Азярбайъан республикасы дахили ишляр назирлийи


Albaniyada siyasi hakimiyyətin möhkəmlənməsi. Aquen kilsə



Yüklə 269,89 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix27.12.2023
ölçüsü269,89 Kb.
#162234
1   2   3   4   5   6   7   8   9   10
278 azerbaycan tarixi m N3azerbaycan iiivii esrlerde (1)

Albaniyada siyasi hakimiyyətin möhkəmlənməsi. Aquen kilsə 
məclisi.
487-
ci ildə Albaniyada III Vaçaqan hakimiyyətə gəldi. Onun 
hakimiyyət illəri (487-510) Albaniyanın siyasi və mədəni-dini dirçəlişi dövrü 
hesab edilir. III Vaçaqan Sasani zülmündən qaçıb dağılışmış kəndliləri, 
sənətkarları geri qaytardı, sadə xalqın dinc əməklə məşğul olmasına şərait 
yaratdı, kənd təsərrüfatı, sənətkarlıq və ticarət inkişaf etməyə başladı. 
Sasanilərə qarşı çıxdıqları üçün torpaq və əmlakları əlindən alınmış hakim 
zümrənin nümayəndələrinin mülkiyyət hüquqları bərpa edildi. Sasanilərə 
qulluq edən əyanların isə hüquqları məhdudlaşdırıldı. O, yeni kilsələr 
tikdirir, kilsə məktəbləri açdırır və digər dindən olanları sıxışdırırdı.
Müstəqil Alban kilsəsinin siyasi gücünü dövlət hakimiyyətinin 
möhkəmləndirilməsinə yönəltmək məqsədi ilə III Vaçaqan 488 (499)-ci ildə 
Aquen kilsə məclisini çağırdı. Məclisdə yüksək rütbəli din xadimləri və 
böyük torpaq sahibləri iştirak edirdi. Məclisin qəbul etdiyi 21 maddədən 
ibarət qanunlar toplusu kilsə xadimlərinin, dini və dünyəvi zadəganların 
hüquqlarının və vergi münasibətlərinin tənzimlənməsinə həsr olunmuşdu. 
Aquen kilsə məclisinin qanuni qərarları və VII əsrin alban katolikosu 
Simeonun qərarları alban hüququnun dövrümüzədək gəlib çatmış qədim 
yazılı abidələridir. Bu kilsə məclisi V əsrdə alban hökmdarı III Vaçaqan 
tərəfindən Aquen adlanan sərhəd məntəqəsində çağırılmışdı.
Aquen qanunları böyük əhəmiyyətə malik, erkən orta çağlar 
Albaniyasının indiyə qədər qorunub qalmış yeganə tarixi-hüquqi sənədidir. 
Bu abidədə müxtəlif ictimai təbəqələrin sosial və hüquqi münasibətləri öz 
əksini tapmışdır.
Aquen qanunlarının qəbul olunduğu zamanadək Albaniyada, 
Er
mənistanda və Gürcüstanda kilsənin ehtiyac və maraqlarını ifadə edən 
tərcümə və orijinal qanun mətnləri mövcud idi: hüquqi normalarla birlikdə 
Bibliyanın tərcüməsi, ümumdünya kilsə məclislərinin (325-ci ilin Nikeya, 


17
381-ci ilin Konstantinopol, 431-ci ilin 
Efes kilsə məclislərinin) bütün 
xristianlar üçün icbari olan qanunları. Ümumdünya kilsə məclislərinin 
hüquqi kodekslərinin müəyyən təsiri və Albaniyada ictimai münasibətlərin 
daxili inkişafı nəticəsində alban qanunlarının yaradılması zərurəti meydana 
gəldi.
Alban 
hökmdarı 
III 
Vaçaqan 
Albaniyanın 
müstəqilliyini 
möhkəmləndirməyə can ataraq, yad dini-siyasi təsirlərə və yadelli 
qüvvələrin assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil alban 
kilsəsinin böyük siyasi rolunu nəzərə alaraq alban kilsəsinin dayaqlarını 
möhkəmləndirməyi, onu iqtisadi cəhətdən gücləndirməyi zəruri hesab 
edirdi. Bunu isə alban kilsə hüquqi normalarının qəbul olunması yolu ilə 
etmək mümkün idi. III Vaçaqan bu məqsədlə Aquen kilsə məclisini çağırdı.
Aquen qanunlarının ayrıca nəşri mövcud deyildir. Bu qanunlar Moisey 
Kalankatlının "Alban tarixi" əsərində və "Erməni qanunları kitabı"nda 
("Kanonagirk"də) nəşr olunmuşdur.
Aquen məclisi tərəfindən işlənmiş və qəbul edilmiş qanun 
Nizamnaməsi girişdən və 21 maddədən ibarətdir. Giriş hissəsində Aquen 
kilsə məclisinin səbəbləri haqqında danışılır.
Kilsə məclisi ruhani olmayanlarla ruhanilər, kübar cəmiyyətindən olan 
azatlarla sadə əhali - ramiklər arasında baş verən çəkişmələrə qarşı təcili 
tədbirlər qəbul edilməsi üçün çağırılmışdı.
Görünür, qanunlar bizə tam redaksiyada gəlib çatmamışdır. Çünki, 
qeyd edilmiş "azatlarla ramiklər arasında olan çəkişmələr" qanunlarda öz 
əksini tapmamışdır.
Qanunların təhlili onları dörd qrupa bölmək imkanı verir: 1) ruhanilərə 
(kilsə xadimlərinin qarşılıqlı münasibətlərinə, ruhanilərin hüquq və 
vəzifələrinə) aid olan qanunlar; 2) ruhanilərlə dünyəvi əyanlar arasında olan 
münasibətləri tənzimləyən qanunlar; 3) ruhanilərlə dünyəvi əhali arasındakı 
münasibətləri tənzimləyən qanunlar; 4) sırf hüquqi səciyyə daşıyan 
qanunlar.
I, II, VI, VII, IX, XV, XVI maddələr həmin qanunların birinci qrupuna 
aiddir. I qanunda deyilir: "Kənd keşişləri ildə iki dəfə yepiskopa hörmət 
göstərməli, müqəddəs kitablar üzrə ondan din nizamlarını öyrənməli və 
adətə görə ona ildə bir dəfə hədiyyə aparmalıdır".
II qanunda deyilir: "Ke
şiş və ondan aşağı vəzifələrə təyin etdikdə, 
ke
şiş dörd dirhəm, ondan aşağı vəzifəyə keçirilən iki dirhəm verməlidir".
I və II qanunlar kilsə iyerarxiyasını möhkəmləndirir, aşağı vəzifəli kilsə 
xadimlərinin yuxarı vəzifədə olan kilsə xadimləri qarşısındakı vəzifələrini 


18
müəyyənləşdirir, kilsə xidməti zamanı iyerarxiya prinsiplərinə əməl 
olunmasını tələb edir.
VI, XV, XVI qanunlar ruhani təbəqəsindən olan yepiskopların, 
keşişlərin 
aşağı 
vəzifəli 
kilsə 
xidmətçilərinə 
münasibətindəki 
yurisdiksiyasını müəyyənləşdirmək məqsədi güdür. Təqsiri olan iereyi və 
yaxud dyakonu yepiskop, ke
şiş mühakimə edirdi. Kilsə vəzifəsindən 
məhrumetmə, torpaq payını əlindən alma, tövbə üçün xəlvət yerə 
göndərilmə, kənddən qovulma, qanunlar üzrə cəzalandırma - tənbeh 
növlərindən idi.
Hüquqi baxımdan XV və XVI qanunlar həm cinayət hüququ normasını 
(böhtan haqqında), həm də məhkəmə hüququ normasını (məhkəmə 
sübutları) özündə ehtiva edir.
VII və IX qanunlar iereylərin və bir kilsəyə mənsub olan dindarların 
müəyyən nisbətini müəyyənləşdirir. Bir kilsəyə mənsub olan dindarların 
sayı iereylərin sayı ilə uzlaşmalı idi.
Ruhanilərlə dünyəvi əyanlar arasındakı münasibətləri tənzimləyən 
ikinci kateqoriyadan olan qanunları (III, XVII, XVIII, XX, XXI qanunlar) 
nəzərdən keçirək.
Aquen kilsə məclisinin XXI maddəsində deyilir: "Əgər azat öz 
kilsəsində səcdəgah qurmaq və ya oraya quru cəsəd gətirmək və ya nahar 
ibadətini keçirmək istəsə, bunları o, mümkünsə yepiskopun icazəsi ilə 
etməlidir. Kim ki, bunları yepiskopun icazəsilə edir, ona uğurlar olsun. Kim 
ki, bunu yepiskopun icazəsi olmadan edir, o, kilsədən uzaqlaşdırılır və 
yepiskopa imkanı daxilində cərimə gətirir. Yalnız qanunlarda nəzərdə 
tutulmu
ş cəriməni gətirəndən sonra o, xeyir-dua ala bilər". Burada yenə də 
Aquen kilsə məclisinə qədərki dövrdə fəaliyyət göstərmiş, bizə məlum 
olmayan qanunlar xatırlanmışdır.
Bu 
normalar 
yepiskopların 
nüfuzunun 
və 
hakimiyyətinin 
möhkəmləndirilməsi, habelə onların "gəlir"dəki payının saxlanması 
məqsədini güdür. Görünür, bu "gəlir" onların (kilsə xidmətçilərinin) günorta 
ibadəti keçirilərkən, əzablara məruz qalmış Şəxslərin quru cəsədləri 
nümayiş etdirilərkən, səcdəgah qoyularkən əldə etdikləri mənfəət hesabına 
yaranırdı.
Aquen kilsə məclisinin XX maddəsi ruhanilərin, xüsusilə yepiskopların 
hakimiyyətinin möhkəmlənməsinə həsr olunmuşdur: "Azatlar öz Şəxsi 
mülklərindən yepiskopun xəbəri olmadan keşişi nə qova, nə də götürə 
bilərlər. Yepiskoplar da azatların icazəsi olmadan keşişləri nə təyin edə, nə 
də çıxara bilərlər. Keşiş azat və ya dindarlar tərəfindən ona qarşı təhlükə 
olsa belə, yepiskopun icazəsi olmadan öz yerindən getməməlidir". 


19
Göründüyü kimi, qanun azatların özbaşına hərəkətini məhdudlaşdırır və 
ruhanilərlə azatların hüquqlarını bərabərləşdirir.
Aquen q
anunlarının XVII, XX və XXI maddələri azatlarla ruhanilər 
arasında iqtisadi və siyasi zəmində baş verən zümrələr- arası mübarizəni 
özündə əks etdirir. Diqqətəlayiqdir ki, Aquen qanununda öz əksini tapmış 
dünyəvi və ruhani feodallar arasındakı mübarizə V əsr Albaniyasının 
gerçəkliyi idi. Müqayisə üçün xatırladılmalıdır ki, V əsr Ermənistanı üçün 
ruhanilərin hökmdar hakimiyyətinə qarşı mübarizəsi səciyyəvidir. Görünür, 
Albaniyanın ictimai-siyasi inkişaf xüsusiyyətlərindən biri bundan ibarətdir. 
Dvin kilsə məclisinin qaydalarından aydın olduğu kimi, Ermənistanda 
dünyəvi və ruhani əyanlar arasındakı mübarizə VII əsrdə müşahidə edilir.
III, IV, V, XVII, XVIII, XIX qanunlar Aquen qanunlarının üçüncü 
qrupunu təşkil edir. Həmin qanunlar ruhanilərlə dindarlar arasındakı 
qar
şılıqlı münasibətləri tənzimləyir. Bu qanunlarda əsas diqqət ruhanilərin 
maddi cəhətdən təmin olunmasına yönəldilmişdir. Ruhanilər əhalidən 
çoxsaylı vergilər (məhsul vergisi, onda bir vergisi, can vergisi, ruhun 
rahatlığı üçün vergi) alırdılar. Kilsənin quruluşunu, onun iyerarxiyasını əks 
etdirən (Aquen qanunlarının birinci qrupu), ruhanilərlə dünyəvi əyanlar 
arasındakı münasibətləri tənzimləyən (qanunların ikinci qrupu), ruhanilərlə 
dünyəvi əhali - bir kilsəyə məxsus olan dindarlar arasındakı münasibət 
qaydalarını müəyyənləşdirən (qanunların üçüncü qrupu) qanunlardan 
başqa qanunlarını sırf hüquqi səciyyə daşıyan, nikah-ailə hüquq 
normalarını (X və XI qanunlar), cinayət hüququnun bəzi normalarını (VIII, 
XI, XII, XIII, XIV qanunlar) əks etdirən dördüncü qrupunu ayırmaq olar.
VIII qanunda deyilir: "Hər hansı bir xaçpərəst dava salıb qan tökərsə, 
həmin adamı yepiskopun yanına gətirib qanunlara əsasən cəzalandırmaq 
lazımdır". Bu qanunun mənşəyi Bibliyaya gedib çıxır. Bibliyada deyilir ki, 
insan qanını tökmüş şəxs ölüm cəzasına məhkum olmalıdır. Aquen 
qanununda cəzanın xarakteri naməlum qalır. İlk növbədə onu qeyd etmək 
lazımdır ki, bu, Aquen kilsə məclisinin yeganə qanunudur ki, orada cəza 
haqqında söhbət kilsə məclisinin kanonları üzrə deyil, qanun (oren) 
əsasında gedir. Qanunlar dövlət hakimiyyəti tərəfindən müəyyən edilir. 
Aquen tipli qanunlar isə ruhani və dünyəvi əyanların iştirakı ilə keçirilən 
kilsə məclislərinin hüquqi yaradıcılığının nəticəsidir. VIII qanundan məlum 
olur ki, ruhanilər iyerarxik başçının şəxsində mülki və cinayət hüququnun 
bəzi sahələrində hüquqi funksiyaları (məhkəmə hakimiyyətini) həyata 
keçirir və kilsə qanunları əsasında deyil, dünyəvi qanunlar üzrə mühakimə 
edirdilər.


20
Aquen kilsə məclisinin X və XI qanunları nikah-ailə münasibətlərini 
əks etdirir.
X qanunda oxuyuruq: "Heç kəs onunla üçüncü dərəcədə qohum olan 
qadınla evlənə bilməz və qardaşının da arvadını ala bilməzdi. Göründüyü 
kimi, qohumluğun üçüncü dərəcəsi deyildikdə, üçüncü nəsil budağı 
nəzərdə tutulur. Qanuna görə, nikaha qohumluğun dördüncü dərəcəsində 
icazə verilirdi.
Bu qanun mənşəcə birbaşa Bibliyaya gedib çıxır, belə ki, Bibliyada 
qohumluğun ilk üç dərəcəsində qohumlar arasında nikahlar qadağan 
edilmişdir.
Qanunlardan məlum olur ki, başqa xristian ölkələrində olduğu kimi, V 
əsrdə Albaniyada da xristianlığaqədərki adətlər və 

Yüklə 269,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə