Азярбайъан республикасы дахили ишляр назирлийи


V əsrdə Sasani İranında baş verən Məzdəkilər hərəkatı Şimali



Yüklə 269,89 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix27.12.2023
ölçüsü269,89 Kb.
#162234
1   2   3   4   5   6   7   8   9   10
278 azerbaycan tarixi m N3azerbaycan iiivii esrlerde (1)

V əsrdə Sasani İranında baş verən Məzdəkilər hərəkatı Şimali 
Azərbaycana

Albaniyaya da təsir etməyə bilməzdi.


22
V əsrin 80-ci illərində Sasani hakimiyyəti altında olan Atropatenada 
Məzdəkilər adlanan güclü bir xalq hərəkatı başladı. Hərəkatın başçısı 
Məzdəkin əsas ideyası allahın yaratdığı nemətlərin insanlar arasında 
bərabər bölünməsindən ibarət idi. Məzdəkilər əmlak və sosial bərabərliyi 
yaratmaq, ədalətli cəmiyyət qurmaq uğrunda mübarizə aparırdılar. 
Hərəkatda kəndlilər, sənətkarlar, şəhər yoxsulları və bəzi əyanlar da iştirak 
edirdilər. Məzdəkin ardıcılları iri əyanların malikanələrinə və varlı tacirlərin 
evlərinə basqınlar edərək onların əmlaklarını öz aralarında bölüşdürürdülər. 
İri torpaq sahiblərinin bir çoxu öldürülmüş, çoxları isə ölkədən qaçmışdı. 
Sasani hökmdarı I Qubad (488-531) siyasət işlədərək bu hərəkatı himayə 
edirdi. O, Məzdəkilər hərəkatından mərkəzi hakimiyyətə düşmən olan iri 
əyanları və din xadimlərini sıradan çıxarmaq üçün istifadə edirdi. Hərəkatın 
çox təhlükəli həddə qədər genişləndiyini görən I Qubad siyasətini dəyişdi 
və 529-cu ildə Məzdəkilər hərəkatını amansızlıqla yatırdı. Hərəkatın 
başçıları və Məzdək qətlə yetirildi. Hərəkat iştirakçılarına kütləvi divan 
tutularaq 80 minə qədər adam öldürüldü. 
Kilsə feodal əyanlarının nümayəndəsi olan Moisey Kalankatlı öz 
tarixində sinfi mübarizə, sosial hərəkatlar barədə heç bir məlumat verməsə 
də, bu dövrdə Albaniyada da ictimai-siyasi vəziyyət, Şübhəsiz, sabit ola 
bilməzdi. Alban müəllifinin ayrı-ayrı səthi və ötəri məlumatlarını təhlil edən 
K.V.Trever də haqlı olaraq məhz belə nəticəyə gəlmişdi. Məsələn, Aquen 
məclisinin çağırılması səbəblərini izah edən Moisey Kalankatlı yazırdı ki, 
"ruhani olmayanlarla ruhanilər arasında, azatlarla qara camaat (ramiklər) 
arasında narazılıqlar baş verdi; onda hökmdar məclis - böyük məhkəmə 
qurmaq istədi". Aydındır ki, söhbət siniflərarası və sinifdaxili narazılıqlardan 
gedir. Lakin qanunların mətnlərində ancaq sinifdaxili - dünyəvi əyanlarla 
ruhanilər arasındakı münaqişələr əks olunmuşdur.
V-
VI əsrlərin hadisələrini təsvir edən Bizans (Feofan, Malala, Aqafiy, 
Prokopiy), Suriya (İyeşu, Stilit) və erməni (Yeqişe, Lazar Parblı, Sebeos) 
tarixçiləri də Cənubi Qafqaz ölkələrinin - Albaniya, Gürcüstan və 
Ermənistanın ictimai həyatındakı sosial hərəkatlar barəsində məlumat 
vermirlər. Moisey Kalankatlının mətnlərinin tədqiqi Aquen məclisinin 
mətnindəki "azatlar və qara camaat (ramiklər) arasında münaqişələr" 
məlumatı altında nə başa düşüldüyünü, Albaniyada hansı sosial hərəkatın 
baş verə biləcəyini aydınlaşdırmağa və həmin hadisələrin mənzərəsini 
yaratmağa imkan verir.
Məlum olduğu kimi, qədim dövrdə və orta əsrlərdə hər hansı sosial 
hərəkat rəsmi din və onunla ziddiyyətdə olan bidətçi təlimlər arasındakı fikir 
ayrılığı pərdəsi altında baş verirdi. Belə güman üçün əsas vardır ki, IV-V 


23
əsrlərdə Albaniyada xristianlığa və zərdüştiliyə müxalif olan bidətçi dini 
təlimlər - nestorçuluq və maniçilik təbliğ edilmişdir. Bu təlimlərin 
Albaniyadakı yayıcıları Nestorun tərəfdarı suriyalı İbasın (457-ci ildə vəfat 
edib) ardıcılları və maniçilik təliminin sol cərəyanının liderlərindən olan 
Bundosun (V əsr) ardıcılları olmuşdular. Moisey Kalankatlı məlumat verir ki, 
alban katolikosu Ter-Abbas 551-
ci ildə "ciddi istintaq apardı... və rəzil 
müəllimlərdən -
ikiüzlü Fomanı, zəburçu İliyanı, Bnotu, İbası və bu kimi 
başqalarını Albaniyadan qovdu. Onları ayrı-ayrı yerlərə sürgün edib əmin-
a
manlığı bərpa etdilər". K.V.Trever haqlı olaraq adları çəkilən İbas və 
Bnotu suriyalı İbas və ya onun ardıcılları, eləcə də maniçi Bundos və ya 
onun tərəfdarları ilə eyniləşdirir. O hesab edir ki, Məzdək hərəkatının əks-
sədası Albaniyada özünü VI əsrin II yarısında baş vermiş bu bidətçi 
təbliğlərdə göstərmişdir. Son tədqiqatlara görə, Aquen məclisinin "azatlar 
və qara camaat arasında münaqişələr"ində maniçilik və nestorçuluq 
ideyalarını IV-V əsrlərdə bilavasitə Nestorun ardıcılları - tərəfdarlarından 
(suriy
alı İbasdan) və maniçi Bundosun özünün ardıcıllarından qəbul etmiş 
sosial hərəkatı və ya V əsrin sonunda Albaniyada baş vermiş sinfi 
mübarizəni görmək olar; bu mübarizə V əsrin ikinci yarısında başlayan və 
kökü maniçiliyə gedib çıxan Məzdək hərəkatı ilə bağlı idi, yəni Məzdəkin 
rəhbərlik etdiyi hərəkatla Albaniyadakı hərəkat, demək olar, eyni zamanda 
baş vermişdi, sinxron idi. Elə Albaniyadakı bu sinfi mübarizə Aquen 
məclisinin çağırılmasının başlıca səbəblərindən biri olmuşdur. Moisey 
Kalankatlının VI əsrdə Ter-Abbas tərəfindən bidətçilərin qovulması barədə 
verdiyi məlumat isə, görünür, bu sosial hərəkatla mübarizənin davam 
etməsindən bəhs edir. Beləliklə, güman etmək olar ki, Məzdək hərəkatı 
təkcə İran və Cənubi Azərbaycan xalqlarını - kəndli və sənətkarlarını deyil, 
həm də ġimali Azərbaycan - Albaniya əhalisini də ayağa qaldırmışdı. 
Məzdəkilər hərəkatı Sasani dövlətinin daxili həyatının bütün zəif cəhətlərini 
aĢkara çıxardı və dövlətin əsaslarını sarsıtdı; nəticədə I Xosrov 
Ənuşirəvanın inzibati və vergi islahatları meydana çıxdı.
Onu da qeyd etməliyik ki, Şimali Azərbaycanda baş verən sinfi 
münaqişələri öz əsərində aşkar təsvir etməyən Moisey Kalankatlı, 
xristianlıqla qədim bütpərəst etiqadları arasında baş verən toqquşmalardan 
danışarkən istər-istəməz, dolayısı ilə siniflərarası nifaqı açıqlamış olur. 
Müəllifin Cavanşirin ölümündən sonra baş verən hadisələr 
haqqındakı məlumatı xüsusilə maraqlıdır; bu məlumata görə, o vaxt 
"ölkəmizdə az iğtişaşlar olmadı: silahlanmış qara camaat dəstə-dəstə 
yığışırdı". Görünür, məhz bu məlumat o dövrdə Albaniyada baş verən 
hansısa bir üsyana dəlalət edir. Bu məlumat, eləcə də, VII yüzildə geniş 


24
yayılmış bidətçi antifeodal pavlikianlar hərəkatına da aid ola bilərdi. 
Pavlikianlar iri torpaq sahiblərinə, dini ayinlərə və kilsə iyerarxiyasına qarşı 
çıxırdılar. Dünyanın əsasında xeyir və Şər başlanğıclarının durduğunu 
qəbul edən pavlikianlar xeyir başlanğıcının göylərdə deyil, yer üzündə 
olduğuna inanır, hamının mülki və hüquqi bərabərliyini təsdiq edirdilər. 
Məzdəkilərdən fərqli olaraq, onlar xeyrin təntənəsinə əmin idilər, icmalar 
yaradaraq, nə feodallara, nə də kilsəyə tabe olurdular.
Pavlikianlar haqqında ən qədim məlumatı 706-707-ci illərdə Bərdədə 
çağırılmış Alban kilsə məclisinin bu təriqətin nümayəndələrini bidətçilər kimi 
mühakimə edən qərarında görmək olur. Uzun on illər davam edən bu 
hərəkat Girdimanda və Balasakanda daha geniş yayılmış, sonrakı ərəb 
ağalığı dövründə isə ərəb üsuli-idarəsinə qarşı yönəldilmişdi. 

Yüklə 269,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə