Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə10/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   6   7   8   9   10   11   12   13   ...   91

ləri statikdir və bir-biri ilə alternativ təşkil edir. 
D.Sandersin  işləyib  hazırladığı  «daxili  münaqişəli  davranış» 
nəzəriyyəsində  sabitliyi  pozan  bütün  hadisələr  ölkədən-ölkəyə  və 
dövrdən-dövrə  fərqlənən  spesifik  «normallıq»  sistemindən  kəna- 
raçıxmalar  kimi  nəzərdən  keçirilir.  Sanders  belə  hadisələr  dedikdə 
rejimdə,  hakimiyyətdə  və  birlikdə  baş  verən  dəyişiklikləri,  siyasi 
sistemə  dinc  və  zorakı  çağırışları,  yəni  daxili  münaqişəli  davranışın 
müxtəlif formalarını başa düşür. Kənaraçıxmanın münaqişələrə gətirib 
çıxardığı normallıq kateqoriyası cəmiyyətdə həmin dövrdə hakim olan 
sosial dəyərlərdə ifadə olunmuş kütlə şüuru səviyyəsi ilə bağlıdır. 
Etnosiyasi  nəzəriyyələr.  Bu  konsepsiyalar  70-ci  illərin  ikinci 
yarısında  meydana  çıxmışdır.  Vaşinqton  universitetinin  professoru 
M.Hekterin  1975-ci  ildə  təklif  etdiyi  daxili  müstəmləkəçilik 
konsepsiyası  şöhrət  qazanmışdır.  O,  sosial-iqtisadi  inkişafın 
qeyri-bərabərliyi  problemlərini  dövlət  əhalisinin  etnik  fərqləri  ilə 
bağlayır. Çoxmillətli dövlətin modernləşdirilməsi prosesində mərkəzi 
hökumətlə  etnik  əyalət  qrupları  arasında  siyasi  münaqişə  vacibdir. 
Etnomilli  qrupların  sosial-iqtisadi  inkişafındakı  fərqlərin  güclənməsi 
onların  qeyri-bərabər  modernləşdirilməsi  ilə  izah  olunur.  Əmələ 
gəlmiş  iqtisadi  bərabərsizlik  etnomilli  həmrəyliyin,  sonradan  isə 
etnomillətçiliyin meydana çıxmasına səbəb olur. 
Şotlandiya  Beynəlxalq  İnstitutunun  direktoru  T.Neyrnin 
«qeyri-bərabər  inkişaf»  nəzəriyyəsi  bu  konsepsiyaya  yaxındır.  Onun 
fikrincə,  etnomilli  münaqişə  inkişaf  etmiş  mərkəzin  nümunələrinin 
ölkənin  daha  az  inkişaf  etmiş  rayonlarına  qəbul  etdirilməsinin 
nəticəsidir. T.Neyrn belə hesab edir ki, «kapitalizm yayılaraq onunla 
təmasa  girən  qədim  cəmiyyətləri  özünə  tabe  etdikcə  həmin 
cəmiyyətlər özlərinin daxilindəki «ayrılma xətləri» boyunca ayrı-ayrı 
hissələrə bölünürdü». 
Bu  xətlər  həmişə  etniklik  xətti  olmuşdur,  lakin  bəzən  eyni 
funksiyam dərin dini fərqlər də yerinə yetirə bilərdi. 
Etnomilli  münaqişələrin  genezisində  siyasi  amillərin  üstün 
mövqeyi Kolumbiya universitetinin professoru C.Rotşildin etnosiyasi 
konsepsiyasında  təmsil  olunmuşdur.  O,  «Etnopolitika»  (1981) 
əsərində  qeyd  edir  ki,  modernləşdirmənin  gedişində  milli  azlıq 
liderlərinin siyasiləşməsi, deməli, bütün sosial qrupun siya- 
30 


siləşməsi  baş  verir.  Bu  prosesin  başlanmasının  sövqedici  amilini 
etnospesifık  əlamətlərin  saxlanmasından  narahatlıq  və  onların 
daşıyıcılarını  mütəşəkkil  qrupda  səfərbər  etmək  niyyəti  təşkil  edir. 
Konsolidasiyanm  davamı  uçün  «qrupun  etnik  əlamətlərin 
daşıyıcılarını  fəal  birlikdə  səfərbər  etməyə  qabil  və  maraqlı  olan 
elitası», habelə  «böyük» birlik çərçivəsində ehtiyatların məhdudluğu 
ilə  əlaqədar  rəqabət  zəruridir.  İkinci  şərtin  variantlarından  birini 
etnomilli əsasda mərkəz-əyalət münaqişəsi təşkil edə bilər. 
Beləliklə,  münaqişənin  politoloji  tədqiqatları  siyasi  qruplar 
nəzəriyyələri,  siyasi  sabitlik  nəzəriyyələri  və  etnosiyasi  nəzəriyyələr 
istiqamətləri  ilə  bağlıdır.  Siyasi  qruplar  nəzəriyyələri  V.Pareto  və 
Q.Moska (elita nəzəriyyəsi), J.Sorel, F.Oppenheymer, A.Bentli və b. 
kimi  alimlərin  konsepsiyaları  ilə  təmsil  olunmuşdur.  Siyasi  sabitlik 
nəzəriyyələri sırasında C.Blondel, D.Iston, 
S.Lipset  və  D.Sandersin  konsepsiyaları  fərqləndirilir.  Etnosiyasi 
nəzəriyyələr  daxili  müstəmləkəçilik  nəzəriyyəsini  (t.Hekter), 
qeyri-bərabər  inkişaf  nəzəriyyəsini  (T.Neyrn)  və  C.Rotşildin 
etnosiyasi konsepsiyasını ehtiva edir. 
§3. Konfliktologıyanın nəzəri əsaslan 
3.1.
 
Münaqişələrin öyrənilməsinə sistemli yanaşma 
Sistemli  yanaşma  elmi  idrak  metodologiyasının  və  sosial 
təcrübənin  əsasında  obyektlərin  sistemlər  kimi  nəzərdən  keçirilməsi 
duran  istiqamətidir.  O,  konfliktoloqu  münaqişənin  təzahür  kimi 
bütövlüyünün  açıqlanmasına,  onda  bütün  əsas  rəngarəng  əlaqə 
tiplərinin axtarışına və onların real münaqişələri maksimum hərtərəfli 
və  dərindən  əks  etdirən  vahid  nəzəri  mənzərədə  birləşdirilməsinə 
istiqamətləndirir. 
Sistemli  yanaşma  tarixən  XVII-XIX  əsrlərdə  geniş  yayılan 
mexanizm  konsepsiyalarım  əvəz  etmişdir.  O,  mürəkkəb,  çoxsə- 
viyyəli, iyerarxik, inkişaf etməkdə olan obyektlərin tədqiqi mənafeyi 
baxımından  işlənib  hazırlanmışdır.  Belə  obyektləri  yalnız  inkişaf, 
ümumi əlaqə, konkret-tarixi yanaşma və s. prinsiplərinə istinad edərək 
öyrənmək çətindir. Münaqişə tədqiqində sistemli yanaşmadan, yaxud 
heç olmasa, onun elementlərindən istifadə 


edilməsi arzuolunan təzahürlər sinfinə aiddir. 
Sistemli yanaşma prinsipi aşağıdakıları nəzərdə tutur: 
-
 
öyrənilən  təzahürün  sistem  kimi,  qarşılıqlı  fəaliyyətdə  olan 
elementlərin fərqləndirilmiş çoxluğu kimi nəzərdən keçirilməsi
-
 
sistemin 
elementlərinin 
və 
hissələrinin 
tərkibinin, 
strukturunun, təşkilinin müəyyən edilməsi, onların arasındakı aparıcı 
qarşılıqlı fəaliyyətin aşkara çıxarılması; 
-
 
sistemin  xarici  əlaqələrinin  aşkara  çıxarılması,  başlıca 
əlaqələrin fərqləndirilməsi; 
-
 
sistemin funksiyasının, digər sistemlər su'asında onun yerinin 
və rolunun müəyyən edilməsi
-
 
sistemin inkişaf qanunauyğunluqlarının və meyllərinin aşkara 
çıxarılması. 
Sistemli  yanaşma  ümumi  sistemlər  nəzəriyyəsi  ilə  yanaşı, 
sistemli  analizin  metodoloji  və  nəzəri  əsaslarını  təşkil  edir. 
Münaqişələrin  tədqiqində  sistemli  analizin  bütün  əsas  növləri 
məqsədəuyğundur: 
sistemli-struktur, 
sistemli-funksional, 
sis- 
temli-genetik və sistemli-informasiya. 
Münaqişənin  sistemli-struktur  analizi,  birincisi,  onun  ya- 
rımstrukturlara  bölünməyən  elementlərdən  ibarət  yarımstruk-  turlar 
sistemindən  ibarət  tam  kimi  nəzərdən  keçirilməsindən  ibarətdir. 
İkincisi,  istənilən  münaqişə  yarımsistem  qismində  daha  yüksək 
səviyyəli  sistemə  daxildir.  Sistemli  struktur  analiz  aşağıdakı 
mərhələləri ehtiva edir: 
-
 
tam  kimi  münaqişənin  məkan-zaman  və  məzmun 
sərhədlərinin müəyyən edilməsi; 
-
 
münaqişənin  strukturunu  təşkil  edən  mümkün  qədər  çox 
sayda yarımstruktur və elementlərin aşkara çıxarılması; 
-
 
elementlərin  əsaslandırılmış  sayda  yarımstrukturda  qrup- 
laşdırılması; 
“  yarımstruktur  və  elementlərin  aşağı  səviyyələrin  yuxarı 
səviyyələrə tabe olduğu iyerarxiyasının müəyyən edilməsi
-
 
yarımsistemi  tədqiq  olunan  münaqişədən  ibarət  sistemdə 
bütün  əsas  yarımstrukturlarm  və  daha  yüksək  səviyyəli  sistemin 
strukturunda münaqişənin yerinin aşkara çıxarılması. 
Münaqişənin sistemli-funksional analizi, birincisi, münaqişənin 
inkişaf etdiyi xarici mühitlə bütün əsas qarşılıqlı əla- 
32 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə