Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə11/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   7   8   9   10   11   12   13   14   ...   91

qələrinin  müəyyən  edilməsindən,  ikincisi,  münaqişənin  yanm- 
struktıırlannm  bəzi  elementlərinin  digər  elementlərə  təsirinin 
xarakterinin və üsullarının aşkara çıxarılmasından ibarətdir. 
Münaqişənin 
sistemli-genetik 
analizi 
münaqişələrin 
təkamülünün, inkişafının və dinamikasının hərəkətverici qüvvələrinin 
tədqiqinə  yönəlmişdir.  O,  münaqişələrin  makro-  və  mikromühit 
amilləri  ilə  şərtlənməsinin,  münaqişə  iştirakçılarının  subyektiv 
aləmindən  asılılığının  açıqlanmasından,  münaqişələri  doğuran 
səbəblərin iyerarxiyasının müəyyən edilməsindən ibarətdir. 
Münaqişənin  sistemli-informasiya  analizi  münaqişələrin 
təşəkkülündə, inkişafında və başa çatmasında informasiyanın rolunun 
və  funksiyalarının  aşkara  çıxarılmasından  ibarətdir.  O,  münaqişənin 
əsas 
yanmstrukturlan 
arasında 
informasiya 
mübadiləsinin 
qanunauyğunluqlarının, 
opponentlərin 
və 
digər 
münaqişə 
iştirakçılarının  psixikasındakı  dərketmə  proseslərinin  dinamikasımn, 
subyektlərin  münaqişə  vəziyyətinin  tam  və  obyektiv  informasiya 
modellərinə təsir göstərən əsas amillərin təhlilindən ibarətdir. 
Sistemli  analizin  dörd  əsas  növü  əsasında  nəzəri-tətbiqi 
əhəmiyyətə malik üç əlavə növ fərqləndirilir. 
Münaqişənin  sistemli-situasiya  analizi  münaqişələrin  empirik 
tədqiqinin perspektivli elmi metodlarından biridir. Sistemli- situasiya 
analizində  münaqişə  sadəcə  öz  elementlərinin  cəmindən  ibarət 
olmayan, elementin  xassələrinin onun strukturdakı  yeri ilə müəyyən 
olunduğu sosial cəhətdən şərtlənən və dinamik sistem kimi nəzərdən 
keçirilir.  Münaqişənin  sistemli-situasiya  analizinin  vahidi  qismində 
müəyyən məzmun və dinamika xarakteristikalarına, zaman və məkan 
sərhədlərinə  malik  münaqişə  vəziyyətindən  istifadə  olunur. 
Retrospektiv  analizin  köməyi  ilə  münaqişə  vəziyyətləri  «bankı» 
yaradılır. O, riyazi statistika metodlarını tətbiq etməklə, münaqişənin 
inkişafının  ümumiləşdirmələrə  və  tövsiyələrə  əsas  verən  bir  sıra 
asılılıq,  meyl  və  inkişaf  qanunauyğunluqlarını  aşkara  çıxarmağa 
imkan verir. 
Fənlərarası  analiz  münaqişənin  sistemli  analizinin  mühüm 
növlərindən birini təşkil edir. Onun zəruriliyi tədqiqi ilə on bir elmin 
məşğul  olduğu  təzahür  kimi  münaqişənin  unikallığı  ilə  şərtlənir. 
Fənlərarası  analiz  bir  elm  çərçivəsində  münaqişəni  öyrənərkən 
konfliktoloqun  qalan  on  konflikloİoji  elmdə  alınmış  biliklərdən 
maksimum tam istifadə etməsini tələb edir. 
33 


3.2.
 
Münaqişələrin təsnifatının əsas növləri 
Münaqişənin  mühüm  əlamətlərindən  birini  onda  iştirak  edən 
tərəflərin  xarakteri  və  xüsusiyyətləri  təşkil  edir.  Münaqişənin 
xarakteristikası həlledici surətdə münaqişə tərəflərinin kiminlə təmsil 
olunmasından asılıdır. 
Konfliktologiyanm əsas obyektini sosial münaqişələrin altı növü 
təşkil  edir.  Şəxsiyyətlərarası  münaqişələr  iki  adamın  mənafelərinin 
toqquşmasından ibarətdir. Şöbə rəisi özünü tabeçiliyində olan bir qrup 
işçiyə qarşı qoyduqda bu,  «şəxsiyyət-qrup» tipli münaqişə olacaqdır. 
Orta  məktəbin  şagird  kollektivində  direktorun  tərəfdarla-  n  və 
əleyhdarlan arasında mübarizə kiçik qruplar arasında mübarizədir, Orta 
sosial  qruplar  kəmiyyət  tərkibi  etibarilə  kiçik  və  böyük  qruplar 
arasında aralıq mövqe tutur. Münaqişə iştirakçılannm sayı bir neçə yüz 
adamdan artıq olduqda bu, böyük sosial qruplar arasında münaqişədir. 
Dövlətlərarası  münaqişələr  iki  dövlət,  yaxud  dövlətlərin 
koalisiyaları arasında mübarizədən ibarətdir. Dövlətlə dövlətlər qrupu 
arasında  da  münaqişə  yarana  bilər.  Bundan  başqa,  dövlətlərin 
koalisiyaları  bir  neçə  iştirakçıdan  çoxlu  sayda  iştirakçıya  qədər 
dövlətləri əhatə edə bilər. Bu, beynəlxalq münaqişənin xarakterinə təsir 
göstərir. 
Münaqişənin  ən  mühüm  xüsusiyyətini  insanın  təmin  edilməsi 
uğrunda  mübarizə  apardığı  tələbatının  xarakteri  təşkil  edir, 
A.Maslounun  nəzəriyyəsinə  görə,  tələbatları  beş  iyerarxik  əlaqəli 
səviyyəni  fərqləndirməklə  qruplaşdırmaq  olar.  Onlara  aşağıdakı 
tələbatlar aiddir: 
1)
 
fizioloji; 
2)
 
təhlükəsizlik və müdafiə
3)
 
sosial; 
4)
 
ehtiram; 
5)
 
özünüifadə. 
Bu  tələbatlardan  hər  hansı  birinin  təmin  edilməməsi  halında 
insan  münaqişəyə  gedə  bilər.  Nəticədə  münaqişələrin  beş  tipini 
fərqləndirmək olar. 
Ziddiyyətin  tipindən  asılı  olaraq,  münaqişələri  antaqonist 
ziddiyyətin nəticəsi kimi və qeyri-antaqonist ziddiyyətin nəticəsi kimi 
yaranmış münaqişələrə ayırmaq olar. 
34 


Münaqişənin  mühüm  xarakteristikasını  onda  iştirak  edən 
tərəflərin  qarşıdurmasının  kəskinliyi  təşkil  edir.  Qərb  konflikto- 
logiyasında bu xarakteristika münaqişənin intensivliyi adlandırılır. Bu 
əsas  üzrə  aşağı,  orta  və  >öiksək  intensivliyə  malik  münaqişələr 
fərqləndirilir.  Aşağı  intensivliyə  malik  münaqişə  opponent-  lər 
arasında  mübahisə  formasında  cərəyan  edir.  Ən  yüksək  intensivliyə 
malik münaqişə tərəflərdən birinin fiziki məhvi ilə başa çatır. 
Münaqişələrin  baş  verdiyi  insan  fəaliyyəti  sahələrindən  asılı 
olaraq,  onlar  sosial,  siyasi,  millətlərarası,  dövlətlərarası  və  s. 
münaqişələrə ayrılır. 
3.3.
 
Münaqişədə davranış strategiyası 
Həm  biznesdə,  həm  də  danışıqlar  sahəsində  ən  məşhur  və 
geniş  istifadə  olunan  konsepsiyalardan  biri  münaqişəli  vəziyyətdə 
insan  davranışının  beş  əsas  strategiyasının  fərqləndirildiyi 
Tomas-Killmen konsepsiyasıdır. 
Həmin  davranış  sitrategiyalarının  fərqləndirilməsi  üçün  əsas 
qismində öz mənafelərinin təmin edilməsində əzmkarlıq dərəcəsi  (Y 
oxu)  ilə  digərinin  mənafelərinin  təmin  edilməsində  ona  güzəştə 
getməyə hazırlıq dərəcəsi (X oxu) arasında nisbətin dinamikası çıxış 
edir. 
1.
 
Oxların  başlanğıcında  heç  kimin  mənafelərinin  təmin 
edilmədiyi  sıfır  nöqtəsi  yerləşir.  Bu  nöqtə  yayınma,  yaxud  qaçma 
strategiyasına  uyğun  gəlir.  Bu  strategiya  onu  ifadə  edir  ki,  insan 
münaqişəli vəziyyətə məhəl  qoymur, özünü münaqişə olmamış kimi 
aparır və onun həlli, yaxud dəyişdirilməsi üçün heç bir tədbir görmür. 
Bəzi  hallarda  məhz  belə  strategiya  optimaldır.  Onlara  bizim 
üçün  xüsusi  əhəmiyyət  kəsb  etməyən  və  həlh  üçün  güc  və  maddi 
ehtiyat sərfinə ehtiyac olmayan vəziy>'ətlər aid edilməlidir. 
Bəzən  «baş  qoşmamaq»  daha  yaxşıdır,  çünki  nəyisə 
yaxşılaşdırmaq imkanımız sıfra yaxındır. 
Digər 
tərəfdən, 
çox 
vaxt 
qarışmama 
münaqişənin 
kəskinləşməsinə gətirib çLxara bilər, çünki problem həllini tapmır və 
münaqişə iştirakçılanmn mənafeləri təmin olunmur. Nəticədə əvvəlcə 
həlli mümkün olan vəziyyət bəz^n həUedilməz olur. 
35 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə