Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   9   10   11   12   13   14   15   16   ...   99

 
38
məlumatın  əldə olunmasına xidmət edir. Beləliklə
cümlədə modallıq iyerarxiyası əsasında ikili modallıq özünü 
göstərir. Hər iki modallıq təsdiqdədir. Fərq onların zaman 
aidiyyətindədir. Onlardan biri qabaqcadan məlumdur, ikincisi 
isə verilmiş suala cavab şəklində sonradan təsdiqlənir. 
Bu qəbildən olan cümlələrin rema hissəsinə 
presuppozisiya daxil olur ki, o da remanın tam məzmununu 
əhatə etmir. Bütöv cümlədə tema və rema arasında 
semantik əlaqə açıq-aydın hiss olunur. Çox vaxt belə əlaqə 
funksiyasını anaforik element yerinə yetirir. Anafora həm 
leksik, həm də qrammatik üsullarla, eləcə  də aktual 
üzvlənmə vasitəsi ilə yarana bilər. Aktual üzvlənmənin 
köməyi ilə cümlənin modal çərçivəsi cümlənin informativ 
hissəsi üzərinə keçir. cümlənin qalan hissəsi  əvvəlki 
cümlədəki təsdiqin təkrarı kimi çıxış edir. 
Modallıq və sözun leksik mənası. Aktual üzvlənmə 
cümlədəki bir sözün leksik mənasına aid olub onu 
aktuallaşdıra bilər. Məsələn,  “Əli uşaq deyil” cümləsində 
“uşaq deyil”  mənası  “böyükdür”  mənasını verir. Qalan 
komponentlər pressuppozisiya əmələ  gətirir və  aşağıdakı 
mənalarda işlənir (böyük, müstəqil, həddi-buluğa çatmış  və 
s.). Təbiidir ki, burada modal intonasiya “böyükdür” leksik 
mənası üzərinə düşür. Deməli, bu cümlədə modallıq daha 
çox predikat komponentin üzərinə düşür, həmin 
komponentin predmet komponentini əhatə etmir. Həmin 
komponent növbəti mərhələdə predikat komponent 
funksiyasını yerinə yetirir. İsmin mənasının komponent 
quruluşunun belə iyerarxiyası tema və remanın anaforik 
əlaqəsi ilə şərtlənir. İsmin mənasını şərtləndirən komponent-
lərin anaforik əlaqəsi cümlədə olan sözlərin hansının 
pressupozisiya olacağını qabaqcadan şərtləndirir. Qeyd 
etmək lazımdır ki, cümlədə bu və ya digər funksiyada 
işlənən istənilən isimdə tematik hissə  (presuppoziya, gizli 
anafora) vardır. Bu xüsusiyyət daha çox ümumi tipli 
cümlələrdə qabarıq hiss olunur. 
Modallığın germanşünaslıqda və türkoloci ədəbiyyatda 
tədqiqi məsələlərinə keçməzdən əvvəl bəzi ümumi cəhətləri 
nəzərdən keçirək. Məlum olduğu kimi, istər germanşünas-
lıqda, istərsə də türkologiyada modallıq eyni anlamda qəbul 


 
39
edilir. Dilçilikdə belə bir ümumi fikir formalaşmışdır ki, 
modallıq danışanın ifadə olunan fikrə obyektiv və subyektiv 
münasibətini bildirir. Dünya dilçiliyində modallıq qrammatik-
semantik kateqoriya kimi şərh edilir. Bu baxımdan 
modallığın həm qrammatik, həm də semantik funksiyaları 
müxtəlif səviyyələrdə, müxtəlif baxış bucaqları altından 
araşdırıla bilər.  İstənilən fikir, söyləm öz məzmun və 
mənasına görə real (qeyri-real), mümkün (qeyri-mümkün)
arzu olunan (arzu olunmayan), zəruri  (qeyri-zəruri), mütləq 
(qeyri-mütləq), həqiqi  (qeyri-həqiqi), ehtimali və s. ola bilər. 
Bu xüsusiyyətlər müxtəlif yollarla və vasitələrlə ifadə oluna 
bilər. Bu xüsusiyyətlərə görə türk dilləri Hind-Avropa 
dillərindən fərqlənir. Modallığın məntiqi və qrammatik 
kateqoriya kimi izahında da qeyd olunan cəhətlər öz əksini 
tapmışdır.  
Modallığın yaranmasında və formalaşmasında qrammatik 
və leksik vasitələr fəal iştirak edir. Bu cəhətdən də german 
dilləri türk dillərindən eynilik təşkil etmir. Fel formaları zaman 
və  şəxs  şəkilçiləri ilə birləşərək modal mənalı predikativlər 
əmələ  gətirirlər. Modallığın yaranmasında modal sözlərin 
rolu məsələsi də müxtəlif dil materiallarında fərqli 
funksiyalarda izah olunur.  
İntonasiyanın müxtəlif formaları obyektiv və subyektiv 
modallığın yaranmasını, onun müxtəlif semantik çalarlarda 
ifadəsini  şərtləndirən vasitələrdəndir. Nida intonasiyası, 
məlumatverici intonasiya, sual intonasiyası və s. köməyi ilə 
modallığın çeşidli semantik və qrammatik formaları 
yaranmış olur.  
Modallığın yaranmasında müxtəlif qrammatik vasitələrin 
iştirak etməsi bəzən dolaşıqlığa aparıb çıxarır. Məlum 
olduğu kimi, istər german, istərsə də türk dillərində, bu və ya 
digər  şəkillərdə modallıq aşağıdakı qrammatik vasitələrlə 
yaranır: modal sözlər, ədatlar, nida, ara sözlər, ara cümlələr, 
leksik təkrarlar, intonasiya, söz sırası, sual formaları və s.  
Bəzən modallıq anlayışı ilə onun yaranmasında rolu olan 
qrammatik vasitələr qarışdırılır, eyniləşdirilir. Nəticədə 
modallıq bir qrammatik-semantik kateqoriya kimi düzgün 
izah olunmur.  


 
40
Modallıq kateqoriyası ilə modal sözlərin qarışdırılması 
da bu qəbildən olan araşdırmalarda müşahidə olunur.  
Modal sözlər danışanın ifadə olunan fikrə, müəyyən 
hadisə  və anlayışa münasibətini ifadə edən nitq hissəsidir. 
Ona görə  də, morfologiyanın nitq hissələrindən bəhs edən 
bölümündə modal sözlərə də ayrıca yer ayrılmalı, onun nitq 
hissələri arasında linqvistik funksiyası  və statusu 
müəyyənləşdirilməlidir.  
Sintaktik roluna görə də modal sözlər bəzən ara sözlərlə 
və söz-cümlələrlə eyniləşdirilir.  Əslində, modal sözlər 
cümlədə sintaktik funksiyada ara söz kimi işlənə bilər.  
Araşdırmaların bir çoxunda modallıq sırf linqvistik 
kateqoriya kimi izah olunur. Dissertasiyanın girişində 
modallıq həm linqvistik, həm də məntiqi kateqoriya kimi izah 
olunmuş, onun elmi mahiyyəti açıqlanmışdır. Modallığın 
yalnız linqvistik baxımdan deyil, məntiqi kateqoriya kimi də 
araşdırılması olduqca vacibdir. Hər  şeydən  əvvəl modallıq 
universal kateqoriyadır. Ona görə 
də, modallıq 
nəzəriyyəsinin dərindən işlənməsi məntiqi kateqoriyaların 
daha bir maraqlı  cəhətini - onların emosional vasitələrlə 
ifadəsini təhlil etməyə imkan verir. Bu da bütövlükdə insan 
təfəkkürü mexanizmini öyrənməyin optimal yollarından 
hesab oluna bilər.  
Modallığın müxtəlifsistemli german və türk dillərində 
tədqiqi eyni sxem üzrə aparılmamışdır. Konkret dil 
materialından, dil situasiyasından, modallığın ayrı-ayrı 
dillərdə funksiyaları  və ifadə vasitələrindən asılı olaraq bu 
araşdırmaların da istiqaməti müxtəlif olmuşdur. Məsələn, 
german dillərində daha çox modallığın funksional-semantik 
sahə anlayışı, modal sözlərin mətnəmələgətirmədə rolu, 
modallığın ifadəsinin analitik və sintetik üsulları, modal 
ədatların semantik təbiəti, modal aktuallaşma məsələləri 
araşdırma obyekti olmuşdur. Türkoloci ədəbiyyatda isə daha 
çox fel formalarının və  şəkillərinin, modal sözlərin, sintaktik 
təkrarların və intonasiya növlərinin modallıq anlayışının 
yaranmasında və ifadəsindəki rolu geniş öyrənilmişdir.  
Alman dilçisi L.M.Kannerin tədqiqatlarına görə alman 
dilçiliyində uzun müddət modallığın leksik ifadə vasitələrinə 
diqqət yetirilməmiş, yalnız fel formaları ilə yaranan modallıq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə