Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə9/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   5   6   7   8   9   10   11   12   ...   91

bənzərlərlə  daimi  mübarizə,  zorakılıq  meyli  gizlənir.  Lakin 
münaqişələr aradan qaldırılmalı və məhdudlaşdırılmalıdır. 
Nəzəriyyədə  münaqişənin  iki  modeli  -  statik  və  dinamik 
modellər  nəzərdən  keçirilir.  Statik  modeldə  Bouldinq  «münaqişə 
tərəfləri»ni  və onların  arasında münasibətlər sistemini təhlil  edir. Bu 
münasibətlər rəqabət prinsipi üzərində qurulur. 
Dinamik  modeldə  Bouldinq  tərəflərin  mənafelərini  insanların 
münaqişəli  davranışında  sövqedici  qüvvə  kimi  nəzərdən  keçirir.  O, 
biheviorizm  ideyalarından istifadə edərək, münaqişənin dinamikasını 
əks  tərəflərin  xarici  stimullara  reaksiyalarından  əmələ  gələn  proses 
kimi  müəyyən  edir.  Buna  görə  də  ictimai  münaqişələr  «reaktiv 
proseslər» kimi çıxış edir. 
Beləliklə,  Qərb  sosiologiyasında  münaqişənin  öyrənilməsi 
tarixində üç mərhələ fərqləndirilir: XIX əsrin ikinci  yarısı; XX əsrin 
birinci yarısı və XX əsrin ikinci yarısı. Birinci mərhələdə münaqişənin 
əsas  tədqiqi  sosial-darvinizm  və  marksizm  nəzəriyyəsi  məcrasında 
getmişdir.  XX  əsrin  birinci  yarısında  G.Zim-  melin  funksional 
münaqişə nəzəriyyəsi və T.Parsonsun struktur funksionalizmi ən fəal 
surətdə  işlənilmişdir.  Son  onilliklərdə  əsas  sosioloji  tədqiqatlar 
L.Kozerin  pozitiv-funksional  münaqişə  nəzəriyyəsi,  R.Darendorfun 
münaqişəli  cəmiyyət  modeli  və  K.Bouldinqin  ümumi  münaqişəli 
qarşılıqlı  fəaliyyət  nəzəriyyəsi  kimi  istiqamətlər  çərçivəsində 
aparılmışdır. 
2.3.
 
Münaqişənin politoloji nəzəriyyələri 
Münaqişə  konsepsiyalarının  artıq  klassik  xarakter  kəsb  etdiyi 
psixologiya  və  sosiologiyadan  fərqli  olaraq,  politologiyada  sırf 
konfliktoloji  nəzəriyyələri  fərqləndirmək  çətindir.  Bir  qayda  olaraq, 
münaqişə problemi daha geniş nəzəriyyəyə daxil edilir. Bütövlükdə isə 
münaqişələrin  politoloqlar  tərəfindən  tədqiqinin  üç  istiqaməti 
fərqləndirilir: siyasi strukturlar (qruplar) nəzəriyyələri; siyasi sabitlik 
nəzəriyyələri; etnosiyasi nəzəriyyələr. 
Siyasi qruplar nəzəriyyələri. Elita nəzəriyyəsinin yaradıcısı olan 
italyan tədqiqatçısı Vilfredo Pareto (1848-1923) belə hesab edirdi ki, 
insanların  sosial  davranışı  ağıldan  və  psixikanın  irra-  sional 
səviyyələrindən  asılıdır.  İnsanlar  biopsixoloji  keyfiyyətlərinə  görə 
fərqləndikləri kimi, cəmiyyət də sosial cəhətdən yekcins 
27 


deyildir. 
Sosial dəyişkənlik cəmiyyətin idarə olunan fərdlər kütləsinə və 
elita adı az saylı idarəçilərə bölünməsini ifadə edir. 
Elitalar  arasında  mübarizə  və  onların  əvəzlənməsi  istənilən 
cəmiyyətin  mahiyyətini  təşkil  edir.  Hakim  elita  deqradasiyaya 
uğradıqda  və  aşağı  siniflərdən  müvafiq  keyfiyyətlərə  malik  yeni 
üzvlərin  cəlb  edilməsi  yolu  ilə  buna  qarşı  çıxmağa  cəhd  göstəı  - 
mədikdə inqilab şəklində sosial münaqişə yaranır. Onun bütün mənası 
hakim  yuxarı  təbəqənin  -  cəmiyyətin  elitasının  fərdi  tərkibinin 
yeniləşdirilməsindən  ibarətdir.  İnqilablardan  başqa,  elitaların  daimi 
dövranı prosesini təmin edən digər sosial münaqişələr də mümkündür. 
Politologiyanın  yaradıcılarından  biri  olan  «Siyasət  elminin 
elementləri»nin  (1896)  müəllifi  Qaetano  Moska  (1858-1941) 
cəmiyyətin  iki  sinfə:  dövlət  funksiyalarını  öz  üzərinə  götürən  və 
imtiyazlardan istifadə edən hakim «siyasi sinfə» və qeyri-mütəşəkkil 
çoxluğu təmsil edən idarə olunanlar sinfinə bölgüsünü vacib sayırdı. 
Real  hakimiyyət  həmişə  siyasi  sinfin  əlindədir.  Cəmiyyətdə  həmişə 
köhnə  hakim  azlığı  əvəz  etməyə  hazır  olan  qüvvələr  mövcuddur. 
Əvəzetmə sosial münaqişələr şəklində baş verir. 
Fransız  sosial  mütəfəkkiri  Jorj  Sorel  (1847-1922)  özünün 
«Zorakılıq  haqqında  düşüncələr»  (1907)  adlı  əsas  əsərində  tarixdə 
cəmiyyətin  rasionalist  təfsirini,  sosial  tərəqqi  ideyasını  inkar  edirdi. 
Sorel  kütlələrin  kortəbii,  irrasional  hərəkətini  mütəşəkkil  siyasi 
mübarizəyə,  (tarixin  ali  yaradıcı  başlanğıcı  kimi)  zorakılığı  isə 
(avtoritar  dövlətçiliyin  ifadəsi  kimi)  gücə  qarşı  qoyurdu.  Yalnız 
zorakılığın  və  sosial  münaqişələrin  (inqilabların,  ümumi  tətillərin) 
köməyi ilə fəhlə sinfi öz niyyətlərini reallaşdıra bilər. 
Alman  tədqiqatçısı  Frans  Oppenheymer  (1864-1943)  dövlət 
tarixini  öyrənərkən,  belə  bir  nəticəyə  gəlmişdi  ki,  dövlətçiliyin 
yaranması  iqtisadi  səbəblərlə  deyil,  hüquqi  səbəblərlə  şərtlənir. 
Cəmiyyətin  bir  hissəsi  zorakılıq  yolu  ilə  hakimiyyəti  ələ  keçirərək, 
bütün  qalanları  tabeçilikdə  saxlamaq  üçün  hüquqi  təsisatı  -  dövləti 
təsis  edir.  Cəmiyyətin  təkamülünün  gedişində  zorakılığın  forması 
dəyişsə  də,  dövlətin  mahiyyəti  dəyişməz  qalır.  Amerika  politoloqu 
Artur  Bentlinin  konsepsiyasının  mərkəzi  bəndini  siyasi  qrup  təşkil 
edir.  Siyasi  qrupun  fəaliyyəti  ona  öz  mənafelərini  reallaşdırmağa 
imkan verir. 
28 


Lakin  cəmiyyətdə  bir  çox  digər  siyasi  qruplar:  partiyalar, 
hərəkatlar, birliklər fəaliyyət  göstərir ki, bu da onların mənafelərinin 
kəsişməsinə gətirib çıxarır. Siyasi qrup öz mənafelərini reallaşdırmaq 
üçün güc tətbiq edə bilər. Güc fiziki məcburetmədən daha çox təzyiq, 
təhdid, nümayişləri, siyasi mübahisələri və s. ehtiva edir. Onların çevik 
tətbiqi  sayəsində  siyasi  qruplar  tərəfindən  cəmiyyətin  siyasi  həyatı 
reallaşır. 
Siyasi  sabitlik  nəzəriyyələri.  Bu  istiqamətə  mənsub 
konsepsiyalar XX əsrin 60-cı illərinin əvvəllərində meydana çıxmışdır. 
Onlarda əsas diqqət müasir cəmiyyətdə münaqişələrə yol verilməməsi 
amillərinin  öyrənilməsinə  yetirilir.  Belə  ki,  C.Blon-  del  ənənəvi 
dixotomiyadan  (demokratiya-diktatura)  fərqli  olaraq,  siyasi  sistemin 
üçölçülü 
quruluşunu 
təklif 
etmişdir. 
Onun 
fikrincə, 
totalitar-demokratik  ölçüdən  başqa,  hökumətin  yeritdiyi  mövcud 
vəziyyətin  dəyişdirilməsi,  yaxud  saxlanması  siyasətinin  istiqamətini 
müəyyənləşdirən  «radikal  mühafizəkar  oxu»,  habelə  hökumətin 
özünün  siyasi  məqsədlərini  həyata  keçirməsinə  kömək  göstərən 
vasitələri 
(razılıq, 
yaxud 
məcburetmə) 
qiymətləndirən 
«liberal-avtoritar oxu» nəzərə almaq zəruridir. 
1965-ci  ildə  Amerika  politoloqu  
Aston 
«Siyasi  həyatın 
sistemli  analizi»  əsərində  sabitliyin  mühafizəkar  modelini  təklif 
etmişdir. Onun fikrincə, siyasi sistemin saxlanması obyektlərini siyasi 
hakimiyyət,  yəni  siyasətin  müəyyən  edilməsində  iştirak  edən  aparıcı 
şəxslər  -  hökumət;  rejim,  yəni  sistem  daxilində  münaqişələrin  həlli 
üçün  tətbiq  olunan  hüquqi  və  qeyri-rəsmi  qaydalar  məcmusu;  siyasi 
birlik,  yəni  bir-biri  ilə  siyasi  əmək  bölgüsü  ilə  bağlanan  sistem 
üzvlərinin məcmusu təşkil edir. 
Amerika  sosioloqu  S.Lipset  (d.l922)  «Siyasi  şəxsiyyət» 
kitabında  (1963-cü  il)  açıqlanmış  demokratik  sabitlik  konsepsiyasım 
təklif etmişdir. Lipsetə görə, «siyasi demokratiyanın fasiləsiz surətdə 
davam etdirilməsi təcrübəsinə malik və demokratik oyun qaydalarına 
müxalif  əhəmiyyətli  siyasi  hərəkatların  mövcud  olmadığı»  sistemlər 
sabit olur. Demokratik sabitlik səhiyyənin, sənayeləşdirmənin, təhsilin 
və cəmiyyətin urbanizasiyasının müəyyən səviyyəsi ilə təmin olunur. 
Cəmiyyətin lazımi sosial-iqtisadi inkişaf səviyyəsinə çatmaması 
demokratiyanın,  deməli,  həm  də  sabitliyin  mövcud  olmaması  kimi 
qiymətləndirilir. Sabitlik və qeyri-sabitlik vəziyyət 
29 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə