Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   12   13   14   15   16   17   18   19   ...   99

 
47
Felin lazım  şəkli qrammatik subyekt (mübtəda) ilə feli 
xəbər arasında elə bir əlaqəni göstərir ki, müəyyən şəraitdə 
həmin əlaqə reallaşa bilər, lakin hələ reallaşmaq imkanı əldə 
etməmişdir. Başqa sözlə, felin lazım şəkli hələ reallaşmamış 
imkan kimi başa düşülə bilər. Felin lazım  şəkli ilə arzu, 
məsləhət və ya xahiş bildirən digər qeyri-modal mənalar da 
yaradıla bilər. 
Obyektiv modallığın digər növləri, məsələn, mümkünlük 
və  zərurilik isə leksik vasitələr, sintektik və analitik 
formalarla yaradıla bilər. Alman, ingilis, rus və digər flektiv 
Hind-Avropa dillərində aletik və deontik mümkünlük və 
zərurilik bəzi modal fellərin infinitiv birləşmələri ilə yanaşı 
işlənməsi yolu ilə yaranır. Həmin ifadələrin leksik mənası 
modal mənanın növləri ilə müəyyənləşir. 
Məsələn, alman dilində sollen və können modal felləri 
lernen infinitivi ilə birləşmədə müvafiq olaraq deontik 
zərurilik və aletik mümkünlük bildirir. 
Artıq burada modal fellər problematik gerçəklik 
bildirməklə köməkçi fel, sırf qrammatik funksiyada deyil, 
cümlənin tərkibində onun komponentlərindən birini təşkil 
edən müstəqil nitq hissəsi kimi çıxış edir. 
Alman dilində  əxlaq, etik, mülki normalar ifadə edən 
formalar sollen felinin məsdəri ilə düzəlir. Sərəncam, 
tövsiyə, məsləhət və s. ifadə edən deontik zərurilik çaları 
bildirən birləşmələr isə  sein, sollen, brauchen fellərinin 
məsdəri ilə düzəlir. 
Subyektin fiziki və psixi vəziyyəti və ya təbiət hadisələri 
ilə  əlaqələnən aletik mümkünlük isə  können, vermögen, 
haben, sein, lassen, sich fellərinin məsdəri ilə düzəlir. 
Müşahidələr göstərir ki, yalnız subyektiv modallıq 
əsasında cümlənin formal-qrammatik təsnifini aparmaq 
mümkündür. Danışanın münasibətinə görə cümlənin 
məzmununun gerçəklik dərəcəsinin fərqləndirilməsi, 
cümlənin eyni zamanda forma və  məzmununa görə 
fərqləndirilməsi deməkdir. Bu müddəa roman-german 
dillərinin materialı  əsasında aparılmış  təhlil prosesində bir 
daha təsdiqlənmişdir. 
Müasir sintaktik nəzəriyyə belə hesab edir ki, cümlənin 
əsas xüsusiyyətlərindən biri onun modallığıdır. Lakin, bu 


 
48
nəzəriyyə  çərçivəsində modallığın  şərhi, izahı birmənalı 
deyildir. Modallıq kateqoriyası  tərcümə üçün müəyyən 
çətinlik törədir. Təsadüfi deiyl ki, Y.N.Retsker modallığı  ən 
çətin tərcümə olunan leksik-qrammatik kateqoriya hesab 
edirdi [141]. Daha çox modal sözlərin tərcüməsi və ya 
modallıq kateqoriyasının ifadə üsulları ilə  əlaqədar qeyri-
dəqiqliklər müşahidə olunur. Modal mənaların qeyri-adekvat 
tərcüməsi lüğətlərdə, bədii və elmi ədəbiyyatın 
tərcüməsində, tərcüməyə aid vəsaitlərdə  və qrammatika 
kitablarında geniş müşahidə olunur. Səhvlər çox zaman 
obyektiv və subyektiv modallığın qarışdırılması, onların 
xüsusi mənalarının düzgün izah olunmamasından irəli gəlir. 
Modallıq deyəndə obyektiv əlaqələrin cümlə  məzmununda 
əksi (obyektiv modallıq) və  həmin cümlənin məzmunun 
danışanın baxımından qiymətləndirilməsi (subyektiv 
modallıq) başa düşülür. Obyektiv modallığın özü də bircinsli 
deyildir. Belə ki, onun çərçivəsində mümkünlük (bəzən, 
mümkünat adlanır) fərqləndirilir:  O, məsələni həll edə bilər
O, məsələni həll etdi; O, məsələni həll edə biləcək. 
Həqiqiliyin dərəcəsini göstərən subyektiv modallığın bir 
çox növləri fərqləndirilir. Müxtəlifsistemli dillərdə modallığın 
minimum üç həqiqilik dərəcəsi fərqləndirilir: problematik, 
sadə  və kateqorial. Məsələn:  o, məsələni həll etdi; o, 
görünür, məsələni həll etdi; o, əlbəttə, məsələni həll etdi. 
Sadə  həqiqilikdən fərqli olaraq problematik və kateqorial 
həqiqiliyin bir çox dillərdə bir neçə  dərəcələri göstərilir: 
həmin dərəcələrdə  həqiqiliyin problematik və kateqorial 
təsdiqi danışanın mövqeyində  şərh olunur: 1)  cüzi ehtimal; 
az ehtimal olunan; olduqca şübhəli; böyük şübhə doğuran; 
azehtimallı və ya şübhəli; ehtimal ki və ya ola bilsin ki; çox 
ehtimal ki və ya çox güman ki2) təbii ki və ya əlbəttə; hər 
şeydən əvvəl və ya əlbəttə ki. 
Bu qayda ilə düzələn aşağıdakı cümlələrdə danışanın 
baş vermiş hadisənin reallığına əminliyi və ya problematikliyi 
əks olunur: 
Məsələn: aşağıdakı cümlədə problematiklik özünü 
göstərir:  o, güman ki, məsələni həll etmişdir. Başqa bir 
cümlədə isə danışanın hadisənin baş verməsinə  əminliyi 
müşahidə olunur: o, çox güman ki, məsələni həll etmişdir. 


 
49
Cümlədə problematikliyi və  qətiliyi ifadə etmək üçün 
modal sözlərdən istifadə olunur. Bu məsələ ilə  əlaqədar iki 
qrup modal sözlər göstərilir:  1) problematik həqiqilik tipli 
modal sözlər: güman ki, ehtimal ki, aydındır ki, ola bilsin, 
bəlkə (Azərb. dilində); perhaps, maybe, probably, possibly 
(ingilis dilində); Vielleicht, fraglich, wohl, offenbar, möglich 
(alman dilində  və s.); 2) kateqorial həqiqilik tipli modal 
sözlər:  əlbəttə,  şübhəsiz, sözsüz və s. (Azərb. dilində); 
certainly, surely, of course, no doubt, really, indeed (ingilis 
dilində) gewib, naturlich, sicher, fraglos və s. (alman 
dilində). 
Sadə gerçəkliyin modal mənası felin xəbər  şəkli 
formasında ifadə olunur. Obyektiv modallığın başqa növləri-
mümkünlük və  zərurilik mənaları  əsas felin məsdəri və 
müvafiq modal fellərin birləşmələri ilə ifadə olunur. Obyektiv 
modallıqdan fərqli olaraq subyektiv modallıq gerçəkliyin 
əksini deyil, onun əksinin adekvatlığını göstərir. Obyektiv və 
subyektiv modallıqlar məzmunlarına görə ziddiyyət təşkil 
etmir, müvafiq olaraq sintaktik və leksik-qrammatik 
səviyyələrdə reallaşırlar. Onların daşıdıqları  mənalar 
arasında da kəskin sərhədlər yoxdur. Hər iki modal mənanı 
eyni üsul və vasitələrlə doğurmaq olar. Aşağıdakı cümlələrə 
diqqət yetirək: O, məsələni həll edə bilər cümləsi iki mənada 
başa düşülə bilər:  1)  O məsələni həll etmək iqtidarındadır. 
2) O, ola bilsin ki, məsələni həll edər.  
Birinci halda bilər feli obyektiv modallığın mümkünlük 
mənasını, ikinci halda isə subyektiv modallığın 
problematiklik mənasını bildirir. Alman dilindəki  dürfen, 
können, sollen və müssen modal felləri də analoci funksiya 
daşıyırlar.  Əslində, obyektiv modallığın mümkünlük və 
zərurilik  (mümkünat və  zərurət)  mənalarını verən bu modal 
fellər subyektiv modallıq funksiyasında işlənərək gerçəkliyin 
problematiklik dərəcəsini bildirirlər. 
Tərcümə prosesində cümlənin modal xüsusiyyətləri 
düzgün anlaşılmadıqda düzgün olmayan tərcümə 
nümunələri alınır və bu zaman mənanın təhrif olunması  və 
səhv nəticələr alınmasına səbəb olur. Belə ki, bir çox 
hallarda tərcümə prosesində sadə, problematik və 
kateqorial modal mənalar səhvən qarışdırılır. Məsələn: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə