Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 269,89 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix27.12.2023
ölçüsü269,89 Kb.
#162234
1   2   3   4   5   6   7   8   9   10
278 azerbaycan tarixi m N3azerbaycan iiivii esrlerde (1)

 
Sual 3. 
Azərbaycanda sosial hərəkatlar. Girdman knyazlığının 
yüksəlişi. Mədəniyyət. 
Feodal münasibətlərinin inkişafı, əhalinin yerli hakim dairələri, eləcə 
də Sasani İranı, o cümlədən dünyəvi və ruhani feodallar və kilsə tərəfindən 
feodal istismarının genişlənməsi vergi əsarətinin artmasına səbəb oldu
bütün bunlar həm Albaniya, həm Atropatena əhalisinin müqavimətini 
doğurdu.
III əsrdə Sasani dövlətində Maninin başçılıq etdiyi hərəkat geniş 
miqyas aldı. Maniçilərin dövlətə və əsarətə qarşı yönəldilmiş təlimi yüksək 
əxlaqi ideyaları təbliğ edirdi. Lakin bu təlim tərəfdarlarının dövlətə və rəsmi 
dinə qarşı müqaviməti passiv idi.
III əsrin sonunda Mani ardıcıllarının sol, radikal cərəyanı meydana 
çıxdı. VI əsr Bizans yazıçısı Malalanın məlumatına görə, bu cərəyanın 
liderlərindən biri olan Bundos imperator Diokletianın hakimiyyəti dövründə 
(III əsrin sonu) Romada təbliğat aparırdı; o öyrədirdi ki, xeyir və Şər 
başlanğıcların döyüşü artıq xeyir
allahının qələbəsi ilə başa çatsa da, bu, 
tam olmayan qələbədir. Bu nikbin iddia yer üzərində qalan Şərin məhv 
edilməsi uğrunda insanın fəal mübarizəyə qoşulmasını tələb edirdi. Məhz 
buna görə də bu təlim geniş xalq hərəkatının bayrağına çevrildi. Maniçilik 
kilsəsi möhkəm və tənzim olunmuş təĢşkilata, müxtəlif ölkələrdə təbliğat 
aparan çoxlu missionerə malik idi.
Sasani şahı I Bəhramın (273-276) hakimiyyəti dövründə maniçilərin 
təqibi başlandı. Mani təlimi bir çox dini cərəyanlara, o cümlədən Məzdəkilər 
hərəkatına (V-VI əsrlər), pavlikianlığa (VII-IX əsr-lər), daha sonralar 
meydana çıxmıĢ xristian bidətçi hərəkatlarına - X əsrdə Bolqarıstanda 
yaranmış, Kiçik Asiya və Balkanlarda yayılmış boqumilçiliyə, XII-XIII əsrlər 
Fransanın cənubunda, Lankedokda meydana çıxmış albiqoyluğa böyük 
təsir göstərmişdir.
Bütün bu hərəkatlar ümumi istiqamətləri ilə - kilsə ayinlərinin 
sadələşdirilməsi, istismara və feodal torpaq sahibliyinə qarĢı mübarizəyə 
gətirib çıxaran bərabərliyin təbliği ilə seçilirdi.

Yüklə 269,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə