HakiMİYYƏt orqanlarinin qolçomaqlara qarşI



Yüklə 316,29 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü316,29 Kb.
#67991


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

HAKİMİYYƏT ORQANLARININ QOLÇOMAQLARA QARŞI «DÜŞMƏN» 

SİYASƏTİ (XX ƏSRİN 20-30-CU İLLƏRИ) 

 

N.Z.MƏMMƏDOV 

Bakı Dövlət Universiteti 

Mammadov Nuru@mail.ru 

 

Məqalədə  1920-ci aprel  çevrilişindən  dərhal  sonra  sovet  hakimiyyət  orqanlarının 



Azərbaycan xalqına qarşı zorakılıq və qəddarlıq siyasəti, xüsusilə qolçomaqlara qarşı haqsız 

və düşmən siyasəti konkret tədqiq olunur. Məqalədə XX əsrin 20-30-cu illərdə sovet hakimiy-

yət orqanlarının qolçomaq sinfinə qarşı apardığı düşmən siyasəti nəticəsində qeyri-azərbay-

canlılardan  ibarət təşkil edilmiş «üçlüklər» tərəfindən qolçomaq siyahısının tərtib edilməsi, 

on minlərlə namuslu adamın günahsız yerə güllələnməsi, həbs edilməsi və sürgün edilməsi və 

bu  siyasətə  qarşı  qolçomaqların  hakimiyyət  orqanlarının  kollektivləşmə  siyasətinə  qarşı 

apardıqları ədalətli mübarizə formaları tədqiq olunmuşdur.  

 

Sovet hakimiyyətinin qolçomaqlara qarşı apardığı siyasət, ayrı-ayrı mərhələlər-



də qolçomaq məsələsi və onlara olan müxtəlif münasibətlər, qolçomaqlara qarşı sovet 

hakimiyyət orqanlarının birmənalı «düşmən» siyasəti respublika tarixşünaslığında (1) 

kifayət  qədər    işıqlandırılmışdır.  Sovet  dövründə  yazılan  həmin  tədqiqat  əsərlərində 

hakim ideologiyanın sifarişlərindən kənara çıxmaq mümkün olmadığından birmənalı 

şəkildə  qolçomaqlara  «düşmən»  damğası  vurulur  və  onlar  yad  ünsür,  yad  element 

kimi ağına-bozuna baxmadan haqq-nahaq yeni quruculuğun günahkarları kimi göstə-

rilirdi. Ancaq bu, heç də belə deyildir. Nə yaxşı ki, Azərbaycan Respublikası Dövlət 

müstəqilliyi 1991-ci  il  oktyabrın 18-də  yenidən  bərpa  olundu  və  xalqımız  müstəqil 

dövlətə malik oldu. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin dediyi 

kimi,  tarix  o  zaman  tarix  olar  ki,  o,  obyektiv  həqiqətlərə,  tarixi  reallıqlara,  doğru-

düzgün faktlara və rəqəmlərə əsaslanaraq yazılsın. Bu baxımdan Azərbaycan xalqının 

20-30-cu illərinin müxtəlif problemlərini, o cümlədən qolçomaqlara münasibət məsə-

lələrini  araşdırmaq  və  tədqiq  etmək  istiqamətində  monoqrafiyalar,  elmi-tədqiqat 

əsərləri (2)  yazıldı. Həmin  dəyərli  elmi  əsərlərdə  qolçomaqlar  məsələsinə  yeni 

müstəvidən  yanaşılmış  və  həmin  mürəkkəb  ictimai-siyasi  proseslər  və  baş  vermiş 

tarixi olaylar obyektiv şərh edilmişdir. 

Bir  mühüm  məsələni  də  qeyd  etmək  vacibdir:  respublika  tarixşünaslığında 

qolçomaqlara  müasir  obyektiv  münasibət  məsələlərinin  işıqlandırılması  əsasən  ötən 

əsrin 20-ci illərin sonunu - 30-cu illərini əhatə edir. Doğrudur, qolçomaqların bir sinif 

kimi sıxışdırılmasından ləğv edilməsi siyasətinə keçid ÜİK (b) P-nin XV qurultayının 

(dekabr 1927) qərarlarına  uyğun  olaraq  Azərbaycanda 1929/1930-cu  təsərrüfat  ilin-

dən başlanıldı. Ancaq nədənsə qolçomaqlara «düşmən» münasibətdə olan hakimiyyət 

orqanları aprel çevrilişindən az sonra mübarizəyə qalxdı. Bunu arxiv sənədləri təsdiq 

edir. Problemə müasir yanaşma metodologiyasından çıxış edərək bildirmək istəyirik 

 107



ki, 20-ci illərin əvvəllərindən başlayaraq, yəni Sovet hakimiyyətinin ilk günlərindən 

qolçomaqlara qarşı dövlət siyasətinin bir çox vacib istiqamətləri müstəqil bir tədqiqat 

mövzusu kimi obyektiv araşdırılmayıb. Halbuki 20-ci illərin əvvəllərindən başlayaraq 

Azərbaycan kəndlərinin və Azərbaycan kəndlilərinin hörmətli ağsaqqalları, ziyalıları 

və  varlı  xeyriyyəçiləri  olan  qolçomaqlar,  sözün  əsil  mənasında,  elin-obanın  sayılıb-

seçilən  və  nüfuzlu  söz  sahibi  olan  insanları,  rəhbərləri  olmuşlar.  Ancaq  nə  edək  ki, 

kirpi cildinə girmiş dövlət hakimiyyəti orqanlarının yaramaz rəhbərləri olan erməni-

rus  başçıları  kəndin  varlı və  imkanlı  ağsaqqallarını «qolçomaq»  siyahısına  salmaqla 

onlara divan tutmuş, faciəli soyqırımı siyasəti yeritmişlər. Bu ağır siyasi prosesləri ilk 

arxiv  sənədləri  əsasında  tədqiq  etməyi  qarşımıza  başlıca  məqsəd  kimi  qoymuş  və 

çalışmışıq ki, məsələni daha ətraflı və müasir müstəvidən, obyektiv tədqiq edək. Bu 

baxımdan  ilk  rəsmi  sənədlər  və  arxiv  mənbələri  diqqətimizi  cəlb  etdi. 1920-ci  il 

mayın 5-6-da Ümumbakı partiya konfransı oldu. Həmin konfransda daşnak liderlərin-

dən biri A.İ.Mikoyan «Hazırkı vəziyyət» haqqında etdiyi çıxışında xanların, bəylərin 

və  qolçomaqların  məhv  edilməsi  siyasətini  partiya  vəzifəsi  kimi  qarşıya  qoyur  və 

onlara qarşı sinfi mübarizəni sürətləndirməyi vacib bilir (3, 11). Həmin çıxış əsasında 

Ümumşəhər  konfransı  belə  bir  qərar  qəbul  edir: «Azərbaycanda  sovet  çevrilişindən 

sonra partiyanın ən mühüm vəzifəsi…bəylərin, xanların və ağaların torpaqlarını mü-

sadirə etməkdən» ibarətdir (4, 18). Beləliklə, yoxsul kəndlilərə arxalanmaqla kənddə 

sinfi  mübarizənin  dərinləşməsinin  əsası  qoyulur  və  qolçomaqlara  düşmən  obrazı 

yaradılır.  

Qolçomaqlara  qarşı  mübarizənin  ilk  proqramı  və  istiqamətləri  AK  (b)P-nin 

ikinci qurultayında (oktyabr 1920) hazırlandı. Qurultay Azərbaycanın hər yerində So-

vet hakimiyyətinin möhkəmləndirilməsinin yalnız Sovetlər sistemi vasitəsilə mümkün 

olduğunu bildirdi və kənddə iş haqqında məruzəni dinləyərək qeyd etdi ki, partiyanın 

və  sovet  orqanlarının  kənddə  əsas  vəzifəsi  mülkədar  torpaqlarının,  taxıl  və  başqa 

ehtiyatlarının müsadirə edilməsindən, onu yoxsul kəndlilər arasında bölüşdürülməsini 

başa  çatdırmaqdan,  kənddə  sinfi  təbəqələşməni  həyata  keçirməkdən  və  ən  yoxsul 

kəndliləri Sovet hakimiyyətinin dayağına çevirməkdən ibarətdir (4, 24).  

Xüsusilə  partiyanın  XV  qurultayından  (dekabr 1927) sonra  sinfi  mübarizə 

dalğası  daha  da  şiddətləndi.  Qurultay  ölkə  tarixinə  kənd  təsərrüfatının  kollektivləş-

dirilməsini genişləndirmək və sosializmin bütün cəbhə boyu hücumuna geniş hazırlıq 

görmək vəzifələrini qarşıya qoydu və  qurultay belə bir qətnamə qəbul etdi. Yoxsulla-

rın  hamısını  və  ortabab  kəndlilərin  çox  hissəsini  kooperasiyaya  cəlb  etməklə  qolço-

maqları sıxışdırıb aradan çıxarmağın vaxtı çatmışdır.  

Beləliklə, XV partiya qurultayından  sonra mərkəzi və yerli hakimiyyət orqanları 

qarşısında aşağıdakı konkret vəzifələr qoyuldu: 1) yoxsullara arxalanaraq; 2) ortabablarla 

möhkəm ittifaqa girərək; 3) qolçomaqlara qarşı hücuma keçmək  və onları sıxışdırıb 

məhv etmək (5, 16).  

1927/28-ci illərdə respublikada yoxsul təsərrüfatları 41,8 faiz, ortabab təsər-

rüfatları 51,4 faiz, qolçomaq təsərrüfatları 6,8 faiz idi (6, 46). Buna baxmayaraq qol-

çomaqlar daha çox kənd təsərrüfatı vergisi verirdi. Qolçomaqların mövcud durumu, 

say tərkibi, iqtisadi və ictimai-siyasi mövqeyi ilə əlaqədar tarixşünaslıq ədəbiyyatları-

nın diqqətlə araşdırılması və arxiv sənədlərinin təhlili bizə belə bir fikir söyləməyə ta-

mamilə haqq qazandırır ki, 20-30-cu illərdə onlar sovet hakimiyyətinə qarşı mübarizə 

aparan güclü siyasi qüvvə olmamışlar. Bu baxımdan Azərbaycan şəraitində qolçomaq 

 108



təsərrüfatları  sosialist  kənd  təsərrüfatını  məhv  edə  biləcək  qüvvəyə  malik  deyildilər 

(3, 112). Bunu faktlar, rəqəmlər və olaylar da təsdiq edir. 

Respublikada  elliklə  kollektivləşmə  siyasətinə  keçidlə  əlaqədar 1929-cu  ildən 

başlayaraq  qolçomaqların  bir  sinif  kimi  ləğvi  siyasətinə  keçid  başlandı  və  bunun 

nəticəsində Azərbaycan kəndində sinfi mübarizə daha da şiddətləndi.  

Qolçomaqları  təcrid  etmək  və  ya  onları  məhv  etmək  siyasəti  o  qədər  də  asan 

məsələ  deyildi.  Çünki  qolçomaqlar  kəndin  və  rayonun  sayılıb-seçilən  nüfuz  sahibi 

olan ağsaqqalları sayılırdılar və böyük tayfa birliklərinə, çoxsaylı nəsillərə malik idi-

lər. Söhbət minlərlə yox, on minlərlə insan həyatından, onların bu günkü və gələcək 

taleyindən və hətta sonu məlum olmayan mövcud siyasi rejimin nəticələrindən gedir-

di. Məsələ olduqca mürəkkəb və çətin idi. Bütün bu deyilənləri nəzərə alan partiya və 

sovet hökuməti qolçomaqlara qarşı  mübarizə problemini rəsmi qərarlarla həyata ke-

çirməyə başladı və bütün iqtisadi və siyasi güc rəhbərlərini açıq və ya gizli formada 

bu işə səfərbər etdi. Bu məqsədlə bir çox qərarlar qəbul edildi: YİK (b) MK-nın «Kol-

lektivləşmənin  sürəti  və  kolxoz  quruculuğuna  dövlət  tərəfindən  yardım  edilməsi 

tədbirləri haqqında» 1930-cu il 5 yanvar tarixli qərarı (7, 735), SSRİ MİK və XKS-in 

«Elliklə kollektivləşmə rayonlarında… qolçomaqlarla  mübarizə tədbirləri haqqında» 

1930-cu il 1 fevral qərarı (8, 105), Azərbaycan SSR XKS-in 1930-cu il 30 mart tarixli 

qərarı (9, v.116), Azərb.SSR MİK və Azərb.SSR XKS-in 1930-cu il 31 mart  «muz-

dur əməyinin qorunması işində aşağı Sovet orqanlarının fəaliyyətinin gücləndirilməsi 

haqqında» qərarı (9, v.1) və başqa qərarlar qolçomaqlara qarşı mübarizəni gücləndir-

məyi  tələb  etdi.  Həmin  qərarlara  uyğun  olaraq 1930-cu  il  yanvarın 17-də  müttəfiq 

respublikaların  MİK  sədrlərinin  və  yerli  sovetlərin  icraiyyə  komitələri  sədrlərinin 

iştirakı ilə keçirilən geniş müşavirədə kənddə sinfi mübarizənin və qolçomaqlara qarşı 

mübarizədə  mövcud nöqsanları göstərildi (10, v.1) və onu aradan qaldırmaq, qolço-

maq  ünsürlərinin  bütün  hücumlarını  ləğv  etmək  üçün  Sovetlərə  geniş  səlahiyyət 

verildi (10, v.6). Həmin il yanvarın 30-dakı müşavirədə isə M.İ.Kalinin öz çıxışında 

qolçomaqları  bir  sinif  kimi  ləğvetmə  siyasətinə  keçməyi  bildirdi (10, v.1-5). 

Azərbaycan SSR XKS-in 30 mart tarixli Təlimatı göstərişi ilə bütün İcraiyyə Komi-

tələrinə  və  yerli  Sovetlərə  qolçomaqların  siyahısını  tərtib  etmək  ixtiyarı  verildi.  Bu 

göstəriş  əvvəlki  illərdən (1927-ci  ildən)  qolçomaq  obyektlərinin  uçota  alınmasının 

Sovetlərin  ixtiyarına  keçməsi (9, i.39-45,  v.2)  işini  tamamladı  və  Sovetləri  tam 

səlahiyyətli etdi. 

Qolçomaqlar üç formada mübarizə aparırdılar: 1) Kolxozlara qarşı mübarizə; 

2) təbliğat; 3) öz adamlarını kolxozlara keçirmək (3, 109). Qolçomaqlara qarşı haqsız 

mübarizə Ak (b)P MK-nın 13 avqust 1928-ci il qərarı və AK (b)P MK-nın 1928-ci il 

oktyabr  plenumunun  qərarı (4, 413,418) ilə  daha  da  şiddətləndi.  Həmin  qərarlarda 

deyilirdi  ki,  qolçomaqların  və  bəylərin  əllərində  olan  torpaqlar  və  otlaq  sahələri 

dərhal geri alınsın, kolxozlardan və kooperasiyalardan yad ünsürlər təmizlənsin, yox-

sul  və  muzdurların  sovet  tərəfinə  cəlb  edilməsinə  diqqət  artırılsın,  banditizmə  qarşı 

mübarizə  gücləndirilsin.  Beləliklə,  Azərbaycan  kəndində  sinfi  mübarizə  şiddətləndi. 

Hakimiyyət orqanları Azərbaycanın hər yerində geniş həbslərə başladılar. 1928-ci ilin 

mayında  Qazax  qəzasından 13 ailə,  Kürdüstan  qəzasından 13 ailə,  DQMV-dən 10 

ailə, Naxçıvan MSSR-dən 6 ailə, Ağdam-18 ailə, Nuxa 6 ailə, Lənkəran 5, Göyçay 4, 

Quba 5 ailə bəy-xan adı ilə sürgün edildi (11, v.181-187).  

Qolçomaqlara qarşı düşmən münasibət onları qəzəbləndirdi. Qazax, Ağdam, 

 109



Cəbrayıl,  Quba,  Şamxor  və  başqa  yerlərdə  qolçomaqların  açıq  çıxışları  oldu (11, 

i.261, v.181-187). Bu da səbəbsiz deyildi. Qolçomaqlar deyirdilər ki, əgər bizim tor-

pağımızı əlimizdən alsalar, onların başını üzəcəyik, çünki dövlət düzgün rəhbərlik edə 

bilmir, ticarət monopoliyası onların əlindədir, bizə ticarət etmək qadağan edilib, xalq 

acdır  və  i.a.  Dəllər  camaatı  qolçomaqlara  qoşulub  yerli  hakimiyyət  orqanlarının 

rəhbərlərini öldürməklə hədələyirdilər. 

Vəziyyətin kritik həddə çatması Mərkəzi narahat etməyə bilməzdi. İş o yerə 

çatdı ki, AK (b)P MK-nın rəhbəri Gikalo 1928-ci ilin martında  məxfi qrif ilə rəsmi 

Moskvaya,  ÜİK  (b)  P  MK-ya,  Molotova  xüsusi  material  hazırlayıb  göndərdi (11, 

s.231,  i.5,  v.3-5).  Yeri  düşmüşkən  qeyd  etmək  lazımdır  ki,  həmin  material  mövcud 

vəziyyəti  və  siyasi  durumu  az-çox  təhlil  etmək  baxımından  çox  əhəmiyyətli  bir 

sənəddir.  Həmin  sənəddə  Azərbaycanda  qolçomaqlara  qarşı  aparılan  siyasətin  səhv 

olduğu, kollektivləşmədə tələsikliyə yol verildiyi, AK (b) P MK rəhbərliyində ciddi 

nöqsanlar olduğu bildirilirdi.  

Azərbaycan  rəhbərliyi  kənddə  işi heç  cür yaxşı  apara  bilmirdi.  O,  mərkəzin 

tapşırıqlarını «artıqlaması ilə» həyata keçirirdi. 1928-ci ilin noyabrında Ağcabədi ra-

yonunun  Hindarx  kəndində 10 qolçomaq  müəyyən  edildi  və  ailəsi  ilə  qara  siyahıya 

salındı. Qəribədir ki, bəzən həmin siyahılara 4,7,9 yaşlı cocuqlar da salınırdı, bir mər-

təbəli daş binası (4 otaqlı), 3 desyatin bağı, 1 arabası, 1 atı, 2 öküzü olanlar «qolço-

maq  siyahısı»na  salınırdılar (11, v.55-56).  Belə  qolçomaq  siyahısına  Ağdam  qəzası 

yzrə 32 qolçomaq salınmışdı, 51 nəfərin siyahısı hazırlanmışdı (11, m.58-64). 

1929-cu  ilin  aprelində  Az.Mik-in  sədri  Ağamalıoğlunun  VI  Ümumazərbay-

can Sovetlər qurultayında etdiyi məruzədə göstərilir ki, hazırda Azərbaycanda 3 min 

qolçomaq  vardır (12). VII  Ümumazərbaycan  Sovetlər  qurultayında  (fevral 1931) 

Azərb. SSR XKS-in sədri D.Bünyadzadənin məruzəsində göstərilirdi ki, respublikada 

1929-cu ildə 7.954 qolçomaq təsərrüfatı var idisə, hazırda 4.658 qolçomaq təsərrüfatı 

vardır (12 fevral, 1931). 1931-ci  ilin  yayında  Cəlilabad  rayonunda 240, Masallı 

rayonunda – 166, Şamxor rayonunda 147, Quba rayonunda – 124, Şamaxı rayonunda 

120, Ağcabədi rayonunda – 67, Bərdədə – 70, Xızıda – 89, Ağsuda-86, Qaraməryəm-

də – 69, Kürdəmir rayonunda 81, bütövlükdə Azərbaycanda 3.924 qolçomaq təsərrü-

fatı  aşkar  edilmişdi (9, f.379,  ı.3,  i.5892,  v.1-2).  Azərbaycan  SSR  XKS-in  sədri 

D.Bünyadzadənin  çıxışında  göstərilir  ki, 1930-cu  ilin  dekabrında  qolçomaq 

təsərrüfatları  təqribən 6 faiz (11, i.335,  v.235)  təşkil  edir.  Faktlardan  aydın  olur  ki, 

kollektivləşməyə  keçidlə  əlaqədar  Azərbaycan  kəndinə  əsil  «hücum»  başlanmışdı. 

«Troykaların»  kolxoz  «düşmənlərini»  kənd  camaatının  gözü  qarşısında  əksinqilabçı 

kimi güllələməsi adi hal almışdı. Təkcə Ağdam rayonunda 540 kommunistdən 266-sı 

partiyadan çıxarılmış, 340 kolxozçu isə «qolçomaq-antisovet» ünsürü kimi güllələn-

mişdi (11, i.305, v.235). Məsələ həm də bundadır ki, qolçomaqların ləğvi məsələsini 

əslində  «başa  çatdıran»,  lakin  onu  bəhanə  edən  hakimiyyət  orqanları  «zibillənmiş» 

kadrları təzələmək bəhanəsi ilə xalqa ciddi zərbələr vurmaqda davam edirdilər. Belə 

bir  fakt: 1935-ci  ilin  birinci  yarısında  respublikada 21 RİK  sədri, 24 müavini, 40 

katib, 44 şöbə müdiri, 57 instruktor, 26 təbliğatçı, 336 kənd soveti sədri, 339 katibi 

müxtəlif nöqsanlara görə vəzifədən çıxarılmışdı (13, 268). Həmin ilin 2-ci yarısında 

yenə 9 RİK  sədri, 16 müavin, 8 katib, 11 şöbə  müdiri, 321 kənd  soveti  sədri, 277 

katib, 200 hesabdar vəzifədən çıxarılmışdı (14, v.25). 

Mərkəz yerlərdə satqınçılıqla məşğul olan ictimai və şəxsi dayaqlar yaratmaq 

 110



üçün SSRİ MİK və XKS-in 1935-ci il iyulun 17-də «Kənd icraçıları haqqında» qərar 

verdi (14, s.26, i.601, v.26-28). Həmin qərara uyğun olaraq sovetlərdə kənd icraçısı 

vəzifəsi  yaradıldı.  Kənd  icraçılarının  başlıca  vəzifəsi  cinayətkar  ünsürlərlə  (qol-

çomaqlarla)  mübarizə  aparmaq,  onlar  haqqında  müntəzəm  milis  orqanlarına  xəbər 

vermək, ictimai qaydanı pozanlara qarşı mübarizə aparmaq idi. Bununla da xəbərçi-

lik, çuğulluq, donosçuluq, satqınlıq süni şəkildə artırdı. Kənd icraçı vəzifələrinə daha 

çox satqınlıq xarakterinə malik olanlar təyin edilirdilər. 

Respublikada  qolçomaq  siyahılarına  düşənlərin  sayı  artırdı. 1930-cu  ildə 

Azərbaycanda ailələri ilə birlikdə 50-60 min qolçomaq aşkar edildi. Təkcə Ucar rayo-

nundan 300 qolçomaq sürgün edilmişdi (14, s.25, i.601, v.26-28). Baş Dövlət Siyasi 

İdarəsinin 2 fevral 1930-cu  il  tarixli  əmri  daha  qəddar  və  amansız  idi.  Həmin  əmrə 

əsasən Qafqazdan Urala 23 min, Qazaxıstana isə 5 min nəfər qolçomaq sürgün edil-

mişdi. Həmin əmrdə göstərilirdi ki, martın 15-nə qədər Azərbaycandan 500 nəfər qol-

çomaq «müəyyənləşdirilib» sürgün edilsin (15, 159). 

1931-ci  ilin  iyununda  olan  AK(b)P  MK  plenumunun  qərarı  ilə  «sinfi 

düşmənə sarsıdıcı zərbə endirilməli, qolçomaq sabotajı, təşviqatı, möhtəkirliyi ilə qəti 

mübarizənin  diqqət  mərkəzində»  durmaq (4, 585) yerli  təşkilatlara  bir  vəzifə  kimi 

tapşırılırdı. 

Beləliklə,  aparılan  tədqiqatdan,  tarixşünaslıq  materiallarından  və  külli  miq-

darda arxiv sənədlərindən aydın olur ki, respublikada sovet hakimiyyətinin qurulma-

sının  ikinci  günündən  (aprelin 29-dan)  başlayaraq  Azərbaycan  xalqının  qəddar  düş-

məni Pankratovun rəhbərlik etdiyi XI Ordunun Xüsusi Şöbəsi tərəfindən kütləvi həbs-

lər  aparılmağa  başlandı  və  sonralar  «kollektivləşmə»  illərində  on  minlərlə  ortabab 

kəndlilər və «qolçomaq» damğası vurulan varlı kəndlilər «bir sinif kimi» məhv edil-

məyə, onları «kolxoz süpürgəsi ilə» süpürüb təmizləməyə başladılar. Bu zorakılıqlara 

və haqsızlığa dözməyən kəndliləri məcburi çıxışlar etdiyi üçün banditizm adlandırıb, 

sovet hakimiyyətinin düşməni kimi güllələnməyə, həbs və sürgün etməyə başladılar. 

Respublikanın hər yerində fəaliyyət göstərən üçlüklər xalqımızı kütləvi şəkildə «qara 

siyahı»lara daxil edirdilər. Üçlüklər isə əsasən ermənilərdən ibarət idi (16, 4). Dinc və 

namuslu əməklə məşğul olan qolçomaqların normal yaşamalarına mane olan hakimiy-

yət orqanlarına qarşı özlərini müdafiə edən  kəndlilər və qolçomaqlar 20-30-cu illərdə 

Naxçıvan, Şəki-Zaqatala, Gəncə, Şəmkir, Quba, Lənkəran, Qarabağ və Azərbaycanın, 

demək olar ki, hər yerində hakimiyyət orqanlarının törətdiyi özbaşınalıqlara və zora-

kılıqlara qarşı üsyanlar edirdilər. Bütün bunlar Azərbaycan xalqının haqlı tələblərin-

dən  doğan  narazılıq  hərəkətləri  və  müqavimət  hərəkatı  olub,  mövcud  siyasi  rejimin 

qanlı vəhşiliklərinə qarşı haqqın və ədalətin hayqıran səsi və ədalətli mübarizəsi idi. 



 

 

ƏDƏBİYYAT 

1.

 



Əlimirzəyev  X.  Azərbaycan  kəndi  sovet  hakimiyyəti  illərində.  Bakı:  Azərnəşr, 1963, 

208s.;  Əliyev  X.  Azərbaycan  Kommunist  Partiyasının  fəhlə-kəndli  ittifaqının  möhkəm-

ləndirilməsi  uğrunda  mübarizəsi  tarixindən.  Bakı:  ADU, 1961, 414s.;  Məmmədov  E. 

Kənd  təsərrüfatının  elliklə  kollektivləşməsi  ərəfəsində  Azərbaycan  kəndində  sinfi 

mübarizə (1927-1929). Bakı: Azərb.  SSR  EA, 1961, 156s.;  yenə  onun:  İstismarçı 

ünsürlərə qarşı mübarizədə Bakı fəhlələrinin Azərbaycan  zəhmətkeş kəndlilərinə köməyi 

(1927-1929) // Azərb.  SSR  EA  xəbərləri. 1958, №6;  Yenə  onun:  Elliklə  kollektivləşmə 

illərində Azərbaycan kəndində sinfi mübarizə (1930-1937). Bakı: Azərb. SSR EA, 1967, 

 111



151s.;  Şıxlinski  Z.  Azərbaycan  kəndində  sovet  quruculuğu  (1933-1937). Bakı:  Azərb. 

SSR EA,  1965, 236s.; yenə onun:  Azərbaycan kəndində sovet quruculuğu  (1926-1932). 

Bakı: Elm,  1975, s.238s.; Mirhadıyev M. Proletariat diktaturası haqqında Lenin təliminin 

Azərbaycanda  həyata  keçirilməsi.  Bakı:  Azərnəşr, 1963, 220s.;  Qüdrətov  D.  Xalq 

təsərrüfatının  bərpasına  keçid dövründə  Azərbaycan  kəndində  sinfi  mübarizə // Azərb. 

SSR  EA  xəbərləri. 1961, №6;  yenə  onun:  Bərpa  dövrünün  son  illərində    Azərbaycan 

kəndinə sinfi mübarizə // H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun  elmi əsərləri. 

Kirovabad, 1962, №11; Токаржевский Е. Очерки истории Советского Азербайджана 

в  период  перехода  на  мирную  работу  по  восстановлению  народного  хозяйства 

(1921-1925). Баку: АН Азерб. ССР, 1956, 276с.; X.Əhmədov. Azərbaycanda sovetlərin 

yaradılması və möhkəmləndirilməsi (1920-1925). Bakı: Azərnəşr, 1966, 186s.  

2.

 



Ziya Bünyadov. Qırmızı terror. Bakı: Azərnəşr,  1993, 331s.; Дж. Б. Гулиев.  К истории 

образования второй республики Азербайджана. Баку: Елм,  1997, 163с.; Həsənli  C. 

«Ağ ləkə»lərin qara kölgəsi. Bakı:Gənclik, 1991, 199s.; İbişov (İbrahimli) F. Azərbaycan 

kəndinhdə sosial-siyasi proseslər (1920-1930). Bakı: Mütərcim, 1996, 168s.; Məhərrəmov H. 

Getsin-gəlməsin. Bakı:Azərnəşr, 1992, 144s.; Manaflı H. Şəki üsyanları. Bakı: Azərnəşr, 

2002, 220s.; C.Cəfərov. Azərbaycan kəndi kollektivləşmə illərində. 20-ci illərin sonu -30-cu 

illər. Bakı: Elm, 2008, 299s.;  Hüseynbəyli H. XX əsrin 20-30-cu illərində Naxçıvan MSSR-

də siyasi repressiya  və onun nəticələri. Tariö elmləri nam. diss. Naxçıvan, 2006, 165s. 

3.

 

N.Məhərrəmov. Getsin gəlməsin. Bakı: Azərnəşr, 1992, 144s.  



4.

 

Azərbaycan Kommunist Partiyasının qurultayları, konfransları və MK plenumlarının 



qətnamə və qərarları. 2 cilddə, I c. Bakı: Azərnəşr,  1987, 712s. 

5.

 



Коллективизация сельского хозяйства… 1927-1935 гг. М.: 1957, 450 с. 

6.

 



20 лет Азербайджанской Советской Социалистической Республики. Bаку: Наука, 

Азернешр., 1940, 41 с. 

7.

 

Sov.İKP qətnamə və qərarları, 2 hissədə, II hissə, 735 s. 



8.

 

Советское законодательство СССР 1930, №9, 105 s. 



9.

 

AR. MDA, f.411, s.20, i.42, v116 (Z.B.Şıxlinski. göst. əsər. səh.187) 



10.

 

Rusiya Federasiyasının Dövlət Arxivi, f.3316, s.42, i.263, v.1 



11.

 

 AR DSPİHA, f.1, s.74, i.261, v.181-187. 



12.

 

 «Bakinskiy raboçiy» qəzeti, 1929, 2 aprel. 



13.

 

Azərbaycan tarixi. 7 cilddə VI c. Bakı: Azərnəşr, 2000, səh.268. 



14.

 

RFDA, f.3316, s.42, i.357, v.20 



15.

 

C.Cəfərov. Azərbaycan kəndi kollektivləşmə illərində. Bakı: Елм, 2008, 299s. 



16.

 

 Z.Bünyadov. Qırmızı terror. Bakı: Azərnəşr, 1993, 331s. 



 

«ВРАЖДЕБНАЯ» ПОЛИТИКА ГОСУДАРСТВЕННЫХ ОРГАНОВ 

 ПРОТИВ КУЛАКОВ (1920-30-Е ГОДЫ) 

 

Н.З.МАМЕДОВ 

 

РЕЗЮМЕ 

 

В статье конкретно исследуется жестокая насильственная политика, проводимая 

советскими  государственными  органами  после  апрельского  переворота  против 

азербайджанского народа, а особенно против кулачества. В статье также раскрывается 

роль  созданных  в 1920-30-к  годы  из  неазербайджанцев  «троек»  готовивших  списки 

кулаков и в последующем осуществляющих против них «враждебную» политику. В ре-

зультате этой политики десятки тысяч невинных людей были расстреляны, арестованы 

и сосланы. Здесь раскрыта также и борьба, портив насильственных методов, которая на-

чалась против государственных органов в районах Азербайджана. 

 112



THE   “ANTAGONIST” POLICY OF ADMINISTRATIVE  

BODIES AGAINST KULAKS 

(1920-30 s) 

 

N.Z.MAMMADOV 

 

SUMMARY 

 

 

The article preciously investigates the violent and cruel policy of Soviet governmen-



tal bodies against Azerbaijani people, especially against kulaks after the April revolution. 

The article also illustrates the role of non – Azerbaijani “triplet” of 1920-30 s listing the 

names of kulaks and realizing enmity policy aganist them. As a result of this policy ten 

thousand innocent people were shot, arrested and exiled. The struggle against violent methods 

which began in the regions of Azerbaijan against governmental bodies is reflected in the 

article as well. 



 

 

 113



Yüklə 316,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə