Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   2   3   4   5   6   7   8   9   ...   99

 
11
- obyektiv və ya subyektiv modallıq; 
- həqiqi və ya qeyri-həqiqi (yalan) modallıq; 
- real və ya qeyri-real modallıq; 
- arzuolunan və ya arzuolunmaz modallıq; 
- ehtimal olunan və ehtimal olunmaz modallıq; 
- zəruri və ya qeyri-zəruri modallıq; 
- vacib və ya qeyri-vacib modallıq; 
- zaman modallığı. 
Göstərilənlərdən  əlavə, subyektiv modallığın daha bir 
neçə məna qrupunu göstərmək olar: 
- əminlik və ya inamsızlıq bildirənlər; 
- müəyyənlik və ya qeyri-müəyyənlik bildirənlər; 
- ekspressivlik, gücləndirmə  və ya zəiflətmə  mənası 
bildirənlər. 
Subyektiv modallığın müxtəlifsistemli dillərdə ifadə 
vasitələri də  zəngindir. Belə ki, subyektiv modallıq 
intonasiya ilə, söz sırası ilə, sintaktik təkrarlarla, intensivlik 
və sürəklilik bildirən xüsusi konstruksiyalarla, ədat, modal 
sözlər, ara sözlər və ara cümlələrlə ifadə oluna bilər. Lakin, 
subyektiv modallıq münasibətlərini doğuran  əsas vasitə 
modal sözlər hesab olunur. 
Modal sözlər deyilən fikrə münasibət bildirən leksik 
qrammatik söz qruplarıdır. Onları konkret bir nitq hissəsinə 
aid etmək mümkün deyil. İsim, sifət, fel və başqa nitq 
hissələri ilə ifadə olunan nitq hissələri deyilən fikrə müxtəlif 
aspektlərdən münasibət bildirirlər. Araşdırmalar göstərir ki, 
əslində ifadə hansı nitq hissəsindən törəmişsə, onu ifadə 
edir. Deməli, modallaşma burada sonrakı prosesdir. 
Modallaşmış söz qrupları vaxtilə  mənsub olduqları nitq 
hissələri ilə bütün “qrammatik” münasibətlərini itirir, cümlədə 
başqa sintaktik ampulada çıxış edirlər. Modal sözlərdə 
vaxtilə  mənsub olduqları nitq hissələrinin qrammatik əla-
mətləri daşlaşmış şəkildə qalır. Nitq hissələrinin qrammatik-
valentlik xüsusiyyətləri də modallaşma prosesində itirilmiş 
olur. Dəyişməzlik, qrammatik əlaqə və münasibətlərin formal 
göstəricilərinə  “passiv” münasibət modal sözlərin aparıcı 
cəhəti hesab olunur. Bunun məntiqi davamı olaraq modal 
sözlər ayrılıqda cümlə üzvü olmur, bütövlükdə cümləyə  və 
ya onun bir üzvünə aid münasibət bildirir. 


 
12
Cümlədə modal sözlər daha çox intonasiya ilə  nəzərə 
çarpdırılır. Onlar ifadə olunarkən səsin yüksəkliyi, tembri, 
tonu, ritmi, fasilələrlə  dəyişir və bu yolla danışanın deyilən 
fikrə münasibəti öz əksini tapır. Modal sözlər cümlədə 
müxtəlif sintaktik funksiyalar yerinə yetirə bilir. 
- cümlədə ara söz funksiyasında çıxış edir; 
- söz-cümlə kimi dialoq nitqində işlənir; 
- mətndə sintaktik bütövlərin sərhədində müstəqil 
cümlələrin müəyyən tematik mövzu ilə bağlanmasına xidmət 
edir. Bağlayıcı funksiyasında çıxış edən bu sözlərdə nitqin 
subyektiv-modal istiqaməti dəyişmiş olur. 
Beləliklə, modal sözlərin leksik-qrammatik kateqoriya kimi 
əsas xüsusiyyətləri onların semantikası və subyektiv modal 
cəhətləri, morfoloci dəyişməzliyi və müəyyən sintaktik 
funksiyaları ilə müəyyənləşir. 
Modal sözlər üslubi baxımdan da zəngin xüsusiyyətlərə 
malikdir. Danışıq dilində, dialoqlarda, şifahi ünsiyyətin başqa 
növlərində modal sözlər bir çox üslubi funksiyaların yerinə 
yetirilməsinə xidmət göstərir. 
Nəzəri dilçilikdə ən çox mübahisə doğuran məsələlərdən 
biri də modallığın dil səviyyələrində qatlararası  sərhədlərini 
müəyyənləşdirməkdir. Bu məsələyə münasibətdə dilçilər 
arasında mübahisə doğuran cəhətlər çoxdur. Bəzən 
modallıq çoxmənalılıqla eyniləşdirilir və ya onun bir növü 
kimi səciyyələndirilir, bəzən isə  məntiqi kateqoriyanın 
dilçiliyə süni surətdə köçürülməsi kimi başa düşülür. Məlum 
olduğu kimi məntiqdə modallığı  şərtləndirən  əsas  əlamətlər 
mühakimənin reallıqla nisbətdə  və müqayisədə  həqiqiliyi, 
zəruriliyi və mümkünlüyü kriteriyalarıdır. 
Lakin, bu sadalanan əlamətlər təbii dillərdə bu və ya digər 
fikrin təsdiqini sübut edən semantik çalarlar sahəsini tam 
əhatə etmir. Başqa sözlə sözlərin, hökm və mühakimələrin, 
cümlə konstruksiyalarının ifadəsi prosesində semantik 
diapazon daha əhatəli olur. 
Məntiqi modallıqla linqvistik modallıq arasında prinsipial 
fərqlər dəqiq müəyyənləşdirilmədiyi üçün çox vaxt bu 
məsələ  də mübahisə  və müzakirə mövzusu olur. Məntiq 
elminin özündə belə modallığın tam məntiqi səciyyəsi 
verilməmiş, necə deyərlər, məntiq elmi çərçivəsində statusu 


 
13
müəyyənləşdirilməmişdir. Fikrimizcə, modallığın formal-
linqvistik sərhədləri məsələsi sırf dilçilik elminin problemidir 
və dilçilik elmi çərçivəsində  təhlil olunmalıdır. Modallığın 
məntiqi nəzəriyyəsinin işlənib hazırlanması problemləri ilə 
əlaqədar yaranmış modal məntiq sahəsində də onun dilçilik 
aspektləri nəzərə alınmır. Müasir məntiq elmində modallıq 
nəzəriyyəsinin araşdırıcılarından biri Y.A.Slininin əsərlərində 
bu problemlərin tədqiqi ilə bağlı maraqlı fikirlərə rast gəlmək 
mümkündür [145, s.119-147]. 
Müşahidələr göstərir ki, mətndə birinci cümlə neytral 
mövqedə  və  məzmunda olur. Sonrakı  mərhələlərdə 
birdirilən fikrə obyektiv və subyektiv münasibət, fərdin 
(“Mən”-in) ziddiyyətli fikirləri  “qeyri-Mən”lə qarşılaşdırılır. 
Modallıq kateqoriyası ilkin olaraq ən ümumi şəkildə bu 
zəmində yaranır və formalaşır. Dərin strukturda təşəkkül 
tapan modallıqda milli və tipoloci xüsusiyyətlər əks olunmur, 
daha çox insan dilinin ümumbəşəri, bütün dillər üçün ümumi 
olan cəhətləri bu kateqoriyada cəmləşir. Sonrakı mərhələdə 
modallıq qrammatik norma və qanunauyğunluqlardan 
uzaqlaşır, subyektiv münasibət çalarlarını özündə ehtiva 
edən xüsusi sintaktik vasitəyə çevrilir. Modallığın 
formalaşmasında qiymətləndirmə kateqoriyasının da rolu 
böyükdür. Linqvistik modallıq nəzəriyyəsi üçün mühüm 
əhəmiyyət kəsb edən amillərdən biri qiymətləndirmə 
subyektidir. Qiymətləndirmə subyekti obyektin müxtəlif 
kombinasiyalarında öz nisbi sabitliyini saxlayır. Müxtəlif 
situasiyaları 
əks etdirən mətnlərdə qiymətləndirmə 
subyektinin, danışan  şəxsin sintaktik konstruksiyalar 
şəklində formalaşan subyektiv mülahizələri modallıq 
kateqoriyasının  əsasını  təşkil edir. Praktik müşahidələr 
göstərir ki, danışanın müəyyən obyektə və ya deyilmiş fikrə 
münasibəti dəyişməz deyildir. Tarixi inkişaf prosesində, 
cəmiyyətin, iqtisadi münasibətlərin strukturunda və 
məzmununda baş verən köklü dəyişikliklərlə  əlaqədar 
danışanın deyilən fikrə münasibəti dəyişə bilər. Yəni, 
subyektiv qiymətləndirmə  və münasibət donuq və  əbədi 
deyil, dialektik inkişafın təsiri ilə müəyyən dəyişikliklərə 
məruz qalan bir prosesdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə