Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   2   3   4   5   6   7   8   9   ...   99

 
17
Lakin, bu məsələ ilə bağlı dilçilər arasında yekdil fikir 
yoxdur. 
Başqa linqvistik kateqoriyalar kimi modallıq da məzmun 
və ifadə planları ilə  səciyyələndirilir. Lakin, modallıq daha 
çox məzmun planı ilə səciyyələndirilə bilər və bu baxımdan 
semantik kateqoriya hesab oluna bilər. Modallığı  məzmun 
və ifadə (forma) planlarının vəhdəti kimi götürsək, onda ona 
həm semantik, həm də qrammatik-prosodik kateqoriya kimi 
baxıla bilər [115; 136]. 
Tədqiqatçıların haqlı olaraq qeyd etdiyi kimi linqvistik 
təbiətinə görə modallıq sırf sosial, yaxud sırf fərdi kateqoriya 
hesab oluna bilməz [171]. Burada parodoksal bir hal 
müşahidə olunur: bir tərəfdən modallıq danışanın (müəyyən 
situasiyada nitq prosesində  iştirak edən konkret fərdin) 
deyilən fikrə münasibətini bildirir, digər tərəfdən münasibət 
vasitəsi kimi dildə artıq formalaşmış, sabitləşmiş, hamının 
qəbul etdiyi leksik vahidlərdən istifadə edir. Deməli, həmin 
münasibəti ifadə edən vahidlər kimi, onun özü də artıq 
ictimai hadisədir. Fərd isə  həmin ictimai hadisədən, dil 
faktından nitq prosesində istifadə edir. Əgər modallıq sırf 
fərdi kateqoriya olsaydı, onda onun dil daşıyıcıları tərəfindən 
mənimsənilməsi qeyri-mümkün olardı. Lakin, fərd 
cəmiyyətdə formalışmış münasibətlər toplusundan 
özünəməxsus  şəkildə istifadə edir. Məhz bu göstərilənlərə 
görə modallığın həm fərdi, həm də sosial aspektləri üzə 
çıxmış olur. 
Ümumiyyətlə, dilçilik ədəbiyyatında modallığın izahı 
müxtəlifdir. Ən ümumi şəkildə belə bir tərifi qəbul etmək olar 
ki, modallıq danışanın ifadə etdiyi nitqin (söyləmin) reallığa 
münasibəti deməkdir. Lakin bu tərifin özündə  də bir 
ziddiyyət vardır. Reallıq dedikdə obyektiv olaraq mövcud 
olan dünya, aləm başa düşülür. Təbiidir ki, reallıqla obyektiv 
dünya, aləm heç vaxt üst-üstə düşmür. Başqa sözlə, 
danışanın reallıq, obyektiv dünya haqqında fikirləri 
subyektiv, şəxsi mülahizə ola bilər. 
Linqvistik baxımdan mübahisə doğuran cəhətlərdən biri 
də modallığın semantik və ya qrammatik kateqoriyaya aidliyi 
məsələsidir. O.S.Axmanova “Dilçilik terminləri lüğəti”ndə 
modallığı danışanın dediklərinə  (söyləm)  və söyləmin 


 
18
məzmunun reallıqla münasibəti zəminində izah edir və 
göstərir ki, modallıq müxtəlif vasitələrlə – qrammatik, leksik 
yollarla ifadə oluna bilər. Belə qrammatik ifadə vasitələrinə 
O.S.Axmanova felin şəkillərini, modal felləri intonasiya və s. 
misal gətirir [57, s.286-287]. 
Q.V.Kolşanski isə cümlənin modallığını ümumi semantik 
kateqoriya hesab edir. Modallıq söyləm vasitəsi ilə reallaşır 
və bütün söyləmə aid olur. Söyləm semantik baxımdan iki 
hissəyə bölünə bilməz. Məna cəhətinə görə cümlə tamdır. 
Semantika modallıqdan doğur və kommunikasiya 
prosesində reallaşır [115]. 
T.P.Lomtevin fikrinə görə modallıq semantik, daha dəqiq 
desək, semantik –kommunikativ funksiya kimi daha çox 
məntiqə aid edilə bilər. Modallıq bütün cümlə boyu yayılır, 
lakin xüsusi ifadə vasitəsinə malik deyil [125]. 
Əlbəttə, bu fikirlə razılaşmaq qeyri-mümkündür. 
Modallığın istər leksik-qrammatik, istərsə  də prosodik və s. 
ifadə vasitələri məlumdur. Bu barədə artıq məlumat 
verildiyindən əlavə izahata ehtiyac yoxdur. 
Semantik kateqoriya kimi modallıq  ən yeni sintaksisin 
obyekti kimi də  tədqiq oluna bilər [82; 62; 190]. Törədici 
qrammatikalarda modallıq dərin strukturun (sintaksisin) 
anlayışlarından hesab olunur. Tədqiqatçıların fikrinə görə 
səthi struktur modallığın mahiyyətini tam aça bilmir, çünki 
modallıq dərin strukturda, semantik qatda əks olunan 
semantik kateqoriyadır. Səthi strukturda modallığın ifadə 
üsulları və vasitələri müxtəlif ola bilər. Modallığın hər bir milli 
dildə ifadəsi də  rəngarəng formalara malikdir. Rus 
dilçiliyində modallıq müxtəlif baxımlardan təsnif edilir [121; 
105; 101]. Göstərilən təsniflərin həm oxşar, həm də  fərqli 
cəhətləri vardır. Kruşelnitskaya, Zolotova və Yermolayevin 
araşdırmalarında modallığın üç tipi göstərilir. Obyektiv 
modallıq tipində danışanın nöqteyi-nəzərindən deyilmiş 
cümlənin məzmunun həqiqətə uyğunluğu ifadə olunur. 
Subyektiv modallıq tipində danışanın söyləmin məzmununa 
münasibəti  əks olunur. Törəmə tipli modallıq daha 
mürəkkəb struktura malikdir. Burada əlamətin daşıyıcısı 
subyektlə predikativlik əlaməti arasında əlaqənin həqiqiliyinə 
münasibət bildirir. Birinci iki əlaqə tipi sintaksisxarici, üçüncü 


 
19
tip isə sintaksisdaxili əlaqə tipi kimi müəyyənləşdirilir. Bəzi 
tədqiqatçılar analo]i prosesi fərqli anlayışlarla ifadə edirlər. 
Burada modallıq xarici və daxili modallığa ayrılır. Xarici 
modallıq obyektiv və subyektiv modallığı ehtiva edir, daxili 
modallıq isə subyektin icra etdiyi işə münasibəti bildirir. 
Daxili modallıqda subyektin icra etdiyi hərəkətə 
mümkünlük, zərurilik, arzu və vaciblik planında münasibəti 
əks olunur. 
Bu çərçivədə xarici modallıq altında söyləmin həqiqətə və 
danışanın söyləmin məzmununa münasibəti başa düşülür. 
Anlayışların müxtəlifliyinə baxmayaraq deyilənləri 
yuvarlaqlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, modallıq 
ən ümumi şəkildə iki hissəyə bölünür: obyektiv və subyektiv 
modallıq. 
Obyektiv modallıq obyektiv reallığı  (həqiqəti)  əks etdirir. 
Subyektiv modallıqda danışanın münasibəti hiss olunur. 
Subyektiv modallıqda danışanın söylədiyi fikrə inamı 
/inamsızlığı, deyilən fikirlə razılaşması/ razılaşmaması öz 
əksini tapır. Bu prosesdə danışan ifadə etdiyi fikri həqiqətə 
uyğun gəlib-gəlməməsinə görə qiymətləndirmiş olur. 
Modallığın obyektiv və ya subyektiv kateqoriyaya aid 
edilməsi  ətrafında mübahisələr uzun müddət davam etmiş, 
indi də davam etməkdədir. Obyektiv modallıq obyektiv 
reallıqda obyektiv olaraq mövcud olan əlaqələrin səciyyəsini 
əks etdirir, subyektiv modallıq obyektiv reallığın konkret 
fərdin təfəkküründə  əksidir. Bu baxımdan obyektiv reallığın 
əksi həmişə  fərdi olur. Mənimsəmə konkret şəxsin bilik 
səviyyəsindən, məntiqi-psixolo]i təfəkkür tərzindən, 
yaddaşından və s. amillərdən asılı bir yaradıcı prosesdir. 
Obyektiv reallığın  əksi, onun qavranması, mənimsənilməsi 
obyektiv ola bilməz, həmişə subyektivdir, çünki obyektiv 
reallığa münasibət konkret fərd tərəfindən bildirilir. Məhz 
bunları  əsas götürən bir qrup tədqiqatçılar obyektiv 
modallığın mövcudluğunu qeyri-mümkün hesab edirlər. 
Modallıq heç vaxt obyektiv ola bilməz, çünki ictimai, kollektiv 
münasibət olmur. Doğrudur, ayrı-ayrı  fərdlərin subyektiv 
münasibətlərinin toplusu son məqamda ictimai rəyi, 
münasibəti formalaşdıra bilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə