Азярбайъан республикасы дахили ишляр назирлийи


Girdman knyazlığının yüksəlişi. Mədəniyyət



Yüklə 269,89 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix27.12.2023
ölçüsü269,89 Kb.
#162234
1   2   3   4   5   6   7   8   9   10
278 azerbaycan tarixi m N3azerbaycan iiivii esrlerde (1)

Girdman knyazlığının yüksəlişi. Mədəniyyət.
VI 
əsrin sonu-VII 
əsrin əvvəllərində Albaniyada Mehrani nəsli möhkəmlənmişdi. Bu nəslin 
nümayəndələri Sasanilərlə qohum olub, Albaniyanın Girdman vilayətini 
idarə edirdilər. Mehranilər Albaniyada siyasi cəhətdən möhkəmlənmək 
üçün Arşaki nəslindən olan bütün iri əyanlarını məhv etmiş və onların bütün 
torpaqlarını və əmlaklarını ələ keçirmişdilər. Sasanilərlə qohum olsalar da, 
yerdə qalan Alban əsilzadələri ilə yaxınlaşmış, xristianlığı qəbul etmiş və 
albanlaşmışdılar. 629-630-cu illərdə Xəzər xaqanlığında daxili çəkişmələrin 
güclənməsi ilə Xaqanın öldürülməsi Mehranilərin qəti hərəkətə keçməsinə 
imkan 
yaratdı. Albaniya Xəzər ağalığından xilas olaraq siyasi müstəqillik 
qazandı. Varaz Qriqor 630-cu ildə Albaniyanın knyaz taxtına oturdu. 
Varazın hakimiyyəti dövründə (630-642) Albaniya Sasanilərlə yaxınlıq 
etdiyindən o, oğlu Cavanşiri ərəblərə qarşı müharibədə Sasanilərə köməyə 
göndərmişdi. Cavanşir 7 il ərəblərə qarşı aparılan ağır döyüşlərdə bir 
sərkərdə kimi qəhrəmanlıqla vuruşduqdan sonra vətəninə dönmüş və 642-
ci 
ildən böyük knyaz titulu ilə Albaniyanı idarə etməyə başlamışdı. Moisey 
Kalankatlı «Alban tarixi» əsərində Cavanşiri dövləti ədalətlə idarə edən, 
bütün gücünü öz ölkəsinin inkişafına və təhlükəsizliyinin təmin olunmasına 
yönəldən bir hökmdar kimi təsvir etmişdir. Cavanşirin ölkədə quruculuq, 
təsərrüfat və abadlıq işləri aparması, paytaxt şəhəri olan Bərdədə və digər 
yerlərdə gözəl saraylar və binalar tikdirməsi, alimləri, şairləri, elm və 
mədəniyyət xadimlərini himayə etməsi haqqında məlumatlara rast gəlinir.
Onun 
hakimiyyəti dövründə Albaniyanın sərhədləri qərbdə İberiyadan, 
şimalda «Hun qapıları» adlandırılan Dərbəndə, cənubda isə Araz çayına 
gedib 
çatırdı.
Cavanşirin xarici siyasətinin əsas məqsədi Albaniyanın bütövlüyünü 
və müstəqilliyini qoruyub saxlamaqdan ibarət idi. Cavanşir ərəblər 


25
tərəfindən məğlubiyyətə uğrayan Sasani qoşunlarının Alban torpaqlarına 
dağıdıcı basqınlarının qarşısını almaq üçün bir neçə dəfə savaşa girərək 
qalib 
gəlmiş, Girdman, Uti, Sakasen və digər vilayətləri, paytaxt şəhəri 
Bərdəni sasanilərdən təmizləmişdi. Cavanşirin Sasanilərə qarşı müttəfiqi 
İberiya idi. Ərəblərin Azərbaycanın cənubundan-Atropatenadan Albaniyaya 
basqınlarının güclənməsi Cavanşiri güclü bir dövlətə–Bizansa sığınmağa 
məcbur etmişdi. Albaniyanın strateci əhəmiyyətini əsas götürən və ərəb 
hücumları qarşısında özünün şərq sərhədlərinin təhlükəsizliyinin təmin 
etmək məqsədi güdən Bizans hökmdarı II Konstant 660-cı ildə Cavanşiri 
himayəsinə qəbul edərək onunla «səmimi» ittifaqa girmişdi. Bizans 
hökmdarının Albaniya ölkəsi ilə bağlı verdiyi fərmanda Cavanşir Girdman 
hakimi 
və Aqvan knyazı adlandırılmışdır. O, Cavanşirə söykənəcəyi qızıla 
tutulmuş bərbəzəkli qızıl taxt, öz belindən açdığı mirvarilərlə örtülmüş qılınc 
göndərmiş və 1200 Aqvan əyanına patrisi və s. yüksək əyan rütbəsi 
bağışlamışdı.
662-ci 
ildə Xəzərlərin qazanc və qənimət dalınca Aqvan üzərinə 
yürüşünün qarşısını almaq üçün Cavanşir Kür çayı sahilində onlarla döyüşə 
girdi 
və qalib gəldi. M.Kalankatlının yazdığına görə, Cavanşir böyük qələbə 
qazandığı üçün düşmənə belə söyləmişdi: «Get Çola qapılarından 
(
Dərbənd keçidi) geri qayıt və bir də buraya gəlmə, çünki Tanrı sənin 
gücünü yox etmişdir». 
«Alban tarixi»nə görə 665-ci ildə Türküstanın və ya Hunların 
hökmdarının saysız-hesabsız qoşunla Alban torpaqlarına çox təhlükəli 
yürüşlərini dayandırmaq üçün Cavanşir hunların düşərgəsinə getmiş, 
onlarla 
sülh bağlayıb Hun hökmdarının qızı ilə evlənmişdi. Cavanşir bu 
yolla 
əsir alınmış 1200 nəfər kişini, çoxlu at və mal-qaranı geri qaytarmışdı.
Bizansın getdikcə zəifləməsi və Ərəb dövlətinin güclənməsi şəraitində 
Cavanşir ərəblərlə yaxınlaşmağa başladı. 667-ci ildən Ərəb xəlifəsi 
Müaviyənin Dəməşqdəki sarayında olan Cavanşir ondan vassal asılılığını 
qəbul edərək ölkəsini dağıntıdan xilas etdi. 670-ci ildə xəlifə Müaviyə ilə 
ikinci 
dəfə diplomatik danışıqlar apararaq Albaniyanın daxili müstəqilliyini 
qoruyub 
saxladı. Xəlifə onun ölkəsi üzərinə qoyulmuş ağır vergini ikiqat 
azaltmış və bundan sonra əvvəlki məbləğin üçdə birinin ödənilməsi ilə 
razılaşmışdı.
680-ci 
ildə Cavanşir tarixdə səbəbi dəqiq bilinməyən saray çevrilişi 
nəticəsində öldürüldü. Onun yerinə keçmiş qardaşı oğlu Varaz Trdat (680-
699) 
mərkəzdən qaçan narazı qüvvələri zərərsizləşdirərək böyük knyaz 
hakimiyyətini bütün ölkə ərazisində bərpa etdi. Ölkə ərəblərə əvvəlki 
qaydada bac verirdi 
və ərəblər onu Albaniyanın və Uti vilayətinin hökmdarı 


26
kimi 
tanıyırdılar. Varaz Trdat Cavanşirin siyasətini davam etdirərək 
xəzərlərin (hunların) ölkəyə hücumlarının qarşısını diplomatik yolla aldı və 
onlarla 
sülh bağladı.
VII 
əsrin 90-cı illərində Cənubi Qafqaz uğrunda Bizans-Ərəb 
qarşıdurması gücləndi. Varaz Trdat ərəblərlə yaxınlıq etdiyinə görə 699-cu 
ildə Bizans tərəfindən hakimiyyətdən salınmış və o, 5 il Konstantinopolda 
əsir həyatı yaşamalı olmuşdu. Bu zaman erməni katalikosu Eliya Alban
katalikosunun Bizansa 
meyllənməsi, Albaniyadakı xristianlıq məzhəbini 
Bizansdakı məzhəblə eyniləşdirməsi haqqında xəlifə Əbdül Malikə 
cəsusluq etməyə başladı. Əbdül Malikin 704-cü ildə göndərdiyi ərəb 
qoşunu Alban katalikosu və digər bizanspərəst qüvvələri qılıncdan keçirtdi. 
Bundan sonra Alban 
kilsəsi erməni kilsəsinə tabe edildi. 705-ci ildə 
hakimiyyətə qaytarılmış Varaz Trdat ərəb təəbəliyini qəbul etdi. Bu vaxtdan 
Albaniya faktiki 
və hüquqi baxımdan tamamilə ərəblərin hakimiyyəti altına 
düşdü. Varaz Trdatdan sonra Albaniyanı ərəb əmirləri idarə etməyə 
başladılar. 

Yüklə 269,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə