Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 269,89 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix27.12.2023
ölçüsü269,89 Kb.
#162234
  1   2   3   4   5   6   7   8   9   10
278 azerbaycan tarixi m N3azerbaycan iiivii esrlerde (1)




AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ 
P O L İ S A K A D E M İ Y A S I 



KAFEDRA: «İctimai elmlər» 


FƏNN: «Azərbaycan tarixi» 


FAKÜLTƏ: Əyani

 
 
 
MÜHAZİRƏ 
 

MÖVZU:№3 «
AZƏRBAYCAN III-VII ƏSRLƏRDƏ. FEODAL 
MÜNASİBƏTLƏRİNİN YARANMASI
» 


 
 


Vaxt-2 saat
 
 

Tərtib etdilər
: «İctimai elmlər»
kafedrasının baş
müəllimi, polis leytenantı
Rəşad Qasımov 

«İctimai elmlər»
kafedrasının müəllimi, 
polis 
baş leytenantı
Rəhim Məcnunov
 
 
 
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib. 
Protokol № ____ “________” ______________2013-cü il
 
 
 
BAKI 2 0 1 3 
 


2
MÖVZU № 3: «AZƏRBAYCAN III-VII ƏSRLƏRDƏ. FEODAL 
MÜNASİBƏTLƏRİNİN YARANMASI» 
 
PLAN 
 

GİRİŞ

 
 
1. 
Azərbaycanda feodal münasibətlərinin meydana gəlməsi. Alban 
feodal dövləti. 
2. 
Azərbaycan Sasanilərin hakimiyyəti dövründə. Albaniyada siyasi 
hakimiyyətin möhkəmlənməsi. Aquen kilsə məclisi. 
3. 
Azərbaycanda sosial hərəkatlar. Girdman knyazlığının yüksəlişi. 
Mədəniyyət.
 

NƏTİCƏ: 
 
 
Ə D Ə B İ Y Y A T: 
 
1. 
Azərbaycan tarixi. Dərslik.(S. Əliyarlının red. ilə). Bakı, 1996, 2009 
2. 
Azərbaycan tarixi. Dərslik. I cild. Bakı,1994
3. 
Şükürov K. Azərbaycan tarixi. (Üç hissədə) I hissə. Bakı,2004 
4. 
Azərbaycan tarixi, 7 cilddə. Bakı, 1998, 2007. II cild. səh. 34-166 
5. 
Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989, 2007 
6. 
Göyüşov R. Qafqaz Albaniyasında xristianlıq. Bakı, 1987 
7. 
Məmmədov İ. Azərbaycan tarixi (ali məktəblər üçün dərslik) Bakı, 
2005. səh. 16-44 
8. 
Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi 
coğrafiyası. Bakı, 1987 
9. 
Fazili A. Atropatena (e.ə. IV – eramızın VII əsrləri). Bakı, 1992 
10. 
Məmmədov T. Qafqaz Albaniyası ilk orta əsrlərdə. Bakı, 2006 


3
GİRİŞ 
III-
VII əsrlər quldarlıq quruluşunun böhranı ilə əlaqədar bütün Aralıq 
dənizi sahili və Ön Asiya ölkələrində daha mütərəqqi ictimai-iqtisadi 
formasiyanın - feodalizmin rüşeymlərinin yarandığı bir dövr idi. Həmin 
ölkələr üçün həlledici əhəmiyyətə malik olan bu proseslər tarixi 
Azərbaycanın vilayətlərini də əhatə etmiş, lakin quldarlıq quruluşu 
ənənələrinin kök saldığı cəmiyyətlərə nisbətən burada feodal istehsal 
münasibətləri, əvvəla, daha erkən formalaşa bilmiş, ikincisi isə daha 
intensiv olmuşdur.
Azərbaycanın siyasi tarixində orta çağın başlanğıcı Şimalda 
Dərbənddən cənubda Zəncanadək, Şərqdə Xəzər dənizi, qərbdə Kiçik 
Qafqaz dağlarınadək geniş bir ərazini əhatə edən tarixi torpaqlarımızın III 
əsrin II yarısında Cənubi Qafqazın digər vilayətləri ilə birlikdə Sasani 
imperiyasının tərkibinə daxil edilməsi ilə əlamətdardır. Sasani işğalı 
nəticəsində hələ e. I əsrinin əvvəllərindən bu ərazinin cənubunda - 
Atropatenada hakimiyyət başında olan Parfiya arşakilərinin kiçik sülaləsi 
aradan götürülür; pəhləvi mənbələrində Adurbadaqan adlandırılan bu yer 
yeni imperiyanın artıq heç bir dövlət statusu qalmayan adi vilayətinə çevrilir. 
Tarixi Azərbaycan ərazisinin Şimal torpaqlarını özündə birləşdirən Albaniya 
isə sasanilərin vassal asılılığına düşsə də, özünün hələ e. I əsrindən 
hakimiyyətə gələn mənşəcə parfiyalı arşakilər sülaləsindən olan 
hökmdarlarını qoruyub saxlaya bildi.
Erkən feodalizm dövründə tarixi Azərbaycan ərazisində mülkiyyətin 
dövlət (hökmdarın şəxsində) forması onunla yanaşı mövcud olan xüsusi 
feodal mülkiyyəti formasına nisbətən üstünlük təşkil edirdi.


4

Yüklə 269,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə