Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə5/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   2   3   4   5   6   7   8   9   ...   91

nın tətbiqindən başqa bir yolunu görmürdü. 
Yeni  dövr.  Bu  dövrdə  fransız  filosofu  Jan-Jak  Russonun 
(1712-1778)  ideyaları  populyar  idi.  Hobbsdan  fərqli  olaraq,  o,  belə 
hesab edirdi ki, insan özünün təbiəti etibarilə xeyirxah, sülhsevərdir, 
səadət üçün yaradılmışdır. 
Onun ümumdünya-tarixi prosesin mərhələviliyi konsepsiyasına 
görə,  əvvəlcə  «təbii  hal»  mövcud  olur,  bu  zaman  insanlar  azad  və 
bərabərdir, sonra sivilizasiyanın inkişafı bərabərlik, azadlıq və səadət 
halının  itirilməsinə  gətirib  çıxarır  və  nəhayət,  insanlar  «ictimai 
müqavilə»  bağlamaqla  yenidən  ictimai  münasibətlərin  itirilmiş 
harmoniyasını, «əbədi sülh» və həmrəylik əldə edirlər. J-J.Russonun 
fikrincə,  ictimai  müqavilə  xalqın  sərt  nəzarəti  altında  mümkündür, 
çünki müharibələr nazirlərə lazımdır, buna görə də onlar xoş məram 
göstərmirlər. Məsələ «artıq dilə tutmada deyil, məcbur etmədədir». 
Çoxsəviyyəli  sosial  təzahür  kimi  münaqişə  ilk  dəfə  Adam 
Smitin  «Xalqların  sərvətinin  təbiəti  və  səbəbləri  haqqında  tədqiqat» 
əsərində öyrənilmişdir. 
Münaqişənin əsasında cəmiyyətin siniflərə (kapitalistlər, torpaq 
mülkiyyətçiləri, muzdlu fəhlələr) bölünməsi və iqtisadi rəqabət durur. 
A.Smit  siniflər  arasında  qarşıdurmanı  cəmiyyətin  irəliyə  doğru 
inkişafının mənbəyi kimi, sosial münaqişəni isə bəşəriyyətin müəyyən 
neməti kimi nəzərdən keçirirdi. 
Alman filosofu tmmanuel Kant (1724-1804) belə hesab edirdi 
ki,  «qonşuluqda  yaşayan  adamlar  arasında  sülh  vəziyyəti  təbii  hal 
deyildir... Əksinə, təbii hal müharibə vəziyyətidir, yəni fasiləsiz hərbi 
əməliyyatlar  olmasa  da,  daimi  müharibə  təhdididir.  Deməli,  sülh 
vəziyyəti  bərqərar  olunmalıdır».  Burada  J.-J.Rus-  sonun  «ictimai 
müqavilə» haqqında ideyaları ilə əlaqə sezilir. 
Alman  filosofu  Georq  Hegelin  (1770-1831)  fikrincə, 
münaqişənin  başlıca  səbəbi  bir  tərəfdən  «sərvət  yığımı»  ilə  digər 
tərəfdən «əməyə bağlı sinif» arasında sosial qütbləşmədən irəli gəlir. 
Güclü  dövlət  hakimiyyətinin  tərəfdarı  olan  Hegel  ölkə  daxilində 
dövlətin birliyini sarsıdan iğtişaşlara qarşı çıxırdı. O belə hesab edirdi 
ki, dövlət bütün cəmiyyətin mənafelərini təmsil edir və münaqişələri 
tənzimləməyə borcludur. 
Prussiya  hərbi  nəzəriyyəçisi  Kari  Klauzevits  (1780-1831) 
«Müharibə haqqında» əsərində beynəlxalq hərbi münaqişənin 
15 


təbiətini  müəyyən  edərək,  məşhur  «Müharibə  siyasətin  başqa 
vasitələrlə davamıdır» düsturunu təklif etmişdi. Bütün  tarix boyunca 
beynəlxalq hərbi münaqişələr bioloji labüdlük, bu və ya digər dövlətin 
siyasətində normadan kənaraçıxma, yaxud mo- narxın özbaşınalığının 
təzahürü  deyil,  dövlət  daxilində  və  dünya  meydanında  münaqişəyə 
keçənə qədər proseslərin qanunauyğun inkişafı olmuşdur. 
Mövcudluq  uğrunda  mübarizə  problemi  ingilis  bioloqu  Çariz 
Darvinin  (1809-1902)  yaradıcılığında  mərkəzi  yer  tutmuşdur.  Onun 
bioloji  təkamül  nəzəriyyəsinin  məzmunu  1859-cu  ildə  nəşr  olunmuş 
«Təbii  seçmə  yolu  ilə  növlərin  mənşəyi,  yaxud  həyat  uğrunda 
mübarizədə  nəcib  cinslərin  saxlanması»  kitabında  açıqlanmışdır.  Bu 
əsərin  başlıca  ideyası  onun  adında  ifadə  olunmuşdur:  canlı  təbiətin 
inkişafı yaşamaq uğrunda daimi mübarizə şəraitində həyata keçirilir ki, 
bu da ən çox uyğunlaşan növlərin təbii seçmə mexanizmini təşkil edir. 
Sonralar Ç.Darvinin baxışları münaqişənin bəzi sosioloji və psixoloji 
nəzəriyyələrində inkişaf etdirilmişdir. 
XIX əsrin ikinci yarısında alman filosofu F.Nitsşe (1844- 1900) 
insan  davranışındakı  təcavüzkar  təzahürləri  patologiya  və  onun 
təbiətindəki  kənaraçıxma  kimi  deyil,  insanın  təbiətinin  diq-  tə  etdiyi 
təbii hal kimi nəzərdən keçirmişdir. Onun fikrincə, məhz buna görə də 
əbədi sülhə can atan bəşəriyyət labüd surətdə müharibəyə qayıdır. 
§2. Konfliktologiya nəzəriyyəsində əsas istiqamətlər 
2.1.
 
Psixologiyada münaqişə problemi 
Qərb  psixologiyası  şəxsiyyətdaxili  və  sosial  münaqişələrin 
öyrənilməsində  mühüm  ənənələrə  malikdir.  Yüz  ilə  yaxın  bir  dövr 
ərzində toplanmış böyük nəzəri və empirik material yanaşmaların və 
nəzəri  platformaların  müxtəlifliyində  öz  əksini  tapır.  Münaqişənin 
öyrənilməsi  tarixində  şərti  olaraq  iki  mərhələni  fərqləndirmək  olar. 
Birinci mərhələ XX əsrin 50-ci illərinə qədər davam etmişdir, ikinci 
mərhələ  isə  keçən  əsrin  50-ci  illərinin  sonundan  indiyə  qədər  olan 
dövrü əhatə edir. Fərqləndirmənin əsa 
16 


sı qismində münaqişə probleminin psixologiyanın nəzərdən keçirdiyi 
digər problemlər sırasında fərqləndirilməsi çıxış edir. XX əsrin birinci 
yarısında  münaqişə  ayrıca  tədqiqat  obyekti  kimi  fərqləndirilməyib, 
daha  geniş  konsepsiyaların  tərkib  hissəsi  kimi  nəzərdən  keçirilirdi 
(məsələn,  psixoanaliz,  yaxud  sosiometriya-  da).  Psixoloqları  ya 
münaqişələrin nəticələri, ya da ona gətirib çıxaran ayrı-ayrı səbəblər 
maraqlandırırdı,  lakin  münaqişə  özü  tədqiqatın  mərkəzi  həlqəsini 
təşkil etmirdi. 
1950-60-cı  illərin  ayrıcında  psixoloqların  elmi  marağının 
bilavasitə  bu  fenomenə  yönəldiyi  tədqiqatlar  meydana  çıxır.  Əsas 
anlayışlar  fərqləndirilir,  münaqişənin  psixoloji  nəzəriyyəsinin 
anlayışlar aparatı işlənilir. 
XX  əsrin  birinci  yarısında  münaqişənin  xarici  psixoloji 
tədqiqatlarının istiqamətləri arasında aşağıdakılar fərqləndirilir: 
-
 
psixoanalitik (Z.Frcyd, A.Adler, K.Xorni, E.Fromm); 
-
 
sosiotrop (U.Mak-Dauqall, S.Siqele və b.); 
-
 
etoloji (K.Lorens, N.Tinberqen); 
-
 
qrup dinamikası nəzəriyyəsi (K.Levin, D.Kreç, L.Lindsey); 
-
 
frustrasiya-təcavüzkar (D.DoUard, L.Berkovits, N.Miller); 
-
 
davranış (A.Bass, A.Bandura, R.Sire); 
-
 
sosiometrik (D.Moreno, E.Ceniqs, S.Dodd, Q.Qurviç); 
-
 
interaksionist (D.Mid, T.Şibutani, D.Şpigel). 
Psixoanalitik yanaşma, ilk növbədə, insanın münaqişəli- 
liyinə  (konfliktliliyinə)  dair  ilk  konsepsiyalardan  birini  yaratmış 
Avstriya  psixoloqu  Ziqmımd  Freydin  0856-1939)  adı  ilə  bağlıdır. 
Z.Freydin  əsasən  şəxsiyyətdaxili  münaqişələrlə  məşğul  olmasına 
baxmayaraq, 
onun 
xidməti 
şəxsiyyətlərarası 
münaqişələrin 
səbəblərinin şüursuzluq səviyyəsində axtarılması zərurətini göstərməsi 
ilə bağlıdır. O belə hesab edirdi ki,  başlıca mənbə insan psixikasına 
əvvəlcədən xas olan şüur və şüursuzluq, dolaşıq instinktiv meyllərlə 
əxlaq və hüquq normalarının tələbləri arasındakı münaqişədir. Məhz 
insan  qəlbinin  bu  disharmoniyası  bütün  sosial  münaqişələrin  - 
şəxsiyyətdaxili, şəxsiyyətlərarası, qruplara- rası münaqişələrin başlıca 
mənbəyini təşkil edir. 
Z.Freydin davamçısı olan Alfred Adler (1870-1937) şəxsiyyətin 
mikromühitlə  münaqişələrimi  məzmununu  tərdin,  natamamlıq  və 
birinin  digəri  üzərində  üsiun'^ıvu  hissindən  qurraımaq  cəhdlərində 
görürdü. 
17 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə