Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə16/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   12   13   14   15   16   17   18   19   ...   91

şəraitdə  iştirakçılardan  birinin  hərbi-siyasi  müttəfiq  və  ya  hətta 
elmi-texniki  nailiyyət  qazanmasında  uğuru  digərinin  «məğlubiyyəti» 
hesab  olunurdu.  Məsələn,  Çində  baş  verən  vətəndaş  müharibəsində 
kommunistlərin  qələbəsi  və  ÇXR-lə  SSRİ  arasında  ittifaq 
münasibətlərinin  qurulması  ABŞ-da  «Çinin  itirilməsi»,  ölkənin 
uzunmüddətli xarici siyasi maraqlarına ağır zərbə kimi qəbul edilmişdi. 
Beynəlxalq münaqişələrin mahiyyətinin tədqiqində təhlil edilməli olan 
əsas amillər aşağıdakılardır: 
-
 
məkan (münaqişənin coğrafi konteksti və miqyası); 
-
 
zaman  (münaqişənin  vaxt  müddəti,  daxili  mərhələləri  və  ya 
xronoloji mərhələləri); 
-
 
münaqişənin  intensivliyi  və  onun  zaman  daxilində 
dəyişməsi; 
-
 
münaqişənin  strukturu  (iştirakçıların  sayı,  keyfiyyət 
xüsusiyyətləri); 
-
 
münaqişənin 
motivləşdirilməsi 
və 
iştirakçüarm 
məqsədləri 
(o cümlədən, münaqişəli hərəkətlərin ideoloji izahı); 
-
 
«münaqişə  obyektlərinin»  (yəni  iştirakçıların  münaqişəli 
hərəkətlərinin  həll  etməyə  yönəldiyi  mübahisəli  məsələlərin)  tipi, 
səciyyəsi və sayı; 
-
 
iştirakçıların  bir-birinə  münasibəti  (rəqib  obrazı, 
stereotipləri, rəqib haqqında bilgilərin xarakteri); 
-
 
münaqişə  iştirakçüannm  davranış  tipi  (məqsədlərə  nail 
olmaq vasitələri və üsulları, strategiya və taktikası) 
-
 
beynəlxalq  münasibətlərin  bilavasitə  iştirakçıları  və 
bütünlüklə sistemi üçün münaqişə funksiyaları. 
Münaqişənin  nəzərdən  keçirilməsinin  göstərilən  istiqamətləri, 
onun ölçüləri bir-biri ilə sıx əlaqədardır. 
Münaqişənin  məkan  ölçüsü  bu  hadisənin  tədqiqatında 
iştirakçıların  coğrafi  və  hətta  topoqrafik  xüsusiyyətlərin  rol 
oynayacağını  nəzərdə  tutur.  Bu  məqam  o  mənada  zəruridir  ki,  o 
dövlətlərin  qüv\'əsinin  komponenti  kimi  onların  ərazi  vəziyyətinin 
«üstünlükləri» və «çatışmazlıqları» haqqında təsəvvür yarada bilər. 
Dövlətlərin  «coğrafi  yaxınlıq»  səviyyəsi  («əlaqə  sıxlığı») 
yüksək  intensivlik  səviyyəsinə  malik  münaqişəli  münasibətlərin 
motivləşmə  analizi  üçün  ciddi  amil  kimi  çıxış  edə  bilər.  Bu  halda 
söhbət  ondan  gedir  ki,  ümumi  sərhəd  və  ya  regional  yaxınlıq 
(subregionda qonşuluq) şəklində bilavasitə yaxınlıq şəraitində 
48 


məhz, coğrafi problemlərin (ərazi iddiaları, etnosiyasi səciyyəli ciddi 
zidiyyətlər  və  s.)  «münaqişə  obyekti»  olacağı,  yəni  həll  olunması 
yolunda  qonşu  dövlətlərin  rəqabət  aparacağı  mübahisəli  məsələlərə 
çevrilməsi ehtimalı böyük olur. Dövlətlərin coğrafi yaxınlıq səviyyəsi 
hərbi-siyasi ittifaqların formalaşdırılmasmda da rol oynaya bilər. 
Münaqişənin  məkan  ölçüsü  dedikdə  bilavasitə  iştirakçıların 
yox,  həm  də  onların  ən  yaxın  qonşularının  coğrafi  vəziyyəti  başa 
düşülür.  Bunu  bəzən  dövlətlərin  bir-birinə  münasibətdə  «məkan 
asılılığı»  (spatial  dependence)  də  adlandırırlar.  Məsələn,  yüksək 
intensivliyə  malik  (hərbi  qüvvə  tətbiq  etməklə)  münaqişəli 
vəziyyətlərin  mövcudluğu  bəzi  dövlətlərdə  ən  yaxın  qonşular 
qrupunda  münaqişələrin  kəskinləşməsinin  «zəncirvari  reaksiyasına» 
səbəb ola bilər. 1945-ci ildən sonra bu cür münaqişələrin daha tez- tez 
baş verdiyi bu cür region Yaxın Şərqdir. 
Nəhayət,  münaqişənin  məkan  ölçüsü  onun  miqyası  kimi  başa 
düşülür - bu, xüsusilə, münaqişənin bir növü kimi müharibəyə aiddir. 
Miqyasına görə qlobal silahlı münaqişə İkinci dünya müharibəsi idi - 
bütün qitələrin dövlətləri birbaşa və ya dolayı yolla həmin müharibəyə 
cəlb  olunmuşdular.  Miqyası  üzrə  qlobal  münaqişə  ABŞ-la  SSRİ 
arasında  baş  verən  və  «soyuq  müharibə»  adını  almış  uzunmüddətli 
münaqişə  idi.  Sovet-Amerika  münaqişəsi  bütün  dünyada  baş  verən 
siyasi hadisələrə təsir göstərmək naminə aparılırdı. «Yerli münaqişə» 
anlayışına  gəldikdə  isə,  buraya  aid  olan  müharibələrin  gedişində  iki 
dövlət öz məqsədlərinə hərbi yolla nail olmağa can atırlar. «Regional» 
münaqişə rubrikasına, bir qayda olaraq, iki və daha artıq ölkə arasında 
aparılan bütünlüklə regiondakı  vəziyyətə ciddi təsir göstərən və çox 
vaxt  nəhəng  dövlətlərin  birbaşa  və  ya  dolayısı  iştirakı  ilə,  yaxud 
beynəlxalq  səciyyəli  hərbi  siya.si  birlikləri  cəlb  etməklə  baş  verən 
müharibələr daxildir. Bu kimi münaqişələrə, məsələn, 1990-ci illərdə 
Yuqoslaviya ittifaqı ərazisində baş verən hadisələri misal göstərmək 
olar  -  bu  zaman  bir  neçə  keçmiş  respublikalar  arasında  baş  verən 
ardıcıl  hərbi  toqquşmalar  NATO-nun  güc  yolu  ilə  müdaxiləsini 
şərtləndirməklə  bərabər.  Cənubi  Avropada  vəziyyəti  uzun  müddətə 
gərginləşdirdi. 
49 


§2. Münaqişənin inkişaf dinamikası 
Münaqişənin  zaman  ölçüsü  münaqişənin  xronoloji  ardıcıllığı 
kimi başa düşülməlidir - bu ardıcıllıqda çıxış nöqtəsini və ba- şaçatma 
məqamını  müəyyənləşdirmək  olar.  Həmin  vaxt  müddətini 
münaqişənin  inkişafının  müəyyən  fazalarına  -  mərhələlərinə  bölmək 
olar.  Fikrimizcə,  münaqişə  fazaları  daha  çox  zaman  və  intensivlik 
kateqoriyalarını ehtiva edən kompleksdə tanınır. 
Dövlətləri  beynəlxalq  münaqişələrin  əsas  iştirakçıları  hesab 
etsək, 
0
 zaman belə bir məqamdan çıxış etmək lazımdır ki, onların «ali 
maraqlarının»  müxtəlifliyi  üzündən  onlar  «mahiyyət  etibarı  ilə 
rəqibdirlər».  Beləliklə,  bütün  dövlətlər  arasında  münaqişəli 
münasibətlər mövcuddur və bu münaqişələr zaman  daxilində inkişaf 
edir  və  məlum  intensivliyə  malik  olur.  Çoxlu  sayda  dövlətlərarası 
qarşılıqlı  əlaqələr  üçün  bu  cur  münaqişəli  münasibətlər  latentdir, 
görünmür və dərk olunmur, yəni onların intensivliyi sıfra bərabərdir. 
Məsələn,  ABŞ-la  Nepal,  yaxud  Almaniya  ilə  Somali  arasındakı 
münasibətlər məhz bu cürdür. 
Beləliklə,  beynəlxalq  təcrübədə  münaqişə  adlanan  amil 
dövlətlərin maraqlarının yuxanda göstərilən prinsipial uyğunluğundan, 
ilk  növbədə,  bu  və  ya  digər  səviyyədə  məcburiyyətin  və  /  və  ya 
zorakıhğm mövcüdluğunun / əlamətlərinə görə fərqlənir. Başqa sözlə, 
münaqişəni anlamaq üçün zamanı və intensivliyi kombinə edən bu və 
ya  digər  şkala  qurmaq  lazımdır.  İntensivliyin  dəyişməsini  və 
münaqişəli  münasibətlərin  bir  neçə  faza  üzrə  inkişafım  göstərən 
aşağıdakı variantda şkala təqdim etmək olar: 
Məcburiyyətin başlanması 
astanası 
Zorakılığın tətbiqinin 
astanası 
 
BÖHRAN 
MÜHARİBƏ 
A fazası 
B fazası 
C fazası 10 
A  fazası  iştirakçıların  (dövlətlərin)  ən  azı  biri  tərəfindən 
məcburedici  davranışın  tətbiqinə  başlanmasınadək  onların  adı, 
«normal»  qarşılıqlı  əlaqələrini  səciyyələndirir.  Bu  fazanın  sonunda 
münaqişənin latent potensialı - buna qədər nəzərə çarpma 
50 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə