Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 269,89 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix27.12.2023
ölçüsü269,89 Kb.
#162234
1   2   3   4   5   6   7   8   9   10
278 azerbaycan tarixi m N3azerbaycan iiivii esrlerde (1)

Təsərrüfat həyatı. 
III-
VII əsrlərdə Albaniyada iqtisadiyyatın əkinçilik, 
maldarlıq və sənətkarlıq sahələri inkişaf edirdi. Kür çayının hər iki sahilində, 
Mil-
Muğan düzündə və Naxçıvanda əhali başlıca olaraq əkinçiliklə məşğul 
olur, t
axıl, pambıq, üzüm, bağ-bostan bitkiləri yetişdirirdi. Geniş yayılmış 
şumlama əkinçiliyində dəmir kotan, xış, oraq və sair alətlərdən istifadə 
olunurdu. Kür sahillərinin əlverişli torpaq və iqlim şəraitinə uyğun olaraq 
qiymətli pambıq növləri yetişdirilməsi haqda alban tarixçisi Moisey 
Kalankatlı məlumat vermişdir. Ərəb mənbələrinə görə, Dərbənddən 
Tiflisədək bütün Aran ərazisində boyaq bitkisi olan marena (qızıl boya) 
yetişdirilirdi. Əldə edilən bol üzüm məhsulu şərabçılığın inkişafı üçün 
əlverişli zəmin yaratmışdı.
Albaniyanın maldarlıq təsərrüfatı yüksək səviyyədə idi. Burada iri və 
xırda buynuzlu mal, dəvə və at saxlanılırdı.
Məhsuldar 
qüvvələrin 
inkişafı, 
torpaq 
münasibətlərinin 
möhkəmlənməsi və iqtisadiyyatda şəhərlərin rolunun artması əkinçiliklə 
əlaqəsini tamamilə kəsmiş azad sənətkarların meydana çıxmasına və yerli 
xammal bazasında sənətkarlıq istehsalının genişlənməsinə səbəb 
olmuşdu. Yerli xammal (yun, kətan, ipək və pambıq və s.) əsasında inkişaf 
etmiş toxuculuq istehsalı sənətkarlığın mühüm sahələrindən birinə 
çevrilmişdir. Albaniyada ipək, yun, kətan parçalar və yüksək keyfiyyətli 
xalçalar toxunurdu. Mingəçevir və Beyləqan ərazisindən arxeoloci qazıntılar 
nəticəsində parça və xalça toxuyan dəzgahlar tapılmışdır.
Erkən orta əsrlərdə Albaniyada təsərrüfatın metallurgiya sahəsi 
yüksək inkişaf səviyyəsinə çatmışdı. Şirvan, Qarabağ, Gədəbəy, Şəki-
Zaqatala və başqa bölgələr metal məhsulları istehsalı üzrə mərkəz rolunu 


8
oynayırdı. Bu dövrdə ən çox inkişaf etmiş sənət sahələrindən biri də 
dulusçuluq idi. Bundan başqa ağac emalı, daşyonma, gön-dəri, şüşə 
istehsalı və sair sahələr də inkişaf edirdi.
Bu dövrdə Albaniyada köhnə şəhərlərin (Qəbələ, Naxçıvan, Dərbənd) 
inkişafı ilə yanaşı yeni şəhərlərin (Bərdə, Beyləqan və s.) yaranması və 
şəhər həyatının canlanması prosesi gedirdi. Şəhər əhalisinin tacir və 
sənətkarlardan ibarət olan yuxarı dairəsi əlverişli iqtisadi və sabit ticarət 
fəaliyyətini təmin edə biləcək mərkəzi dövlət hakimiyyətinin olmasında 
maraqlı idilər. Albaniyada və Atropatenada (Cənub) şəhərlər iqtisadi 
əhəmiyyətinə və roluna görə üç tipə bölünürdü: 1) beynəlxalq ticarət yolları 
üzərində meydana çıxmış şəhərlər. Bu tipə aid edilən Bərdə, Dərbənd, 
Qəbələ, Çola, Beyləqan şəhərləri iri inzibati və ticarət-sənətkarlıq 
mərkəzləri idilər. Mənbələrdə bu şəhərlər «böyük» və «məşhur» şəhərlər 
adlandırılmışdır. 2) Ticarət yollarından kənarda, qapalı ərazilərdə yerləşən, 
sənətkarlıq və ticarət mərkəzi kimi tanınan şəhərlər, bu tip şəhərlərin 
sırasına Şəki, Şəmkir, Girdman, Naxçıvan və başqaları daxildir. 3) Kənd 
tipli şəhərlər və yaxud əkinçilik xarakterli şəhərlər; bunlar sosial-iqtisadi 
mənada şəhər olmayıb, əslində vilayətlərin inzibati mərkəzləri idi. Bu tipli 
şəhərlərə Torpaqqala (Qax), Mingəçevir və başqaları daxil idi. Albaniyanın 
paytaxt şəhəri olan Bərdə Yaxın və Orta Şərqin ən böyük ticarət 
mərkəzlərindən biri olub İran körfəzi, Orta Asiya, Cənubi Azərbaycan, 
Gürcüstan, Ərəb ölkələri, Bizans və Şimali Qafqazı birləşdirən karvan 
yollarının üzərində yerləşirdi.
Belə bir ümumi nəticəyə gəlmək olar ki, erkən orta əsrlərdə 
Azərbaycanda feodal təsərrüfat sistemi təşəkkül tapmış, dövlət və xüsusi 
torpaq sahibliyi formaları meydana çıxmışdır. İctimai əmək bölgüsünün 
dərinləşməsi ilə sənətkarlıq kənd təsərrüfatından ayrılaraq şəhərlərdə 
cəmləşməyə başlamış, eyni zamanda bir çox şəhərlər iqtisadiyyatda böyük 
rolu olan mühüm ticarət-sənətkarlıq mərkəzlərinə çevrilmişdilər. 

Yüklə 269,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə