Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 269,89 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix27.12.2023
ölçüsü269,89 Kb.
#162234
1   2   3   4   5   6   7   8   9   10
278 azerbaycan tarixi m N3azerbaycan iiivii esrlerde (1)

Mədəniyyət. 
Erkən orta çağda Albaniyanın maddi və mənəvi 
mədəniyyətində mühüm dəyişikliklərin baş verməsi şəhər həyatının inkişafı, 
memarlıq abidələrinin inşası və xristian dininin yayılması ilə bağlı idi. Bu 
dövrdə ölkədə çoxlu qalalar, sədlər, saraylar, kilsə və məbədlər tikilmişdi. 
Belə abidələrdən Alazan çayı sahilindəki Torpaqqala, Ağdamdakı 
Govurqala, 
İsmayıllıdakı Cavanşir qalası, Şirvan səddi, Dərbənd səddi və 
başqaları Alban memarlığının çox yüksək səviyyədə olduğunu göstərir. 
Albaniya 
dünyada xristianlığın ən qədim mərkəzlərindən biri olduğundan 
cəmiyyətin mənəvi həyatına bu din güclü təsir göstərmişdir. Albanların öz 
yazısı, öz təqvimi və məktəbləri var idi. Alban əlifbası 52 hərfdən ibarət idi. 

əsrdə bu əlifba qarqar ləhcəsinə uyğun şəkildə yenidən işlənib 
hazırlanmışdı. Alban əlifbasının hansı səsləri ifadə etməsi bəlli olsa da, 
alban 
dilində yazılmış dini və digər kitablar bizim dövrümüzə qədər gəlib 
çatmamışdır. Albaniyanın mənəvi mədəniyyət abidələrini erməni dilinə 
çevirmiş Qriqoryan kilsəsi sözsüz ki, həmin yazılı abidələri məhv etmişdir. 
Ona 
görə də ilkin orta çağda albanların dili haqqında fikir söyləmək çox 
çətindir. Mingəçevirdə 70-ə yaxın hərfdən ibarət olan daş üzərindəki 1 
sətirlik yazı, Dərbəndin qala divarındakı 10 işarədən ibarət başqa bir yazı 
hələ indiyədək oxunmamışdır.
Albanlar ilk vaxtlar Ay 
təqvimindən, IV əsrin ortalarından isə 
İsgəndəriyyə məktəbi üçün səciyyəvi olan təqvimdən istifadə edirdilər. Bu 
təqvimdə ilin başlanğıcı avqustun 29-u götürülürdü.


27
Albaniyada V 
əsrdə məktəblər fəaliyyət göstərirdi. M.Kalankatlının 
yazdığına görə, Alban hökmdarı Yesuagen uşaqların məktəblərə 
göndərilməsi və onlara yazmağın öyrədilməsi, məktəblərdə uşaqların hətta 
yeməklə təmin olunması haqqında əmr vermişdi. Yesuagen Alban 
əlifbasının yeni variantını başa çatdırandan sonra, dini kitabların yunan 
dilindən alban dilinə tərcüməsinə xüsusi diqqət yetirirdi.
Albaniyanın mənəvi-dini dirçəlişi III Mömün Vaçaqanın adı ilə bağlı 
idi. 
Xristianlığı bütün ölkə ərazisində yaymaq üçün bütpərəst və 
atəşpərəstləri, kahinləri təqib edən, ölkədən qovan III Vaçaqan yeni kilsə və 
monastrlar tikdirir, 
məktəblər açırdı. O, kəndlərə gələrkən ilk növbədə 
məktəblərə baş çəkər və şagirdləri başına toplayardı. Uşaqların əllərində 
kitablar 
və yazı lövhələri olardı. M.Kalankatlının yazdığına görə, «hökmdar 
hamının ucadan kitab oxumasını əmr edər, özü isə buna xəzinə tapan 
adam kimi 
sevinərdi». 


28
NƏTİCƏ 
Feodal münasibətlərinin möhkəmlənməsi burada məhsuldar 
qüvvələrin inkişafına şərait yaratdı. Yazılı mənbələr, eləcə də arxeoloji və 
etnoqrafik materiallar Azərbaycanda əkinçilik, maldarlıq və sənətkarlığın 
inkişafında xüsusi irəliləyiş olduğunu göstərdi. Yenə həmin mənbələr erkən 
orta əsr Azərbaycanında yeni şəhərlərin salınması, köhnə şəhərlərin 
çiçəklənməsi prosesinin getdiyini sübut etdi.
İstehsal qüvvələrinin artması, feodal münasibətlərinin inkişafı və 
möhkəmlənməsi nəticəsində, eləcə də Albaniya və Adurbadaqanın 
iqtisadiyyatında Şəhərlərin rolunun yüksəlməsi ilə bağlı olaraq Şəhərlərin 
sosial strukturunda da 
dəyişikliklər baş verdi, əkinçiliklə əlaqəni kəsmiş 
azad sənətkarlar meydana çıxdı.
Erkən orta əsrlər dövründə Azərbaycan əhalisi sasanilərə, 
bizanslılara və başqa işğalçılara qarşı mübarizə apardı. V əsrin 
əvvəllərindən türkdilli tayfaların hələ eramızın ilk əsrlərindən başlanan axını 
daha da gücləndi. Əsasən Dərbənd keçidindən olan bu axının qarşısını 
almaq üçün sasanilər Azərbaycan torpaqlarında güclü müdafiə xətləri 
çəkməyə başladı.
IV yüzillikdən başlayaraq, xristianlıq Albaniyanın dövlət dininə, yeni 
yaranmış feodal cəmiyyətinin hakim ideologiyasına çevrildi. Zərdüştiliyin 
möhkəm yer tutduğu Sasani vilayəti Adurbadaqan isə bu dövrdə artıq 
müstəqilliyini itirsə də, dini və mədəni mərkəz rolunu daha da artırdı.
VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvanın keçirdiyi yeni 
inzibati islahata əsasən Albaniya da Atropatena və başqa yerlərlə birlikdə 
Sasani 
imperiyasının 
"Adurbadaqan 
(ərəb-fars 
ənənəsinə 
görə 
Azərbaycan) kustu (tərəfi)" adlanan şimal bölgəsinə daxil edildi. Bununla da 
hələ erkən Sasanilər dövründə siyasi mənasını itirmiş və yalnız coğrafi 
adını şaxlamış "Adurbadaqan - Azərbaycan" məfhumu ilk dəfə olaraq 
Arazdan 
şimalda və cənubda yerləşən torpaqlarımızı özündə birləşdirən 
vahid siyasi-
inzibati mənanı kəsb etdi. 


29
 
 

Yüklə 269,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə