Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə6/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   2   3   4   5   6   7   8   9   ...   91

Amerika  psixoloqları  K.Xorni,  E.Fromm,  Q.Salliven 
münaqişənin təbiətinin anlayışını genişləndirərək, ona sosial kontekst 
verməyə çalışmışlar. Belə ki, K.Xorni (1885-1952) fərdlə onun mühiti 
arasındakı  münaqişələrin  əsas  səbəbini  yaxın  şəxslər,  ilk  növbədə, 
valideynlər tərəfindən xeyirxahlığın çatışmama- smda görürdü. 
E.Frommun  (1900-1980)  fikrincə,  münaqişələr  şəxsi  istək  və 
tələbatları cəmiyyətdə reallaşdırmağın mümkün olmaması ucbatından 
yaranır. 
1920-30-cu illərdə münaqişə sosial psixoloqların diqqətini cəlb 
etməyə  başlayır.  Anqloamerikan  psixoloqu  U.Mak-Dau-  qallın 
(1871-1938)  fikrincə,  cəmiyyətdə  münaqişələr  labüddür,  çünki 
insanlara qorxu, sürü hissi, özünütəsdiq kimi sosial instinkt- lər xasdır. 
Onlar  nəsildən-nəsilə  ötürülür,  buna  görə  də  adamlar  daim 
münaqişəyə,  ziddiyyətə  girirlər.  Ç.Darvinin  yaşamaq  uğrunda 
mübarizə  instinktinin  növün  mövcudluğunu,  inkişafını  təmin  etməsi 
fikrinə istinadən U.Mak-Dauqall onu insan toplumuna da şamil edirdi. 
Onun yaratdığı sosial instinktlər nəzəriyyəsi özünə tərəfdarlar tapdı ki, 
bu da münaqişələrin öyrənilməsində sosiotrop istiqaməti müəyyən etdi 
(S.Sigele və b.). 
Münaqişəyə  etoloji  yanaşmanın  başlanğıcı  1930-cu  illərdə 
Avstriya  təbiətşünası,.  Nobel  mükafatı  laureatı  Konrad  Lorentsin 
(1903-1989) əsərlərində qoyuldu. O, dünya elmində ilk dəfə belə bir 
fərziyyə  irəli  sürdü  ki,  sosial  münaqişələrin  başlıca  səbəbi  fərdin  və 
kütlənin  təcavüzkarlığıdır.  K.Lorentsin  fikrincə,  heyvanlarda  və 
insanlarda  təcavüzkarlığın  yaranması  mexanizmləri  eyni  tiplidir, 
təcavüz  isə  canlı  orqanizmin  daimi  halıdır.  K.Lorentsin  etoloji 
ideyaları  holland  alimi  N.Tinbergenin  (1907-1988)  tədqiqatlarında 
inkişaf etdirilmişdir. 
Alman-amerikan  psixoloqu  Kurt  Levin  (1890-1947)  qrup 
dinamikası  problemlərini  araşdıraraq,  fərdlə  mühit  arasında  tarazlıq 
pozularkən  gərginlik  altına  düşən  dinamik  davranış  sistemi 
konsepsiyasını işləyib hazırlamışdı. Bu gərginlik münaqişələr şəklində 
təzahür  edir.  Münaqişənin  mənbəyi  qismində  qrup  liderinin 
xoşagəlməz  fəaliyyət  üslubu  çıxış  edə  bilər.  K.Levin  münaqişələrin 
həlli yollarım şəxsiyyətin motivləşmə sahələrinin və fərdlərin qarşıhqlı 
fəaliyyət strukturunun yenidən təşkilində görürdü. 
İS 


Yel  universitetinin  (ABŞ)  Con  Dollard  (1900-1980)  başda 
olmaqla,  bir  qrup  psixoloqu  Z.Freyd  və  K.Levinin  əsərləri  əsasında 
münaqişənin yeni - frustrasiya-təcavüzkar fərziyyəsini təklif etdi. 
Bu  konsepsiyada  münaqişələrin  biososial  səbəbi  -  fərdin 
təcavüzkarlığı və sosial səbəbi - frustrasiya birləşdirilmişdir. Təcavüz 
həmişə frustrasiyadan sonra gəlir, təcavüzkar davranış halları, adətən, 
frustrasiyanm mövcudluğunu nəzərdə tutur. 
Davranış  istiqamətinin  məşhur  nümayəndəsi  Amerika 
psixoloqu Arnold Bassdır. O, münaqişələrin səbəblərini yalnız insanın 
biologiyasında,  anadangəlmə  keyfiyyətlərində  deyil,  həm  də 
şəxsiyyətin  ətraf  sosial  mühitlə  qarşılıqlı  təsiri  nəticəsində  bu 
keyfiyyətləri dəyişdirən sosial əhatədə (çevrədə) axtarır. 
Sosial  psixoloq  Yakob  Morenonun  (1892-1974)  işləyib 
hazırladığı  sosiometriya  nəzəriyyəsinə  müvafiq  surətdə  şəxsiy- 
yətlərarası münaqişələr insanlar arasındakı emosional münasibətlərin 
vəziyyəti,  onların  bir-birinə  rəğbət,  yaxud  nifrət  bəsləməsi  ilə 
müəyyən  olunur.  Y.Moreno  belə  bir  nəticəyə  gəlmişdi  ki, 
şəxsiyyətlərarası  münaqişələrdən  tutmuş  beynəlxalq  münaqişələrə 
qədər  bütün  münaqişələr  insanların  emosional  üstünlüyünə  müvafiq 
surətdə onların elə düzülüşü yolu ilə həll edilə bilər ki, «sosiometrik 
inqilab»  ictimai  münasibətlərin  ahəngdarlığını  təmin  etməyə  imkan 
versin. 
Simvolik  interaksionizmin  banisi  olan  Amerika  psixoloqu  və 
sosioloqu  Corc  Midin  (1863-1931)  əsərlərinin  ardınca  Çikaqo 
məktəbinin  nümayəndəsi  T.Şibutaninin  tədqiqatları  geniş  əks-  səda 
doğurdu.  Onun  fikrincə,  münaqişələrin  səbəbləri  sosial  qarşılıqlı 
fəaliyyət  prosesindədir.  «Fərd-mühit»  münasibətlərində  hiddətlənmə 
baş  verdikdə  subyekt  daxili  disharmoniya  və  narahatlıq  keçirməyə 
başlayu. Onları  aradan qaldırmağa çalışan fərd  mühitə uyğunlaşmaq 
üçün  fəal  hərəkətlər  həyata  keçirir.  Məhz  uyğunlaşmanın  gedişində 
münaqişələr yaranır. 
Nəzərdən keçirilən dövrdə münaqişənin tədqiqinə yanaşmaların 
təhlili  göstərir  ki,  onlar  psixologiyanın  ənənəvi  istiqamətləri 
məcrasında  formalaşaraq,  həmin  cərəyana  xas  olan  nəzəri 
konstruksiyaları  əks  etdirmişlər.  Bu  yanaşmalar  son  40-45  ildə 
münaqişələri  öyrənərkən  Qərb  psixoloqlarının  istinad  etdikləri  əsasa 
çevrilmişdir. 
19 


Məsələn,  1960-cı  illərdə  psixoanaliz  və  interaksionizm 
ideyalarının  sintezi  əsasında  transakt  analiz  nəzəriyyəsini  yaratmış 
Amerika  psixoterapevti  Erik  Börnün  (1902-1970)  əsərləri  nəşr 
olunmuşdur.  E.Bömün  fikrincə,  şəxsiyyətin  strukturu  («Mən»i)  üç 
hal-komponenti ehtiva edir:  «uşaq» (kortəbii emosiyaların, istəklərin 
və  həyəcanların  mənbəyi),  «valideyn»  (stereotiplərə,  köhnə 
düşüncələrə, ümumiləşdirmələrə, nəsihətlərə meyl) və «yaşlı» (həyata 
rasional  və  situativ  yanaşma.  İnsanların  qarşılıqlı  fəaliyyətinin 
gedişində  transaksiyalar  həyata  keçirilir.  Kəsişməyən  transaksiya 
reallaşdırıldıqda  o,  münaqişəsiz  münasibətləri  təmin  edil.  Kəsişən 
transaksiya yarandıqda bu, ünsiyyət prosesinin pozulduğunu göstərir 
və münaqişələrə gətirib çıxara bilər. 
Hal-hazırda  müasir  Qərb  psixologiyasında  münaqişələrə  dair 
tədqiqatlar aşağıdakı istiqamətlər üzrə aparılır: 
-
 
nəzəri-oyun (M.Doyç); 
~ təşkilati sistemlər nəzəriyyəsi (R.Bleyk, C.Muton); 
-
 
danışıqlar  prosesinin  nəzəriyyəsi  və  təcrübəsi  (D.Prüitt, 
D.Rubin, R.Fişer, U.Yuri). 
Nəzəri-oyun 
yanaşmasının 
nümayəndələri 
münaqişəli 
vəziyyətdə universal qarşılıqlı fəaliyyət sxeminin qurulmasını və onun 
həllini əsas vəzifə hesab edirlər. Onun əsasında «dustaq dilemması» 
kimi  oyunlar  durur.  Vəzifənin  həllini  dəqiq  nəzarət  olunan 
eksperimental  şərtlər  asanlaşdırır.  Münaqişə  vəziyyətində  davranış 
üslublarının  müxtəlifliyi  iki  əsas  davranış  tipində  ümumiləşdirilir: 
kooperativ və rəqabət. 
Sistem  şəklində  bu  yanaşma  Amerika  sosial  psixoloqu 
M.Doyçun  əsərlərində  öz  ifadəsini  tapmışdır.  Onun  konsepsiyası 
münaqişə probleminə sosial-psixoloji yanaşmanın tam işlənməsindən 
ibarətdir. M.Doyçun fikrincə, münaqişənin əsasında şəx- siyyətlərarası 
qarşılıqlı fəaliyyətin iştirakçılarının məqsədlərinin uzlaşmaması durur. 
Diqqətin  qarşıduran  tərəflərin  motivləri  üzərində  cəmləşdirilməsi 
sayəsində  bu  istiqamətə  aid  əsərlər  çox  vaxt  motivləşmə 
konsepsiyasına aid edilir. 
Nəzəri-oyun  yanaşmasının  tərəfdarları  belə  hesab  edirlər  ki, 
münaqişələr həm konstruktiv, həm də destruktiv yolla həll oluna bilər. 
İştirakçılarının  qoyulmuş  məqsədlərə  çatdıqlarına  əmin  olduqları 
münaqişə nəticəvi münaqişə hesab olunur. 
Müasir Qərb tədqiqatçıları M.Doyçun ideyalarını inkişaf 
20 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə