərilmişdir. Humanist mütəfəkkirlərin bütöv bir nəsli münaqişələr, 
bəşəriyyətin  inkişafına  onların  mənfi  təsiri,  müharibənin  cəmiyyət 
həyatından kənar edilməsi və əbədi sülhün bərqərar edilməsi haqqında 
təsəvvürlərini ifadə etmişlər. 
Qədim  dövr.  Qədim  filosoflar  belə  hesab  edirdilər  ki,  öz- 
özlüyündə münaqişə nə pis, nə də yaxşıdır, o, insanların rəyindən asılı 
olmayaraq, hər yerdə mövcuddur. 
Nəzərdən  keçirilən  problemə  dair  bizə  gəlib  çatmış  ilk 
tədqiqatlar  b.e.ə.  VI-VII  əsrlərə  aiddir.  Həmin  dövrün  Çin 
mütəfəkkirləri  belə  hesab  edirdilər  ki,  bütün  varlığın  inkişaf 
mənbəyini  materiyaya  xas  olan,  daimi  ziddiyyətdə  olan  və 
daşıyıcılarının cəbhələşməsinə gətirib çıxaran müsbət (yan) və mənfi 
(in) cəhətlərin qarşılıqlı münasibətləri təşkil edir. 
Çin  filosofu  Lao-tszı  (b.e.ə.  579-499-cu  illər)  müharibə  və 
mübarizəni deyil, sülh və barışığı ali dəyər hesab edirdi. O öyrədirdi: 
«Döyüşlərdə müharibə istəməyənlər qalib gəlir, ən başlıcası sakitliyə 
riayət etməkdir». 
Qədim Yunanıstanda əksliklər və şeylərin  yaranışında onların 
rolu  haqqında  fəlsəfi  təlim  meydana  çıxır.  Anaksimaqor  (b.e.ə. 
610-547)  göstərirdi  ki,  şeylər  əksliklərin  ayrılmasına  gətirib  çıxaran 
vahid maddi başlanğıcın - «apeyron»un daimi hərəkəti 
12 


nəticəsində  əmələ  gəlir.  Heraklit  (b.e.ə.  535-475)  hərəkətin  səbəbini 
açmağa, şeylərin və təzahürlərin hərəkətini əksliklərin mübarizəsinin 
doğurduğu  zəruri,  qanunauyğun  proses  kimi  təqdim  etməyə  cəhd 
göstərmişdi. O yazırdı: «Mübarizə ümumidir və hər şey zərurət üzrə 
mübarizədən keçir». 
Müharibə  kimi,  sosial  münaqişənin  roluna  dair  ilk  ümu- 
miləşdirmələr  də  bu  dövrə  aiddir.  Belə  ki,  Heraklitin  fikrincə, 
«müharibə  bütün  şeylərin  atası,  sülh  isə  onların  anasıdır».  .Platon 
(b.e.ə. 428-348) isə onu ən böyük bəla kimi nəzərdən keçirirdi. Onun 
fikrincə,  bir  vaxtlar  «qızıl  əsr»  mövcud  olmuş,  «adamlar  bir-birini 
sevmiş  və  bir-birinə  xeyirxah  münasibət  bəsləmişlər».  Buna 
baxmayaraq.  Platonun  «ideal  dövlət»ində  istənilən  vaxt  yürüşə 
çıxmağa hazır olan döyüşçülər olmuşdur. 
Herodot (b.e.ə. 490-425) da Heraklitə qarşı çıxırdı. O göstərirdi 
ki, «heç kim müharibəni sülhdən üstün tutacaq qədər ağılsız deyildir. 
Axı  müharibə  vaxtı  atalar  övladlarını,  sülh  dövründə  isə  övladlar 
atalarını  basdırırlar».  Materialist  filosof  Epikür  (b.e.ə.  341-270)  də 
belə hesab edirdi ki, toqquşmaların mənfi nəticələri nə vaxtsa insanları 
sülh şəraitində yaşamağa məcbur edəcəkdir. 
Keçmişin  mütəfəkkirləri  ictimai  həyatda  cəbhələşmənin 
labüdlüyünü  dərk  edərək,  hələ  o  zaman  «ədalətli»  və  «ədalətsiz» 
zorakılığın meyarlarım müəyyən etməyə cəhd göstərirdilər. Məsələn, 
Siseron  (b.e.ə.  106-43)  özünün  «Dövlət  haqqında»  əsərində  şərin 
qisasının  alınması,  düşmənin  ölkədən  qovulması  uğrunda  aparıla 
biləcək «ədalətli və şərəfli müharibə» haqqında tezis irəli sürmüşdü. 
Avreli  Avqustin  (345-430)  Siseronun  şərtlərinə  müharibə 
aparanın «ədalətli niyyətləri»ni də əlavə etmişdi. 
Orta  əsrlər.  Foma  Akvinski  (1225-1274)  cəmiyyət  həyatında 
müharibələrə  yol  verilməsi  haqqında  fikirlərini  inkişaf  etdirərək, 
ədalətli  müharibənin  daha  bir  şərtini  müəyyən  etmişdi:  ondan  ötrü 
«avtorizə olunmuş səlahiyyət», yəni dövlət hakimiyyətinin sanksiyası 
zəruridir. Hərçənd bütövlükdə, onun fikrincə, «müharibə və zorakılıq 
həmişə günahdır». 
Sosial  münaqişələrin  sistemli  təhlilinə  ilk  cəhdlərdən  biri 
florensiyalı  nəzəriyyəçi  və  dövlət  xadimi  Nikkolo  Makiavelliyə 
(1469-1527) məxsusdur. Onun konsepsiyasmın dəyəri həmin 
13 


dövrdə hökmran olan ictimai inkişafın mənbələrinə münasibətdə dini 
baxışlardan  uzaqlaşmasında  idi.  Orta  əsrlərin  böyük  nəzəriyyəçisi 
münaqişəni cəmiyyətin, insan təbiətinin qüsurlu olması, müxtəlif insan 
qruplarının daimi və qeyri-məhdud maddi zənginləşməyə can atması 
ilə  şərtlənən  universal  və  fasiləsiz  halı  hesab  edirdi.  N.Makiavelli 
bütün  dövlət  hakimiyyətini  öz  əllərində  cəmləşdirən  əyanları  sosial 
münaqişənin  mənbələrindən  biri  hesab  edirdi.  Buna  baxmayaraq, 
Makiavelli  münaqişənin  yalnız  dağıdıcı  funksiyasını  deyil,  həm  də 
yaradıcı  funksiyasını  görürdü.  Münaqişənin  mənfi  rolunu  azaltmaq 
üçün ona düzgün təsir etməyi bacarmaq lazımdır. Bu missiyanı dövlət 
yerinə yetirməlidir. 
Rotterdamlı Erazm (1469-1536) qeyd edirdi ki, «müharibə onu 
bilməyənlərin  ruhu  üçün  şirindir».  O,  həmçinin  münaqişənin  öz 
məntiqinə malik olduğunu, zəncirvari reaksiya kimi yayılaraq, özünün 
təsir dairəsinə əhalinin və ölkənin yeni-yeni təbəqələrini cəlb etdiyini 
göstərirdi. Rotterdamlı Erazm müharibələrin səbəblərini təhlil edərkən 
vurğulayırdı ki, çox vaxt hökmdarların xəbis və tamahkar keyfiyyətləri 
xalqları müharibələrə sürükləyir. 
Hüqo  Qratsi  (1583-1645)  suveren  dövlətlər  arasında  hər  iki 
tərəfin özünün haqlı olduğuna əmin olduğu müharibə imkamnı nəzərdə 
tuturdu.  Onun  mülahizələri  sonralar  «bitərəflik»  anlayı-  şmm  nəzəri 
əsasını qoymuşdur. 
Münaqişələrin  təbiətinə  dair  ingilis  filosofu  Frensis  Bekonun 
(1561-1626)  irəli  sürdüyü  ideyalar  maraq  doğurur.  O,  ilk  dəfə  ölkə 
daxilində  sosial  münaqişələrin  səbəbləri  sistemini  əsaslı  nəzəri 
təhlildən  keçirmişdi.  Onların  arasında  xalqın  acınacaqlı  maddi 
vəziyyəti  aparıcı  rol  oynayır.  Münaqişələrin  yaranmasına 
hökmdarların  senatın və silklərin rəyinə  etinasızlığı,  idarəetmə- dəki 
siyasi  səhvlər,  şayiələrin  yayılması,  habelə  «paskvillər  və  müxalif 
nitqlər» də təkan verir. 
Tomas  Hobbs  (1588-1679)  özünün  «Leviafan»  əsərində 
«hamının  hamıya  qarşı  müharibəsi»  konsepsiyasını  əsaslandırmışdı. 
O,  adamlarda  eyni  ümidlərin  yaranmasına,  özünü  qoruyub  saxlama, 
yaxud  həzz  alma  üçün  zəruri  olan  obyektlərə  sahib  olmaq  istəyinə 
gətirib  çıxaran  bərabərliyə  canatmanı  münaqişənin  başlıca  səbəbi 
hesab edirdi, bu isə insanları düşmənlərə çevirir, rəqabət, etimadsızlıq 
və  şöhrətpərəstlik  doğururdu.  Hobbs  insanların  qüsurlarının  aradan 
qaldırılmasının dövlət zorakılığı 
14 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə