Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   10   11   12   13   14   15   16   17   ...   99

 
41
araşdırılmışdır. Beləliklə, alman dilində daha çox modal 
fellər sahəsində tədqiqatlar aparılmışdır [114].  
Azərbaycan dilçiliyində isə modal sözlər ön plana 
çəkilmiş, fel formalarının modallığı sonralar araşdırılmağa 
başlanmışdır.  
Sonralar R.Qrosse özündən  əvvəlki tədqiqatçıları dildə 
modallıq kateqoriyasını yalnız modal fellərlə bağladıqları 
üçün tənqid etmiş, digər leksik-qrammatik vasitələrin də 
öyrənilməsini zəruri hesab etmişdir [184].  
 
1.2. Germanşünaslıqda modallıq kateqoriyasının 
tədqiqi.  
Yuxarıda germanşünaslıqda modallıq kateqoriyasının 
öyrənilməsinin əsas istiqamətləri barədə məlumat verilmişdi. 
Qeyd etmək lazımdır ki, german dillərində modallığın 
qrammatik və leksik ifadə vasitələri də özünəməxsusluqları 
ilə seçilir. Məsələn, məlum olduğu kimi, ingilis dilində  can 
(could), may (might), must, ought, need, should, shall, will, 
would, dare felləri modal fellər adlanır.  
Bu fellər  əsas məna daşıyan felin ifadə etdiyi hərəkətin 
mümkün, qeyri-mümkün, məcburi, vacib, məsləhət olunan
şübhəli olduğunu göstərmək üçün işlədilir. Bunlardan daha 
çox işlək olan can feli fiziki bacarıq, qadirlik və  şəraitdən 
asılı olaraq hərəkətin mümkün olub-olmadığını, qadağan və 
icazə bildirir. Must feli infinitivlə işlənərkən işin görülməsinin 
vacib olduğunu bildirir və  həmçinin  əmr və ya məsləhət 
ifadə edir. May feli məsdərlə işlənərək icazə mənasını ifadə 
edir. Elə  həmin fel “Simple infinitiv”  və  “Perfect infinitiv”lə 
işlənərsə fərziyyə və güman bildirir. Should feli mənəvi borc, 
məsləhət, icrası vacib olan və ya vacib olmayan hərəkəti 
göstərmək üçün işlədilir.  Ought feli də  should felinin ifadə 
etdiyi mənanı verir. Shall modal fel kimi müraciət edilən 
adamın fikrini bilmək,  əmr, xəbərdarlıq və  vəd ifadə etmək 
üçün işlədilir. Modal mənada  will niyyət, xahiş, arzu, vəd 
bildirir.  Dare feli bir şeyi etməyə  cəsarəti olmaq mənasını 
verir.  Need modallıq mənasında zərurət bildir və daha çox 
sual və inkar cümlələrdə işlənir [39, s.159-167; 40, s.75-79).  
Azərbaycan dilində analoci funksiyanı  təsdiqedici modal 
sözlər  (əlbəttə, həqiqətən, doğrudan,  şübhəsiz,  şəksiz)


 
42
yekunlaşdırıcı sözlər 
(deməli, qısası, beləliklə, 
ümumiyyətlə, nəticədə), ehtimal bildirən sözlər  (bəlkə, 
yəqin, deyəsən, ehtimal ki, güman ki, sanki, elə bil ki) və s. 
leksik vahidlər yerinə yetirir. Qrammatik cəhətdən isə 
modallıq həm də fel formaları və şəkilləri ilə ifadə olunur.  
İki konkret dilin (ingilis və Azərbaycan) materialları 
əsasında nəzərdən keçirdiyimiz situasiya bu dillərin daxil 
olduğu dil ailələrində  də (german və türk dilləri) müxtəlif 
variantlarda təkrar olunur.  
German dillərində modallıq müxtəlif tədqiqatçılar 
tərəfindən fərqli aspektlərdən araşdırılmışdır. V.Admoni, 
Ş.Balli, V.Qak, M.Qrepa; E.Qulıqa, E.Şendels, L.Ermolaeva, 
E.Zveryeva, K.Kruşelnitskaya, O.Moskalskaya, V.Panfilov, 
N.Petrov, A.Smirnitski, M.Blox, L.Xandvoort, C.Kats, C.Fo-
dor, Zommerfeldt, İ.Brinkmann, V.Bondarenko, V.Qureviç, 
E.Qulıqa, M.Natanzon, D.Ştellinq, Y.Erben, S.Borkaçov və 
bir çox başqaları alman, ingilis, eləcə  də qismən roman 
dillərin də istinad etməklə modallığın linqvistik, məntiqi, 
fəlsəfi mahiyyətini açıqlamaq sahəsində araşdırmalar 
aparmışlar [51; 52; 60; 61; 81; 84; 87; 100; 104; 121; 134; 
136; 147; 171; 193; 190; 106; 173; 71; 89; 86; 164; 182; 
73].  
Germanşünaslıqda modallığın ifadəsinin analitik və 
sintetik üsullarının tədqiqi məsələsi mühüm, həlli vacib 
problemlərdən hesab olunur. Qeyd etmək lazımdır ki, bu 
məsələ linqvistik olmaqla bərabər həm də  fəlsəfi-məntiqi 
səciyyə daşıyır. Bu konsepsiyanın  əsasında modallığın 
cümlə səviyyəsində araşdırma obyekti seçilməsi durur.  
Cümlədə modal məna növlərinin müəyyənləşdirilməsi 
cümlə modallığı  məsələsinin öyrənilməsi baxımından 
əhəmiyyətlidir. Modal cümlənin təhlili göstərir ki, modallıq 
anlayışına çox vaxt aşağıdakılar aid edilir: reallıq, irreallıq, 
emosionallıq, ekspressivlik, təsdiq, inkar, şübhə, ehtimal, 
etibarlılıq, müsbətlik, həqiqilik, mümkünlük, gerçəklik
zərurilik, vaciblik, niyyət, arzu, təhlükə, vasitəlik, məlumat, 
təsirgöstərmə, qeyri-şərtlik, səbəb-nəticə, məqsəd, 
müqayisə-qiymətləndirmə  və s. daxildir. Bu mənalar çox 
vaxt mexaniki şəkildə subyektiv kateqoriyalarla 
müəyyənləşdirilir. Yuxarıda sadalanan modal mənalar 


 
43
bəzən kəsişir, bir-birini istisna etmir, beləliklə anlayış, 
məna və s. təsnifinin elmi-məntiqi prinsipləri pozulur. Hətta, 
yuxarıda göstərilənlərin bəziləri modal məna hesab 
olunmur, başqa sözlə onlar modallıq baxımından 
səciyyələndirilmirlər. Lakin, tədqiqatçıların  əksəriyyəti iki 
qrup modallığın mövcudluğunu qəbul edirlər: 
- mümkünlük, gerçəklik və zərurilik; 
- şübhə, problematiklik (üstünlük, ehtimal) və qətilik; 
Məlum olduğu kimi, formal məntiqdə  təfəkkür forması 
kimi modal hökmün mahiyyətinin izahında iki nöqteyi-nəzər 
əsas götürülür. Onların birincisinə görə  məntiqi hökmlər 
mümkünlük, gerçəklik və  zərurilik kimi təsnif edilir. Belə 
hesab edilir ki, haqqında hökm verilən  əşya ilə onun 
əlamətləri arasında mümkünlük, gerçəklik və ya zərurilik 
münasibətləri ola bilər.  İkinci nöqteyi-nəzərə görə  əşya və 
hadisə barədə mühakimələr gerçək və ehtimali anlayışlara 
bölünürlər. 
Yuxarıda göstərilənlərə  əsaslanaraq belə  nəticəyə 
gəlmək olar ki, modallıq cümlə  məzmununda özünü 
göstərən obyektiv əlaqələri (obyektiv modallıq) və danışanın 
nöqteyi-nəzərindən təsvir edilən  ələqəni  (subyektiv 
əlaqələri)  əks etdirən dil kateqoriyasıdır. Obyektiv modallıq 
fikir predmeti ilə onun əlamətlərinin münasibətlərinin 
səciyyəsi ilə, cümlədə öz əksini tapmış obyektiv əlaqələrin, 
mümkün əlaqələrin əks olunması ilə müəyyənləşir. 
Cümlə  məzmunun bu və ya digər gerçəklik dərəcəsini 
bildirən mənalar subyektiv modallığın mənalarını bildirir. 
Obyektiv və subyektiv modal mənaları müxtəlifcinslidir və 
öz məzmunlarına görə bir-birinə zidd deyillər. Onların 
məcmuyu cümlənin modal səciyyəsinin komponentlərini 
təşkil edirlər. 
Obyektiv və subyektiv modallığın növlərini nəzərdən 
keçirək. Gerçəklik mənalarından fərqli olaraq modallıq 
kateqoriyasının mümkünlük və  zərurilik mənaları eynicinsli 
deyil. Onların iki əsas mənası xüsusi olaraq fərqləndirilir: 1) 
aletik  (ontoloci) mümkünlük və  zərurilik – bu zaman təbiət 
və  cəmiyyətin real şəraiti, eləcə  də insanın fiziki və psixi 
vəziyyəti  əsas götürülür; 2) deontik (normativ) mümkünlük 
və  zərurilik – isə  cəmiyyətin normativləri, o cümlədən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə