Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   2   3   4   5   6   7   8   9   ...   99

 
5
3.2.2. Təsdiq və inkar modallıqlarının paralel olaraq 
işlənməsi………………………………………………..
 
252 
3.2.3. Əmr cümlələrində inkar modallığı…………… 
 
253 
3.2.4. 
Şərt bildirən cümlələrdə inkar 
modallığı……….. 
253 
3.2.5. 
İnkar modallığının fellərlə 
ifadəsi………………. 
253 
3.3. Sual 
modallığı……………………………………... 
254 
3.3.1. Təsdiq və inkar bildirən sual 
cümlələri…………. 
257 
3.3.2. Sualların formal tipləri…………………………. 258 
3.3.3. Sual mənasının başqa modal mənalarda 
birgə 
işlənməsi………………………………………………..

 
260 
3.4. 
Əmr (təhriketmə) 
modallığı……………………… 
260 
3.5. 
Şərt 
modallığı……………………………………… 
265 
3.6. “Gələcək zaman” 
modallığı………………………. 
267 
3.7. Dialoci nitqdə 
modallıq……………………………. 
269 
NƏTİCƏ………………………………………………. 276 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT……………….. 281 


 
6
G İ R İ Ş  
 
Mövzunun aktuallığı.  İngilis və Azərbaycan dillərində 
modallıq kateqoriyasının müqayisəli tədqiqi bir çox cəhətdən 
aktualdır. Bunlardan birincisi ingilis dilinin tətbiqi sahələrinin 
Azərbaycanda yayılmasının genişlənməsi amilidir. İngilis dili 
özünün çoxmillətli auditoriyası ilə Azərbaycan gerçəkliyi ilə 
üzbəüz dayanmış  və qarşılıqlı anlaşma situasiyası 
yaratmışdır.  İkinci mühüm amil Azərbaycan xalqının və 
dövlətinin dünya iqtisadi, siyasi və  mədəni sisteminə 
getdikcə daha artıq inteqrasiya olunması ilə  əlaqədardır. 
Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqillik əldə etmiş bir 
çox ölkələrdə olduğu kimi Azərbaycanın da bu sahədəki 
axtarışları bir neçə istiqamətdə gedir. Bu prosesin uğurlu 
alınması Azərbaycan ilə xarici dünyanın qarşılıqlı 
anlaşılmasının, qavranılmasının ilkin şərtlərini tələb edir. 
Qarşılıqlı anlaşma isə müəyyən dərəcədə müvafiq dil 
şüurları arasında təmas nöqtələrinin, təmas sahələrinin 
olması ilə bağlıdır. Belə  təmas nöqtələri  əhəmiyyətli 
dərəcədə modallıq kateqoriyasının dərindən tədqiqi, hər iki 
dildə modal mənaların və onların təzahür formalarının aşkar 
olunmasını vacib edir. Məsələ burasındadır ki, modallıq 
kateqoriyası müxtəlifsistemli dillərdə ünsiyyəti təmin edən 
ən mühüm dil hadisələrindəndir. Bu kateqoriya dilin ifadə 
planından tutmuş onun məzmun planınadək, dilin 
adlandırma (işaretmə) funksiyasından tutmuş onun 
ifadəetmə (kommunikativ) funksiyasına qədər bir çox 
məsələləri əhatə edir.  
Qeyd etmək lazımdır ki, ingilis dilində modallıq 
kateqoriyası elmi-nəzəri cəhətdən kifayət qədər 
öyrənilmişdir. Bu mövzuda həm fəlsəfi-məntiqi, həm də 
linqvistik mövqedən yazılmış  əsərlər xeyli çoxdur. Belə bir 
vəziyyət ingilis dilinin beynəlxalq ünsiyyət rolu ilə bilavasitə 
bağlıdır.  
Təəssüflə demək lazımdır ki, Azərbaycan dili bu barədə 
diqqət mərkəzində olmamışdır. Cümlənin məqsəd və 
intonasiyaya görə növləri məsələsi istisna olmaq şərtilə, sırf 
Azərbaycan dili materialları  əsasında yazılmış  tədqiqat 
işlərində modallıq məsələsinə sadəcə olaraq rast gəlmirik. 


 
7
İngilis və Azərbaycan dillərinin müvafiq ikidilli 
auditoriyalarda tədris edilməsi, gündəlik ünsiyyət isə bu 
kateqoriyanın qarşılıqlı-müqayisəli  şəkildə öyrənilmədən 
qənaətbəxş hesab edilə bilməz. Bu baxımdan yanaşdıqda 
Azərbaycan dilində modallığın öyrənilməsi xüsusi aktuallıq 
kəsb edir. Bu sahədə  tədqiqat aparmaq üçün ingilis dilində 
modal mənaların ifadə üsulları bir növ çıxış nöqtəsi rolunu 
oynayır. Qeyd etmək lazımdır ki, ingilis və Azərbaycan 
dillərinin müxtəlifsistemli dillər olmalarına baxmayaraq bu 
dillər arasında modal mənalar sahəsində ümumiliklər 
müşahidə olunur. 
Tədqiqatın məqsəd və  vəzifələri.  Tədqiqatın  əsas 
məqsədi modallıq kateqoriyasının strateci və  məhəlli ifadə 
üsullarını ayırd etmək, bu sahədə Azərbaycan və ingilis 
dillərinin müasir səviyyələrinə  məxsus olan materiallardan 
çıxış etməklə  həmin dillərin malik olduğu prosodik, leksik, 
morfoloci və sintaktik üsulları müəyyənləşdirmək və onları 
qarşılıqlı-müqayisəli surətdə öyrənməkdir. Bu məqsədə 
çatmaq üçün tədqiqatda aşağıdakı  məsələlərin həllinə 
diqqət yetirilmişdir: 
- germanşünaslıqda, Azərbaycan dilçiliyində 
və 
ümumtürkoloci dilçilikdə modallıq kateqoriyasının tədqiq 
edilməsi vəziyyətini və səviyyəsini müəyyənləşdirmək; 
- modallıq kateqoriyasının fəlsəfi-məntiqi və linqvistik-
qrammatik mahiyyəti ilə bağlı elmi nəzəri mənbələri 
nəzərdən keçirməklə ümumiləşdirmələr aparmaq; 
- fəlsəfi və linqvistik modallıq bölgüsündən çıxış edərək 
obyektiv reallıq, təfəkkür və dilin qarşılıqlı  əlaqələri 
baxımından ingilis, Azərbaycan, türkoloci və ümumi 
dilçilikdə irəli sürülən elmi-nəzəri müddəaları 
ümumiləşdirmək; 
- müxtəlifsistemli german və türk dillərində modallıq 
kateqoriyasının tədqiq edilmə metodikasındakı istiqamətləri 
üzə çıxarmaq; 
- müxtəlifsistemli ingilis və Azərbaycan dillərinin 
materialları 
əsasında modallığı funksional-semantik 
kateqoriya kimi tədqiqata cəlb etmək;  
- modallıq kateqoriyasının fəlsəfi-məntiqi, linqvistik 
cəhətdən kifayət qədər öyrənildiyi german dilləri üçün əldə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə