Misxan-Zəngəzur zonasının geologiyası



Yüklə 125,42 Kb.
Pdf görüntüsü
tarix18.05.2022
ölçüsü125,42 Kb.
#87355
Misxan-Zəngəzur zonasının geologiyası



Misxan-Zəngəzur zonasının geologiyası 
Misxan-Zəngəzur zonası Kiçik Qafqazın mərkəzi və cənub-şərqi hissəsinin 
yüksək hissələrini əhatə edir və Göyçə-Həkəri zonasının cənub-qərb hissəsində 
yerləşir və ondan Ənkəvan qırılmasının qanadı olan Laçın-Başlıbel qırılması ilə 
ayrılır.
 
Bu zona Tərtər çayının yuxarısından başlayaraq şərq istiqamətində enli 
zolaq əmələ gətirir və Qarabağ və Zəngəzur silsilələrinin arasındakı sahəni tutur. 
Zonanın quruluşunda orta yuranın spilitləşmiş bazaltları və erkən və gec təbaşirin 
karbonat-vulkanogen və karbonat-piroklastik formasiyaalrı iştirak edir. Bunlarla 
yanaşı zonanın quruluşunda paleogenin tufogen-terrigen və terrigen, neogen və
dördüncü dövrün yeerüstü- vulkanogen və kontinental-subareal formasiyaları iştirak 
edir. Zonanın Laçın, Qafan antiklinoriləri, Qoças, Kəlbəcər sinklinoriləriiştirak edir.
Laçın antiklinorisi
Sarıbaba sinklinorisinin cənub-qərbində yerləşir və Araz 
çayının sahilindən Başlıbel kəndinə qədər davam edir. Şimal-qərbdə eni 2-3-dən 7-
8 km-ə qədər olan uzunluğu 65 km olan yura, 100 km olan təbaşir çöküntülər qeyd 
edilir.
Antiklinorinin şimal-şərq yamacında Laçın-Başlıbel qırılması keçir. 
Qırılmanın amplitudası 0,5-2,0-2,5 km-dir. Antiklinorinin qərb qanadı boyu fay 
(qırılıb-düşmə) keçir və Şəlvə çayının vadisində iki hissəyə ayrılır. Laçın 
antiklinorisinin ox hissəsi qranodiorit və kvarslı-dorit tərkibli Şəlvə-Laçın 
intruziyaları ilə yarılmışdır və Laçın şəhərindən Şəlvə kəndinə qədər şimal-qərb 
istiqamətində 40 km uzanır. Antiklinorinin cənub-şərqi batın çökmə-piroklastik, 
erkən təbaşirin rifogen-piroklastik, karbonat-terrigen fasiyalarından ibarətdir.
Kəlbəcər törəmə çökəkliyi 
Həkəri və Tərtər çaylarının yuxarı hissələrində 
sinklinorinin bütün en kəsiyini əhatə edir. Onun quruluşunda üst təbaşir, paleogen 
və neogen yaşlı çöküntülər iştirak edir. Struktur orta-üst eosen yaşlı sualtı və yerüstü 
pliosen-dördüncü dövr vulkanogen formasiyalarla dolmuşdur. Orta eosen 


kompleksi tufogen flişlə və riolit-dasit və andezibazalt tərkibli piroklastik lavalarla 
təmsil olunmuşdur.
Qafan
antiklinorisi 
cənub-qərbdə Girratağ qırılması ilə məhdudlaşmışdır və 
zonanın ən iri struktur vahididir. Quruluşunda orta yura və təbaşir kompleksləri 
iştirak edir. Antiklinorinin cənub-qərb qanadı ensiz, eniş olub qırışıqlılarla, faylarla 
mürəkkəbləşmişdir, şimal-şərq hissəsi isə mailidir və genişdir. O aşağı və üst 
bayosun, üst oksfordun bazalt-riolit, piroklastik-rif və hotteriv və barrem-aşağı 
albın karbonat-terrigen, habelə üst təbaşirin az qalınlıqlı terrigen və piroklasrik 
kompleksləri ilə təmsil olunmuşdur. Bu komplekslər üst yura yaşlı qranitoidlərlə, 
kvarslı dioritlərlə və paleogen yaşlı qranitoidlərlə və qabbro ilə yarılmışdır.

Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə