Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   6   7   8   9   10   11   12   13   ...   99

 
29
vasitələrindən biri də intellektual intonemlər hesab olunur. 
Bunlar sadə, mürəkkəb sintaktik vahidlər, eləcə də cümlənin 
aktual üzvləri arasında əlaqə yaratmaq imkanına malikdirlər. 
Məlum olduğu kimi, istər Hind-Avropa, istərsə  də türk 
dillərində kommunikativ tipli cümlələrdə leksik və qrammatik 
vasitələrlə yanaşı intonasiyadan da istifadə olunur. Sual və 
nəqli cümlələrdə intonasiyanın rolu daha da artmış olur. 
İntonasiya modallığın və predikativliyin ifadə olunmasında 
mühüm amillərdəndir. Kommunikativ intonema cümlə 
strukturunu formalaşdırmaqla bərabər modallığı  və 
predikativliyi də yaradan vasitəyə çevrilir. 
Cümlənin aktual üzvlənməsi müxtəlif sistemli dillərdə 
özünü müxtəlif cür göstərir. Aqqlütinativ dillərdə sual 
intonasiyasının formalaşmasında xüsusi morfoloci 
göstəricilər mühüm rol oynayırsa, flektiv dillərdə morfoloci 
göstəricinin funksiyasını da intonasiya yerinə yetirir. 
Məsələn, Azərbaycan dilində  -mı, -mi, -mu, -mü sual 
göstəricisi cümlənin ayrı-ayrı üzvlərini aktualllaşdırmaq 
qabiliyyətinə malik bir hissəcikdir. 
Analitik dillərdə predikatın ayrılması  və xüsusi vurğu ilə 
deyilməsi ilə yanaşı modal sözlərdən də istifadə olunur. 
Belə modal sözlər artikllə  bərabər bu və ya digər cümlə 
üzvünü aktuallaşdırırlar:  perhaps - “ola bilsin”, possibly - 
“mümkündür”, probably - “ehtimal ki”, evidently, obviously 
- “yəqin ki”, of course - “əlbəttə”,  surely - “şübhəsiz, 
əlbəttə”,  no doubt - “şübhəsiz”, in fact - “faktik olaraq”, in 
truth - “həqiqətən”,  naturally - “təbii ki” və s. Modal 
sözlərdən başqa ayırıcı-məhdudlaşdırıcı hissəciklər də 
aktual üzvlənmə prosesində fəaldır. 
Beləliklə, modallığa müəyyən kommunikativ məqsədi 
səciyyələndirən leksik-qrammatik kateqoriya kimi baxmaq 
olar. Subyekt və predikatın əlaqəsi cümlə konstruksiyası ilə 
tamamlanır ki, bu da öz növlərində danışanın verdiyi 
məlumata müəyyən münasibətini  əks etdirir. Bu cəhətdən 
modallığın obyektiv və subyektiv qütblərə ayrılması nisbidir. 
Bütün hallarda modallıqda subyektivlik elementi özünü 
göstərir. 
Linqvistik modallığın struktur-semantik sahəsi aşağıdakı 
kimi təsvir oluna bilər: MSS=A
Λ
(A
1
VA
2
VA
3
) 


 
30
Burada 
Λ
 - məntiqi konyunksiya işarəsi, V - məntiqi 
dizünksiya işarəsidir. Qeyd etmək lazımdır ki, bu halda 
istənilən cümlədə müvafiq (A) sinfinin elementləri hökmən 
olmalıdır.  (A) subyekt-predikat əlaqəsində kommunikativ 
quruluşu təmin edən  əsas vasitə funksiyasını yerinə yetirir. 
cümləni  əmələ  gətirən üzvlərin istəniləni həqiqidirsə, onda 
yuxarıdakı düsturdakı dizünksiya həqiqidir. Bu düsturda 
(A
1
), (A
2
) bir-birindən fərqli moduslardır, lakin bu moduslar 
bir-birini istisna etmirlər və eyni zamanda işlənə bilərlər [93, 
s.41]. məsələn: Yəqin, burada maşın saxlamaq qadağandır. 
Bu cümlədə  yəqin və qadağandır leksemləri  (A
1
), (A
2
) 
moduslarına daxildirlər. 
Müxtəlifsistemli dillərdə modallığı doğuran 
əsas 
vastələrdən biri də felin şəkilləridir. Çünki, danışanın və ya 
yazanın məlumatın mənasına münasibəti fel şəkillərində öz 
əksini tapmış olur. Bu o demək deyildir ki, modallığın bütün 
linqvistik səciyyəsi fel şəkilləri ilə tam əhatə olunmuş olur. 
Müxtəlif dillərin materialı 
əsasında modallığın 
formalaşmasında mühüm rol oynayan fel şəkillərinə 
aşağıdakıları aid etmək olar: 1)  əmr  şəkli (imperativ); 2) 
təsdiq şəkli; 3) inkar şəkli; 4) sual şəkli; 5) nida şəkli; 6) şərt 
şəkli; 7) güzəşt  şəkli; 8) ehtimal şəkli; 9) lazım  şəkli; 10) 
arzu şəkli; 11) potensiya şəkli; 12) absentiv şəkli (hərəkətin 
qeyri-şahidliyi şəkli); 13) qadağan edici şəkli; 14) icazəverici 
şəkli və s.  
Məlum olduğu kimi yuxarıda göstərilmiş fel şəkilləri bütün 
dillərdə eyni sayda və linqvistik səciyyədə  təmsil 
olunmamışdır. Məsələn, Azərbaycan dilində fel şəkilləri 
aşağıdakılardır: 1) felin əmr şəkli; 2) felin xəbər şəkli; 3) felin 
lazım şəkli; 4) felin arzu şəkli; 5) felin vacib şəkli; 6) felin şərt 
şəkli; 7) felin ümumi şəkli (felin bacarıq şəkli; felin sual şəkli) 
[28, s.207-229]. Bundan başqa, məsdəri də bu siyahıya 
əlavə etmək olardı. 
Modallıq morfoloci, sintaktik, leksik və fonetik vasitələrlə 
ifadə oluna bilər. Xəbər  şəklində danışan gerçəkliyin 
obyektiv təsvirini verdiyi üçün belə modallıq modal gerçəklik 
kimi səciyyələndirilə bilər. Geniş planda götürdükdə xəbərlik 
başqa fel şəkillərinə nisbətdə neytral hesab oluna bilər. 
Felin xəbər  şəklində indiki, keçmiş  və  gələcək zamanda 


 
31
təsvir olunan hal, vəziyyət və hadisənin başvermə faktı ya 
təsdiq, ya da inkar olunur. Burada müəyyən hadisənin baş 
verməsi faktı real olaraq əks olunur və subyektin həmin 
hadisəyə emosional-şəxsi münasibəti öz ifadəsini tapmır. 
Başqa sözlə, felin xəbər şəkli öz məzmununa görə obyektiv 
hesab oluna bilər. Xəbər şəklində danışan hər hansı bir baş 
verən hadisəni fakt, obyektiv reallıq kimi təsvir edir, lazım 
şəklində isə fakt deyil, danışanın münasibəti fonunda reallıq 
izah olunur. İstər Hind-Avropa, istərsə  də türk dillərinin 
tədqiqi ilə  məşğul olan dilçi mütəxəssislərin bu məsələyə 
münasibətlərində yaxınlıq vardır [138; 86; 164; 180; 182; 
119; 96; 116; 131]. 
Qeyd etmək lazımdır ki, xəbərlik kateqoriyasının obyektiv 
reallığı, gerçəkliyi olduğu kimi heç bir subyektiv münasibət 
olmadan  əks etdirmək fikri ilə tam razılaşmaq qeyri-
mümkündür. Danışanın baş vermiş hadisəni, situasiyanı 
qiymətləndirilməsi faktik reallıqla tam üst-üstə düşə bilməz. 
Danışan özünün dünyagörüşü, təhsili, bilik səviyyəsinə 
uyğun şəkildə hadisələr barədə fikir yürüdə bilər. Danışanın 
tam obyektiv hesab etdiyi situasiya, əslində hadisənin 
subyektiv izahından başqa bir şey deyildir. Danışanın 
nöqteyi-nəzərindən reallıq obyektiv gerçəkliyin reallığı 
deyildir. Obyektiv reallıq və ya gerçəklik adlındırdığımız eyni 
situasiya və hadisələr danışanlar tərəfindən eyni cür izah 
olunmur.  Əslində, baş vermiş hadisənin subyektiv izahı 
qabaqcadan qarşıya məqsəd kimi qoyulmamışdır. 
Danışanın özündə elə fikir yarana bilər ki, onun bu və ya 
digər hadisəni təsvir etməsi obyektivdir. Lakin, hadisənin 
mütəxəssis tərəfindən qiymətləndirilməsi nəticəsində məlum 
ola bilər ki, danışanın təsviri subyektiv səciyyə daşıyır. 
Buradan belə bir nəticəyə gəlmək olar ki, xəbər şəklinin felin 
başqa  şəkillərinə nisbətən obyektiv səciyyə daşımasının 
özünə  də bir qədər “ehtiyatla” yanaşmaq lazımdır, yəni bu 
obyektivliyin özü də nisbidir. Danışan cəhd göstərir ki, onun 
hadisəni təsvir prosesində izahı  həqiqətə mümkün qədər 
uyğun olsun, lakin bu cəhd həmişə uğurla nəticələnə bilməz. 
Məhz bu baxımdan bəzi dilçilər xəbər  şəklini hadisənin 
baş verməsi barədə  məlumat verilməsinə xidmət edən 
qrammatik forma hesab edirlər. Onların fikrinə görə, xəbər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə