Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   7   8   9   10   11   12   13   14   ...   99

 
32
şəkli  şəxsə  və  kəmiyyətə görə  dəyişir və onda modallıq 
çalarları çox zəifdir. Ona görə  də, onu fel şəkillərindən biri 
kimi, səciyyələndirmək olmur. Bu fikrin əsas tərəfdarlarından 
olan S.Cəfərov modallığı yalnız subyektiv kateqoriya hesab 
edir, onun obyektiv aspektini nəzərə almır [20, s.29]. 
Məsələyə bu cür yanaşdıqda danışanın obyektiv aləm 
haqqında söylədiklərini gerçəkliyin tam əksi kimi qəbul 
etməliyik. Bu isə qeyri-mümkündür. Bütün variantlarda 
danışan özünün biliyi və dünyagörüşünə uyğun  şəkildə 
obyektiv aləmi dərk edir və mənimsədiyi səviyyədə də təsvir 
edir. Deməli, burada subyektiv amil hökmən nəzərə 
alınmalıdır. 
Beləliklə, xəbər  şəklinin semantik mahiyyətindən 
danışdıqda qeyd etməliyik ki, burada modallıq danışan 
şəxsin subyektiv fikirləri ilə sıx əlaqəli olur. 
Xəbər  şəklinin müxtəlif yozumları bir də onunla 
əlaqədardır ki, onun özünün xüsusi morfoloci əlamətləri 
(göstəriciləri) yoxdur. Türk dillərində  hərəkətin keçmişdə, 
indi və  gələcəkdə baş verdiyini göstərən zaman formaları 
xəbərin də formal əlaməti hesab olunur. Analoci hal bir çox 
başqa sistemli dillərdə  də müşahidə olunur. Xəbərlik 
kateqoriyası reallığın, gerçəkliyin modallığını ifadə edən bir 
kateqoriyadır. Reallıq, gerçəklik isə müəyyən obyektiv 
zaman çərçivəsində mövcud ola bilər. Məlumatın reallığını 
sübut etməklə, biz həm də onun həqiqətdə, mövcud zaman 
hüdudunda baş verdiyini təsdiqləmiş oluruq. 
Xəbər formasında morfoloci əlamətin olmamasını  sıfır 
göstərici  (əlamət) kimi səciyyələndirmək olar. Felin digər 
şəkillərində real obyektə münasibət müəyyən  şəkilçilərlə 
ifadə olunur. Həmin  şəkilçi çox vaxt neqativ əlaməti bildirir. 
Xəbər şəklində isə belə formal göstərici olmadığı üçün həm 
real, həm də qeyri-real hadisələri ifadə edə bilər. 
Azərbaycan dilində vacib, lazım, arzu, şərt və  əmr 
şəkillərinin morfoloci əlamətləri vardır. Onlar real deyil, ideal 
hadisələrə aid edilə bilər. Bu şəkillər hətta keçmiş zaman 
şəkilçisi ilə işləndikdə belə onlarda gələcək məzmunu yenə 
qalır. Belə xüsusiyyət xəbər  şəklində özünü göstərmir. 
Xəbər  şəklində hadisənin reallığı  və qeyri-reallığına 
münasibətdə bir neytrallıq hiss olunur. Əgər felin digər 


 
33
şəkillərində morfoloci göstəricinin olmaması hadisənin 
qeyri-reallığına işarədirsə, xəbərdə heç bir qrammatik 
göstəricinin olmaması onun həm real, həm də qeyri-real 
məzmunu əhatə etməsi kimi izah oluna bilər. 
Beləliklə, sıfır şəkilçi, yəni şəkilçinin olmaması, başqa fel 
şəkilləri ilə müqayisədə üzə  çıxır və bu formanın modal 
neytrallığının göstəricisi olur. 
Xəbər  şəklinin modal neytrallığı başqa fel şəkillərinin 
subyektiv modallıqlarının təsiri ilə müəyyən dəyişikliyə 
məruz qala bilər. Bəzən bu təsir modal neytrallığın daha da 
güclənməsinə xidmət edir, bəzən isə haqqında danışılan 
məlumatı reallıqdan qeyri-reallığa çevirir. 
Məsələn, Azərbaycan dilində  “heç  şübhəsiz” modal 
birləşməsi haqqında söhbət gedən gerçək hadisənin 
gerçəkliyini bir qədər də qüvvətləndirirsə, həmin mövqedə 
“görünür” modal sözünü yerləşdirməklə  məlumatın 
gerçəkliyinə şübhə, inamsızlıq motivləri yaranmış olur. Məs.: 
Heç  şübhəsiz, onun gəlişi çoxunu məyus etdi. Görünür, 
onun gəlişi çoxunu məyus etdi. 
Felin xəbər şəkli müxtəlif modal sözlərlə işləndikdə digər 
fel  şəkillərinə uyğun modal mənalar yaranır ki, bu da fel 
şəkillərinin semantik cəhətdən yaxınlaşması ilə  nəticələnir. 
Əslində daha çox gerçək münasibətləri  əks etdirməli olan 
xəbər  şəkli  “ehtimal ki”, “mənə elə  gəlir ki”, “ola bilsin ki”, 
“güman ki” və s. sözlərlə  işləndikdə  dəyişir və modal 
ifadələrə uyğun mənalar kəsb edir. Xəbər  şəklinin modal 
modifikasiyaları  ədat, vurğu və intonasiyanın köməyi ilə  də 
əldə oluna bilər. 
Analoci hal alman dilində də özünü geniş şəkildə göstərir. 
Müxtəlif modal sözlər və vurğunun köməyi ilə xəbər şəklinin 
modal mənası  dəyişir və geniş  məna spektrinə malik olur. 
Nəticədə gerçəkliyin real əksi subyektiv transformasiya 
nəticəsində aşağıdakı sadalanan mənaları ala bilər: 
- ehtimal, mümkünlük, şübhə, sual; 
- təlqin, inandırma, əmr və s. 
Alman dilində  xəbər  şəkli yalnız neytral məzmunlu 
kontekstlərdə həqiqəti real əks etdirir, yəni bu qəbildən olan 
mətnlərdə subyektiv amil nəzərə çarpmır. Bu mənanın 
reallaşması üçün xüsusi səy tələb olunmur. Obyektiv 


 
34
həqiqətin təsviri leksik-qrammatik vasitələrin köməyi ilə 
intensivləşdirilə bilər. 
Beləliklə, belə  nəticəyə  gəlmək olar ki, xəbər  şəklinin 
modallıq ifadə etməsi istər türk, istərsə  də Hind Avropa 
dillərində bir çox xüsusiyyətlərə malikdir. Azərbaycan dili bu 
cəhətə görə hətta bir çox türk dillərindən də fərqlidir. Alman 
dilində fel şəkillərinin zaman formaları arasında fərqlər 
yoxdur, modallıq xüsusiyyətinə görə onlar eynicinslidirlər. 
Azərbaycan dilində xəbər şəklini təşkil edən ayrı-ayrı leksik 
vasitələr modal planda müxtəlif səciyyəli olurlar və ayrılıqda 
təhlil oluna bilərlər. 
Azərbaycan dilində  xəbər  şəkli zaman baxımından 
olduqca zəngindir. Onların səciyyəvi cəhətlərindən biri odur 
ki, zaman və növ əlaqələri bildirməklə yanaşı, heç bir modal 
söz və vasitə olmadan, öz morfoloci strukturları ilə subyektiv 
modallıq ifadə edə bilərlər. Bəzən bir-birinə zidd zaman 
formaları nisbi cüt əmələ  gətirərək zaman müstəvisində iki 
müxtəlif modallıq-gerçək obyektiv və  şübhə, ehtimal, 
inamsızlıq ifadə edən subyektiv modallıq bildirirlər. Həmin 
formaların modal-zaman mahiyyəti bu zaman dəyişmir və 
bu forma xəbər  şəkli sistemində qalır. Lakin, bu əsas 
modallıq sırf subyektiv modallığın müxtəlif çalarları ilə 
müşayət olunur. Həmin subyektiv modallıq modal sözlər və 
vasitələrlə deyil, müəyyən kontekst fonda müvafiq fel foması 
ilə  əldə edilmiş olur. Bu fel şəklinin zidd formaları ilə 
qarşılaşdırma prosesində bu subyektiv modallıq çalarları 
daha qabarıq və aydın nəzərə çarpır. Bu vaxt onlar 
semantik-ziddiyyət təşkil edən zaman formalarının köməyi 
ilə obyektiv gerçək modallıq və şübhə, ehtimal, qeyri-əminlik 
çaları ifadə edən subyektiv modallıq bildirirlər. Lakin, bu 
zaman onların  əsas funksiyaları – modal-zaman mahiyyəti 
itmir və felin xəbər  şəkli funksiyasında işlənməkdə qalır. 
Subyektiv çalar modal söz və ya digər leksik hissəciklərin 
köməyi ilə deyil, müəyyən kontekst daxilində müvafiq fel 
formalarının köməyi ilə  əldə edilir. Azərbaycan dilində 
semantik ziddiyyət  əmələ  gətirən cütlərə  şühudi keçmiş, 
nəqli keçmiş, qəti gələcək, qeyri-qəti gələcək, bitmiş  və 
bitməmiş keçmiş formalarını göstərmək olar. Bu zaman 
formaları baş vermiş hadisənin qəti və ya qeyri-qəti


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə