Азярбайъан республикасы дахили ишляр назирлийи


Albaniyanın ərazisi və inzibati bölgüsü



Yüklə 269,89 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix27.12.2023
ölçüsü269,89 Kb.
#162234
1   2   3   4   5   6   7   8   9   10
278 azerbaycan tarixi m N3azerbaycan iiivii esrlerde (1)

Albaniyanın ərazisi və inzibati bölgüsü.
Alban dövləti erkən orta 
çağda geniş bir ərazini əhatə edirdi. Antik dövrdə olduğu kimi Albaniyaya 
şimalda Qafqaz dağlarından, cənubda Araz çayına, Qərbdə İberiyadan 
Şərqdə Xəzər dənizinə qədər olan torpaqlar daxil idi. Kürün sol sahilindəki 
Alban torpaqlarında Çola, Lpina, Kambisena və başqa vilayətlər yerləşirdi. 
Çola vilayəti Dərbənddən Beşbarmaq dağına qədər Xəzər sahilini əhatə 
edərək Çola və Dərbənd kimi iki şəhəri var idi. Çola ilə Şəki arasında Lpina 
vilayəti yerləşirdi. Kürdən cənubda Paytakaran, Arsax, Uti və Sünik 
vilayətləri yerləşmişdi və indiki Yuxarı Qarabağ və Mil düzünün bir hissəsi 
Arsax vilayəti adlanırdı.


9
Sual 2. 
Azərbaycanın Sasanilərin hakimiyyəti dövründə. Albaniyada 
siyasi hakimiyyətin möhkəmlənməsi. Aquen kilsə məclisi. 
 
Albaniyanın siyasi tarixini üç dövrə bölmək olar:
1) 
Arşakilər sülaləsinin hakimiyyəti dövrü (I əsrin ortalarından 510-cu 
ilə qədər). Musa Kalankatlının «Alban tarixi» əsərində Arşaki nəslindən 
olan on hökmdarın adı çəkilmişdir.
2) 
Sasani mərzbanlığı dövrü (510-629-cu illər). 
3) 
Mehranilər sülaləsinin hakimiyyəti dövrü (630-705-ci illər). 
Eramızın I əsrində hakimiyyətə gələn alban arşakiləri VI əsrə kimi - 
"alban mütləqiyyəti İran tərəfindən ləğv olunana və ölkə İran canişinlərinə 
verilənədək" davam gətirə bildilər. Moisey Kalankatlının təqdim etdiyi 
siyahıda arşakilər sülaləsindən olan on alban hökmdarının adı çəkilir: 
"Arandan arşakilərin böyük nəslindən olan Qoçaq Vaçaqanadək ötən 
günlərin sayı məlum deyildir. Albaniyanı idarə edən hökmdarların adları 
sıra üzrə belədir: I Qoçaq Vaçaqan, Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, 
Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III Mömin Vaçaqan". Siyahıdan 
aydın olur ki, Aran arşakilərdən olmayıb; görünür, Parfiya (İran) 
arşakilərinin bir qolu olan bu sülalənin nümayəndələri ölkədəki yerli sülaləni 
əvəz etmişdir.
Siyahıdan göründüyü kimi, Albaniyanın ilk arşaki hökmdarı e. I 
əsrində hakimiyyətə gələn I Qoçaq Vaçaqan olmuşdur. Belə güman etmək 
olar ki, Vaçaqanın sələfləri olan yerli hökmdarlar Albaniyanın bütün 
vilayətlərinə sahib deyildilər. Məhz I Vaçaqan ölkəni birləşdirməyə və 
mərkəzləşmiş dövlət yaratmağa müvəffəq olmuşdu. Onun nə özü, nə də 
varisi I Vaçe haqqında başqa məlumatımız olmadığı üçün, mənbələrin I 
Vaçenin davamçısı, Sasani şahənşahı II Şapurun bacısı ilə evlənmiş 
Urnayr haqqında məlumatlarına nəzər yetirək. Urnayrın hakimiyyət illəri 
dəqiq məlum deyil. Moisey Kalankatlının məlumatına görə, Urnayr İran 
Şahənşahı II Şapurun (309-379), Bizans imperatoru Böyük Konstantinin 
(337-
361), eləcə də erməni hökmdarları III Tridatın (287-330), Tiqranın 
(338-
345), Arşakın (345-367) və Papın (370-374) müasiri olub. Mənbələrdə 
onun adı ilk dəfə 313-cü ildə, alban əyanları ilə birlikdə xristianlığı qəbul 
etməsi münasibətilə çəkilmişdir. Onunla bağlı son məlumat 371-ci ildə baş 
vermiş Dzirav döyüşü ilə bağlıdır. Beləliklə, Urnayrın hakimiyyət başında ən 
azı 313-cü ildən 371-ci ilə kimi olduğu güman edilir.
Alban tarixçisi onu "böyük müharibələrdə [sələflərinin] şanlı adına 
varis çıxaraq, Ermənistanın içərilərində qələbə bayrağı sancan rəşadətli ər" 
adlandırır.


10
Urnayrın daxili siyasətində əsas yerlərdən birini bütpərəstliklə 
mübarizə, xristianlığın dövlət dininə çevrilməsi, kilsənin torpaqla təmin 
olunması, ilkin bəhərin kilsəyə ayrılması tutur. Lakin Urnayrın dövründə 
xristianlıq Albaniyanın hər yerinə yayılıb, ümumxalq dininə çevrilmədi. 
Hökmdarın, saray adamlarının, əyanların və Albaniya əhalisinin bir 
hissəsinin qəbul etdikləri xristianlıq təşəkkül tapan feodal mədəniyyətinin 
ideoloji əsası oldu. Əhalinin bir hissəsi öz köhnə bütpərəst inamlarına, bir 
hissəsi isə məzdəkizmə - atəşpərəstliyə sadiq qaldı.
İran şahı II Şapurun vassalı və müttəfiqi olan Urnayrın xarici siyasəti 
bilavasitə Sasanilərin xarici siyasətləri ilə bağlı olduğu üçün, Albaniya da 
İran-Roma müharibələrinə cəlb olundu.
Bizans tarixçisi Ammian Martselinin verdiyi məlumata görə, 359-cu 
ildə romalılar və farslar arasında Amid altında baş vermiş döyüşdə alban 
hökmdarı Urnayr da II Şapuru müşayiət etmişdi; Favstos Buzand isə onun 
371-
ci ildə Dzirav çölündə Roma və erməni qoşunlarına qarşı aparılan 
döyüşdə II Şapura kömək göstərdiyini qeyd etmişdir.
Urnayrdan 
sonra mənbələrdə alban arşakilərindən Yesuagen 
haqqında məlumat var. Onun dövründə köhnə əlifbanın təkmilləşdirilməsi 
yolu ilə yeni alban yazısı yarandı. Bu barədə Moisey Kalankatlı, eləcə də V-
VIII əsrlərin erməni müəllifləri Koryun, Movses Xorenatsi xəbər verirlər. 
Təlim-tədrisin təşkilinin Yesuagen tərəfindən həyata keçirilmiş forması 
xüsusi maraq doğurur.
444-
cü ildə Yesuagenin İran Şahənşahı II Yəzdigərdin bacısından 
olan oğlu II Vaçe hökmdar elan edildi. Moisey Kalankatlının məlumatına 
görə bu alban hökmdarı İran Şahənşahı Perozun əmri ilə onun dövründə 
dövlətin paytaxtı olmuş Perozabad (Partav-Bərdə) şəhərini saldırdı. 
Paytaxtın Qəbələdən Bərdəyə köçürül-məsi xarici-siyasi dəyişikliklərlə, 
türkdilli köçərilərin tez-tez baş verən basqınları ilə bağlı idi; məhz bu, 
ölkənin mədəni-siyasi mərkəzinin Kürün sol sahilindən sağ sahilinə 
keçirilməsinə səbəb olur.
II Vaçenin hakimiyyət illəri İran əleyhinə baş verən xalq azadlıq 
hərəkatları ilə əlamətdar oldu. Bunlardan Cənubi Qafqaz xalqlarının 450-
451-ci ill
ərdə erməni sərkərdəsi Vardan Mamikonyanın başçılığı ilə 
qaldırdıqları üsyanı, eləcə də 457-463-cü illərdə II Vaçenin özünün 
rəhbərliyi ilə bilavasitə Albaniyada baş qaldıran azadlıq hərəkatını 
göstərmək olar. Albanları və başqa Qafqaz xalqlarını bu üsyana sövq edən 
əsas amil sasanilərin iqtisadi, siyasi və mədəni-ideoloji boyunduruğu 
olmuşdu.


11
Mənbələrin məlumatından görünür ki, Sasani üsuli-idarəsinin 
Albaniya, Ermənistan və İberiyadakı xristian təbəələrinə münasibətdə 
apardığı siyasət sabit olmamış, daim dəyişikliklərə uğradı. Xristianlar Roma 
imperiyasında təqiblərə məruz qaldıqda İran şahları onlara himayədarlıq 
etmiş, xristianların simasında romalılara qarşı arxa cəbhədə müttəfiq 
qazanmaq ümidi ilə onları öz ərazilərində həvəslə qəbul etmişdilər. 
Xrist
ianlığın qələbəsi, onun Şərqi Roma imperiyasında, həmçinin Albaniya, 
Ermənistan və İberiyada dövlət dininə çevrilməsi ilə Sasani İranında 
xristianlara münasibət dəyişdi. Sasani şahları mötədil təriqətlərə mənsub 
olan xristianları təqib etməyə, İranda, eləcə də öz yerlərində rəsmi kilsə ilə 
mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə başladılar. 
Qonşuluqda siyasi və dini cəhətdən İrana düşmən, lakin Roma imperiyası 
ilə həmdin ölkənin olması həm Şimaldan, həm də qərbdən 
möhkəmləndirilmiş 
təbii 
sərhədləri 
olmayan 
bu 
ölkəni 
həmin 
istiqamətlərdən daim təhlükəyə məruz qoyurdu.
428-
ci ildə Sasanilər Ermənistanda hökmdar hakimiyyətini ləğv edib, 
onu imperiyanın əyalətlərindən birinə çevirdilər. Həmin dövrdə Albaniya 
müəyyən siyasi müstəqilliyini saxlaya bilmiş vassal ölkə idi. Dünyəvi 
feodalların və ruhanilərin müstəsna hüquqları, eləcə də alban arşakilərinin 
simasında daxili, bəzən də xarici siyasət yürüdən hökmdar hakimiyyəti 
saxlanmışdı.
Lakin alban hökmdarlarının separatçılığı mərkəzi hakimiyyəti narahat 
edirdi. V əsrin ortalarında şimali Qafqaz köçərilərinin artmaqda olan 
basqınlarından, eləcə də Bizansın Attila ilə müharibəyə və kilsə 
münaqişələrinə cəlb olunmasından istifadə edən Sasanilər Qafqaz 
xalqlarının müqavimətinə və müstəqilliyinə həmişəlik son qoymaq, Albaniya 
və İberiyanı da öz əyalətlərinə çevirmək üçün açıq və qəti tədbirlərə əl 
atdılar. Hər şeydən əvvəl II Yəzdigərd (438-457) Cənubi qafqazlıların hərbi 
qüvvələrini imperiyanın Şimal-Şərq hüdudlarına - hunlarla mübarizəyə 
səfərbər edərək, bununla onların müqavimətini zəiflətdi.
II Yəzdigərd vergi siyasətini də dəyişdi. Əhalinin ümumi siyahıya 
alınması və üzərinə vergi qoyulacaq hər şeyin qeydiyyatdan keçirilməsi 
nəticəsində vergilər xeyli dərəcədə artdı. Kəndlilərlə yanaşı, şəhər əhalisi, 
el
əcə də əvvəllər azatlar zümrəsi ilə bir tutulan və yalnız torpaq vergisi 
verən ruhanilər də ağır vergi ilə yükləndilər.
Əkilib-əkilməməsindən asılı olmayaraq bütün əkinə yararlı sahələrə 
vergi qoyuldu. Xəzərin qərb sahilində ucaldılan beş sıra müdafiə xəttinin 
tikintisi də tamamilə Albaniya əhalisi üzərinə düşdü. Moisey Kalankatlı 
yazırdı: "Qafqaz dağları ilə Böyük Şərq (Xəzər) dənizi arasındakı 


12
möhtəşəm tikinti üçün inşaatçılar toplayan və müxtəlif material arayan İran 
şahları ölkəmizi taqətdən salmışdılar".
Bu tədbirlərlə yanaşı Sasanilər Cənubi Qafqaz xalqlarını, o cümlədən 
albanları zorla məzdəkizmə (atəşpərəstliyə) çevirmək yolu ilə onların 
mədəni-ideoloji assimilyasiyasına nail olmağa çalışırdılar. Etiqad məsələsi 
yalnız dini mahiyyət daşımırdı, bu həmçinin mühüm siyasi əhəmiyyətə 
malik məsələ idi. Dini assimilyasiyasının əsas məqsədi mərkəzin siyasi 
hakimiyyətini möhkəmləndirmək, tabe olmayan xalqların tam itaətkarlığını 
təmin etmək, onları öz müstəqillikləri uğrunda apardıqları mübarizədə 
kömək umduqları Bizansdan ayırmaq idi. Beləliklə, məhz həmin vaxtdan üç 
Qafqaz xalqı dini müttəfiqə çevrildilər.
II Yəzdigərdin gördüyü bütün bu iqtisadi və siyasi tədbirlər 450-451-ci 
illərdə baş verən antiiran hərəkatına səbəb oldu; bunun üçün əsas bəhanə 
Cənubi Qafqaza göndərilmiş yeddi yüz atəşpərəstin (onlardan üç yüzü 
Albaniya üçün nəzərdə tutulmuşdu) xristianlığın kökünü kəsmək və 
məzdəkizmi yaymaq cəhdləri olmuşdu.
Ermənistan və İberiyaya nisbətən Albaniyada üsyan daha ağır 
şəraitdə keçirdi. Paytakaran şəhərində İran silahlı qüvvələri cəmlənmişdi. 
Çola ərazisində hunlara qarşı yürüşdən qayıtmış on min İran atlısı 
yerləşmişdi. Sasanilər onların köməyilə Gürcüstan və Albaniyada baş 
qaldırmış üsyanı zəiflətmək, Ermənistandakı hərəkatı boğmaq istəyirdilər.
II Y
əzdigərd tərəfindən şah sarayına çağırılaraq orada girov kimi 
saxlanılan və məzdəkizmi qəbul etməyə məcbur edilən alban hökmdarı II 
Vaçe üsyançıları açıq şəkildə müdafiə edə bilməzdi. Albaniyadakı üsyana 
ölkənin Cənubi Qafqaz xalqlarının azadlıq hərəkatına başçılıq edən, hərbi 
əməliyyatın ümumi strateji planını hazırlayan Vardan Mamikonyanla sıx 
əlaqə saxlayan ölkə patriarxı - katolikosu və hazarapeti-vəziri rəhbərlik 
edirdi.
450-
ci ildə alban hökmdarlarının qış iqamətgahı olan Xalxal şəhəri 
yaxınlığında (müasir Qazax zonası) üsyançılarla İran qoşunları arasında 
döyüş baş verdi. Bu döyüş İran qoşunlarının tam məğlubiyyəti ilə başa 
çatdı. Bu qələbədən sonra iranlıların Albaniyada tutduqları qala və 
Şəhərlərə hücum çəkən albanların, ermənilərin və iberlərin müttəfiq 
qoşunları daha sonra "hun keçidinə" doğru birgə yürüş etdilər. Onlar II 
Yəzdigərd tərəfindən tikilən qalanı dağıdaraq buradakı İran qarnizonunu 
məhv etdilər və alban hökmdar nəslindən olan bir knyazı keçidin 
komendantı təyin etdilər. Hunların ölkəsinə və başqa Şimali Qafqaz 
torpaqlarına gedib, farslara qarşı ittifaq bağlamaq da ona həvalə edildi. 
Hunlar kömək vəd etdilər. Bu zaman eftalilərlə müharibədə uduzan İran 


13
Şahənşahı II Yəzdigərd Orta Asiyadan Ktesifona qayıtdı. Bizanslıların 
Cənubi Qafqaz xristianlarının işinə qarışmadığına əmin olan II Yəzdigərd 
üsyanı zor gücünə boğmaq qərarına gələrək, Mihr-Nersesi böyük ordu və 
çoxsaylı fillərlə ora göndərdi. Albaniya, Ermənistan və Gürcüstandakı 
üsyançılardan bir çoxunu bahalı hədiyyələr və vədlərlə üsyandan 
yayındırmaq mümkün oldu. Feodalların çoxu öz yerlərinə qayıtdılar. Farslar 
"Vardan Mamikonyanla Albaniya və Gürcüstan arasında çox məharətlə 
bağlanmış ittifaq müqaviləsini pozmağa" müvəffəq oldular. 451-ci il iyunun 
3-
də Artaz vilayətindəki Avarayr düzündə (indiki Maku ilə Xoy arasında) 
farslarla üsyançılar arasındakı məşhur döyüş üsyançıların ağır məğlubiyyəti 
ilə başa çatdı.
Ümumqafqaz antisasani üsyanı yatırıldıqdan az sonra, 457-463-cü 
illərdə alban xalqının Sasanilərə qarşı çevrilmiş ən böyük üsyanı baş verdi. 
Üsyana hökmdar II Vaçe özü başçılıq edirdi. 450-451-ci illər üsyanından 
sonra heç bir güzəştə getməyən Sasani şahı II Yəzdigərd albanların ən 
vacib tələblərini belə ödəmək istəmədi.
457-
ci ildə II Yəzdigərd vəfat etdi; onun ölümü İranda hakimiyyət 
uğrunda mübarizəni kəskinləşdirdi. Bundan istifadə edən II Vaçe farslara 
qarşı çıxdı. Bu çıxış ilk növbədə özünü II Vaçenin məcburi surətdə qəbul 
etdiyi zərdüştilikdən əl çəkməsində göstərdi.
459-
cu ildə İranda hakimiyyətə Peroz (459-484) gəldi. Onun 
dövründə təbəələrin onsuz da ağır olan vəziyyəti uzunmüddətli quraqlıq, 
qıtlıq və Perozun xarici müharibələri nəticəsində daha da ağırlaşdı.
Bütün bunlar Albaniyada narazılığa və arasıkəsilməz üsyanlara 
səbəb oldu. Erməni tarixçisi Yeqişenin dediyi kimi, İran dövlətində 
müvəqqəti olaraq yaranmış əmin-amanlıq 459-cu ildə "alban hökmdarının 
tabe olmaqdan qəti imtina etməsi ilə" pozuldu. Çola keçidini ələ keçirən 
alban üsyançıları maskutların qoşunlarını ölkəyə buraxaraq, Böyük 
Qafqazın on bir "hökmdarı" ilə ittifaq bağladılar və onların köməyilə 
Albaniyaya soxulan Sasani qoşunları ilə iki il uğurlu hərbi əməliyyatlar 
apardılar. Farsların Vaçe ilə dəfələrlə danışıqlara girmək cəhdləri heç bir 
nəticə vermədi. Onda Peroz böyük muzdla tutduğu hunları - onoqurları 
köməyə çağırdı. Alan qapısından Albaniyaya soxulan hunlar 462-ci ildə 
albanlarla döyüşə girdilər, bütün ili alban hökmdarı ilə vuruşdular. Vaçenin 
qoşunlarının azalmasına və dağılmasına baxmayaraq hunlar onu tabe edə 
bilmədilər.
Bu müharibə İran ordusunun muzdlu döyüşçüləri olan onoqurlar üçün 
də çox uğursuz oldu. Onların bir qismi döyüş meydanında, digərləri 
xəstəliklərdən həlak oldu.


14
Albaniyada 457-
ci ildə başlayan bu üsyan yalnız 463-cü ildə yatırıldı. 
Sasanilərin ölkədəki mövqeyi yenidən möhkəmləndi, II Vaçe taxt-tacdan 
imtina etdi, arşakilər sülaləsinin hakimiyyətinə 30 illik ara verildi; ölkəni 
Sasanilərin canişini - mərzban idarə etməyə başladı.
Moisey Kalankatlı yepiskop Qutun hakimiyyətdən uzaqlaşdırılmış 
Vaçeyə göndərdiyi mədhiyyə-məktubundan gətirdiyi parçada siyasi 
hakimiyyətini itirmiş ölkənin dininin əldən verilmədiyini xüsusi qeyd edərək 
yazırdı: "Sənin ölkənin doğma dini hifz olunmuş, böyük kilsələr salamat, 
kiçik kilsələr əmin-amanlıqda, ruhanilər ibadətlərdə, qurbanlar mehrablarda 
q
almışdır".
Şahənşah Perozun Şərq sərhədlərdə eftalilərlə apardığı uğursuz 
müharibələr, albanlara qarşı göndərdiyi cəza dəstələri, vergi zülmünün 
güclənməsi, nahararların irsi imtiyazlarının sıxışdırılması, dini təqiblər 
Cənubi Qafqazda yeni üsyan üçün şərait yaratdı. Albaniya, İberiya və 
Ermənistanda 481 -ci ildə başlayan bu üsyanlar təxminən 484-cü ilədək 
davam etdi. Üsyançı albanlar, iberlər və ermənilərlə arasıkəsilməz döyüşlər 
aparan farslar elə bu zaman eftalitlərə məğlub oldular. Peroz öldürüldü. 
484-
cü ildə eftalitlər İran hüdudlarına soxuldular. Bu hadisə onsuz da zəif 
düşmüş İran qoşunlarını Cənubi Qafqaz torpaqlarından uzaqlaşdırdı.
484-
cü ildə Şahənşah Valarş (484-488) İran hökmdarı elan edildi. 
İranda hökm sürən ağır siyasi və iqtisadi vəziyyət müharibə nəticəsində 
dağılmış kəndli təsərrüfatını bərpa etməyə çalısan Valarşı onun sələflərinin 
Cənubi Qafqazda həyata keçirdikləri dini təqib siyasətinə son qoymağa və 
Qafqaz xalqları ilə sülh bağlamağa məcbur etdi. Nvarsaq kəndində 
üsyançıların təqdim etdiyi şərtlərlə bağlanmış bu sülh müqaviləsinə görə 
İran hökuməti Albaniya, Ermənistan və Gürcüstanda xeyli güzəştlərə yol 
verdi, Albaniyada arşakilər sülaləsinin hakimiyyəti yenidən bərpa edildi. 
Alban hökmdarının daxili idarəçilikdə müstəqilliyi tanındı. Din və etiqad 
azadlığı təmin edildi, alban əyanlarının imtiyazları bərpa edildi, feodal 
naharar nəsillərinin iyerarxiya prinsipi toxunulmaz qaldı. Ölkənin ali hakimi 
və nahararların başçısı yalnız alban hökmdarı özü ola bilərdi. Sasanilər 
məzdəkizmi zorla qəbul etdirməməyi, xristianlar isə atəşpərəstləri öz 
dinlərinə döndərməməyi öhdələrinə götürdülər. Albaniyadan daxil olacaq 
xəracın qədəri azaldıldı. Albanlar İran süvari ordusuna atlı verməkdən azad 
edildilər.
487-
ci ildə alban arşaki sülaləsinin sonuncu nümayəndəsi, II Vaçenin 
qardaşı oğlu Mömin ləqəbli III Vaçaqan alban hökmdarı oldu. Moisey 
Kalankatlı yazır: "Vaçedən başlayaraq Mömin Vaçaqana kimi keçən 30 il 
müddətində Albaniya hökmdarsız qaldı...". Alban tarixçisinin sözlərinə görə, 


15
"yenidən bir məmləkət daxilində birləşən Albaniya sakinləri hökmdar 
ailəsindən cəsur, müdrik, dərrakəli və hündür boylu Vaçaqanı seçdilər. 
Alban hökmdarı Vaçenin qardaşı Yəzdigərdin oğlu olan Vaçaqanı İran şahı 
Valarşın köməyi ilə taxta oturtdular".
Mömin Vaçaqanın hökmdarlığı Albaniyanın siyasi və mədəni-dini 
dirçəlişi idi. O, hər şeydən əvvəl, ölkədə dini birliyə nail olmağa, xristianlığın 
ümumdövlət dininə çevrilməsinə çalışdı. Bu məqsədlə o, atəşpərəstləri, 
bütün bütpərəst təriqətlərini möhkəm təqib edir, onların kökünü kəsirdi. III 
Vaçaqan məktəblər açır, dağıdılmış kilsə və monastırları yenidən qurur, 
yenilərini tikir, kilsə rütbələrini bərpa edirdi. Albaniyanın müstəqilliyini 
möhkəmləndirməyə çalısan III Vaçaqan yad dini-siyasi təsirlərə və xarici 
qüvvələrin assimilyatorçu siyasətinə qarşı dayana biləcək müstəqil alban 
kilsəsinin böyük siyasi rolunu nəzərə alaraq, bu kilsənin laxlamış 
dayaqlarını möhkəmləndirməyi, onu iqtisadi cəhətdən gücləndirməyi zəruri 
hesab etdi. Bu məqsədlə o, Aquen məclisini topladı. Bu məclis bir tərəfdən 
alban kilsəsinin müstəqilliyinin təsdiq edilməsinə kömək etməli, digər 
tərəfdən dövlət hakimiyyətini möhkəmləndirmək, feodal azğınlığına son 
qoymaq, ruhaniləri dünyəvi əyanlarla bərabərləşdirmək, dünyəvi əyanların 
və ruhanilərin vergi ödəyən zümrə ilə münasibətlərini nizamlamaq, eləcə də 
ölkənin siyasi müstəqilliyini saxlamaq və yadelli qüvvələrlə mübarizə etmək 
məqsədilə bütün silklərin dini birliyinə nail olmaq üçün şərait yaratmalı idi. 
III Vaçaqan Albaniyada son Arşaki hökmdarı oldu.
Arşakilər sülaləsindən olan bütün alban hökmdarları müstəqil alban 
siyasəti aparır, alban ideallarına - alban dövlətinə, xalqına, dininə sədaqətlə 
xidmət edirdilər; tədricən onların ilkin farslıq əlamətləri aradan getmiş, onlar 
tez bir zamanda yerli mədəniyyəti mənimsəmiş, albanlaşmışdılar. Alban 
Arşakiləri dövründə Albaniyanın siyasi strukturunu mərkəzləşmiş feodal 
dövləti kimi təqdim etmək olar.
Hökmdar ölkənin ali hakimi olub, dünyəvi və ruhani hakimiyyətin 
qanunver
ici və məşvərətçi orqanlarına, ölkənin bütün hərbi qüvvələrinə 
rəhbərlik edirdi. şəhərlərin salınması da hökmdarın səlahiyyətlərinə daxil 
idi. İranda olduğu kimi, Albaniyada da "hökmdar hakimiyyətinə Arşakilər 
nəslinin ümumi malı kimi baxılır və yalnız bu nəslin nümayəndələri ona 
iddiaçı ola bilirdilər".
Albaniyanın mühüm strateji əhəmiyyətini (köçəri hücumlarının 
qarşısının Qafqaz keçidlərində alınması), onun təbii ehtiyatlarını, ticarət 
yollarını nəzərə alan İran Şahları I əsrdən VI əsrədək Albaniyanın 
d
övlətçiliyinə toxunmamış, burada Alban hökmdarlarının -kiçik Arşakilərin 
hakimiyyətini saxlamışdılar.


16
Beləliklə, Alban dövləti alban arşakiləri dövründə qədim Albaniyanın 
ənənələrini davam etdirərək, özünün heç kəsdən asılı olmayan müstəqil 
daxili və bəzən də xarici siyasətini yürütmüşdür.
510-
cu ildə, Sasani imperiyasında vəziyyət sabitləşən kimi, İran 
şahları Albaniya və İberiyada (Kartlidə) yerli hökmdar sülalələrini ləğv 
etdilər. I Xosrov tərəfindən keçirilən inzibati islahatlar nəticəsində Sasani 
imp
eriyasının dörd canişinliyə (kusta) bolünməsi təsdiq edildi. Bütün 
Cənubi Qafqaz ölkələri kimi, Albaniya da şimal canişinliyinin, Adurbadaqan 

Azərbaycan da adlandırılan Qafqaz kustunun tərkibinə daxil edildi və 
"
İranın və qeyri-İranın Şahənşahının" mərzbanları (canişinləri) tərəfindən 
idarə olunmağa başlandı. Bu vəziyyət 628-ci ilə kimi davam etdi. 

Yüklə 269,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə