Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   2   3   4   5   6   7   8   9   ...   99

 
14
Beləliklə, dillə ifadə olunmuş  hər hansı bir fikrin 
həqiqətə müvafiqliyini təsdiqləyən modallığın məna spektri 
dəyişərək real situasiyasını düzgün əks etdirə bilir. Bu, hər 
şeydən əvvəl ondan irəli gəlir ki, hətta eyni hadisəyə də eyni 
subyektin münasibəti dəyişə bilər. Situasiyanı 
qiymətləndirən başqa vasitələrdən modallıq bu baxımdan 
heç nə ilə fərqlənmir. Buradan belə bir nəticə çıxarmaq olar 
ki, modallığın özünü statik formada götürmək düzgün deyil. 
Şəxsiyyətin dünyagörüşünün inkişafı  və formalaşması ilə 
əlaqədar olaraq modallığın məzmununda da dəyişiklik ola 
bilər.  Əgər bu müddəanı  qəbul ediriksə, onda “obyektiv 
modallıq” anlayışı sərbəst dəyişən modallıqla eyni çərçivəyə 
sığmır. 
Modallığın linqvistik sərhədlərinin müəyyənləşdirilməsi 
onun tam linqvistik səciyyəsini verməklə  və formal 
meyarlara  əsaslanmaqla dil sistemi daxilində formal 
sərhədlərini müəyyənləşdirməkdir. Məsələn, danışanın 
deyilən fikrə münasibəti müxtəlif vasitələrlə ifadə oluna bilər: 
cest, emosional vasitələr, məntiqi nəticəyə  əsaslanan 
münasibət, modal sözlər və ifadələr və s. Bütün bu 
sadalananlar modallığın linqvistik sərhədlərini 
müəyyənləşdirməyə mane olan amillərdir. 
Müşahidələr belə bir nəticəyə  gəlməyə imkan verir ki, 
sərbəst subyektiv qiymətləndirmə modal hissəcikləri və 
sözləri funksiyasını bağlayıcılar da yerinə yetirə bilərlər. 
Sözönlərindən fərqli olaraq onlar müxtəlif cümlə üzvləri ilə 
sərbəst  əlaqəyə girir və modallığa xas xüsusiyyətləri ifadə 
edirlər. Bağlayıcılar danışanın deyilən fikrə münasibətini 
qiymətləndirmə vasitəsi rolunu uğurla yerinə yetirirlər. Onlar 
mətndə sintaktik vahidlərin koordinasiyasına və müxtəlif 
forma strukturlarına təsir göstərmir, onların idarə edilməsi və 
əlaqələndirilməsi funksiyalarından kənardır. Bu da onların 
bir çoxunun semantik məna daşımaları ilə səciyyələnir. 
Danışan rasional qiymətləndirmə  və ya tənqidi təhlil 
nəticəsində  gəldiyi qənaətə uyğun olaraq müəyyən 
bağlayıcını seçir. Hətta intellektual səciyyələndirmə  də 
subyektivliyi azaltmır. Bağlayıcının semantikasında 
danışanın deyilən fikrə qəti, tərəddüdlü, ehtimalı münasibəti 
öz 
əksini tapır. Çox vaxt bağlayıcıların modal 


 
15
qiymətləndirmə  cəhətləri nəzərə çarpmır.  Əslində isə 
cümlə üzvlərinin müxtəlif tiplərinin diferensiasiyası  və ya 
birləşmələri, onların növ rəngarəngliyi bağlayıcıların modal 
mənalarının fərqləndirilməsi yolu ilə əldə edilir. 
Modallıq dil sistemində yeni yaranmış hadisə deyildir. 
Azərbaycan  şifahi xalq ədəbiyyatı nümunələrində, nağıl və 
dastanlarda, klassik ədəbiyyatda modallığı  səciyyələndirən 
əlamətlərə rast gəlmək mümkündür. Eləcə  də, tarixi 
mənbələrdə, hətta elmi üslubda yazılmış  səlnamələrdə  və 
xronikalarda bu və ya digər hadisəyə müəllifin münasibəti 
açıq-aydın hiss olunur. 
Məna növlərinə  və funksiyalarına görə modal sözlər 
məntiqi emosionallıq və müxtəlif leksik-qrammatik semantik 
vəzifələri icra edən vahidlərdən ibarətdirlər. Azərbaycan 
dilində  aşağıdakıları misal göstərmək olar: ehtimal ki
şübhəsiz, çox güman ki, aydındır ki, görünür, məlumdur ki, 
ola bilsin ki, yəqin, bəlkə, deyəsən, nəhayət, doğrudan və s. 
Bu modal sözlər cümlədə müxtəlif cümlə üzvlərinə  və 
bütöv cümləyə aid münasibəti formalaşdırmaqla zəngin 
üslubi çalarlar yaradır. 
Modallıq daim dəyişmədə  və inkişafda olan canlı bir 
prosesdir. Nitq prosesində yeni-yeni leksik vahidlərin modal 
sözlərə çevrilməsi, modallıq ifadə etməsi müşahidə olunur. 
Bu dialektik inkişaf prosesində modal sözlərin dilin lüğət 
fondunda xüsusi çəkisi artan xətlə yüksəlir. 
Azərbaycan dilində modal sözlər məna növlərinə görə 
aşağıdakı kimi təsnif edilir: 
a) Təsdiqedici modal sözlər:  əlbəttə, həqiqətən, 
şübhəsiz, doğrudan (da), şəksiz…  
b) Yekunlaşdırıcı modal sözlər:  deməli, qısası, 
beləliklə, ümumiyyətlə, nəticədə…  
c) Ehtimalı modal sözlər: bəlkə, yəqin, deyəsən, ehtimal 
(ki), güman ki), sanki, elə bil (ki)… 
Sintaktik funksiyasına görə daha çox ara söz və söz-
cümlə funksiyasında çıxış edir [7, s.164]. 
Modallıq dilin inkişafının sonrakı  mərhələlərində ünsiyyət 
prosesində yaranmış  və formalaşmış ümumi və  təbiətinə 
görə mürəkkəb məntiqi-linqvistik kateqoriyadır. Modallığın 
mürəkkəbliyi orasındadır ki, onda dilin bütün səviyyələrinə 


 
16
xas olan əlamət və xüsusiyyətlər, qrammatik, sintaktik, 
semantik əlaqələr toplusu cəmləşmişdir. İnsan təfəkkürünün 
artıq inkişaf etmiş mərhələsinin məhsulu kimi modallıq həm 
də milli özünəməxsusluğu  əks etdirir. Bu cəhət modallıqla 
frazeologiya arasında körpu yaratmış olur. Dil 
səviyyələrindən, onun funksional imkan və vasitələrindən 
əlavə modallığın frazeoloci birləşmələr tərkibində  işlənməsi 
dilçilik ədəbiyyatında az tədqiq olunmuşdur. 
Məlum olduğu kimi, dil və  təfəkkür problemləri 
kontekstində  məntiqlə qrammatika elmlərinin kəsişdiyi 
nöqtələr çoxdur. Məhz bu baxımdan modallığın linqvistik 
mahiyyəti ilə məntiqi modallıq qarışdırılır. Bəzən modallıq bir 
linqvistik kateqoriya kimi tamamilə inkar edilir. Onun məntiqi 
mahiyyəti ön plana çəkilir. Linqvistik modallığa isə  məntiqi 
modallığın dildə  təzahür forması kimi baxılır. Qeyd etmək 
lazımdır ki, modallıq kateqoriyası  fəlsəfi baxımdan da təhlil 
oluna bilər. Bu kateqoriya obyektiv reallıq, təfəkkür və dilin 
qarşılıqlı 
əlaqələri fonunda nəzərdən keçirilməlidir. 
Göstərilən  əlaqələr fonunda məntiqi modallıq hökmün ən 
mühüm əlaməti kimi səciyyələndirilə bilər. Obyektiv əlaqələr 
məntiqi hökmün məzmununda müxtəlif forma və 
dərəcələrdə  əks oluna bilər. Həmin forma və  dərəcələrə 
görə hökmləri mümkün, həqiqi və  zəruri növlərinə ayırırlar. 
Hökmdəki fikrin məzmunu real olaraq mövcud ola bilər və 
yaxud ehtimalı olur. 
Dilçilik baxımından modallığın səciyyəvi cəhətləri 
yuxarıda qeyd olunmuşdur. Burada danışanın deyilmiş fikrə 
münasibəti ön plana çəkilir. Bu baxımdan məntiqi və 
linqvistik modallığı bir-birinə yaxınlaşdıran cəhətlər üzə çıxır. 
Məlum olduğu kimi, linqvistik reallıq, yaxud qeyri-reallıq 
məntiqi həqiqilik və yalanla üst-üstə düşür. Burada bir 
mühüm cəhəti də  nəzərdən qaçırmaq olmaz: deyilmiş fikrə 
münasibət  (onun reallığı, qeyri-reallığı, həqiqiliyi, yalan 
olması, vacibliyi, zəruriliyi, mühümlüyü, ehtimalı olması) 
danışan tərəfindən bildirilir və bu münasibət subyektiv və ya 
obyektiv səciyyə daşıya bilər. Göstərilən xüsusiyyətləri əsas 
götürərək bir çox tədqiqatçılar (Q.V.Kolşanski, V.V.Panfilov, 
L.V.Bondarko) linqvistik modallığa məntiqi modallığın ifadə 
vasitəsi kimi baxırlar [115, s.94-98; 134, s.48; 133; 135; 69]. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə