Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə7/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   2   3   4   5   6   7   8   9   10   ...   91

etdirərək,  real  qruplarda  eksperimental  situasiyalar  yaradırlar. 
Situasiya tipləri  arasında rəqabət, kooperasiya və qarışıq situasiyalar 
fərqləndirilir.  Təlim  prosesində  rəqabət  situasiyası  motiv-  ləşdirici 
təsirə  malik  ola  bilər,  lakin  bu,  əməkdaşlıq  və  qarşılıqlı  yardım 
münasibətlərinə  rəğmən  deyil,  onlarla  yanaşı  baş  verir.  Kooperativ 
təlim situasiyası ənənəvi fərdi təlimdən daha böyük səmərə verir. 
Müasir  psixologiyada  münaqişənin  öyrənilməsinə  ikinci 
yanaşma  təşkilati  sistemlər  nəzəriyyəsidir.  Bu  konsepsiya  oyunlar 
nəzəriyyəsinə alternativ və onun təklif etdiyi həll yollarının tənqidinin 
nəticəsi  kimi  meydana  çıxrmşdır.  R.Bleyk,  C.Muton  və  K.Tomasın 
təşkilati  sistemlər  əsasında  şəxsiyyətlərarası  münaqişələr  probleminə 
dair işləyib hazırladıqları yanaşma real şəraitdə insanların münaqişəli 
davranış  üslublarının  orijinal  tədqiqi  proqramından  ibarətdir. 
Müəlliflər  rəqibə  münasibət  və  öz  məqsədlərinin  əldə  olunmasına 
yönəlişlərin  uzlaşmasından münaqişəli vəziyyətdə mümkün olan beş 
davranış  strategiyasını  müəyyən  etmişlər:  rəqabət,  uyğunlaşma, 
qaçınma, uzlaşma, əməkdaşlıq. 
Bütövlükdə,  tədqiqatçılar  real  davranışın  öyrənilməsinə  can 
atırlar. Eyni zamanda, münaqişənin həlli üslubunun diaqnostikası üçün 
istifadə olunan sorğu metodları real davranışdan daha çox subyektlərin 
niyyətlərini  tədqiq  etməyə  imkan  verir.  Sorğu-  lananlar  bəzi 
kateqoriyaları  fərqləndirməkdə  çətinlik  çəkirlər.  Bu  çatışmazlıqları 
aradan  qaldırmaq  üçün  münaqişəli  vəziyyətdə  davranışın 
özünüqiymətləndirməsini  qarşılıqlı  qiymətləndirmələr  və  ekspert 
qiymətləndirmələri ilə uzlaşdırmaq təklif olunur. 
60-70-ci  illərin  ayrıcında  münaqişəli  qarşılıqlı  fəaliyyətin  bir 
hissəsi kimi danışıqlar prosesinin öyrənilməsi üzrə müstəqil istiqamət 
formalaşmağa başlayır. 
Hal-hazırda  danışıqlar  prosesinin  nəzəriyyəsi  və  təcrübəsi 
tətbiqi psixologiyanın perspektiv istiqamətlərindən biri kimi nəzərdən 
keçirilir.  Tədqiqatlar  iki  problemin  həlli:  münaqişə  tərəflərinin 
danışıqlara  başlamaq  qərarı  qəbul  etməsinə  təkan  verən  şərtlər 
məcmusunun  aşkara  çıxarılması  və  münaqişə  tərəflərinin  artıq 
razılaşma axtarışına çıxmaq qərarı qəbul etməsindən sonra danışıqlar 
prosesinin  öyrənilməsi  üzərində  cəmləşdirilmişdir.  Danışıqlar 
prosesinin texnologiyası daha çox işlənilmişdir. 
Beləliklə, xarici psixologiyada şəxsiyyətlərarası münaqi 
21 


şənin  öyrənilməsinin  mühüm  ənənələri  toplanmışdır.  Onların  xarici 
psixoloqlar  tərəfindən  öyrənilməsi  tarixində  iki  mərhələni 
fərqləndirmək olar: əsrin əvvəlindən 50-ci illərə qədər və 50-ci illərin 
sonundan  indiyə  qədər.  Birinci  mərhələdə  münaqişə  aşağıdakı 
yanaşmalar  çərçivəsində  öyrənilmişdir:  psixoanaliz,  sosio-  tropiya, 
etologiya,  qrup  dinamikası  nəzəriyyəsi,  frustrasiya-tə-  cavüz, 
davranış,  sosiometriya  və  interaksionizm.  İkinci  mərhələdə 
şəxsiyyətlərarası münaqişələrin tədqiqinin yeni istiqamətləri də inkişaf 
etmişdir. Bunlar nəzəri-oyun yanaşması, təşkilati sistemlər nəzəriyyəsi 
və danışıqlar prosesi təcrübəsidir. 
2.2.
 
Münaqişənin sosioloji nəzəriyyələri 
Sosial-darvinizm.  Münaqişənin  rolunun  əsaslandırıldığı  sosial 
sistemin  təkmilləşdirilməsinin  sosioloji  nəzəriyyəsini  yaratmağa  ilk 
cəhdlər XIX əsrin ikinci yarısına aiddir. Bu dövrdə ingilis sosioloqu 
Herbert  Spenserin  (1820-1903)  əsərləri,  məsələn,  münaqişənin 
ümumiliyi və universallığı tezisinin inkişaf etdirildiyi «Sosiologiyanın 
əsaslan» əsəri meydana çıxmışdır. 
Spenser  göstərirdi  ki,  yaşamaq  uğrunda  mübarizə,  fərdlər  və 
qruplar arasında münaqişələr cəmiyyətdə tarazlığa təkan verir, ictimai 
inkişaf  prosesini  təmin  edir.  H.Spenser  həmin  dövrdə  inkişaf  edən 
sosial-darvinizmin  tərəfdarı  idi.  Sosial-darvinistlər  göstərirdilər  ki, 
cəmiyyət orqanizmə eyniləşdirilə bilər. 
Bu,  sosial  həyatı  bioloji  qanunauyğunluqlarla  izah  etməyə 
imkan  verir.  Spenserlə  yanaşı,  sosial  mübarizə  və  mənafelərin 
toqquşması,  irsi  normalar  və  yeni  ideyalarla  bağlı  təzahürləri  təsvir 
etməklə,  münaqişə  probleminə  diqqəti  cəlb  etmiş  U.Bec-  qot, 
U.Samner, L.Qumploviç, Q.Ratsengofer, A.Smoll bu təlimin ən parlaq 
nümayəndələri olmuşlar. 
Marksizm  nəzəriyyəsi.  Sosial  münaqişə  nəzəriyyəsində  Kari 
Marksm (1818-1883) əsərləri xüsusi yer tutur, onun tarixin materialist 
dərkini  kəşf  etməsi  sosial  münasibətlərin  inkişafına  yeni  tərzdə 
baxmağa imkan verdi. K.Marksa görə, cəmiyyətdə insanlar bir-biri ilə 
onların  iradəsindən  və  şüurundan  asılı  olmayan  zəruri  sosial 
münasibətlərə  girirlər.  Bu,  sosial  substansiyanın,  cəmiyyətin 
formalaşmasının  başlıca  şərtidir.  Onun  inkişafı  dialektik  əksliklərin 
vəhdəti və mübarizəsi qanununa müvafiq surətdə 
09 


həyata  keçirilir,  cəmiyyətdə  onlar  böyük  sosial  qruplar,  yaxud 
siniflərlə təmsil  olunmuşdur. Onların münasibətlərində əsas problem 
ehtiyatların  bölüşdürülməsi  sistemi  ilə  bağlıdır.  Bütövlükdə,  sinfi 
münaqişəni  o,  müxtəlif  davranış  formalarını  nəzəri  cəhətdən  təhlil 
etmədən nəzərdən keçirirdi. Sosial münaqişənin yaranmasında iqtisadi 
münasibətlərin  rolunun  mütləqləşməsi  göstərilir.  Marks  belə  hesab 
edirdi  ki,  hər  bir  münaqişə  tərəfi  bircə  məqsəd  güdür  “  çatışmayan 
ehtiyatların barəsində sərəncam verməyə can atma, lakin sosial təcrübə 
bunu inkar etmişdir. 
M.Veberin ümumi sosial münaqişə nəzəriyyəsi. Sosiologiyada 
ümumi  sosial  münaqişə  nəzəriyyəsi  XIX  əsrin  sonu  -  XX  əsrin 
əvvəlində  yaranmağa  başlanmışdır.  Belə  ki,  M.Veberin  (1864-1920) 
fikrincə,  cəmiyyət  status  etibarilə  fərqlənən  qrupların  məcmusudur. 
Buna  görə  də  onların  mənafeləri  toqquşur  və  son  nəticədə  sosial 
münaqişələr meydana çıxır. Cəmiyyət həyatında münaqişələrin aradan 
qaldırılmasına olan hər hansı ümid əsassızdır. Yer üzərində adamların 
bir-biri  ilə  əbədi  mübarizəsinin  labüdlüyü  etiraf  olunmalıdır.  Lakin 
insanların mənafeləri yalnız toqquşmayıb, həm də müəyyən dərəcədə 
uzlaşdığından, bu, qüvvələr balansı, sosial konsensusun əldə edilməsi 
üçün əsas yaradır. 
Münaqişələr sosial həyatdan tamamilə aradan qaldırıla bilməz, 
lakin  bu,  onun  daimi  qeyri-sabitliklə  xarakterizə  olunduğunu  ifadə 
etmir. 
Q.Zimmelin funksional münaqişə nəzəriyyəsi. Alman sosioloqu 
Georq  Zimmelin  (1858-1918)  əsərləri  Qərb  sosiologiyası  tərəfindən 
münaqişənin  öyrənilməsində  nəzərəçarpan  addım  olmuşdur.  1908-ci 
ildə nəşr olunmuş «Sosiologiya» və 1918-ci ildə nəşr olunmuş «Müasir 
mədəniyyətin  münaqişəsi»  əsərlərinin  müəllifi  funksional  münaqişə 
nəzəriyyəsinin  banisi  hesab  olunur.  Zimme-  lə  görə,  münaqişə 
universal  təzahürdür;  tam  vahid  və  ahəngdar  qrup,  yaxud  cəmiyyət, 
ümumiyyətlə,  təsəvvür  oluna  bilməz.  Hətta  onlar  mövcud  olsaydılar 
belə,  özünü  inkişaf  etdirmə  mexanizminə  malik  olmadan  və 
dəyişiklikləri  stimullaşdıran  impulsla-  rın  təsirinə  məruz  qalmadan 
həyat qabiliyyətli olmazdılar. 
Zimmelin  münaqişənin  qrupun  daxili  strukturuna  təsiri 
haqqında  nəticələri  böyük  əhəmiyyətə  malikdir.  Ekstremal 
vəziyyətlərdə, məsələn, müharibələr zamanı despotik rejimin qu 
23 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə