Азярбайъан республикасы дахили ишляр назирлийи


Sual 1.  Azərbaycanda feodal münasibətlərinin meydana gəlməsi



Yüklə 269,89 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix27.12.2023
ölçüsü269,89 Kb.
#162234
1   2   3   4   5   6   7   8   9   10
278 azerbaycan tarixi m N3azerbaycan iiivii esrlerde (1)

Sual 1. 
Azərbaycanda feodal münasibətlərinin meydana gəlməsi. 
Alban feodal dövləti. 
III əsrdə Azərbaycan sosial-iqtisadi inkişafının yeni bir mərhələsinə 
daxil oldu. Alb
aniya və Atropatenada ölkənin başlıca sərvətini təşkil edən 
torpaqla bağlı münasibətlərin aparıcı yer tutması bu dövrün əsas əlamətini 
təşkil edir. Torpağın sahibi və mülkiyyətçisi olan hakim zümrə (feodal) 
cəmiyyətin əsas qüvvəsini təşkil edirdi. Var-dövlət, sərvətlə yanaşı, dövlətin 
idarə edilməsi, siyasət də onun əlində idi. Bu zümrə geniş hüquq və 
imtiyazlardan istifadə edirdi. Cəmiyyətdə nə varsa-ideologiya, din, 
mədəniyyət-hər şey onun mənafeyinə xidmət edirdi. Dövləti idarə edən 
hökmdar ən böyük torpaq sahibi (feodal) sayılırdı. Belə cəmiyyətin maddi 
nemətlərinin yaradıcısı isə kəndlilər və sənətkarlar idi.
Azərbaycanın Araz çayından şimalındakı torpaqlarında yerləşən və 
e.ə. II əsrdən Aran nəslindən olan yerli hökmdarlar tərəfindən idarə olunan
A
lbaniyada I əsrin ortalarından Arşakilər sülaləsi möhkəmlənmişdi. Bu 
sülalənin hakimiyyəti 510-cu ilə qədər davam etmişdir. Arşaki hökmdarları 
böyük torpaq sahələrinə malik idilər. III-V əsrlərdə Albaniyada dövlət torpaq 
sahibliyi forması üstünlük təşkil edirdi. Dövlət və onu idarə edənlər etibarlı 
sosial dayaq yaratmaq üçün hakim zümrənin nümayəndələrinə və qulluq 
adamlarına xidmətə görə torpaq sahələri bağışlayırdılar. Nəticədə xüsusi 
torpaq sahibliyinin çəkisi getdikcə artırdı. Albaniyada IV-V əsrlərdə torpaq 
sahələrinin vassallara (azatlar və nahararlar) paylanması nəticəsində dövlət 
torpaq fondu tədricən azalır və onun böyük hissəsi feodal ailələrinin 
(patronimiya-
ağa, 
sahibkar) 
əlində 
cəmləşirdi. 
Feodallaşmanın 
dərinləşməsi ilə hakim zümrə bir neçə kateqoriyaya bölünürdü. Bunlardan 
ən böyükləri ayrı-ayrı vilayətlərdə hakimlik edirdilər. IV-VII əsrlərdə 
Albaniyada bir sıra siyasi-inzibati vahidlər-nahararlıqlar (senyoriya) 
meydana çıxmışdı. Həmin inzibati vahidin (vilayətin) başçısı get-gedə 
torpaq üzərində mülkiyyətçilik hüququ olan əsl feodala-knyaza çevrilirdi.VI 
əsrdə onlar işxan (hakim, ağa) adlanırdı. 
Albaniyada hökmdar (çar) qanunverici və ali məhkəmə hüququna 
malik olub, kilsə məclislərini də o çağırırdı və ölkənin hərbi qüvvələrinin baş 
komanda
nı idi. Albaniyada feodalizm cəmiyyətinə xas olan ierarxiya sistemi 
hökm sürürdü. Hər bir feodal patronimiyası öz gücünə görə xüsusi 
«Dərəcələr haqqında cədvəl»də növbəlilik gözlənilməklə qeyd olunurdu. İlk 
on yeri tutan əyanlar böyük, qalanları isə kiçik hesab olunurdu. Əyanların 
belə düzülüş qaydası ierarxiya, yəni feodal nərdivanı adlanırdı. Bu sistem 
onların iqtisadi gücü, siyasi nüfuzu və çıxara bildiyi qoşunun sayı ilə 


5
müəyyən olunurdu. Albaniyada azatlar alban və sasani hökmdarlarının 
vassalları olub, tələb olunanda hərbi qüvvə çıxartmalı, öz sosial rütbəsinə 
uyğun olaraq sarayda müəyyən xidmət göstərməli və müxtəlif inzibati 
funksiyaları yerinə yetirməli idilər. Əyanlar və ruhanilər can vergisi 
ödəməkdən azad idilər. 
Albaniyada torpaq mülkiyyətinin dövlət və xüsusi formaları təşəkkül 
tapmışdı. III-VI əsrlərdə burada torpaq üzərində dövlət mülkiyyəti forması 
üstünlük təşkil etmişdi. Ali zümrəyə məxsus olan torpaq mülkiyyətinin iki 
forması vardı: 1) şərtsiz və irsi torpaq sahibliyi sayılan dastakert (pəhləvi 
dilində-mülk deməkdir). Bu torpaq sahibliyi (allod) icma torpaq sahibliyinin 
dağılması və dövlət tərəfindən torpaqların votçina (malikanə) hüququ ilə 
hakim zümrənin nümayəndələrinə paylanması yolu ilə yaranmışdı; 2) Şərti 
torpaq sahibliyi sayılan xostak (pəhləvi dilində- «bağışlanan» mənasını 
verir). Xostak dövlət tərəfindən vassal xidməti göstərən hakim zümrənin 
nümayəndələrinə müvəqqəti olaraq bağışlanması nəticəsində yaranmışdı. 
Şərti xostak torpaqlarının şərtsiz dastakertə çevrilməsi hallarına da təsadüf 
edilir. 
İri torpaq sahibləri patriklər, xırda və orta torpaq sahibləri isə azatlar 
adlanırdı. Dastakert daha çox iri əyanların, xostak isə daha çox nisbətən 
kiçik hərbi əyanların, məmur və kilsə xadimlərinin əlində cəmləşmişdi. 
Təhkimçilik hüququ münasibətlərinin bərqərar olduğu Avropada feodalların 
mülklərində yerləşən böyük təsərrüfatlar kəndlilər tərəfindən biyar işlərinə 
cəlb edilməklə becərilirdi. İlin böyük hissəsini ağır biyar işlərində keçirən 
kəndlilərin bir yerdən başqa yerə qaçmasının qarşısını almaq üçün dövlət 
onları torpağa təhkim edirdi. Şərq ölkələrində, o cümlədən Azərbaycanda 
mülkədarların şəxsi təsərrüfatları olmadığından və ya cüzi yer tutduğundan 
kəndlilərin kütləvi şəkildə biyara cəlb edilməsinə və torpağa təhkim 
edilməsinə ehtiyac yox idi. Burada torpaq sahibləri çox zaman təsərrüfat 
işlərinə qarışmır, kəndlilərdən məhsul və ya pul vergisi almaqla 
kifayətlənirdilər. Azərbaycanda feodal kəndlini tam hüquqsuz bir qula və ya 
əşyaya, alqı-satqı obyektinə çevirə, Avropadan fərqli olaraq kəndlinin şəxsi 
həyatı ilə bağlı məsələlərə qarışa bilməzdi.
Albaniyada kəndlilər şinakan adlanırdı, onlar dünyəvi və dini 
feodalların xeyrinə çoxsaylı natural vergilər ödəyirdilər. Moisey 
Kalankatlının məlumatına görə, Albaniyada kəndli zümrəsi üç qrupa 
bölünürdü: 1) kifayət qədər əmlakı olanlar; 2) yoxsullar; 3) əkini, üzümlüyü 
olmayanlar. 488-
ci il Aquen kilsə yığıncağının qəbul etdiyi qanunlarla 
Albaniyada dünyəvi və dini feodallara məxsus kəndlilərin, xüsusilə kilsə 
torpaqlarında yaşayan sakinlərin ödəməli olduqları vergilər və 


6
mükəlləfiyyətlər hüquqi baxımdan tənzim edilmişdir. Aquen yığıncağı 
qanunlarında deyilirdi: «xalq tərəfindən keşişə gətirilmiş torpağın bəhrəsi 
aşağıdakı qaydada verilməlidir: varlı adam 4 cərib (1 cərib-22, 8 kq) buğda, 
6 cərib arpa, kasıb isə bunların yarısı qədər: kimin ki, bağı və əkin yeri 
yoxdur, ondan heç bir şey alınmasın». Mənbələrə görə dünyəvi əyanlara 
məxsus kəndlilər də vergiləri həmin qaydada ödəyirdilər. İcmaçı kəndlilər 
can vergisi olan gezitlə yanaşı, məhsulun 1/5-dən ibarət torpaq vergisi, 
sənətkarlar və tacirlər isə gömrük haqqı olaraq bac ödəyirdilər. Albaniyada 
bütün xristian əhalidən kilsənin xeyrinə onda bir vergisi yığılırdı. Bu vergi 
kənd təsərrüfatı məhsullarından alınırdı.
Sasanilər dövründə İranın mühüm əyalətlərindən birinə çevrilmiş 
Atropatenada III əsrdən etibarən feodal münasibətləri yaranmağa başladı.
Bu münasibətlər haqqında mənbələrdə az məlumat verilmişdir. Sasani 
dövrünün qanunları ilə torpaq mülkiyyəti və hakim zümrənin toxunulmazlığı 
hüquqi baxımdan qorunurdu. Torpaq sahibləri yerli və mərkəzi hakimiyyətə 
tabe olmalı, dövlət xəzinəsinin xeyrinə vergilər toplamalı və hərbi xidmət 
göstərməli idilər.
Sasanilər dövründə əhali dörd sosial təbəqəyə bölünürdü: 1) kahinlər; 
2) döyüşçülər; 3) mirzələr (əyanlar); 4) vergiverənlər. «Hacıabad kitabəsi» 
nə görə ölkədə ali zümrəyə hakimlər, əsilzadələr və azatlar daxil idi.
Albaniyada olduğu kimi, Atropatenada da əhalinin əsas hissəsini 
kəndlilər təşkil edirdi. Kəndlilər, sənətkarlar və tacirlər vergiverən zümrəyə 
daxil idilər. Kəndlilər can (gezit) və torpaq (xaraq) vergisi verir, müxtəlif 
əmək mükəlləfiyyətləri yerinə yetirirdilər.
VI əsrdə Atropatenada torpaq münasibətləri xeyli inkişaf etmişdi. 
İcma torpaqlarının böyük hissəsini əyanlar ələ keçirmiş və kəndliləri asılı 
vəziyyətə salmışdılar. Azatlar xidmətləri müqabilində şərti torpaq bəxşişləri 
alaraq mövqelərini gücləndirirdilər. Dini idarələrə məxsus torpaq mülkiyyəti 
də xeyli artmışdı. Qazakadakı od məbədgahının ixtiyarında çoxlu torpaq və 
kəndli var idi.
Feodallaşma prosesinin gücləndiyi şəraitdə Sasani hökmdarı I Qubad 
tərəfindən həyata keçirilməyə başlanan vergi islahatı I Xosrovun dövründə 
(531-
579) başa çatdırılmışdır. İslahatın əsas məqsədi köhnə vergi sistemini 
dəyişdirməkdən ibarət idi. Bütün imperiya ərazisində, o cümlədən 
Atropatenada torpaqların miqdarı, vergi ödəyəcək adamların sayı müəyyən 
edilmiş, vergilərin ümumi miqdarı hesablanmışdı. Vergilər bar verən 
ağacların sayına, torpağın məhsuldarlığına və əhalinin sayına uyğun olaraq 
mahallar və məntəqələr üzrə bölünmüşdü. Buğda, arpa, düyü əkinlərindən 
torpaq vergisi məhsulla ödənilməli idi. Məhsulun həcmindən asılı 


7
olmayaraq torpaq sahələri üzərinə daimi pul vergisinin qoyulması geriyə 
doğru addım olub, kəndlilərin vəziyyətini pisləşdirirdi. Əhali əmlak 
vəziyyətindən asılı olaraq 4-12 dirhəm (1 dirhəm 4 qram ağırlığında gümüş 
pul) miqdarında can vergisi ödəməli idi. Ali zümrəyə daxil olan əyanlar, 
kahinlər, məmurlar və mirzələr bu vergini ödəməkdən azad idilər.
Vergi 
islahatına görə müharibələr zamanı qoşunların saxlanması üçün 
kəndlilərdən azuqə və ot tələb oluna bilərdi.
I Xosrovun islahatı ilə vergilərin yığılması və dövlət xəzinəsinə təhvil 
verilməsi üzərinə ciddi nəzarət qoyulsa da, məmurların özbaşınalıqlarının 
q
arşısını almaq mümkün deyildi.
Vergi islahatının həyata keçirilməsi ilə Atropatenada 20 yaşından 50 
yaşına qədər bütün kişilər can və torpaq vergisi ödəyirdilər. Əhalidən şəhər 
müdafiə divarlarının tikilməsi və təmiri, suvarma kanallarının çəkilməsi üçün 
də vergi yığılırdı.

Yüklə 269,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə