Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   5   6   7   8   9   10   11   12   ...   99

 
26
qeyri mümkün mühakimələrin idrak prosesində böyük 
əhəmiyyəti vardır. Məntiqi cəhətdən qeyri-mümkün 
mühakimələrdə məntiqi yolla əldə etdiyimiz mühakimlər əks 
olunur. 
Məntiqi münasibətlərin tipinə görə mühakimələri 
aşağıdakılara bölmək olar: a) qəti mühakimələr; b) şərti 
mühakimələr; c) təqsimi mühakimələr; ç) birləşdirici 
mühakimələr. 
Qəti mühakimələr aşağıdakı qrupa bölünür: a) vahid 
tərkibli subyektiv və predikatlı qəti mühakimələr b) mürəkkəb 
tərkibli mühakimələr. 
Vahid tərkibli subyekt və predikatlı mühakimələrin ümumi 
formulu belədir: “S-P-dir”. Bu mühakimələrdə ya subyektdə 
predikatın həcmi, ya da predikatda subyektin həcmi açılır: 
“S-A, B, V, Q və s.-dir”; “A, B, V, Q və s. S-dir”. 
Şərti mühakimələrin məntiqi mahiyyəti onlardakı 
subyektlə predikatın  əlaqəsindən asılı olaraq aşağıdakı 
növlərə bölünür: 
a)  şərti mühakimələrdə iqrar və ya inkar şərti səciyyə 
daşıyır, daha doğrusu, həmin mühakimələrin tərkibinə daxil 
olan müəyyən şəraitdən asılıdır. 
b)  Şərti mühakimələrdə  şərtilik onların subyektlərinin 
ayrılmaz bir ünsürü kimi mühakiməyə daxil olur. 
c)  Şərti mühakimələrdə  əsasla  (şərtlə)  nəticə arasındakı 
bağlılıq haqqında bilik, qabaqcadan mühakimənin öz 
daxilində verilir. Şərti mühakimələr həm də  əsasla nəticə 
arasındakı bağlılıq haqqında bilik verir. 
Təqsimi mühakimələrdə  hər hansı cismə aid ola biləcək 
bir neçə xüsusiyyət ya iqrar və ya inkar edilir. Başqa sözlə, 
əşya və ya hadisəyə aid ola biləcək  əlamətlər toplusunda 
biri ona aid edilir. Əlamətlər toplusu hamısı sadalanır ki, 
haqqında söhbət gedən obyekt barədə məlumat tam olsun. 
Təqsimi mühakimələrin düsturu belədir: “ya A, ya B və ya 
da D P-dir”; “S ya, A, ya B, ya da V-dir”
Birləşdirici təqsimi mühakimələrdə bir neçə yerə 
bölünmüş subyekt və ya predikat bir-birini rədd etmir
çarpazlaşırlar və mühakimənin o biri istilahına eyni 
dərəcədə aid olurlar. 


 
27
Bu mühakimələrin ümumi düsturu belədir:  “S-(A, ya B, 
ya V) P-dir (deyil,) “yaxud” “S-(A, ya B, ya V…) P-dir (deyil)”
Rəddedici-təqsimi mühakimələrin düsturu belədir:  “S-in, 
S
1
-in yalnız bir hissəsi P-dir”, yaxud “S-P-nin, P
1
-in, P
2
-nin 
yalnız bir hissəsini təşkil edir”
Birləşdirici mühakimələrdə bir neçə sadə mühakimə 
birləşir. Özü də bu birləşmə  məntiqi bağlılıq nəticəsində 
yaranır. Bu mühakimələrin iki növü vardır:  
a) konyunktiv (çox predikatlı) mühakimələr. Belə 
mühakimələrin düsturu belədir: “A həm B-dir, həm də C-dir”
Bu mühakimələr onun üçün mürəkkəbdir ki, onun subyektini 
iki bambaşqa predikat səciyyələndirir. 
b) Kapulyativ (çoxsubyektli) mühakimələrin formulu “A və 
B-C-dir”. Burada bir predikat iki müxtəlif subyekti 
səciyyələndirir. 
Konyunktiv-kapulyativ  (çoxpredikatlı  və çox subyektli) 
mühakimlərəin düsturu belədir:  “A və B həm C və  həm də 
D-dir” [41, s-136-139]. 
Deyilənlərdən belə bir nəticəyə  gəlmək olar ki, modallıq 
universal bir kateqoriya kimi dilçilik, məntiq, fəlsəfi və fiziki 
aspektlərdən izah oluna bilər. 
Digər tərəfdən modallığın tam mahiyyətini 
aydınlaşdırmaq üçün ayrı-ayrı elmlərdə onun funksiyalarının 
və ifadə vasitələrinin araşdırılması vacibdir. 
Qrammatik modalliq. Qeyd etdiyimiz kimi, modallıq 
kateqoriyası haqqında müxtəlif dil materialları əsasında xeyli 
elmi-nəzəri  ədəbiyyatın mövcudluğuna baxmayaraq indiyə 
qədər haqqında söhbət gedən kateqoriyanın tam linqvistik 
səciyyəsi verilməmişdir. Bir çox tədqiqatçılar isə modallığı 
linqvistik baxımdan izah etməyə  cəhd göstərsələr də son 
məqamda məntiqə gedib çıxırlar. Nəticədə  məntiqi 
modallıqla linqvistik modallığın sərhədləri qarışdırılır. 
Modallıq daha çox danışanın deyilmiş fikrə münasibətini 
geniş planda əks etdirən kateqoriya kimi səciyyələndirilir 
[76; 105; 115; 134; 136; 163]. 
Geniş kontekstdə götürdükdə, dil vasitəsi ilə bizi əhatə 
edən aləm haqqında müəyyən məlumat  (təsdiq, inkar, 
ehtimali, xüsui və s.) verilir. Bu məlumatın verilməsində 
modal leksika, felin şəkilləri, intonasiya və s. mühüm amil 


 
28
rolunda çıxış edə bilər. Bir çox dillərdə fel şəkillərinin 
modallıqla  əlaqəsi qəbul edilmir və fel şəkilləri qeyri-modal 
kateqoriya kimi səciyyələndirilir. 
Danışanın deyilən fikrə münasibəti subyektiv, şərti, 
ictimai norma, fərdin bilik dairəsi və s. amillərlə sıx bağlıdır. 
Bu göstərilən normalar daha çox fel şəkilləri ilə ifadə olunur 
(əmr, arzu, şərt, vacib və s.). Qeyd etmək lazımdır bu 
xüsusiyyət bütün dünya dillərinə aid edilə bilər. Lakin, ayrı-
ayrı dillərdə modallığın təzahür formaları  və bu təzahürün 
ifadə formaları fərqlidir. 
Göstərilən formalardan əlavə dilçilikdə müvəqqəti 
modallıq deyilən forma da mövcuddur. Müvəqqəti modallığın 
da ayrı-ayrı dillərdə leksik və qrammatik ifadə vasitələrinin 
olması məlum faktdır. 
Modallığın elə komponentləri vardır ki, orada insanın 
verilmiş  məlumata münasibəti felin əmr, arzu, şərt  şəkli 
formasında özünü büruzə verir. Fel şəkillərinin modallıq 
funksiyaları heç də həmişə nəzərə alınmır. Bu da modallığın 
bir kateqoriya kimi hələ tam formalaşmaması, onun 
obyektinin müəyyənləşdirilməməsi ilə  əlaqədardır. Lakin, 
müxtəlif sistemli dillərin materialı  əsasında aparılmış 
araşdırmalar göstərir ki, modallıq universal dil 
kateqoriyasıdır. 
Modallığın formalaşmasında mühüm rol oynayan 
vasitələrdən biri də intonasiyadır. Fonologiyada intonasiya 
vahidi olaraq müxtəlif terminlərdən istifadə olunur: intonema, 
prosodema, ikinci (təkrar) fonem, superseqment fonem və s. 
Son zamanlarda elmi ədəbiyyatda  “intonema” termini daha 
çox işlənməkdədir. Müxtəlif sistemli dillərdə fonem 
sistemində intonem eksperimental şəkildə aydınlaşdırıla 
bilər.  İntonemə cümlə semantikasını  təyin edən intonasiya 
modeli kimi baxmaq olar. 
Elmi  ədəbiyyatda intonemi intellektual və emotiv növlərə 
ayırırlar [93, s.34-45]. İntellektual intonem kommunikasiya 
məqsədlərinə görə cümlələrin qarşılaşdırılması ilə  nəqli, 
sual, əmr və nida cümlələrin fərqləndirilməsinə xidmət edir. 
Bundan başqa məlumat prosesində frazaların mühüm 
informativ vahidlərə parçalanması da intellektual 
intonemlərlə aparılır. Tabelilik və tabesizlik əlaqələrinin ifadə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə