Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 269,89 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix27.12.2023
ölçüsü269,89 Kb.
#162234
1   2   3   4   5   6   7   8   9   10
278 azerbaycan tarixi m N3azerbaycan iiivii esrlerde (1)

levirat 
(uşaqsız dul 
qadının mütləq qaynına ərə getməsi qaydası) hələ də qalmaqda idi. Aquen 
qanununun məqsədi qədim nikah adətlərinin aradan qaldırılması və xristian 
kilsə nikahının bərqərar olunması idi.
XI qanunda cadugərlərə müraciət olunması da qadağan edilirdi. 
Cadugərlik dinsizlik kimi qiymətləndirilirdi və həmin fəaliyyətə görə 
müqəssir olan şəxslər üçün qanunda insan öldürməyin müqabilində verilən 
cəza, yəni ölüm cəzası nəzərdə tutulurdu. Görünür, bu qanunun da 
əsasında Bibliyada olan qanun durur: "Əgər kişi və ya qadın ölüləri və ya 
cadugərləri çağırarsa, ölümə məhkum olunacaq, onu daşqalaq edərək, 
qanına qəltan edəcəklər".
Alban kilsəsinin, habelə erməni və gürcü kilsələrinin qanun 
y
aradıcılığı üçün ağalıdakı mənbələr olmuşdur: 1) Xristian şərqinin başqa 
kilsələri ilə ümumi olan, xarici, mənimsənilmiş normalar; 2) alban kilsəsinin 
hazırladığı və müəyyən etdiyi normalar.
Alban kilsə iyerarxiyası bu xarici normaları sadəcə olaraq əxz 
e
tməmiş, həmin normaları Albaniyanın özündəki ictimai münasibətlərə, adi 
hüquqa zidd olmayacaq dərəcədə qəbul etmişdi.
Aquen qanunları yeni dinin feodal əsaslarını qaydaya saldı və 
bununla Albaniyada feodal münasibətlərinin daha da inkişaf etməsinə 
yardım göstərdi. 
III Vaçaqan Alban Arşaki sülaləsinin sonuncu nümayəndəsi oldu. 
510-
cu ildə onun ölümü ilə sasanilər Albaniyada hökmdar hakimiyyətini 
ləğv etdilər. 
510-
cu ildən 629-cu ilədək Albaniyanı Sasani canişinləri-mərzbanlar 
idarə edirdilər. Bu dövrdə Azərbaycan dəfələrlə Bizansla Sasanilər 
arasında gedən müharibənin meydanına çevrildiyindən ölkənin iqtisadiyyatı 
tənəzzülə uğrayır, şəhərlərimiz və kəndlərimiz dağıdılır, əhalimiz qırılır və 


21
mədəniyyət abidələrimiz məhv edilirdi. Sonuncu Sasani-Bizans müharibəsi 
(603-
628) Bizansın qələbəsi ilə başa çatdı. Bu qələbənin qazanılmasında 
Bizansla ittifaqda olan Xəzər xaqanlığı böyük rol oynamışdı. Buna görə də 
Bizansın razılığı ilə Albaniya ərazisi Xəzər xaqanlığının siyasi təsiri altına 
düşdü.

Yüklə 269,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə