Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   4   5   6   7   8   9   10   11   ...   99

 
23
Kommunikativ modallıq təkcə cümlə növləri, felin 
şəkilləri, leksik vasitələr, modal sözlər vasitəsi ilə deyil, həm 
də intonasiya, vurğu, müxtəlif cestlər və s. ilə əmələ gəlir. 
Modallığın yaranmasında intonasiya və vurğunun rolu bir 
çox tədqiqatçılar tərəfindən araşdırılmışdır [61, s.56; 76, 
s.55-87]. 
Modallıq çərçivəsində bu və ya digər fel şəkilləri ilə ifadə 
olunmuş sintaktik vahidlər olan nida, vokativ cümlələrlə  də 
ifadə oluna bilər. Lakin, ingilis dilində modallığın əsas ifadə 
vasitəsi fel şəkilləridir. 
Modallığın daha çox ifadə olunduğu vasitə leksik qatdır. 
Leksik qat bütün nitq hissələri ilə təmsil olunmuşdur. Həmin 
qatı  təşkil edən sözləri modal sözlər adlandırırlar. Bundan 
əlavə, modallıq leksik-frazeoloci vahidlərlə  də ifadə olunur. 
İngilis dilində modal fellər vasitəsi ilə də modallıq yaradılır. 
L.D.Dolinskaya modallığın ifadə vasitələri kimi 
qrammatik, leksik, leksik-sintaktik və leksik-frazeoloci 
formaları göstərir [95]. Bu bölgüdə intonasiya və vurğu 
göstərilməmişdir. Halbuki, modallığı doğuran bir vasitə kimi 
Q.A.Zolotova və V.V.Vinoqradov intonasiya-sintaktik 
vasitənin (intonasiya, vurğu və s.) əhəmiyyətini xüsusi qeyd 
etmişlər. 
Yuxarıda göstərilənlərin yekunu olaraq belə bir nəticəyə 
gəlmək olar ki, istər Azərbaycan, istərsə  də ingilis dilində 
modallığın ifadə vasitələri  ən ümumi şəkildə seçilmir. 
Modallıq  əsasən morfoloci, leksik, leksik-sintaktik, leksik-
frazeoloci, prosodik vasitələrlə  əmələ  gəlir. Azərbaycan dili 
ilə ingilis dili arasında fərq bu vasitələrin məzmununda və 
struktur tiplərinin müxtəlifliyindədir. 
Funksional-semantik kateqoriya kimi modallıq danışanın 
ifadə etdiyi fikrə  və reallığa münasibətini ifadə edir. Bu 
baxımdan modallıq obyektivliyin və subyektivliyin dialektik 
vəhdətinin insan təfəkküründə əksidir. Modallıq təsdiq/inkar, 
emosional-ekspressiv mənalı ifadələr, predikativlik, fel 
şəkilləri və formaları ilə  sıx  əlaqədə  və münasibətdə olan 
məntiqi-linqvistik kateqoriyadır. Linqvistik modallıq real və 
irreal modallıqların məcmuyundan ibarətdir. 
İngilis və Azərbaycan dillərində modallıq kateqoriyasının 
struktur-semantik tədqiqi bir linqvistik kateqoriya kimi onun 


 
24
mahiyyətinin açıqlanması, müxtəlif sistemli dillərdə 
modallığın universal ümumi və  fərqli xüsusiyyətlərinin 
müəyyənləşdirilməsi imkanı yaradacaqdır. 
Məntiqi modalliq kateqoriyasi. Modallıq müəyyən 
hadisənin yerinə yetirilməsi gedişinə danışanın münasibətini 
əks etdirdiyi üçün onu məntiqi subyekt və predikatla əlaqədə 
də  təhlil etmək olar. Hər hansı mühakimənin modallığı 
dedikdə mühakimədə haqqında danışılan cisim ilə onu 
bildirən məfhum arasındakı uyğunluqdan danışılır. 
Modallığın daha çox obyektiv və  məntiqi olması fikri 
əsaslandırılır. Başqa sözlə, modallığın linqvistik olmaqdan 
daha çox məntiqi xüsusiyyətlərə malik olması  və  məntiqi 
baxımdan izah oluna bilməsi fikrini müdafiə edənlər məntiqi 
sillogizmlərlə bu tezisi əsaslandırmağa cəhd göstərirlər. 
Məntiqdə modallığa görə mühakimələr müxtəlif cür təsnif 
olunur: 
Obyektiv modallıq üzrə:  a) mümkünat, b) gerçəklik, v) 
zərurət mühakimələri. 
Məntiqi modallıq üzrə:  a) problematik, b) həqiqi 
mühakimələr qrupu [41, s.128]. 
Modal hökmlər subyekt ilə predikat arasında  əlaqə  və 
münasibətlərin ehtimalı, gerçək və  zəruri səciyyə 
daşımasına görə üç növə ayrılır:  1) ehtimal (problematik) 
hökmləri, 2) gerçəklik (assertorik) hökmləri, 3) zərurət 
(apodikdik) hökmləri. 
Hələ XIII əsrin ortalarında U.Şevrud modal məntiqin 
problemləri baxımından təhlil aparmaqla modal hökmlərin 
aşağıdakı növlərini göstərirdi: həqiqi, yalan, ehtimal, qeyri-
ehtimal, təsadüfi, zəruri [29, s.161]. 
M.İsrafilovun göstərdiyi kimi, hökmlərdə əks olunan əlaqə 
və münasibətlərin xarakteri və tipi, bir hökmün digər 
hökmdən asılılığı, hökmlərdə hadisələr arasındakı zaman, 
məkan və ya digər asılılıqlar  əlavə informasiyalarda əks 
olunur.  Əlavə informasiyaya daxil olan hökmlər modal 
hökmlər hesab olunur. 
Hökmlərin modallığı-cisimlər və onların  əlamətləri, 
xassələri arasındakı obyektiv münasibətləri  əks etdirən 
hökmlərin, yaxud subyekt predikat arasındakı asılılıq tipinin 
əsaslandırılmasının xarakteri haqqında hökmdə  əks olunan 


 
25
aşkar və  aşkar olmayan formada əlavə informasiya 
verməkdir. Müəllif belə hesab edir ki, məntiqdə qarşılıqlı 
əlaqə  və qarşılıqlı  təsir kimi qrup anlayışlarının köməyi ilə 
hökmlərin  əlavə  səciyyələrinin öyrənilməsinə modal 
kateqoriyalar deyilir [29, s.161]. 
Mümkünat mühakimələrində subyekt və predikatda əks 
olunan hadisələrin bağlılığı ehtimal şəklində verilir: “S 
ehtimal ki, P-dir”. Belə mühakimələrdə əks olunan hadisələr 
arasındakı bağlılıq müəyyən obyektiv imkana əsaslanır.  
Gerçəklik mühakimələrində cisim və hadisələr arasındakı 
real həyatda olan əlaqələr, subyekt və predikatın arasındakı 
mövcud olan gerçək bağlılıq kimi əks olunur. Bu 
mühakimələrin ümumi düsturu belədir:  “S-P”-dir. Gerçəklik 
mühakimələri onlarda əks olunan cisim və hadisələrin nə 
üçün bu bağlılığa malik olduqlarını deyil, gerçək olaraq 
həyatda mövcud olduqları kimi əks etdirir. 
Zərurət mühakimələrində hadisələrin bağlılığı  ən ümumi 
şəkildə  əks etdirilir. Belə mühakimələrin köməyi ilə  ən 
ümumi qanunları, ümumi müddəaları, qaydaları  və sairləri 
ifadə edirik. Bu mühakimələrin ümumi düsturu belədir:  “S 
zəruri olaraq P-dir (deyil)”
Problematik mühakimələrdə obyektiv gerçəklikdə mövcud 
olmayan, lakin ola biləcəyi ağlabatan olan hadisələrin bu və 
ya digər cəhətlərini öyrənmək məqsədi ilə istifadə olunur. 
Problematik mühakimələrin düsturu belədir:  “S ola bilsin ki, 
P-dir (deyil)”
Həqiqi mühakimələr həqiqəti və ya yalanı inandırcı 
şəkildə iqrar və ya inkar edən mühakimələrdir. Həqiqi 
mühakimələrin düsturu “S-P-dir (deyil)” şəklində olur. 
Məntiqi zərurət mühakimələri gerçəkliyin qanunauyğun və 
zəruri mahiyyətini açmaqla sübut edilən mühakimələrə 
deyilir. 
Məntiqi imkanat mühakimələrində faktlar yalnız məntiqi 
yolla sübut oluna bilər.  Əgər mühakimələrdə fikrimizin 
obyektinə aid edilən iqrar və ya inkar hələ praktikada sübut 
edilməyibsə, məntiqi yolla ehtimal olunursa, onları  məntiqi 
imkanat mühakimələri adlandırırlar. 
Həyatda, təbiətdə elə hadisələr var ki, onların baş 
verməsi, mövcudluğu qeyri-mümkündür. Məntiqi cəhətdən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə